Çap üçün deyil



Yüklə 60,47 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix26.08.2018
ölçüsü60,47 Mb.
#64701
1   2   3   4   5   6   7   8   9   ...   42

13

12

Araådıraq – öyränäk



Araådıraq – öyränäk

Siçanın parametrlərini (hərəkət sürətini, göstəricinin görünüşünü və s.) dəyiş-

mək üçün aşağıdakı addımları yerinə yetirin:

1

1. Baş menyuya daxil olub Control Panel 

pəncərəsini açın. 



2. Mouse simgəsini tapıb çıqqıldadın. 

3. Göstəricinin sürətini dəyişmək üçün 

Pointer Options səhifəsinə keçin və 

Motion bölümündə uyğun sürgünün  

yerini dəyişin.  



4. Göstəricinin formasını dəyişmək üçün 

Pointers səhifəsinə keçin və müvafiq 

formalardan birini seçin. 

Görüntü skaneri   Ştrix-kod skaneri      Coystik      Qrafik planşet    Mikrofon     Veb-kamera  

Müxtəlif növ verilənləri kompüterə daxil etmək üçün  xüsusi giriş qurğuları 

vardır:  mikrofon,  skaner,  kamera,  coystik,  qrafik  planşet  (dicitayzer), 



sensor ekran və s. Sensor ekran həm də çıxış qurğusu sayılır.

Skaner görüntüləri kompüterə daxil etmək üçün onları koda çevirən qurğu-

dur. Skanerlər  növ və ölçülərinə görə  fərqlənir:

· Görüntü  skanerləri  görüntüləri  kompüterin  yaddaşında  saxlamaq  üçün 

elektron formaya çevirir;

· Ştrix-kod skanerləri malların üzərinə vurulmuş (məsələn, mağazalarda) ştrix 

cizgiləri oxuyur;

·  Maqnetik  skanerlər  kredit  kartlarının  arxasında  olan  kodlaşdırılmış 

informasiyanı oxuyur. 

Görüntü skaneri və üzçıxaran qurğunun (kseroksun) iş prinsipləri bir-birinə 

çox oxşayır. Ancaq kseroksdan fərqli olaraq, skaner görüntünün üzünü çıxar-

mır, onu qrafik fayla çevirir. Fayl kompüterdə olduqdan sonra isə onu başqa 

yerə köçürmək, dəyişdirmək, yazıb saxlamaq, elektron poçtla göndərmək olar.

Düzgün olmayan fikirləri doğruya çevirin:



–  Siçanın təkərciyini fırlatdıqda ekranda göstərici yerini dəyişir.

– Kursorun idarəolunması klavişləri qrupuna dörd klaviş daxildir. 

–  Kredit kartlarının arxasında olan kodlaşdırılmış informasiyanı oxumaq 

üçün maqnetik skanerlərdən istifadə olunur.

–  Noutbuk kompüterlərində siçan əvəzinə taçpad qurğusundan istifadə 

olunur. 

  Sensor ekran çıxış qurğusudur.

  

Öyrändiklärinizi yoxlayın

Öyrändiklärinizi yoxlayın

işarələnib. Bu klavişlər, adətən, hansısa funksiyanı yerinə yetirir və funksiya-

lar proqramdan, yaxud iş rejimindən asılı olaraq dəyişə bilir. 

· Hərf-rəqəm  klavişləri.  Bu  klavişlər  klaviaturanın  orta  hissəsində 

yerləşir. Onlar hərfləri, rəqəmləri və digər simvolları daxil etmək üçün nəzərdə 

tutulub.


· Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman 

ox klavişləri də deyilir. Onlar klavişin üzərində göstərilmiş ox istiqamətində 

mətn kursorunun hərəkət etdirilməsi üçün nəzərdə tutulub. Bu qrupa daha dörd 

klaviş daxildir: Home, End, PgUp  və  PgDn.  

· Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu 

klavişlər  dəsti  klaviaturanın  sağında  yerləşir  və  əsasən,  hesablama  zamanı 

istifadə olunur. 

· Xidməti klavişlər.   Enter, Esc, Tab, Shift, Ctrl, Alt, Caps Lock, Insert, 

Delete, Backspace.

Qrafik informasiya ilə işləmək üçün, əsasən, siçan qurğusundan istifadə 

olunur. Adi kompüter siçanının ən azı iki düyməsi olur – sol və sağ. Siçanın 

növündən  və  markasından  asılı  olaraq  onun  üzərində  başqa  düymələr  (mə-

sələn, təkərcik) də ola bilər. 

Siçanla işləyərkən ekranda görünən kiçik ox siçanın göstəricisi adlanır. 

Optik-mexaniki siçanı masanın üstündə gəzdirdikdə onun daxilindəki kürə-

ciyin fırlanması monitorun ekranında göstəricinin yerinin dəyişməsinə səbəb 

olur. Müasir optik siçanlarda isə bu proses işıq şüası vasitəsilə gerçəkləşdirilir. 

Noutbuk    kompüterlərində  siçan  qurğusu  əvəzinə  taçpad  qurğusundan 

istifadə olunur. 

Sözlük

Sözlük


Giriş qurğuları

Klaviatura

Siçan

Taçpad

Skaner

Coystik

Planşet

Kompüterin başlıca daxiletmə qurğusu klaviaturadır

Onun köməyi ilə mətn və ədədi informasiyalar, eləcə də 

cürbəcür komandalar və verilənlər kompüterə daxil edilir. 

Kompüterin standart klaviaturasına 104 klavişli genişlən-

dirilmiş klaviatura deyilir. Müxtəlif klaviaturalar olsa da, 

onların hamısında aşağıdakı klaviş qrupları vardır: 

· Funksional  klavişlər.  Bu  klavişlər  klaviaturanın 

yuxarı sırasında yerləşdirilib və  F1,  F2,   F3, …, F12 kimi 



Çap üçün deyil


Monitorun ekranının çözümlülüyünün müəyyən edilməsi.

Fäaliyy t

ä

Fäaliyy t



ä

1. İş masasında siçanın sağ düyməsini 

çıqqıldadın və açılan menyunun 

Screen resolution  bəndini seçin. 

2. Ekranın hazırkı çözümlülüyünü 

müəyyən etmək üçün yeni açılan 

pəncərənin Resolution sətrinə 

diqqət yetirin (məsələn, 1600 900).

ґ

 

15



14

1

3. 


ÇIXIŞ QURĞULARI

· 

· 



Sizə hansısa məlumat verilib və onu yoldaşlarınızla bölüşməlisiniz. 

hansı yollarla edərdiniz? 

Eşitmə, yaxud görmə qüsuru olan dostunuza informasiyanı necə çatdırar-

dınız?


Bunu   

Kompüterdə olan informasiya çıxış qurğuları vasitəsilə insanlara çatdırılır. 

Bu  qurğular  kompüterdə  ikilik  kodda  saxlanılmış  informasiyanı  insanların 

başa  düşəcəyi  şəklə  çevirir.  Kompüter  sisteminin  ən  vacib  çıxış  qurğuları 



monitor və printerdir.

nal üzrə ölçüsü əsas götürülür. Ən çox yayılmış monitorların ekranları 15, 17, 

19 və  21 düym (1 düym  = 2,54 sm) olur.

Yığcamlığı  və  yüngüllüyünə,  eləcə  də  insan  sağlamlığına  təsirinə  görə 



maye-kristal monitorlar, yaxud LCD-monitorlar daha populyardır. İlk moni-

torlar isə elektron-şüa borulu monitorlar idi.

Kompüterdəki informasiyanı kağıza çıxarmaq üçün 

çox zaman printerdən istifadə olunur. Çap texnologi-

yası baxımından printerlərin müxtəlif növləri var, on-

lardan ən geniş yayılanı şırnaqlı və lazerli printerlərdir. 

Matrisli printerlər nisbətən “köhnə” hesab olunsa da, 

bəzi hallarda onlar daha əlverişli hesab olunur. 



Matrisli printerlərin qrafik imkanları çox məhdud-

dur. Bu printerlərdə iynələr dəsti (matrisi) görüntünü 

rəngləyici lent vasitəsilə kağıza vurur. Çapın keyfiyyəti 

iynələrin sayından asılıdır. 

Printerlərin ən populyar növü şırnaqlı printerlərdir

Adətən, onlar rəngli olur və istənilən kağızda yüksək 

keyfiyyətli mətn və ya qrafik görüntü yarada bilir. Qiy-

mət baxımından da bu printerlər əlverişlidir. Şırnaqlı 

printerlərdə çap zamanı çox kiçik mürəkkəb damcıları 

kağıza çilənir. Mürəkkəb kağıza aramsız olaraq şırnaq-

la axır, buna görə də printerlər belə adlandırılır. 

Lazerli printerlərdə görüntünü yaratmaq üçün lazer 

şüasından istifadə olunur. Bu printerlər başqa növlərlə 

müqayisədə daha sürətlidir və daha çox fasiləsiz işləyə 

bilir. Buna görə də rəngli lazerli printerlərin qiymətləri 

baha olur.

Monitor  mətn  və  qrafik  informasiyanı 

əks  etdirmək  üçün  nəzərdə  tutulub. 

Monitorlar  ağ-qara  (monoxrom)  və  rəngli 

olur. Rəngli görüntü üç əsas rəngin – qırmızı, 

yaşıl  və  göy  rəngin  qarışığından  alınır. 

Ekranda  istənilən  görüntü  piksel  adlanan 

nöqtələr  yığınından  ibarət  olur.  Ekranın 

üfüqi  və  şaquli  istiqamətlərdə  nöqtələrinin 

sayı  ekranın  çözümlülüyünü  müəyyən  edir. 

Müasir monitorlar, adətən, 1024

ґ

768 piksel 



və  daha  yüksək  rejimlərdə  işləyir.  Ekranın 

çözümlülüyü  yüksəldikcə,  görüntünün 

keyfiyyəti də yaxşılaşır. 

Monitorlar  bir-birindən  ekranlarının 

ölçülərinə görə fərqlənir. Ekranın ölçüsü de-

dikdə onun eni və hündürlüyü deyil, diaqo-

Sözlük

Sözlük


Çıxış qurğuları

Monitor

Printer

Piksel

Ekranın çözümlülüyü

Düym

Matrisli printer

Şırnaqlı printer

Lazerli printer

Ekranda görüntülər piksel adlanan 

nöqtələr yığınından təşkil olunur.

Piksel

Çap üçün deyil



Yüklə 60,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə