Çap üçün deyil



Yüklə 60,47 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix26.08.2018
ölçüsü60,47 Mb.
#64701
1   2   3   4   5   6   7   8   9   10   ...   42

17

16

4. 



PROQRAM TƏMİNATININ NÖVLƏRİ

1

Araådıraq – öyränäk

Araådıraq – öyränäk

Kompüterə qoşulmuş printer haqqında məlumat əldə etmək üçün Baş men-

yuda Devices and Printers bəndi nəzərdə tutulub. Həmin bəndi seçməklə 

açılan  pəncərənin  Printers  and  Faxes  bölümündə  işlədiyiniz  kompüterlə 

əlaqəli olan printerlərin simgələri və adlarını görmək olar.

Kompüterinizə printer qoşulubmu? Qoşulmuş printerin adına görə İnternetdən 

onun növünü müəyyən edin.

Öyrändiklärinizi yoxlayın

Öyrändiklärinizi yoxlayın

1. “Piksel” nəyi bildirir?

2. “Ekranın çözümlülüyü” dedikdə nə başa düşülür?

3. Printerlərin hansı növlərini tanıyırsınız və onlar nə ilə fərqlənir?

4. Lazerli printerlərin sürəti nə ilə ölçülür?

Ötən dərslərdə kompüter sisteminin əsas qurğuları  – onun aparat təminatı 

ilə tanış olmusunuz. Kompüterin hər hansı işi yerinə yetirməsi üçün aparat 

təminatı yetərli deyil, bunun üçün ona proqramlar da lazımdır.

· 

· 

Verilmiş simgələrdən hansı sizə tanışdır?



Onlar hansı proqramlara aiddir? 

Klaviaturada klavişin basılmasına, siçanın 

hərəkətinə,  başqa  kompüterdən  informasiya-

nın  alınmasına  kompüterin  necə  reaksiya 

verməsini  proqramlar  müəyyən  edir.  Ekrana 

görüntünün  çıxarılmasını,  sənədin  printerdə 

çap  üçün  hazırlanmasını,  kompüterdə  musi-

qinin səsləndirilməsini də proqramlar həyata 

keçirir.

Kompüterin standart proqramları ilə tanış olun. Bunun üçün:



1. Start рProgramsрAccessiories bəndini seçin. 

2. Açılan siyahını gözdən keçirin. 

Nəticəni müzakirə edək:

- Siyahıdakı hansı proqramlar sizə tanışdır? 

Fäaliyy t 

ä

Fäaliyy t 



ä

Sistem  proqramları  kompüterin  bütün  hissələrinin  düzgün  və  əlaqəli   

işləməsini təmin edir, kompüterdə informasiyanın saxlanması və ötürülməsini 

təşkil edir. Sistem proqramları arasında  əməliyyat sistemləri xüsusi yer tutur. 

Sözlük


Sözlük

Proqram təminatı

Sistem proqramları 

Tətbiqi proqramlar

Proqramlaşdırma alətləri

Əməliyyat sistemi

Utilit

Drayver

Sərbəst yayılan proqramlar

Lazerli printerlərin sürəti dəqiqədə çap etdikləri səhifələrin sayı ilə ölçül-

düyü halda, matrisli printerlərin sürəti bir saniyədə çap olunan simvolların sayı 

ilə ölçülür. 

Çap  qurğularının  başqa  bir  növü  də  plotterdir.   

Plotterlər  rəssamlar,  dizaynerlər,  bədii  tərtibatçılar, 

mühəndislər, layihəçilər üçün əvəzsiz vasitədir. Plot-

terdə çap olunan sənədin eni printerlərlə müqayisədə 

daha  böyük  olur.  Onun  uzunluğu  isə  rulon  kağızın 

uzunluğundan asılıdır.   

İnformasiyanın növündən asılı olaraq başqa çıxış 

qurğularından – proyektordan, səsucaldanlardan da 

istifadə olunur.

Plotter


 

Kompüterdəki  bütün  proqramlar  onun  proqram  təminatını  təşkil  edir. 

Bütün  kompüter  proqramlarını  üç  sinfə  ayırmaq  olar:  sistem  proqramları, 

tətbiqi proqramlar və proqramlaşdırma alətləri

 

Proqramlaşdırma alətləri bəzən sistem proqramları sinfinə də aid edilir.



 Proqramlaşdırma alətləri

Tətbiqi proqramlar

Sistem proqramları 

Proqram təminatı

Çap üçün deyil



19

18

1



Əməliyyat sistemi kompüter yandırıldıqda işə düşən, kompüterin bütün hissə-

lərinin əlaqəli işləməsini təmin edən və informasiyanı idarə edə bilən proq-

ramlar sistemidir. 

Əməliyyat sisteminin köməyi ilə:

- kompüter və istifadəçi arasında dialoq yaranır;

- kompüter idarə olunur;

- istənilən proqram başladılır və s.

Ən  məşhur  əməliyyat  sistemləri  bunlardır:  Windows,  Mac  OS,  Android, 

Linux.

Sistem proqramlarının  digər vacib hissəsini  xidməti proqramlar – utilitlər 



təşkil edir. Utilitlər əməliyyat sistemini tamamlayır və onun imkanlarını artırır. 

Eyni zamanda müstəqil olaraq bir çox vacib məsələləri də həll edir. Antivirus 

proqramları,  arxivləşdirmə  proqramları,  kompüter  qurğularının  iş  qabiliy-

yətini  yoxlayan  proqramlar,  qurğuların  işini  idarə  edən  proqramlar  (onlara 



drayverlər  deyilir) –  bunlar hamısı utilitlərdir.

Kompüterləri daha gərəkli edən onlarda quraşdırılmış tətbiqi proqram-



lardır. Tətbiqi proqramlar istifadəçiyə müxtəlif işləri (məsələn, şəkil çəkmək, 

mətn yazmaq, oyun oynamaq və s.) yerinə yetirmək üçün lazımdır. Tətbiqi 

proqramlar bir neçə qrupa ayrılır. Onlardan ən populyarları aşağıdakılardır:

- qrafik redaktorlar (Paint, TuxPaint, Photoshop və s.);

- mətn redaktorları (Microsoft Word, OpenOffice Writer, WordPad və s.); 

- təqdimat proqramları (PowerPoint, OpenOffice Impress və s.);

- elektron cədvəllər (Excel, OpenOffice Calc və s.);

- nəşriyyat sistemləri (Quark Xpress, Scribus

Adobe InDesign və s.);



- verilənlər bazasının idarəolunması sistemləri (MS Access, MySQL, 

Oracle və s.); 

- kompüter oyunları, öyrədici proqramlar və s.

Araådıraq – öyränäk

Araådıraq – öyränäk

Aşağıdakı proqramları tapın və başladın:

Hər bir proqramın hansı qrupa aid olmasını müəyyən etməyə çalışın.

Calculator, WordPad, Paint, Windows Movie Maker, Windows Media 

Player, Internet Explorer.

Proqramlaşdırma  alətləri  sinfinə  aid  olan  proqramlar  sistem  və  tətbiqi 

proqramları yaratmaq üçün nəzərdə tutulub. Basic, Pascal, C++, Python kimi 

proqramlaşdırma dilləri bu sinfə aiddir. Bir çox insanlar proqramlaşdırmanı 

məhz  bu  dillər  əsasında  öyrənirlər.  Təhsil  sistemində  geniş  istifadə  olunan 

proqramlaşdırma dillərindən biri də LOGO dilidir. 

İstənilən proqram təminatının hazırlanmasına böyük əmək və zaman sərf 

olunur. Ona görə də kompüter proqramlarının əksəriyyətinin ödənişsiz istifadə 

olunması qanunsuz hesab olunur. Ancaq  sər-



bəst  yayılan  proqramların  sayı  günbəgün 

artır. Xüsusilə  də,  belə  proqramların  orta 

məktəblərdə  istifadəsi  genişlənir.  Artıq  sizə 

tanış  olan  OpenOffice  Writer,  OpenOffice 

Impress, ALPLogo belə proqramlardandır.  

Şəkildə  müxtəlif  sinif  proqram  təminat-

ları ilə kompüterin aparat hissəsinin əlaqəsi 

sxematik  təsvir  olunub.  Göründüyü  kimi, 

qurğuların işləməsi (aparat təminatı) birbaşa 

sistem proqramları ilə bağlıdır. İstifadəçiyə 

isə “ən yaxın” olan tətbiqi proqramlardır. Bu 

proqramların  aparat  hissəsinin  işinə  təsiri 

azdır  və  onun  əsas  işi  informasiyanı  emal 

edərək nəticələri istifadəçiyə çatdırmaqdır.

 

Öyrändiklärinizi yoxlayın



Öyrändiklärinizi yoxlayın

1. Proqram təminatının hansı növləri var?

2. Sistem proqramlarının vəzifəsi nədir?

3. Tətbiqi proqramlar nə üçündür?

4. Proqramlaşdırma alətləri dedikdə nə nəzərdə tutulur?

5. Supermarketlərin kassalarında ödənişlərin qeydiyyatı üçün istifadə olunan 

proqramı hansı növə aid etmək olar?



İstifadəçi

Uzun müddət ən geniş yayılmış əməliyyat sistemi DOS idi. Demək olar ki, 

fərdi kompüterlər yaranandan bu əməliyyat sistemindən istifadə olunub. Ha-

zırda DOS-a yalnız köhnə, gücü az olan kompüterlərdə rast gəlmək olar. Bun-

dan başqa, bəzi əski proqramlar da vardır ki, təkcə DOS sistemində işləyir.

Tətbiqi proqram təminatı 

 Proqramlaşdırma alətləri

Sistem proqram təminatı 

Aparat təminatı

Windows


Mac OS

Android


Linux

Müxtəlif sinif proqram təminatları ilə 

kompüterin aparat hissəsinin əlaqəsi

Çap üçün deyil



Yüklə 60,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə