Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə1/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
  1   2   3   4   5   6   7   8   9   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar


Çapdan sonrakı proseslər və avadanlıqlar

45s. müh, 15s. məş, 15s. lab.
Muhazirə 1

Çapdan sonrakı proseslər haqqında ümumi məlumat

Hər bir istehsal sahəsində olduğu kimi poliqrafiya sahəsində də hazırlanacaq məhsullar son tamamlanma əməliyyatlarına uğradılmadır. Bu əməliyyatlar məhsulların tərtibatını gözəlləşdirir və onun istismar xüsusiyyətlərini yaxşılaşdırır. Məhsulun növün­dən və təyinatından asılı olaraq müxtəlif tamamlama üsulların­dan istifadə olunur. Bu üsullar həm ayrı-ayrılıqda, həm də birlikdə istifadə oluna bilər.

Bildiyimiz kimi poliqrafiya istehsalında çap prosesi əsas yer tutur. Lakin çap olunmuş ottisklər istehlakçıya təqdim olunacaq məhsul formasına gətirilməsi üçün çapdan sonrakı əməliyyatdan keçməlidirlər. Bu əməliyyatlar əsasən vərəq düzləndirmə, qatlama, biqləmə, kəsmə, broşürləmə-cildləmə əməliyyatlarını əhatə edir. Çap prosesində istifadə edilən kağız yüksək keyfiyyətli olmasına baxmayaraq proses zamanı düzgün yığılmadığı halda keyfiyyət aşağı olur. Belə ki, dağınıq halda olan kağız qatlama və kəsmə əməliyyatlarından keçərkən qatlama yerləri və kəsmə ölçüləri ottisklər üzrə fərqlənmiş olur. Bu səbəbdən kağız topaları əməliyyata başlamazdan əvvəl düzləndirilməlidirlər. Bunun üçün xüsusi vibrasiya mexanizmli coqqer adlanan stollardan istifadə edilir. Çap olunmuş ottisklərin qatlamadan keçməsi üçün əvvəlcə qatlama yerlərinin biqlənməsi aparılmalıdır. Yəni bu zaman küt bıçaqla kağızın səthində qatlama yerinin izi salınır. Bunun üçün xüsusi biqləmə qurğularından istifadə olunur.

Qatlama əməliyyatını yerinə yetirmək üçün xüsusi qatlayıcı maşınlardan istifadə olunur. Bu maşınlar çap olunmuş ottiskləri 4, 8, 16, 32 və 64 səhifəlik dəftərlər şəklində qatlayır. Qatlanmış dəftərlər tələb olunan ardıcıllıqla yığılır və hazır məhsulun bloku şəklinə salınır.

Bildiyimiz kimi mətbəədə istehsal olunan kitab, jurnal və s. bu kimi məhsullar broşürlənir və cildlənərək hazır məhsul şəklində saxlanılır. Broşürləmə əməliyyatı dəftərlərin iç-içə yığılması və yaxud üst-üstə yığılaraq bərkidilməsi ilə yerinə yetirilir. Bərkidilmə prosesində məftildən, sapdan və yapışqandan istifadə olunur. Bu əməliyyatları yerinə yetirmək üçün xüsusi maşın və qurğulardan istifadə edilir.

İç-içə yığılmış dəftərlərin məftillə bərkidilməsi müəyyən səhifə sayına qədər mümkündür. Səhifələrin sayı artdıqda broşürlərin açılıb bağlanması pisləşir, görünüşü korlanır. Üst-üstə yığılmış dəftərlərin hər biri sapla tikildikdən sonra bir-biri ilə bərkidilir. Sapla (tikilmiş) bərkidilmiş dəftərlərdən yığılmış blok yapışqanla bərkidilir. Bu tip bloklar əsasən cild qapağı ilə cildlənir. Tələb olunduqda sapla bərkidilmiş bloklar termo yapışqanla da cildlənir.



Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə