Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə14/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   10   11   12   13   14   15   16   17   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Tikişli-yapışqanlı bərkitmə. Bu əvvəlcədən termosapla tikilmiş dəftərlərin üst-üstə yığılması ilə komplektləşdirilmiş blokların yapışqanla bərkidilməsidir. Dəftərlər qatlama zamanı ixtisaslaşdırılmış qatlama avtomatlarında tikilir. Kasetli və ya kombinəedilmiş qatlama avtomatları (tikiş qurğusu ilə birlikdə) sonuncu qatlama bölməsindən əvvəl qurulur. Qatlanmış dəftər sonuncu qatlamadan əvvəl tikiş qurğusuna düşür. Burada gələcək üçüncü qatın xətti üzrə sintetik termoəriyən saplarla tikirlər. Onlardan “П” şəkilli ilgək 2 (şəkil 6,a) formalaşır. Sapların ucu dəftərin 1 xarici tərəfinə preslənir. Bu da öz növbəsində ilgəyi 2 fiksə edir. Bundan sonra bərkitmə xətti üzrə dəqiq olaraq üçüncü qatlama (sonuncu) yerinə yetirilir.

Şəkil 6. Blokların tikmə-yapışdırma ilə bərkidilməsi sxemi


Termosaplarla bərkidilmiş dəftərlərdən kitab blokları kom­plekt­ləş­dirilir, yapışqanla yapışdırılır. Cild qapaqlarında olan kitablar üçün isə bloklar bərkidici materialla 3 kantlanır (şəkil 6,b, əyanilik üçün kantlama bütün kötük boyu göstərilməyib).

Tikişli-yapışqanlı bərkitmə üsulu cild qapağında buraxılan kitablar üçün tətbiq edilir.

Yığma komplektləşdirmə əməliyyatı xüsusi yığma komplektləşdirmə axın xəttində yerinə yetirilir. Sapla bərkitmə əməliyyatı sapla tikmə avtomatında aparılır. Məftillə tikmə əməliyyatı ayrıca götürülmüş tikmə avadanlığında və ya dəftərləri iç-içə yığılıb cildləyən və kəsən avtomatik axın xəttində yerinə yetirilir. Bütün bu əməliyyatları yerinə yetirmək üçün yuxarıda adları çəkilən maşınlar fasiləsiz olaraq hazır dəftərlərlə təmin olunmalıdır. Maşınlarda bu işi yerinə yetirən qurğu samonaklad və ya samonaklad dəftər açma qurgusu adlanır.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə