Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə3/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   2   3   4   5   6   7   8   9   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Birbıcaqlı kəsmə maşını

Bir vərəqdən bir neçə dəftər hazırlamaq tələb olunduqda çap olunmuş vərəqi doğramaq zərurəti yaranır. Vərəqi doğramaq üçün birbıçaqlı kağızkəsici maşınlardan istifadə olunur. Bu maşınlar kəsmə uzunluğu, mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsi ilə fərqlənirlər. Kəsmə prosesləri adətən birbıçaqlı kəsmə maşınında yerinə yetirilir.

Birbıcaqlı kəsmə maşınları (şəkil 1) stol-talerdən 1, ötürücüdən 2, sıxıcıdan 3, polad bıçaqdan 4, həmçinin çatıdan, təhlükəsiz iş üçün qoruyucu qurğuların mexanizmindən ibarətdir. Maşının əsas hissəsi stol hesab edilir. Stol üfüqi vəziyyətdə yerləşməklə qabaq tərəfdən çatıya bərkidilir. Arxa tərəfi isə dayaq üzərində bərkidilir. Stolun kənar tərəflərində düzləndirici məhdudlaşdırıcılar perpendikulyar istiqamətdə bərkidilir. Stolun arxa tərəfində vərəq itələyici tir yerləşdirilir. Stolun üzərində şaquli vəziyyətdə bıçaq və bıçaq mexanizmi həmçinin sıxıcı mexanizm və onun tiri yerləşdirilir. Üst tərəfdən monitor qurulur və kəsmə zonasının qabaq hissəsində əməyi mühafizə edən təhlükəsizlik qurğusu yerləşdirilir. Stolun səthində kağız topasını asanlıqla hərəkət etdirməyə imkan yaradan kürələrlə təchiz olunmuş pnevmatik yastıqlar yerləşdirilir.

Stol-masa üzərinə doğranmamış vərəqlərin topası yığılır. Vərəq itələyici qurğu kağız topasını tələb olunan ölçüdə kəsmək üçün verilmiş ölçüyə uyğun məsafə qədər kəsmə xəttinin üstünə istiqamətləndirir. Ötürücü bu topanı kəsmək üçün verilmiş ölçüyə yerləşdirir, sıxıcı topanı sıxır, polad bıçaq qılıncvari və ya qılıncvari- vertikal hərəkət edərək kağız topasını kəsir. Monitor ölçülərin nizamlanmasını təmin etməklə həmçinin kəsmə əməliyyatlarının sayını və digər parametrləri də göstərir.

Müasir kəsmə maşınları əlavə itələyici qurğu, yarımavtomat və ya avtomat kağız verici və kəsilmiş kağızın kənarlaşdırılması qurğuları ilə təchiz olunmuşdur. Bundan başqa fotoelementlə təchiz olunmuş xüsusi qoruyucu qurğular təhlükəsiz iş rejimini təmin edir. Bütün bu mexanizmlərin idarə olunması kompüter texnikası və texnologiyası vasitəsi ilə yerinə yetirilir. Bunun üçün maşınlar xüsusi proqram təminatı ilə təchiz olunmuşlar.

Şəkil 1. Birbıçaqlı kəsmə maşını


Maşının təmin olunduğu köməkçi qurğulara kağız topasını qaldıran, onu stola istiqamətləndirən və tələb olunduqda çevirən prevmatik stol aid edilir. Bundan başqa kəsmə maşınları periferiya qurğuları ilə də təchiz olunur. Periferiya qurğularına kəsiləcək və kəsilmiş kağız topalarını nəql edən mexanizmlər nəzərdə tutulur.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə