Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat


Ayrı-ayrı maşın avtomatlardan təşkil edilmiş avtomatik cildləmə xətləri



Yüklə 0,72 Mb.
səhifə66/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   ...   58   59   60   61   62   63   64   65   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Ayrı-ayrı maşın avtomatlardan təşkil edilmiş avtomatik cildləmə xətləri

Aqreqatların bazasında qurulmuş xətlərdən fərqli olaraq bu xətlər aşağıdakılarla xarakterizə olunurlar:

- maşınların daha sadə konstruksiyası və böyük universallığı ilə. Bu maşınlar həm xəttin tərkibində, həm də müstəqil işləyə bilirlər;

- daha böyük manevretmə qabiliyyətinin olması. Belə ki, sıradan çıxmış bir maşını dəyişmək aqreqatı dəyişməkdən daha asandır.

Nümunə üçün "Kolbus" firmasının istehsalı olan "Sistem" avtomatik xəttinə baxaq (şəkil 39). Bu xətt bir-biri ilə nəqliyyat əlaqəsi ilə birləşmiş 12 maşın-avtomatdan ibarətdir. Sapla tikilmiş ayrı-ayrı dəftərlərdən (kötük materialı olmadan) ibarət olan kitab blokları (forzassız) xəttin samonakladına 1 verilir. Sonra ayrı-ayrı maşınlarda avtomatik rejimdə onların emalı aparılır. Bu emala aşağıdakı əməliyyatlar aiddir: blok­la­rın kötüklərinin və bütövlükdə blokların sıxılması 2; blokun hər iki tərəfinə eyni zamanda forzasların yapışdırılması 3; blokların kötüklərinin yapışdırılması və qurudulması 4; blokların kötük­lə­rinin sıxılması 5; blokun üç tərəfdən kəsilməsi 6; blokların kötüyünün dəyirmiləndirilməsi və qatlamaların əyilməsi 7; blo­ka aralıq lentin yapışdırılması 8; blokun kötüyünə kötük mate­ria­lının və kaptalın yapışdırılması 9; Hazır kitab blokları kitab yerləşdirmə maşınına 10 verilir. Burada onlar cild qapaqlarında yerləşdirilir. Sonra kitablar ştrixləmə-sıxma maşınına 11 daxil olurlar və oradan çıxıb qəbuledici-komplektləyici qurğuya 12 daxil olurlar.

Şəkil 39. Ayrı-ayrı maşınlardan ibarət olan avtomatik cildləyici

xəttin blok-sxemi (Kolbus firması)


Xəttə qablaşdırıcı–sarıyıcı qurğu da qoşula bilər. Xəttin tər­ki­binə kəsim yerlərinin rənglənməsi, superüzlüyün çəkilməsi ava­­danlıqlarını qoşmaqla onun texnoloji imkanlarını artırmaq olar.

Bu xətt kitabın hazırlanmasının yüksək keyfiyyətini təmin edir. Onun məhsuldarlığı 2,4 min kitab/saat-dır.
Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə