Çapdan sonrakı proseslər və avadanlıqlar 5s müh, 15s məş, 15s lab. Muhazirə Çapdan sonrakı proseslər haqqında ümumi məlumat



Yüklə 0,72 Mb.
səhifə7/66
tarix31.12.2021
ölçüsü0,72 Mb.
#81906
1   2   3   4   5   6   7   8   9   10   ...   66
Çapdan sonrakı proseslər və avadanlıqlar

Nəşrlərin üç tərəfli kəsilməsi

Kitablar, broşürlər və jurnallar cildlə birlikdə üç tərəfdən kəsilir. Nəşrlərin belə kəsilməsi nor­ma­tiv texniki sənədlərin tələblərinə görə onların ölçülərinin is­tis­mar xüsusiyyətlərinin, xarici görünüşünün yaxşılaşmasını tə­min edir. Kəsmə adətən üçbıçaqlı kəsmə maşınında yerinə ye­ti­ri­lir. Bu maşında bir iş tsiklində nəşrlərin topası üç tərəfdən ey­ni zamanda kəsilir. Bu maşınlar texnoloji imkanlarına, me­xa­nik­ləşdirmə və avtomatlaşdırma dərəcəsinə görə fərqlə­nirlər.

Belə maşınlarda üçtərəfli kəsmə aşağıdakı kimi yerinə yetirilir (şəkil 2).

Nəşrlərin 1 bağlamasını düzləndirib ötürücünün 2 üstünə qoyurlar. İlkin sıxıcı 3 nəşrləri sıxır və ötürücü sıxıcı ilə birlikdə onları stol 4 üzrə kəsmə zonasına ötürür. Burada əsas sıxıcı 5 aşağı enir, ilkin sıxıcı isə əvvəlki vəziyyətə qayıdır. Sıxılmış nəşrlərə yan bıçaqlar 6 endirilir. Bıçaqlar eyni zamanda yuxarı və aşağı



Şəkil 2. Üçtərəfli kəsmə maşınında nəşrlərin kəsilməsi sxemi


sahələr üzrə onları kəsir. Yan bıçaqlar yuxarı qalxdıqdan sonra üçüncü qabaq bıçaq 7 nəşri qabaq sahə üzrə kəsir. Kəsilmiş bağlama sıxıcının altından azad olur və transportyor 8 üzərinə çıxarılır. Maşının yüklənməsi və boşaldılması əl ilə yerinə yetirilir. Kəsilmiş məhsulun formatı dəyişdirildikdə bıçaqların müvafiq nizamlanması aparılır.

Bu tip maşınların bəziləri bağlamaların samonaklad yığıcıları, məhsulun avtomatik kənarlaşdırılması və elektron idarəetmə sistemləri ilə təchiz olunmuşlar. Belə maşınlar həm müstəqil, həm də avtomatik xətlərin tərkibində işləyə bilir.

Hazır məhsulların qablaşdırılması onların əlverişli və etibarlı nəql olunması üçün vacibdir. Nəşrin təyinatından və poliqrafiya müəssisəsinin təchizatından asılı olaraq qablaşdırma müxtəlif üsullarla yerinə yetirilir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə