Capital Motors



Yüklə 497,46 Kb.
səhifə4/4
tarix12.02.2018
ölçüsü497,46 Kb.
#26845
1   2   3   4

Ölçü vahidi: manat




Qeydlər

Hesabat dövrü üzrə


Əvvəlki dövr

üzrə

1

2

3

4

Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti










Hesabat dövründə xalis mənfəət və ya zərər




77430,80

126563,88

Aşağıdakı maddələr üzrə düzəlişlər:










azlıq təşkil edən mülkiyyətçilərin payı







1218.25

mənfəət vergisi üzrə xərclər




-19357,70

-31640,97

qeyri-pul maddələri üzrə gəlirlər və xərclər










investisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə

fəaliyyətə aid olan digər maddələr












Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər:










ehtiyatlar




602877,08

6584428,51

əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri




578325,31

3792586,86

əməliyyat kreditor borcları və hesablamalar




338705,43

-2269208,26

Ödənilmiş (qaytarılmış) mənfəət vergisi




-19357,70

-31640,97

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti




1558623,22


8171089,00













İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkətləri










komisyon yığımları və ödənilmiş digər oxşar məbləğlər daxil olmaqla uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə edilməsi üçün, eləcə də, uzunmüddətli qeyri-maliyyə aktivlərinə aid edilən kapitallaşdırılmayan məsrəfləri ilə əlaqədar pul vəsaitlərinin xaricolmaları




-1186035,7

-7556673,34

uzunmüddətli qeyri-maliyyə aktivlərinin satışından pul vəsaitlərinin daxilolmaları










törəmə, asılı və birgə müəssisələrdə investisiyaların əldə olunması ilə bağlı pul vəsaitlərinin xaricolmaları










törəmə, asılı və birgə müəssisələrdə investisiyaların satışından yaranan pul vəsaitlərinin daxilolmaları










1

2

3

4

digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borclar üzrə pul vəsaitlərinin xaricolmaları










digər tərəflərə verilmiş qısamüddətli və uzunmüddətli borcların geri qaytarılmasından yaranan pul vəsaitlərinin daxilolmaları










törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların əldə edilməsi üçün pul vəsaitlərinin xaricolmaları,










törəmə müəssisələrdə və təsərrüfat vahidlərində mövcud olan pul vəsaitləri çıxılmaqla həmin qurumların satışından əldə olunan pul vəsaitlərinin daxilolmaları










Fyuçers, forvard, opsion və svop müqavilələri üzrə pul vəsaitlərinin xaricolmaları










Fyuçers, forvard, opsion və svop müqavilələrindən yaranan pul vəsaitlərinin daxilolmaları










dividendlərin və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərinin daxilolmaları










Alınmış faizlər şəklində pul vəsaitlərinin daxilolmaları










İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti




-1186035,7

-7556673,34












Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti










səhmlərin və digər oxşar alətlərin buraxılması nəticəsində yaranan pul vəsaitlərinin daxilolmaları










müəssisənin öz səhmlərinin və digər oxşar alətlərinin geri alınması məqsədilə pul vəsaitlərinin xaricolmaları










borc şəklində alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxilolmaları










borc şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları










məqsədli maliyyələşdirmə şəklində pul vəsaitlərinin daxilolmaları










məqsədli maliyyələşdirmə şəklində alınmış məbləğlərin geri qaytarılmasına görə pul vəsaitlərinin xaricolmaları










maliyyə icarəsi müqavilələrinin şərtlərinə əsasən əsas məbləğlər üzrə pul vəsaitlərinin xaricolmaları










dividendlər və buna oxşar digər ödəmələr şəklində pul vəsaitlərinin xaricolmaları










1

2

3

4

faizlər şəklində pul vəsaitlərinin xaricolmaları










Maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin xalis hərəkəti






















Pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)




372587,52

614415,66













Pul vəsaitlərinin və onların ekvivalentlərinin hərəkəti


bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği




1825936,87

1 211 521,21

il ərzində pul vəsaitləri və onların ekvivalentlərinin artması (azalması)




372587,52

614415,66

xarici valyutaların məzənnələrinin dəyişməsinin təsiri










bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı




2198524,39

1825936,87

Direktor: Qəhrəmanov Orxan Vahid oğlu

Baş mühasib: Məmmədov Emin Rafiq oğlu

Maliyyə hesabatlarına şərhlər və qeydlər.


  1. Giriş




Hazırkı maliyyə hesabatları 31 dekabr 2015-ci ildə tamamlanan il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq “Capital Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün tərtib edilmişdir.


    1. Cəmiyyət haqqında ümumi məlumat.

Capital Motors” MMC 14 oktyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsində 1301020038010400 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və 1601250001 saylı VÖEN verilmişdir. “Capital Motors” MMC-nin nizamnamə kapitalı 10,00 manatdır. “Capital Motors” MMC-nin hazırki təsisçiləri və Nizamnamə Kapitalında payları aşağıdakı kimidir:



  1. Xasıyev Aslan Tarqulu oğlu-10 pay

“AZ-İS Motors” MMC “Capital Motors” MMC-nin törəmə müəssisəsidir. “AZ-İS Motors” MMC 14 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsində 1401020017231800 saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və 2002991891 saylı VÖEN verilmişdir. “AZ-İS Motors” MMC-nin nizamnamə kapitalı 1000,00 manatdır.

AZ-İS Motors” MMC-nin hazırki təsisçiləri və Nizamnamə Kapitalında payları aşağıdakı kimidir:

  1. “Capital Motors” Məhdud Məsuliyyətli Cəmiyyət-50 %

  2. Rəsulzadə İradə Mustafa qızı-25%

  3. Sultanzadə Afaq Rasim qızı-25%

31 dekabr 2014-cü il tarixə və 31 dekabr 2015-ci il tarixə tərtib edilmiş auditor hesabatı “Capital Motors” MMC və onun törəmə müəssisəsi olan “AZ-İS Motors” MMC-nin mühasibat uçotu hesabatları ilə konsolidə edilərək tərtib edilmişdir.

    1. Cəmiyyətin hüquqi ünvanı

Capital Motors” MMC-nin hüquqi ünvanı aşağıdakı kimidir:

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ev 38A



    1. Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar kommersiya təşkilatlarının inkişafına müsbət təsir göstərir.

Kommersiya təşkilatları ictimayyətin bu sektoru olan inam səviyyəsinin azalmasına və iqtisadi şəraitin dəyişməsinə həssasdır və müntəzəm olaraq likvidlik səviyyəsinin azalması halları ilə rastlaşa bilər.Kommersiya sektoruna təsir göstərə biləcək bütün amillərin,eləcə də onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini (əgər varsa) qabaqcadan proqnozlaşdırmaq rəhbərlik iqtidarında deyil.

Azərbaycan Respublikasında iqtisadi inkişafın gələcək perspektivləri dövlətin həyata keçirtdiyi iqtisadi,maliyyə və pul-kredit islahatlarının səmərəliliyindən,eləcə də vergi,gömrük,sosial sığorta hüquq normativ və siyasi sistemin inkişafından xeyli dərəcədə asılıdır.




    1. Əməliyyat valyutası

Hazırkı maliyyə hesabatlarındakı məbləğlər Azərbaycan Manatı (AZN) ilə ifadə olunmuşdur.




  1. Uçot siyasətinin təqdimatı

Uçot siyasətinin bu maliyyə hesabatlarının tərtib edilməsində istifadə edilən əsas müddəaları aşağıdakı bəndlərdə göstərilmişdir. Əgər başqa açıqlamalarda istinad qeydləri edilməmişdirsə, göstərilən uçot siyasəti müddəaları təqdim edilən bütün hesabat dövrlərində ardıcıl tətbiq edilmişdir.


    1. Maliyyə hesabatlarının tərtib olunmasının ümumi əsasları

Capital Motors” MMC mühasibat uçotunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada aparır. Bu maliyyə hesabatları Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyi əsasında hazırlanmış və MHBS-na uyğunlaşdırılmışdır. Bu düzəlişlərə əsas əməliyyatların iqtisadi mahiyyətini əks etdirən yenidən təsnifləşdirmələr, o cümlədən bəzi aktiv və öhdəliklərin yenidən təsnifləşdirilməsi daxildir. Bu maliyyə hesabatlarında, aktivlər və öhdəliklər faktiki xərclər üzrə qiymətləndirilmişdir. Bu maliyyə hesabatları tərtib olunarkən 31 dekabr 2015-ci il tarixə olan göstəricilər dəqiqləşdirilmişdir.

Maliyyə hesabatlarının MHBS-na uyğun tərtib edilməsi nəzərdə tutur ki, rəhbərlik əsas qiymət göstəricilərini müəyyənləşdirir. Rəhbərlikdən həmçinin tələb edilir ki, Cəmiyyətin uçot siyasətinin həyata keçirilməsi sahəsində peşəkar mülahizələr açıqlansın.


    1. Valyutaların yenidən hesablanması




  1. Funksional valyuta və hesabat valyutası

Funksional valyuta maliyyə hesabatlarında maddələrin ölçülməsi üçün istifadə olunur. Bu müəssisənin yerli valyutası olan Azərbaycan Respublikası manatıdır (AZN).


  1. Əməliyyatlar və qalıqlar

Xarici valyuta ilə aparılan əməliyyatlar əməliyyatların aparılma tarixinə valyuta məzənnəsinə uyğun olaraq funksional valyutada əks etdirilir. Məzənnə fəqqləri funksional valyutalardan fərqli valyutalarda aparılan əməliyyatlar və sövdələşmələr üzrə yaranır və hər bir valyutanın müəyyən sayda vahidlərinin müxtəlif məzənnə kursunda digər valyutaya çevrilməsi nəticəsində yaranan fərq kimi müəyyən edilir. Xarici valyutada aparılan əməliyyatlar üzrə yaranan mənfəət və zərərlər, həmçinin xarici valyutada ifadə edilən monetar aktivlərin və öhdəliklərin hesabat dövrünün sonuna məzənnə kursu üzrə yenidən hesablanmasından yaranan mənfəət və zərərlər, mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir. Bu cür əməliyyatlardan yaranan məzənnə fərqləri müvəqqəti olaraq pul vəsaitlərinin və netto-investisiyaların hedcinqləşdirilməsi (aktivlər və öhdəliklərin dəyərinin dəyişməsindən yaranan itkilərdən sığortalanmaq üçün həyata keçirilən əməliyyatlar) kapital hesabına aid edilmişdirsə, məzənnə fərqləri mənfəət və zərərlər haqqında hesabatda əks etdirilmir.
Monetar maddələr mövcud valyuta vahidləri və valyuta vahidlərinin sabit və ya müəyyən olunan sayında əldə edilən və ya ödənilən aktivlər və öhdəliklərdir. Monetar maddələrin əsas xüsusiyyəti sabit və ya müəyyən olunan sayda valyuta vahidlərinin əldə edilməsi hüququdur. Monetar maddələr nəğd, əldə edilən vəsaitləri, sudaları, ödənilməli olan məbləğləri, uzunmüddətli borcları, təminatları, işçi müavinətləri öhdəliklərini və təxirə salınmış vergi aktivləri və öhdəliklərini daxil edir.

Qeyri-monetar maddələrə səhmlər, ehtiyatlar, əvvəlcədən ödənilmiş gələcək dövrün xərclər, əmlak, torpaq, tikili və avadanlıqlar və qeyri-maddi aktivlər daxil edilir.


Xarici valyuta məzənnələri

Cəmiyyət maliyyə hesabatlarının tərtib olunması üçün aşağıdakı valyuta məzənnələrindən istifadə etmişdir:


31 dekabr 2015-ci il 31 dekabr 2014-cü il
1 ABŞ dolları – 1,5594 – 0,7844

1 Avro – 1,7046 – 0,9522

1 Rusiya rublu – 0,0216 – 0,0133



    1. Binalar və avadanlıqlar (Əsas vəsaitlər)

Əsas vəsaitlər elə maddi aktivlərdir ki:



  1. Mal və xidmətlərin istehsalı və təchizatında istismar edilir, gələcəkdə icarəyə verilmək və ya inzibati məqsədlər üçün istifadə edilir;

  2. Bir dövrdən artıq dövr ərzində istifadə edilməsi gözlənilir.

Torpaq və binalara əsasən inzibati bina və ofis sahələri daxildir. Hesabat dövrünün sonuna torpaq və binalar bazar qiymətlərinə müevafiq surətdə ədalətli dəyər üzrə yenudən qiymətləndirilməmişdir.


Ədalətli dəyər – yaxşı məlumatlandırılmış, razılığa gəlmiş və bir-birindən asılı olmayan tərəflər arasında ticari sövdələşmələrdə aktivin mübadilə edildiyi dəyərdir. Binalar üzrə ədalətli dəyər müstəqil kənar qiymətləndirici tərəfindən vaxtaşırı keçirilən (adətən üç ildən bir dəfədən az olmayaraq) qiymətləndirmə ilə müəyyənləşdirilir (amortizasiya ayırmaları çıxılmaqla). Yenidənqiymətləndirmə tarixinə yığılmış istənilən amortizsiya məbləği aktivin balans dəyərindən silinir və xalis dəyər yenidənqiymətləndirmə dəyərinə hesablanır. Qalan bütün əsas vəsaitlər ilkin dəyərlə amortizasiya ayırmaları çıxılmaqla əks etdirilir.

İlkin dəyər bu aktivlərin əldə edilməsi ilə birbaşa əlaqədar olan xərcləri nəzərdə tutur. İlkin dəyərə həmçinin valyuta ilə alınmış əsas vəsaitlərin hedcinqi üzrə kapitala keçirilən pul vəsaitlərinin axını üzrə mənfəət və zərərlər də daxil edilir.

Sonrakı xərclər aktivin balans dəyərinə yalnız o vaxt əlavə edilir və ya ayrıca aktiv kimi qəbul edilir ki, bu aktivlərlə əlaqədar olan gələcək iqtisadi səmərələr Cəmiyyətə keçsin və düzgün qiymətləndirilə bilinsin. Qalan dütün cari təmir və istismar xəcləri o dövrün mənfəət və zərərlər haqqında hesabatında əks etdirilir ki, həmin dövrdə bu xərclər çəkilmişdir.
Torpaq və binaların yenidənqiymətləndirilməsi üzrə balans dəyərinin artması kapitalın tərkibində sair ehtiyatlar (rezervlər) hesabına aid edilir. Balans dəyərinin həmin aktiv üzrə əvvəlki yenidənqiymətləndirmə artımı həddləri daxilində azalması birbaşa kapitalın tərkibində ədalətli dəyər üzrə ehtiyatlar (rezervlər) hesabına aid edilir; balans dəyərinin qalan bütün azalmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.
Hər il aktivin yenidənqiymətləndirilmiş balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları (amortizasiya ayırmaları mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir) və aktivin ilkin balans dəyəri əsasında hesablanmış amortizasiya ayırmaları arasındakı fərq, ədalətli dəyər üzrə ehtiyat (rezerv) hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına keçirilir.


    1. Amortizasiya

Amortizasiya olunan dəyər-aktivin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq (likvidasiya)dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.

Amortizasiya – istismara yararlı müddətdə aktivlərin amortizasiya olunan dəyərinin müəyyən olunmuş hissələrlə müntəzam olaraq (sistematik)paylaşdırilmasıdır (bölüşdürülməsidir).

Torpaq üzrə amortizasiya ayırmaları hesablanmır.
Digər əsas vəsaitlər üzrə amortizasiya azalan qalıq dəyəri metoduna, yəni əsas vəsaitlərin faydalı istismar müddəti ərzində aşağıdakı illik amortizasiya dərəcələrini tətbiq etməklə, aktivlərin qalıq dəyərinə və ya yenidənqiymətləndirilmiş dəyərinə vurmaqla həyata keçirilir. Faydalı istismar müddəti və ya illik amortizasiya dərəcələri aşağıdakı qaydada müəyyən edilir:

-Binalar və qurğular – 5 il və ya illik 7%



  • Maşın avadanlıq – 5 il və ya illik 25%

  • Nəqliyyat vasitələri – 5 il və ya illik 25%

  • Sair əsas vəsaitlər – 5 il və ya illik 20%

Aktivlərin ləğv edilmə dəyərinə və onların faydalı istismar müddətinə vaxtaşırı yenidən baxılır və zərurət olduqda, hər bir hesabat dövrünə təshih edilir.

Əsas vəsaitlərin xaricolmasından mənfəət və zərərlər bu əsas vəsaitlərin satışı ilə onların balans dəyərinin müqayisə edilməsi yolu ilə müəyyən edilir. Xaric olmalardan mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.



    1. Qeyri-maddi aktivlər

Qeyri-maddi aktiv fiziki formaya malik olmayan qeyri-monetar aktivdir.

Qeyri-maddi aktivlərin tanınması onların ilkin dəyəri əsasında aparılır.Tanınmadan sonra qeyri-maddi aktivi amortizasiya çıxılmaqla ilkin dəyər ilə uçota alınır.

Cəmiyyətin qeyri-maddi aktivləri yoxdur.


    1. Aktivlərin qiymətdən düşməsi

Faydalı istismar müddəti müəyyən edilə bilinməyən aktivlər amortizasiya olunmur və hər il qiymətdən düşmə məqsədləri üçün testləşdirmə aparılır. Amortizasiya olunan aktivlər, əgər hər hansı bir hadisə və ya şəraitin dəyişməsi balans dəyərinin bu aktivlərin əvəzinin ödənilmə dəyəri olmamasını göstərirsə, hər dəfə qiymətdən düşmə məqsədləri üçün qiymətləndirilir. Qiymətdən düşmə zərəri aktivin balans dəyərinin onun əvəzinin ödənilmə dəyərindən artıq olan məbləğində tanınır. Əvəzinin ödənilməsi dəyəri aşağıdakı iki meyarlardan daha böyük olan məbləğlərdən biridir:

  1. Aktivin satışı üzrə xərclər çıxılmaqla ədalətli dəyəri;

  2. Istifadə edilmə dəyəri.

Aktivlərin qiymətdən düşməsi məqsədləri üçün aktivlər pul axınlarını eyniləşdirən qruplaşdırma qaydasında ən kiçik qruplara bölünürlər.




    1. Ehtiyatlar

Ehtiyatlar faktiki maya dəyəri ilə əks etdirilir. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FİFO metodu) hesablanır. Maya dəyərinə material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir. Ehtiyatların dəyərinə, bu xammal və material ehtiyatlarının əldə edilməsi ilə bağlı olan və müvafiq pul axınının hedcinqləşdirilməsi alətləri üzrə mənfəət və zərərlər hesabından keçirilmiş zərərlər daxil edilir.

    1. Alıcılar və sifarişçilərin debitor borcları

Alıcılar və sifarişçilərlə hesablaşmalar ilkin olaraq ədalətli dəyər üzrə əks etdirilir. Sonradan isə qiymətdən düşmə ehtiyatlarının (rezervlərinin) yaradılması metodu ilə amortizasiya olunmuş dəyər ilə uçota alınır. Alıcılar və sifarişçilərin debitor borcları üzrə qiymətdən düşmə ehtiyatları (rezervi) o halda yaradılır ki, elə obyektiv sübutlar mövcuddur ki, Cəmiyyət tərəfindən ilkin maliyyələşmə nəticəsində yaranmış bütün debitor borclarının yığılması mümkün deyildir və ya bütün debitor borclarının ödənilməsi mümkünsüzdür. Ehtiyatların (rezervin) məbləği aktivin balans dəyəri ilə pul vəsaitləri axınının effektiv faiz dərəcəsi nəzərə alınan fərz edilən diskontlaşdırılmış dəyəri arasındakı fərqdir. Ehtiyatların (rezervlərin) yaradılması və ya dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.

    1. Pul vəsaitləri və onların ekvivalentləri

Pul vəsaitləri və onların ekvivalentləri asanlıqla müəyyən nəğd pul məbləğinə çevrilə bilən və dəyəri cuzi dəyişikliklərə məruz qalan maddələrdir. Pul vəsaitləri və onların ekvivalentləri maddəsində kassada olan nəğd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələbli bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və ödənilmə müddəti üç aydan artıq olmayan digər yüksəklikvidli investisiyalar əks etdirilir. Mühasibat balansında bank overdraftları qısamüddətli öhdəliklərin tərkibində qısamüddətli faiz xərcləri yaradan öhdəliklər maddəsi üzrə əks etdirilir. “Capital Motors” MMC-nin Rəhbərliyi işçilər və Təşkilatlarla əmək və icarə müqavilələrini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Tələblərinə əsasən düzgün bağlanmışdır.

Kassa əməliyyatları : Cəmiyyətin mühasibatlığı tərəfindən kassa kitabı açılmışdır. Audit dövrü ərzində kassa hesabatları tərtib edilmiş, mədaxil məxaric orderləri təlimata uyğun yazılmış, hesabatda düzgün əks etdirilmişdir.

Bank əməliyyatları və MMC-nin Rekvizitləri aşağıdakı kimidir :

“Rabitə Bank” ASC Nərimanov filialı

VÖEN 9900001061–15001

S.W.I.F.T BIC: RBTAAZ22

Müxbir hesab AZ61NABZ01350100000000006944

Kod 505442

Hesablar : AZ53RBTA23400600100944097123 AZN

AZ53RBTA23400600100840097123 USD

AZ53RBTA23400600100954097123 EUR

AZ53RBTA23400600100643097123 RUR

Bank əməliyyatları təlimata tam uyğun aparılmışdır.Beləki hər ay üzrə Bank hesabatları tutulmuş, çıxarışlarda düzəliş olmamışdır.Hesabatın təsdiqedici sənədləri hesabatda düzgün əks etdirilmişdir.



    1. Kreditlər bə borclar

Kreditlər və borclar ilkin olaraq sövdələşmənin aparılmasına çəkilən xərclər çıxılmaqla, ədalətli dəyər üzrə tanınır. Kreditlər və borclar, Cəmiyyət tərəfindın bu öhdəliklərin ödənilmə müddətinin mühasibat balansının tərtib edilmə müddətindən ən azı bir ildən artıq olan müddətə ödəniləcəyi barədə şərtsiz hüququ olması halları istisna olmaqla, qısamüddətli öhdəliklər kimi təsnifləşdirilir.

    1. Mənfəət vergisi

Mənfəət vergisi hazırkı maliyyə hesabatlarında balans tarixinə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq hesablanmışdır və hesabatda düzgün əks etdirilmişdir.

    1. Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər)

Qarşıdakı xərclər və ödənişlər üzrə ehtiyatlar (rezervlər) planlaşdırılmışdır.

    1. Gəlirin tanınması

Hesabat dövründə Cəmiyyət gəlir əldə etmişdir.



  1. Malların satışından gəlir

Malların təqdim olunmasından 9220629,52 manat olmuşdur.

b) Xidmətlərin satışından gəlirlər

Xidmətlərin göstərilməsindən gəlir olmamışdır.



  1. Faiz gəlirləri

Hesabat dövründə Faiz gəlirləri olmamışdır.

  1. Dividend gəlirləri

Hesabat dövründə Divident gəlirləri olmamışdır.

  1. Sair qəlirlər

Hesabat dövründə kurs gəlirləri olmamışdır.

    1. İcarə

Mülkiyyət hüququndan irəli gələn risklərin və səmərələrin əhəmiyyətli hissəsinin icarəyə verəndə qalması hallarındakı icarə, əməliyyat icarəsi kimi təsnifləşdirilir.Əməliyyat icarəsi müqaviləsi üzrə ödənişlər bütün icarə müddəti üzrə bərabər hissələrə bölunməklə, mənfəət və zərər haqqında hesabatlarda əks etdirilir.

    1. Dividendlərin verilməsi

Cəmiyyətin təsisçilərinə dividendlər maliyyə hesabatlarında öhdəlik kimi o dövrdə tanınır ki,həmin dövrdə Cəmiyyətin təsisçiləri tərəfindən təstiq edilmişdir(qərar qəbul edilmişdir).

Hesabat dövründə Cəmiyyətin təsisçilərinə dividendlər elan edilməmiş və ödənilməmişdir.






  1. Maliyyə risklərinin idarə edilməsi




    1. Maliyyə riskərinin faktorları

Azərbaycan Respublikası inkişaf etməkdə olan bazar iqtisadiyyatina xas olan xüsusiyyətlərə malikdir.Son illər ölkədə güclu iqtisadi artım müşahidə olunmuşdur.Lakin hal-hazırda dünya iqtisadiyyatında olan qlobal maliyyə böhranı Azərbaycana da öz təsirini göstərməkdədir.Kommersiya sektoruna təsir göstərə biləcək bütün tendensiyaları, eləcədə onların Cəmiyyətin maliyyə vəziyyətinə təsirini ( əgər varsa) qabaqcadan proqnozlaşdırmaq mümkün deyil.

Cəmiyyətin fəaliyyəti bir sıra maliyyə risklərinə meyillidir: bazar riski (valyuta riskləri, faiz dərəcələrinin dəyişməsinin ədalətli dəyərə təsir riski və qiymət riski daxil olmaqla); kredit riski; likvidlik riski və faiz dərəcələrinin dəyişməsinin pul vəsaitləri axınına təsiri riski. Cəmiyyətin risklərin idarə olunması üzrə proqramı, maliyyə risklərinin qabaqcadan müəyyən edilə bilinməsi amilinə cəmləşdirilmişdir (fokusuna yığılmışdır) və Cəmiyyətin fəaliyyətinin maliyyə nəticələrinə potensial əlverişsiz təsirinin minimallaşdırılmasına yönəldilmişdir.



  1. Bazar riski

  1. Valyuta riski

Cəmiyyət beynəlxalq iqtisadi əlaqələrə malikdir və ona görə də, xarici valyuta kurslarının (əsasən ABŞ dolları, avro, rus rublu və s.) dəyişməsindən valyuta risklərinə meyillidir.Gələcək kommersiya sövdələşmələri, tanınmış aktivlər və öhdəliklər, həmçinin xarici şirkətlərə netto investisiyalara münasibətdə mübadilə kueslarının dəyişməsi riski mövcuddur.

  1. Qiymət riski

Cəmiyyət göstərdiyi xidmətlər üzrə qiymət riski mövcuddur. Satışı, xidmət və reklam xidmətləri üzrə qiymətlər daha çox ölkədə iqtisadiyyatının inkişaf səviyyəsindən, MMC nəticələrindən və bir çox başqa amillərdən asılıdır.

  1. Kredit riski

Cəmiyyət əhəmiyyətli kredit risklərinə mübtəla deyildir. Törəmə alətlərlə sövdələşmələr və pul əməliyyatları yalnız yüksək ödəmə qabiliyyəti olan maliyyə institutları ilə aparılır. Cəmiyyət tərəfindən heç bir istisnaya yol vermədən bütün maliyyə institutları üçün kredit riskini məhdudlaşdıran prosedurlar işlənmişdir.

  1. Likvidlik riski

Likvidlik riskinin ehtiyatkarlıqla idarə edilməsi pul vəsaitləri və dövriyyədə olan qiymətli kağızların kifayət həcminin saxlanmasını, açılmış kredit xəttləri vasitəsilə adekvat maliyyələşmə imkanlarını və ortaya çıxa biləcək disbalans hallarında operativ idarərtmə imkanlarını nəzərdə tutur.

  1. Faiz dərəcəsinin dəyişməsinin pul vəsaitləri axının və ədalətli dəyərə təsiri riski

Cəmiyyət faiz gəliri gətirən əhəmiyyətli məbləğdə aktivlərə malik olmadığından,mənfəət və pul vəsaitlərinin əməliyyat axınları,əsasən bazar faiz dərəcələrinin dəyişməsindən asılı deyildir.

    1. Törəmə maliyyə alətləri və hedcinq əməliyyatlrı

Törəmə maliyyə alətləri müvafiq sövdələşmələrin (kontraktların) bağlanma tarixinə ilkin balans dəyəri ilə uçota alınır: sonradan ədalətli dəyərə yenidən qiymətləndirmə tələb edilir. Bu qaydada müəyyən edilmiş gəlirlər və zərərlər maliyyə alələrinin hedcinq ələti kimi təsnifləşdirilməsindən asılıdır.

  1. Ədalətli dəyərin hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsi mənfəət və zərərlər haqqında hesabatda hedcinqləşmə riskinə aid olan hedcinqləşdirilən maliyyə aktivləri və öhdəliklərinin ədalətli dəyərinin dəyişməsi ilə birliklə əks etdirilir.

  1. Pul vəsaitləri axınının hedcinqləşdirilməsi

Cəmiyyət tərəfindən pul vəsaitləri axınının hedcinqləşdirilməsi aləti kimi təsnifləşdirilən törəmə alətlərin ədalətli dəyərinin dəyişməsinin effektiv hissəsi kapitalın tərkibində tanınır (bu dəyişmənin effektiv olmayan hissəsi mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir).

  1. Xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu tətbiq edilməyən törəmə alətlər

Bir sıra maliyyə alətləri xüsusi hedcinqləşdirmə əməliyyatı uçotu qaydalarına aid edilmir. Hedcinqləşdirmə əməliyyataları tətbiq edilməyən maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsi birbaşa mənfəət və zərərlər haqqında hesabatda əks etdirilir.




  1. Uçot siyasətinin tətbiqi zamanı əhəmiyyətli mühasibat təxminləri və fərziyyələri

Cəmiyət növbəti maliyyə ili ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğinə təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edir.Uçot siyasətinin tətbiqi zamanı rəhbərlik həmçinin peşəkar mülahizələr və fərziyyələr irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar daxildir:

    1. Müştəri debitor borclarının dəyərsizləşməsi üzrə zərərlər

Gələcək pul vəsaitləri hərəkətinin məbləğini və müddətini təxmin edərkən istifadə edilən metodologiya və mülahizələr, təxmini və həqiqi zərərlər arasındakı hər hansı fərqi azaltmaq məqsədilə müntəzəm olaraq nəzərdən keçirilir.

    1. Binaların yenidən qiymətləndirilməsi

Hər bir balans tarixində Cəmiyyətin binalarının ədalətli dəyərinin balans hesabatında əks etdirilməsi məqsədilə, rəhbərlik binaların yenidənqiymətləndirilməsi üzrə əsas əldə etmək məqsədilə müstəqil qiymətləndirmə hesabatının tələb olunduğunu müəyyən etmək üçün peşəkar mülahizələr irəli sürülməsi nəzərdə tutulur. Hazırkı maliyyə hesabatlarının əhatə etdiyi dövrün sonuna cəmiyyətin balansında olan əsas vəsaitlət barədə məlumatlat göstərilmişdir.

    1. Vergi qanunvericiliyi və əmək qanunvericiliyi

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq cəmiyyət işçilərin əmək haqlarından məcburi sosial sığorta haqları tutur və onların Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırmalarını nəzərdə tutur.Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Müdafiə Fondu tərəfindən yerinə yetirilir.Cəmiyyət Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı fərdi qaydalara malik deyildir.Bundan başqa ,Cəmiyyətdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

Capital Motors” MMC Azərbaycan Respublikasının vergi, əmək, sosial sığorta, valyuta və gömrük qanunvericiliyi ilə nəzərdə tutulan tələblərə təlimata uyğun əməl etmişdir. Büdcə və sosial sığorta ayırmaları düzgün hesablanmışdır.



  1. Yeni və yenidən işlənmiş standartların və onlara dair şərhlərin tətbiqi

1 yanvar 2008-ci il tarixdən bəzi yeni MHBS-ı qüvvəyə minmişdir. Aşağıda hal-hazırda Cəmiyyətin fəaliyyəti üçün məqbul sayılan və ya gələcəkdə sayıla bilən yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlər təqdim edilir, eləcə də onların Cəmiyyətin uçot siyasətinə təsiri haqqında məlumatlar göstərilir.

    1. MHBS 7 “Maliyyə alətləri: Məlumatların açıqlanması” və BMS 1 “Maliyyə hesabatlarının təqdimatı” standartına dəyişikliklər – kapital barədə məlumatların açıqlanmsı (1 yanvar 2007-ci il tarixdən qüvvəyə minmişdir).

Yeni MHBS maliyyə alətləri haqqında məlumatların yenilənməsi məqsədilə məcburi xarakter daşıyan məlumatların açıqlanma həcmini genişləndirir. Məlumatların açıqlanma həcmi əhəmiyyətli dərəcədə artmışdır və bu zaman risklərin kəmiyyət aspektlərinə və risklərin idarə olunması metodlarına xüsusi diqqət ayrılmışdır. Kəmiyyət açıqlamaları müəssisə daxilində rəhbərliyə təqdim edilən məlumatlar əsasında risklərin dərəcəsi haqında məlumat əldə etməyə imkan yaranmışdır. 1 saylı BMS-ə Əlavədə müəssisə və onun törəmə müəssisəsinin kapitalı və bu kapitalın idarə edilməsi üsulları haqqında məlumat açıqlanır. Hazırda Cəmiyyət yeni MHBS və 1 saylı BMS-ə əlavənin onun maliyyə hesabatlarında açıqlanan məlumatlara təsirini təhlil edir.

    1. MHBS 8 “Əməliyyat seqmentləri” (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir)

Bu standart borc və pay alətləri açıq bazarda alınıb-satılan təşkilatlara, eləcvə də açıq bazarda hər hansı növ alətlərin yerləşdirilməsi ilə əlaqədar maliyyə hesabatlarını tənzimləyici orqanlara təqdim edən və təqdim etməyi planlaşdıran müəssisələrə tətbiq edilir. MHBS 8 müəssisələrin öz əməliyyat seqmentləri haqqında maliyyə və təsviri məlumatları açıqlamasını tələb edir və müəssisələrin bu cür məlumatı öz maliyyə hesabatlarında açıqlama qaydasını əks etdirir. Hazırda rəhbərlik bu standartın Cəmiyyətin maliyyə hesabatlarında seqment haqqında məlumatların açıqlanmasına göstərəcəyi təsiri qiymətləndirir.

    1. BMS 23 “Borc vəsaitləri üzrə xərclər” (mart, 2007-ci ildə yenidən işlənmişdir, 1 yanvar 2009-cu və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir).

Yenidən işlənmiş BMS 23, 2007-ci il mart ayında dərc edilmişdir. Bu standarta edilmiş əsas dəyişiklik istifadəçi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə, müəssisə borc vəsaitləri üzrə xərcləri aktivin maya dəyəri kimi kapitallaşdırır. Yenidən işlənmiş standart kapitallaşdırmaya başlama tarixi 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra olan kvalifikasiyalı aktivlərə aid borc vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Cəmiyyət yenidən işlənmiş standartın onun maliyyə hesabatlarına təsirini qiymətləndirir.

    1. Digər yeni standartlar və şərhlər

Cəmiyyət tərəfindən əvvəllər aşağıdakı yeni standartlar və şərhlər qəbul edilmişdir:

  • BMHŞK-4 (Beynəlxalq maliyyə Hesabatları üzrə Şərhlər Komitəsi – IFRIC) “Müqavilədə lizinq əlamətlərinin mövcud olmasının müəyyən edilməsi” (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir). BMHŞK 4 uyğun olaraq müqavilədə lizinq əlamətlərinin mövcud olub-olmadığının müəyyən edilməsi müqavilənin iqtisadi məzmununa əsaslanmalıdır. Bu məqsədlə müqavilədə: a) müqavilənin yerinə yetirilnəsinin konkret aktiv və ya aktivlərin istifadəsi ilə əlaqəli olub-olmadığının və b) müqavilədə aktivdən istifadə hüququnun ötürülməsinin nəzərdə tutulub-tutulmadığının müəyyən edilməsi tələb olunur.

  • BMS 39 (Düzəliş) “Ədalətli dəyər prinsipi ilə qiymətləndirmə imkanı” (1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir). 39 saylı BMS-ə (2003-cü ildə yenidən işlənmiş) uyğun olaraq, müəssisələr ilkin uçot zamanı qiymətləndirmənin nəticələrini mənfəət və zərər hesabatında (“maliyyə alətlərinin mənfəət və zərər hesabatında ədalətli dəyərlə ölçülməsi”) qeydə almaqla, bütün maliyyə alətlərini qəti surətdə ədalətli dəyərlə ölçülməli maliyyə alətləri kimi təsnişləşdirə bilər. Standarta edilmiş düzəliş “mənfəət və zərər hesabatında ədalətli dəyərlə ölçülən” maliyyə alətləri anlayışını dəyişdirmiş və maliyyə alətlərinin bu kateqoriyaya aid edilməsi imkanını məhdudlaşdırmışdır. Bu düzəliş hazırkı maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir.

  • Yeni və yenidən işlənmiş standartların tətbiqinin təsiri. Yuxarıda qeyd olunan yeni və ya yenidən işlənmiş standartlar və onlara dair şərhlərin tətbiqinin 31 dekabr 2014-cü il və 31 dekabr 2015-ci il tarixlərinə Cəmiyyətin maliyyə vəziyyətinə və həmin tarixdə tamamlanan illər üçün əməliyyat nəticələrinə təsiri əhəmiyyətli dərəcədə olmamışdır.




  1. Əsas vəsaitlər







Bina və qurğular

Maşın, avadanlıq

və nəqliyyat vasitələri

Sair əsas vəsaitlər

Cəmi
















01.01.2014-cü ilə qalıq dəyər ilə

27618,40

194205,00

783,05

28401,45

Daxilolmalar

9201,00

2820,00

37353,00

49374,00

Silinmələr













Əvəzsiz verilmə













Yerdəyişmə













Hesablanmış amortizasiya

2232,21

48765,17

5154,37

56151,75

Silinən aktivə aid







-

-
















31.12.2014-cü ilə qalıq dəyəri ilə

34587,19

148259,83


32981,68


215828,7


Daxilolmalar







35317,00

35317,00

Hesablanmış amortizasiya

2421,10

37065,13

5161,09

44647,32

31.12.2015-ci ilə qalıq dəyər ilə



32166,09

111194,7

63137,59

206498,38




  1. Debitor borcları




    31 dekabr 2015-ci il

    31 dekabr 2014-cü il

    Alıcılar və sifarişçilərin debitor borcları

    8158637,95

    7580312,64

    Alıcılar və sifarişçilərin debitor borcları – netto







    Işçi heyəti üzrə debitor borcları







    Sair qısamüddətli debitor borcları










    8158637,95

    7580312,64









  2. Ehtiyatlar




    31 dekabr 2015-ci il

    31 dekabr 2014-cü il

    Ehtiyatlar

    1158913,89

    1761790,97




    1158913,89

    1761790,97

  3. Pul vəsaitləri və onların ekvivalentləri




31 dekabr 2015-ci il

31 dekabr 2014-cü il

Kassada olan nağd pul vəsaitləri







Yolda olan pul vəsaitlərti (korporativ kart hesabı)







Bank hesablarında pul vəsaitləri

2198524,39

1825936,87













2198524,39

1825936,87



  1. Cari vergi və digər məcburi ödənişlər üzrə öhdəliklər




    31 dekabr 2015-ci il

    31 dekabr 2014-cü il

    Vergilər üzrə öhdəliklər

    0,00

    0,00

    Sosial sığorta və təminat üzrə öhdəliklər

    0,00

    0,00












    0,00

    0,00

  2. Sair kreditor borcları




31 dekabr 2015-ci il

31 dekabr 2014-cü il

Qısamüddətli kreditor borcları

1347892,05

923346,10

İşçi heyətinə qısamüddətli kreditor borcları

0,00

0,00

Sair qısamüddətli kreditor borcları

10289668,68

10375509,20













11637560,73

11298855,30




  1. Xidmətlərin / materialların dəyəri




    2015-ci il

    2014-cü il

    Xammal və material xərcləri

    7414746,72

    20103482,87

    İcarə haqqı

    -

    6000,00

    Yanacaq xərci

    14646,69

    16573,23

    Rabitə xərci

    15795,42

    13913,22

    Bank xərci

    184862,81

    192370,34

    Reklam xərci

    9826,32

    5843,00

    Amortizasiya xərci

    44647,32

    56152,44

    Nəqliyyat xərci

    13295,00

    27097,00

    Sığorta üzrə xərclər

    10751,33

    15511,34

    Digər xərclər

    1131740,45

    3470524,3













    8 840 312,00

    23907467,74

  2. Muzdla işləyənlərə vəsait




    2015-ci il

    2014-cü il

    Əmək haqqı

    232 400,79

    207990,84

    Sosial sığorta ayırmaları

    51 128,17

    45757,98













    283 528,96

    253748,82

  3. Fövqəladə xərclərin elementləri







2015-ci il

2014-cü il

Ümidsiz debitor borclarının silinməsi

( )

( )













( )

( )


  1. Mənfəət vergisi, təxirə salınmış vergi aktivləri və öhdəlikləri

Hazırkı maliyyə hesabatlarının əhatə etdiyi hesabat dövrlərində cəmiyyətin mənfəəti olmadığından mənfəət vergisi hesablanmamışdır.


MHBS və Azərbaycan Respublikasının vergi qanunvericiliyi arasındakı fərqlər nəticəsində maliyyə hesabatlarının hazırlanması və mənfəət vergisinin hesablanması çərçivəsində aktiv və passivlərin balans dəyəri arasında müvəqqəti zaman fərqləri əmələ gəlir. Bu müvəqqəti zaman fərqləri üzrə dövriyyələrin vergi təsiri cari ilin sonuna mövcud olmuş mənfəət vergisi dərəcəsində 20% qeydə alınır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəssisənin zərərlərinin 5 il ərzində məhdudiyyət qoyulmadan növbəti illərin vergidən əvvəlki mənfəəti hesabına silinməsi nəzərdə tutulduğundan hazırkı maliyyə hesabatlarında təxirə salınmış vergi aktivləri müəssisənin vergi uçotu üzrə zərər məbləğlərinə əsasən hesablanmışdır. Təxirə salınmış vergi aktivləri olmamışdır.



  1. Əlaqəli tərəflərlə əməliyyatlar


Hazırkı maliyyə hesabatlarının hazırlanması məqsədləri üçün tərəflər o zaman əlaqəli hesab olunur ki, tərələrdən biri digərinə nəzarət edə bilsin, onunla eyni qrupun nəzarəti altında olsun və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məsələlər üzrə qərar qəbul edərkən ona təsir göstərə bilsin. Əlaqəli tərəflər arasındakı münasibətləri nəzərə alarkən həmin münasibətlərin hüquqi formasına deyil, iqtisadi məzmununa diqqət yetirilir.

Risklərin idarə edilməsi
Cəmiyyət daxilində risklərin idarə edilməsi funksiyası maliyyə riskləri (kredit riski, bazar riski, coğrafi risklər, valyuta riski, likvidlik riski və faiz dərəcəsi riskləri), əməliyyat və hüquqi risklər ilə əlaqədar həyata keçirir. Maliyyə risklərinin idarə edilməsi funksiyasının əsas məqsədi risk limitlərinin müəyyən edilməsi və bu limitlərə riayət edilməsidir. Əməliyyat və hüquqi risklərin idarə edilməsində məqsəd, bu risklərin azaldılması üçün nəzərdə tutulan daxili qayda və prosedurlara müvafiq qaydada riayət edilməsini təmin etməkdən ibarətdir.
Kredit riski

Cəmiyyətin kredit riski konsentrasiyası üçün potensial müzakirə mövzusu olan maliyyə aktivləri pul və debitor borclarından ibarətdir. Cəmiyyətin pul vəsaitləri mötəbər maliyyə idarələrində yerləşdirilmişdir.



Bazar riski

Cəmiyyət bazardakı ümumi və spesifik dəyişikliklərə məruz qalan faiz, valyuta və pay alətləri üzrə açıq mövqelər ilə əlaqədar bazar risklərinə məruz qalır. Bazada daha əhəmiyyətli dəyişikliklərin baş verdiyi halda müəyyən edilmiş limitdən artıq zərərlərin yaranmasının qarşısı alınır. Qəbul edilmiş normalar ilə uzunmüddətli borcların bazar dəyəri onların daşınan dəyərlərilə dəyişə bilər.


Faiz dərəcəsi riski

Cəmiyyətin bir çox borcları təyin olunmuş marağı ifadə edir. Bu borclarla əlaqəli maraq xərcləri sığortalanmamışdır. Rəhbərlik inanır ki, maraq normalarının daimi olmamasından irəli gələn bazar qiymətlərinə dəyişikliklər əhəmiyyətli xarakter daşımır.





  1. Hesabat tarixindən sonra baş vermiş hadisələr

31 dekabr 2014-cü il tarixinə və 31 dekabr 2015-ci il tarixinə maliyyə hesabatlarında borc qalıqları aşağıdakı kimi olmuşdur.


Vergilər üzrə. 31 dekabr 2014-cü il tarixinə və 31 dekabr 2015-ci il tarixinə cəmiyyətin vergilər üzrə kreditor borcu olmamışdır.

Sosial sığorta ayırmaları üzrə. 31 dekabr 2014-cü il tarixinə və 31 dekabr 2015-ci il tarixinə cəmiyyətin sosial sığorta ayırmaları üzrə borcu olmamışdır.

Əmək haqqı üzrə. 31 dekabr 2014-cü il tarixinə və 31 dekabr 2015-ci il tarixinə cəmiyyətin əmək haqqı üzrə işçi heyətinə kreditor borcu olmamışdır.
Yüklə 497,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə