Carl version (for translation)



Yüklə 22,07 Kb.
tarix08.11.2018
ölçüsü22,07 Kb.

MARAĞI İFADƏ EDƏN ƏRİZƏlər üçün DƏVƏT
Ölkə: Azərbaycan

Kredit №: 4210 AZ

Layihənin Adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində

Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL)


Tapşırığın adı: Azərbaycanda Səhiyyə İşçilərinin Sertifikasiyası üzrə Hüquqi Akt və Normativ Sənədlərin Qiymətləndilməsi, Onların Cari Vəziyyəti və Tətbiqi, o cümlədən Təkmilləşdirilməyə Dair Müvafiq Tövsiyyələr üzrə Məsləhətçi Xidmətləri

Tapşırıq üçün əsas №: Müqavilə No. SSİL/ Sertifikasiya Sisteminin İnkişaf etdirilməsi üzrə Məsləhətçi /CS/IC/12.08
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsi (SSİL) Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) icrası üçün Dünya Bankından (DB) maliyyə vəsaiti almışdır və onun müəyyən hissəsini məsləhətçi xidmətlərinə sərf etmək niyyətindədir.
Fərdi Məsləhətçi xidmətlərinə (“Xidmətlər”) aşağıdakılar daxildir:

Fərdi Məsləhətçilərin tapşırığı Azərbaycanda Səhiyyə İşçilərinin Sertifikasiyası üzrə Hüquqi Akt və Normativ Sənədlərin Qiymətləndilməsi, Onların Cari Vəziyyəti və Tətbiqi, o cümlədən Təkmilləşdirilməyə Dair Müvafiq Tövsiyyələr verməkdir.


Bu tapşırığın məqsədlərinə daxildir:

  1. Azərbaycanda səhiyyə işçilərinin sertifikasiya prosesini tənzimləyən əsas hüquqi aktlar və normativ sənədləri nəzərdən keçirmək, bu prosesdə iştirak edən müxtəlif səhiyyə obyektlərinin funksiya və cavabdehliyini müəyyən etmək və səhiyyə ilə bağlı digər müvafiq məsələləri əhatə etmək;

  2. Baxılmış hüquqi akt və normativ sənədləri qəbul edilmiş beynəlxalq standarlara uyğunlaşdırmaq;

  3. Sertifikasiya prosesinin qanunverici əsaslarının təkmilləşdirilməsinə dair tövsiyyələr vermək;

Məsləhətçilərdən gözlənilir:



  1. Səhiyyə işçilərinin Sertifikasiya prosesi ilə əlaqədar ictimai səhiyyə sistemində mövcud normativ sənədləri nəzərdən keçirmək;

  2. Səhiyyə işçilərinin Sertifikasiya prosesi üzrə hüquqi akt və normativ sənədlərə dair beynəlxalq təcrübələrin tədqiq edilməsi;

  3. Qəbul edilmiş beynəlxalq qaydalar və müvafiq qanunvericilik əsasında hüquqi akt və normativ sənədləri işləyib hazırlamaq;

  4. Nəzərdə tutulmuş normativ sənədlərin işlənib hazırlanması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Layihənin İcra Qrupu ilə sıx əməkdaşlıq etmək;

  5. Komanda şəklində əməkdaşlıq etmək və tapşırığı birgə icra etmək;


Fərdi Məsləhətçilərdən aşağıdakı işlər və nəticələrin təqdim olunması gözlənilir:


  1. Sertifikasiya prosesi ilə əlaqədar SN tərəfindən işlənib hazırlanacaq və qəbul ediləcək hüquqi akt və normativ sənədlərin siyahısı;

  2. Mütəxəssislər qrupu tərəfindən icra edilən bütün işlərə dair Fəaliyyət Planı və müvafiq sahələr üzrə səhiyyə işçilərinin ekspertizaya cəlb olunması;

  3. Təklif olunan tövsiyyə və sənədlərin işlənib hazırlanması və SN tərəfindən qəbul edilməsi;

  4. Azərbaycanda səhiyyə işçilərinin sertifikasiyasının qanuni əsaslarının və davamlı inkişafının gücləndiliməsi;

  5. Sertifikasiya prosesinin tətbiqinin inkişaf etdirilməsi;

  6. Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

Səhiyyə Sektorunda İslahatlar Layihəsi hazırda, bu müsabiqədə iştirak etmək münasib ölkəni təmsil edən fərdi məsləhətçiləri (“Məsləhətçiləri”) qeyd olunmuş Xidmətlərin təmin edilməsində maraqlı olduğunu bildirməyə dəvət edir. Maraqlı olan fərdi Məsləhətçilər Xidmətlərin icrası üçün tələb olunan təcrübə, bilik və bacarıqlara malik olduğunu əks etdirən məlumatı (CV) təqdim etməlidirlər. İlkin seçimdən keçmək üçün meyarlar aşağıdakılardır:
Bu tapşırığı öhdəsinə götürən məsləhətçilər aşağıdakı keyfiyyətlərə malik olmalıdır:


  1. Hüquq məsləhətçisi:




  • Səhiyyə sektorunda islahatlar və institusional inkişaf üzrə ən azından 5 illik təcrübə;

  • Milli və beynəlxalq norma və qanunvericilik, xüsusilə də səhiyyə islahatları, keyfiyyətin yaxşılaşdırılması üzrə bilik və bacarıqlar;

  • Hüquq ixtisası üzrə Universitet dərəcəsi;

  • Güclü şifahi və yazılı ünsiyyət, o cümlədən hesabat və analitik bilik və bacarıqlar;

  • Əla komanda yaratmaq və komandada işləmək bacarığı;

  • Mükəmməl Azərbacan dili (İngilis dili arzuolunandır);

  • Əla kompüter bacarıqları;




  1. Səhiyyə Mütəxəssisi:




  • Səhiyyə sektorunda islahatlar və institsional inkişaf üzrə ən azından 5 illik təcrübə;

  • Tibb, səhiyyə siyasəti və idarəetmə üzrə Universitet dərəcəsi;

  • Azərbaycanda səhiyyə sektorunda islahatlar üzrə dərin bilik və məlumatlılıq;

  • Çox-dilli iş mühitlərində, yerli və beynəlxalq təşkilatlarda işləmək bacarığı;

  • Güclü şifahi və yazılı ünsiyyət, o cümlədən hesabat və analitik bilik və bacarıqlar;

  • Əla komanda yaratmaq və komandada işləmək bacarığı;

  • Mükəmməl Azərbacan dili (İngilis dili arzuolunandır);

  • Əla kompüter bacarıqları;




  1. İnsan resursları üzrə mütəxəssis:




  • Səhiyyə sektorunda islahatlar, səhiyyədə işçi qüvvəsinin planlaşdırılması, idarəetmə və inkişaf üzrə ən azından 5 illik təcrübə;

  • Tibb, səhiyyə siyasəti və insan resurslarının idarə edilməsi üzrə Universitet dərəcəsi;

  • Azərbaycanda səhiyyə sektoru və səhiyyə işçilərinin sertifikasiyası üzrə bilik və məlumatlılıq;

  • Çox-dilli iş mühitlərində, yerli və beynəlxalq təşkilatlarda işləmək

  • Güclü şifahi və yazılı ünsiyyət, o cümlədən hesabat və analitik bilik və bacarıqlar;

  • Əla komanda yaratmaq və komandada işləmək bacarığı;

  • Mükəmməl Azərbacan dili (İngilis dili arzuolunandır);

  • Əla kompüter bacarıqları;




  1. Səhiyyə xidmətləri üzrə maliyyə mütəxəssisi:




  • Maliyyənin idarə edilməsi üzrə ən azından 5 illik təcrübə;

  • Maliyyə və idarəetmə üzrə Universitet dərəcəsi;

  • Azərbaycanda səhiyyə sektoru və səhiyyənin maliyyələşdirlməsi üzrə məlumatlılıq;

  • Güclü şifahi və yazılı ünsiyyət, o cümlədən hesabat və analitik bilik və bacarıqlar;

  • Əla komanda yaratmaq və komandada işləmək bacarığı;

  • Mükəmməl Azərbacan dili (İngilis dili arzuolunandır);

  • Əla kompüter bacarıqları;

Maraqlı olan Fərdi Məsləhətçilərin diqqəti Dünya Bankının Təlimatı: Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi (cari nəşr) (“Məsləhətçi üçün Təlimat”) sənədinin 1.9 bəndinə cəlb edilir, hansı ki Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təsvir edir.


Əlavə məlumat aşağıdakı ünvanda iş saatları ərzində, saat 10:00-dan 18:00-dək, əldə edilə bilər.
Marağı İfadə edən Sənəd 2013-cü il 01 fevral tarixinə (saat 18:00-a) qədər aşağıdakı ünvana çatdırılmalıdır.
Ünvan:

Səhiyyə Nazirliyi yanında Səhiyyə Sektorunda İslahatlar Layihəsi

H. Zərdabi küç. 96, Bakı, Az1122, Azərbaycan

Tel: +994-12-431-1968



Faks: +994-12-431-1937

Elektron ünvan: office@hsrp.az


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə