Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə2/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   2   3   4   5   6   7   8   9   ...   136

www.vivo-book.com 

 



idi.  Məndən  uzaqlaĢdıqca  əla  dalına  tamaĢa  edirdim.  Cins 

Ģalvarın  arxası  dalını  sıx-sıx  qucaqlamıĢdı  və  addımladıqca 

gözlərimi onun dalından çəkə bilmirdim. 

Qiraətin ikinci hissəsini də bitirdim və səkidə yanından 

ötüb  keçdiyim  bütün  qadınlar  kimi,  Lidiyanı  da  unutdum. 

Pulumu aldım, bir neçə salfetə, bir neçə vərəqə imza atdım 

və oranı tərk edərək evimə yollandım.  

Mən  yenə  də  hər  gecə  ilk  romanımın  üzərində 

iĢləyirdim.  Heç  vaxt  axĢam  saat  18:18-dək  yazmağa 

baĢlamırdım.  Məhz  həmin  vaxtda  mən  poçtamtda  öz 

terminal  bölməmin  buraxılıĢ  keçidində  qeydiyyata 

düĢürdüm. Onlar gələndə isə saat 18.00 idi: Piter və Lidiya 

Vans. Mən qapını açdım. Piter dedi: 

– Bir bax, Henri, bax gör sənə nə gətirmiĢəm!  

Lidiya  qəhvə  masasının  üstünə  tullandı.  Mavi  cins 

Ģalvarı  ona  həmiĢəkindən  daha  sıx  otururdu.  O,  uzun 

xurmayı saçlarını ora-bura yellədirdi. Elə bil ağlını itirmiĢdi; 

yenə  də  çox  ecazkar  görünürdü.  Ġlk  dəfə  olaraq  onunla, 

həqiqətən,  seviĢmək  ehtimalı  haqqında  düĢündüm.  O,  Ģeir 



www.vivo-book.com 

 



oxumağa baĢladı. Öz Ģeirini. Çox bərbad Ģeir idi. Piter onu 

susdurmağa çalıĢdı: 

– Yox! Yox! Henry Çinaskinin evində qafiyə söyləmək 

olmaz! 


– Dəymə, qoy oxusun, Piter! 

Mən  ona  tamaĢa  etmək  istəyirdim.  O,  köhnə  qəhvə 

masasının  üstündə  ora-bura  gəziĢirdi.  Sonra  rəqs  etməyə 

baĢladı.  Qollarını  havada  oynadırdı.  Poeziyası  bərbad  olsa 

da, bədəni və ehtirası isə əsla...  

Lidiya masanın üstündən döĢəməyə atıldı. 

– Hə necədi, xoĢuna gəldimi, Henry?  

– Nə? 


– Poeziyanı deyirəm. 

– Çətin ki... düĢünmürəm. 

Lidiya əlində Ģeir vərəqləri ilə yerində donub qalmıĢdı. 

Piter onu qucaqladı. 

– Gəl sikiĢək! – O, Lidiyaya dedi. – Hə, nə durmusan, 

gəl qayırıĢaq! 

O, Piteri özündən kənara itələdi.  

– YaxĢı, – Piter dedi. – Onda mən gedirəm! 




www.vivo-book.com 

 



– Gedirsən, yaxĢı yol. Mənim öz maĢınım var,  – deyə 

Lidiya cavab verdi. Mən evimə sənsiz də qayıda bilərəm.  

Piter  qapıya  tərəf  qaçdı,  birdən  dayandı  və  geri 

çevrilərək dedi: 

– YaxĢı, Çinaski! Sənə nə gətirdiyimi unutma!  

Piter sözünü bitirib qapını çırpdı və gözdən itdi. Lidiya 

divanın qapıya yaxın ucunda oturdu. Mən ondan bir fut aralı 

əyləĢdim və ona baxdım. O çox ecazkar görünürdü. Mən isə 

qorxurdum.  Əlimi  uzadıb  onun  uzun  saçlarına  toxundum. 

Saçları füsunkar idi. Cəld əlimi geri çəkdim.  

–  Bütün  bu  saçlar,  həqiqətən  də  sənindirmi?  –

soruĢdum.  Baxmayaraq  ki,  bu  saçların  onun  əsl  saçları 

olduğunu bilirdim.  

– Hə, – deyə o cavab verdi, – mənimdir.  

Mən  əlimlə  yöndəmsiz  bir  tərzdə  onun  çənəsindən 

tutdum  və  baĢını  özümə  tərəf  çevirməyə  cəhd  elədim.  Belə 

vəziyyətlərdə  heç  vaxt  özgüvənim  olmayıb.    Mən  onu 

yüngülcə öpdüm.  

Lidiya yerindən ayağa sıçradı.  

– Mən getməliyəm. Dayə tutmuĢam. Ona pul ödəyirəm. 




www.vivo-book.com 

 

10 



–  Bura  bax,  –dedim,  –  qal.  Mən  pul  verərəm.  Heç 

olmasa bir az qal. 

– Yox, qala bilmərəm, – getməliyəm.  

Qapıya  tərəf  getdi,  mən  isə  onun  ardınca.  O  qapını 

açdı. Sonra geri çevrildi. Mən bir də, sonuncu dəfə ona tərəf 

uzandım.  O  baĢını  qaldırıb  mənə  çox  zərif  bir  öpüĢ  bəxĢ 

etdi. Sonra geri çəkildi və əlimə makinada yazılmıĢ bir neçə 

vərəq  verdi.  Qapı  bağlandı. Mən  əlimdə  o  kağızlarla  taxtda 

oturdum  və  onun  maĢınının  mühərrikinin  necə  iĢə 

düĢdüyünə qulaq asdım. 

Surəti  çıxarılmıĢ  Ģeir  vərəqləri  bir-birinə  bəndlənmiĢdi 

və  “HERRRR”  adlanırdı.  Mən  onlardan  bir  neçəsini 

oxudum.  ġeirlər  maraqlı,  yumor  və  seksual  duyumla  dolu 

olsa da, yaxĢı yazılmamıĢdı. Müəlliflər – Lidiya və onun üç 

bacısı  –  onlar  hamısı  necə  Ģən,  cəsarətli  və  seksual  idilər. 

Mən vərəqləri bir  kənara  atıb bir ĢüĢə viski  açdım.  Bayırda 

hava artıq qaralmıĢdı. Radioda əsasən Motsartın, Bramsın və 

Binin əsərləri ifa olunurdu. 



 

 


www.vivo-book.com 

 

11 



Bir  neçə  gün  sonra  poçtla  mənə  Lidiyadan  bir  poema 

gəldi. Bu çox uzun bir Ģeir idi və belə baĢlayırdı: 

Bayıra çıx qoca troll,  

Öz qaranlıq yuvandan bayıra çıx, qoca troll,  

Bizimlə  gün  iĢığına  çıx  və  izn  ver  saçlarına  qızçiçəyi 

hörək. . . 

Sonra poemada mənə sevinc və əsl bilik verəcək qadın 

cinsindən  olan  cavan  varlıqlarla  boĢ  çöllükdə  rəqs  etməyin 

necə  gözəl  olacağı  haqqında  söhbət  açılırdı.  Məktubu 

komodun siyirməsinə qoydum. 

Ertəsi gün səhər küçə qapısının ĢüĢəsinin döyülməsi ilə 

yuxudan oyandım. Saat 10:30 idi.  

– Çıxın gedin, – dedim. 

– Mənəm, Lidiya. 

– YaxĢı bir dəqiqə gözləyin. 

Əynimə  köynəklə  Ģalvar  geyindim  və  qapını  açdım. 

Sonra  hamamxanaya  qaçdım  və  qusdum.  DiĢlərimi 

fırçalamağa  çalıĢdım,  amma  sadəcə,  yenə  qusdum,  diĢ 



www.vivo-book.com 

 

12 



pastasının Ģirin dadı mədəmi bulandırmıĢdı. Hamamxanadan 

çıxdım. 


– Sən xəstələnmisən, Lidiya dedi, – mənim getməyimi 

istəyirsənmi? 

–  Oh,  yox,  mən  yaxĢıyam.  Mən  yuxudan  ayılanda, 

həmiĢə belə oluram. 

Lidiya  çox  gözəl  görünürdü.  Pərdələrdən  süzülən  iĢıq 

onun üzərində bərq vururdu. Onun  əlində portağal vardı və 

onu  havaya  atıb  tuturdu.  Portağal  havada  uçarkən  səhər 

günəĢinin iĢığında fırlanırdı.  

–  Mən qala bilmərəm,  o  dedi,  –  amma  səndən  bir Ģey 

xahiĢ edəcəm. 

– Əlbəttə. 

–  Mən  heykəltaraĢam  və  sənin  kəllənin  heykəlini 

düzəltmək istəyirəm. 

– YaxĢı. 

–  Bunun  üçün  sən  mənim  yanıma  gəlməlisən.  Mənim 

emalatxanam  yoxdur.  Biz  bunu  mənim  evimdə  etməli 

olacağıq. Bu sənin sinirlərini gərməz, elə deyilmi? 

– Yox. 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə