Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə4/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   2   3   4   5   6   7   8   9   ...   136

www.vivo-book.com 

 

18 



bitirmisən.  Sən  onu  bitirəndən  sonra  mən  qüssələnəcəm. 

Bizim  bir  neçə  çox  gözəl  səhərlərimiz  və  günortalarımız 

olmuĢdu. 

– Bu iĢ sənin yazmağına mane oldumu? 

– Yox, mən yalnız hava qaralandan sonra yazıram. Heç 

vaxt gündüzlər yaza bilməmiĢəm. 

Lidiya özünün Ģəkilvermə alətini əlinə alıb mənə baxdı. 

– Narahat olma. Hələ görüləsi iĢim çoxdu. Bu heykəlin 

yaxĢı alınmasını istəyirəm.   

Birinci fasilədə o soyuducudan bir ĢüĢə viski çıxardı. 

– Aaa, – deyə mən ufuldadım. 

– Nə qədər? – o mənə uzun su stəkanını göstərib dedi. 

– Yarısınacan. 

Ġçki süzdü və dərhal da baĢına çəkdi.  

– Mən sənin haqqında eĢitmiĢəm, – o dedi. 

– Məsələn, nə eĢitmisən? 

–  KiĢiləri  öz  artırmandan  necə  atdığın  haqqında.  Öz 

qadınlarını kötəklədiyin haqqında. 

– Öz qadınlarımı kötəkləyirəm? 

– Hə, mənə bu haqda deyiblər.  




www.vivo-book.com 

 

19 



Mən Lidiyanı tutdum və biz bütün bu vaxt ərzindəki ən 

uzun  öpüĢə  daldıq.  Mən  onu  mətbəx  çanağının  kənarına 

sıxdım və öz Ģeyimi ona sürtməyə baĢladım. O məni kənara 

itələdi, amma mən yenə onu mətbəxin ortasında yaxaladım.  

Lidiya  mənim  əlimdən  tutub  öz  cins  Ģalvarının  önünə 

tərəf itələdi və tumanının içinə saldı. Barmağımın ucu onun 

amının üst tərəfinə toxundu. O yaĢ idi. Onu öpməyə davam 

edərək  barmağımı  onun  amının  içinə  saldım.  Sonra  əlimi 

çıxardım,  ondan  aralandım,  viski  ĢüĢəsinə  uzandım  və 

özümə  bir  az  da  içki  süzdüm.  Keçib  mətbəx  masasının 

arxasında  oturdum,  Lidiya  isə  əks  tərəfdən  keçib  mənimlə 

üz-üzə  oturdu  və  mənə  baxdı.  Sonra  o  yenə  gil  ilə  iĢinə 

davam etdi. Mən aramla viskidən balaca udumlar alırdım.  

– Bura bax, – mən dedim, – sənin faciənin nə olduğunu 

bilirəm. 

– Nə? 


– Sənin faciənin nə olduğunu bilirəm 

– Nə demək istəyirsən? 

– Qulaq as, – mən dedim, – sadəcə, unut getsin. 

– Mən bilmək istəyirəm. 




www.vivo-book.com 

 

20 



– Sənin hisslərini incitmək istəmirəm. 

–  Lənət  Ģeytana,  sənin  nə  haqda  danıĢdığını  bilmək 

istəyirəm. 

– YaxĢı, bir az da içki süzsən, deyərəm. 

–  YaxĢı,  –  Lidiya  mənim  boĢ  bardağımı  götürdü  və 

içinə yarısınacan su, yarısınacan isə viski töküb mənə verdi. 

Mən yenə bardağı birnəfəsə boĢaltdım. 

– Hə nə oldu? – deyə Lidiya sual etdi. 

– Zibil, sən özün yaxĢı bilirsən. 

– Nəyi bilirəm? 

– Sənin amın çox böyükdür. 

– Nə? 


–  Bu  elə  də  nadir  rast  gəlinən  Ģey  deyil.  Sənin  iki 

uĢağın var.  

Lidiya  dinməzcə  oturub  gillə  əlləĢirdi.  Sonra  əlindəki 

aləti  bir  kənara  qoydu.  Yerindən  qalxıb  mətbəxin  arxa 

qapısının  yanındakı  küncə  tərəf  getdi.  Mən  onun  əyilərək 

ayağındakı  çəkmələri  çıxarmağına  baxırdım.  Sonra  o  cins 

Ģalvarını  və  tumanını  soyundu.  Onun  amı  orada  idi  və  düz 

mənə baxırdı.  




www.vivo-book.com 

 

21 



–  YaxĢı,  düdəmə,  –  o  dedi.  Sənin  səhv  etdiyini  indi 

sənə göstərərəm. 

Mən  də  öz  ayaqqabılarımı,  Ģalvarımı  və  tumanımı 

soyundum,  linolium  döĢəmədə  diz  çökdüm  və  sonra 

ehmalca  onun  üstünə  uzandım.  Onu  öpməyə  baĢladım. 

ġeyim  çox  tez  bərkidi  və  onun  içinə  necə  daxil  olduğumu 

hiss etdim.  

Mən irəli-geri hərəkətə baĢladım... bir, iki, üç... 

Birdən  bayır  qapı  döyüldü.  Qapını  uĢaq  döyürdü  – 

balaca  yumruqları  ilə,  özü  də  inadkarcasına.  Lidiya  cəld 

məni öz üstündən kənara itələdi.  

–  Gələn  Lizadır!  O  bu  gün  məktəbə  getməyib!  O 

getmiĢdi ki...  

Lidiya  sözünü  yarımçıq  kəsib  bir  sıçrayıĢla  ayağa 

qalxdı və paltarlarını geyinməyə baĢladı.  

– Paltarlarını geyin, – o mənə dedi. 

Mən  əlimdən  gəldiyi  qədər  cəld  geyindim.  Lidiya 

qapıya tərəf getdi – orada onun beĢ yaĢlı qızı dayanmıĢdı: 

– ANA! ANACAN! Mən barmağımı kəsmiĢəm!  



www.vivo-book.com 

 

22 



Mən  ön  otağa  keçdim.  Lidiya  Lizanı  dizlərinin  üstünə 

otuzdurdu.  

–  Oooo,  qoy  mama  baxsın.  Oooo,  qoy  mama  sənin 

barmağını öpsün. Mama indi sənin barmağını yaxĢı eləyər! 

– ANA, ağrıdır! 

Mən  kəsilmiĢ  yerə  baxdım.  Kəsik  demək  olar  ki, 

görünmürdü. 

–  Bura  bax,  –  mən  nəhayət,  Lidiyaya  dedim,  –  sabah 

görüĢərik. 

– Mən təəssüf edirəm, – deyə o cavab verdi. 

– Bilirəm. 

Liza  baĢını  qaldırıb  mənə  baxdı.  Onun  gözlərindən 

durmadan elə hey yaĢ damcıları süzülürdü.  

– Liza anasını incitməyə qoymaz, – Lidiya dedi.  

Mən qapını açdım, sonra bağladım və özümün 1962-ci 

il buraxılıĢı olan “Merkuri Komet”imə tərəf addımladım. 



 

O  vaxtlar  mən  “YumĢaldıcı  YanaĢma”  adlı  balaca  bir 

jurnalı  redaktə  edirdim.  Ġki  köməkçi  redaktorum  da  vardı. 



www.vivo-book.com 

 

23 



Biz  düĢünürdük  ki,  dövrümüzün  ən  yaxĢı  Ģairlərini  çap 

edirik.  Həmçinin  baĢqa  Ģairləri  də.  Redaktorlardan  birisi 

yarımçıq orta təhsilli, boyu 6 fut iki düym olan zənci Kennet 

Malok  idi.  Onun  güzəranına  qismən  anası,  bir  az  da  bacısı 

yardım edirdi. O biri redaktor isə 27 yaĢlı Semmi Levinson 

idi. O valideynləri ilə yaĢayır və onların hesabına dolanırdı. 

Vərəqlər  artıq  çap  edilmiĢdi.  Ġndi  isə  biz  onları 

tutuĢdurmalı və üz qabıqlarına salmalı idik.  

–  Sənin  etdiyin  Ģeyin  adı,  –  Semmi  dedi,  –  çeĢidləmə 

qrupunu  atmaqdır.  Hamıya  bir  qədər  içki  verib  boĢ-boĢ 

danıĢmaq. BaĢqaları isə qoy iĢləsinlər.  

– Qonaqlıqlardan zəhləm gedir, – mən dedim. 

– Dəvətləri mən edəcəyəm, – Semmi dilləndi. 

– YaxĢı, – mən dedim və Lidiyanı dəvət etdim.  

Qonaqlıq  gecəsi  Semmi  artıq  çeĢidlənmiĢ  vərəqlərlə 

gəldi.  O,  bir  balaca  əsəbi  tip  idi.  Həyəcanlananda  baĢını 

əsdirirdi  və  öz  Ģeirlərinin  jurnalda  çap  ediləcəyi  vaxtı 

gözləməyə  heç  vaxt  səbri  çatmazdı.  O,  “YumĢaldıcı 

YanaĢma”  jurnalını  təkbaĢına  yoxlayaraq  çeĢidləmiĢ  və 

sonra  da  onları  üzləmiĢdi.  Kennet  Malok  heç  yerdə 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə