Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə5/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   2   3   4   5   6   7   8   9   ...   136

www.vivo-book.com 

 

24 



görünmürdü. Çox güman ki, o ya həbsxanaya düĢmüĢ, ya da 

hansısa bir iĢə iliĢmiĢdi.  

Camaat yavaĢ-yavaĢ toplaĢırdı. Mən onlardan çox azını 

tanıyırdım. Arxa həyətə, öz ev sahibəmin yanına getdim. O 

gəlib qapını açdı.  

–  Missis  O'Kif,  mən  böyük  bir  qonaqlıq  verirəm. 

Ġstəyirəm  ki,  siz  ərinizlə  birlikdə  bu  qonaqlıqda  iĢtirak 

edəsiniz.  Çoxlu  pivəmiz,  kredellərimiz  və  yaxĢıca  qızarmıĢ 

kartof yonqarımız var.  

– Ah, aman Allahım, yox! 

– Nə olub, problem nədir? 

–  Mən  ora  necə  insanların  girdiyini  gördüm!  O 

saqqallılar,  bütün  o  saçlı-qıllılar  və  o  dalı  yırtıq  paltarlılar! 

Bilərziklər  və  muncuqlar...  onlar  kommunistlər  bandasına 

oxĢayırlar. Belə insanlara necə qatlaĢa bilirsən?  

– O insanlardan mənim də xoĢum gəlmir, missis O'Kif. 

Biz,  sadəcə,  pivə  içib  söhbət  edirik.  Bunun  heç  bir  anlamı 

yoxdur.  

–  Onlarla  ehtiyatla  davran.  Belə  insanlardan  nə  desən 

gözləmək olar, onlar boruları da oğurlayarlar.  




www.vivo-book.com 

 

25 



Qadın qapını örtdü. 

Lidiya  gec  gəldi.  Qapıdan  aktrisa  kimi  daxil  oldu. 

Diqqətimi  özünə  ilk  çəkən  Ģey  onun  baĢındakı  kənarına 

lavanda  lələyi  taxılmıĢ  böyük  kovboy  Ģlyapası  oldu.  O 

mənimlə heç nə danıĢmadan dərhal kitab mağazasının cavan 

satıcısının  yanına  oturdu  və  onunla  nəsə  haqqında 

gərginliklə  söhbət  etməyə  baĢladı.  Mən  daha  çox  içməyə 

baĢladım  və  mənim  danıĢığımdakı  yumor  və  enerji  harasa 

qeyb  oldu.  Kitab  satıcısı  pis  oğlan  deyildi,  sadəcə,  yazar 

olmağa  çalıĢırdı.  Onun  adı  Rnedi  Evans  idi,  lakin  o 

Kafkanın  elə  dərininə  dalmıĢdı  ki,  bədii  aydınlığa  nail 

olması  mümkün  görünmürdü.  Biz  onun  xatirinə 

dəyməkdənsə,  onu  “YumĢaldıcı  YanaĢma”  jurnalında  çap 

etməyi,  üstəlik  onun  mağazası  vasitəsi  ilə  öz  jurnalımızı 

satmağı daha məqsədəuyğun görmüĢdük.  

Mən  pivəmi  bitirdim  və  ətrafda  bir  qədər  dolaĢdım. 

Arxa artırmaya çıxdım, dalana enən pilləkəndə oturdum və 

yekəpər  bir  qara  piĢiyin  zibil  qabına  girmək  üçün 

çabalamasına  tamaĢa  etməyə  baĢladım.  Mən  pillələr  ilə 

enərək  ona  yaxınlaĢdım.  Lakin  ona  yaxınlaĢdığım  an  piĢik 




www.vivo-book.com 

 

26 



cəld  zibil  qabından  yerə  tullandı.  Bir  neçə  metr  aralanıb 

dayandı  və  məni  izləməyə  baĢladı.  Zibil  qabının  qapağını 

götürdüm.  Qabdan  gələn  üfunət  dözülməz  idi.  Qabın  içinə 

qusdum və qapağı əlimdən səkiyə saldım. PiĢik zibil qabının 

üstünə  atılaraq  dörd  ayağı  ilə  onun  kənarında  dayandı.  Bir 

anlıq tərəddüddən sonra o, hilal  Ģəkilli  ayın parlaq iĢığında 

qabın içinə girərək gözdən itdi.  

Lidiya  hələ  də  Rendi  ilə  söhbət  edirdi  və  masanın 

altında  onun  bir  ayağının  Rendinin  ayağına  toxunduğunu 

gördüm. Mən bir pivə də açdım.  

Semmi  öz  söhbəti  ilə  hamını  güldürürdü.  Camaatı 

güldürmək  istədiyim  vaxtlarda  mən  bu  iĢi  daha  yaxĢı 

bacarırdım.  Amma  həmin  gecə  o  ovqatda  deyildim. 

Qonaqlıqda 15-16 kiĢi və cəmisi iki qadın vardı – Lidiya və 

Eypril. Eypril çox kök idi və pəhriz saxlayırdı. O, döĢəməyə 

sərilmiĢdi. Təxminən  bir saatdan  sonra o döĢəmədən qalxdı 

və  məclisi  yanıb  tükənmiĢ  anfetamin  manyakı  narkoman 

Karl ilə birlikdə tərk etdi. Bundan sonra məclisimizdə 15-16 

kiĢi və Lidiya qaldı. Mətbəxdə bir pinta skoç tapdım. ġüĢəni 



www.vivo-book.com 

 

27 



də götürüb arxa artırmaya çıxdım və ara-sıra ondan udumlar 

almağa baĢladım. 

Gecə keçdikcə, kiĢilər yavaĢ-yavaĢ məclisi tərk etməyə 

baĢladılar.  Hətta  Rendi  Evans  da  getdi.  Nəhayət,  yalnız 

Semmi,  Lidiya  və  mən  qalmıĢdıq.  Lidiya  Semmi  ilə  söhbət 

edirdi.  Semmi  nəsə  gülməli  Ģeylər  danıĢırdı.  Onun 

danıĢdıqlarına mən də gülürdüm. Sonra o getmək istədiyini  

söylədi.  

– Getmə xahiĢ edirəm, – Lidiya dedi. 

– Ġmkan ver adam getsin, – mən araya girdim. 

– Hə, mən artıq getməliyəm, – Semmi dilləndi. 

Semmi gedəndən sonra Lidiya mənim üstümə düĢdü: 

–  Onu  qovmaq  məcburiyyətində  deyildin.  Semmi  çox 

məzəli  oğlandır,  Semmi,  həqiqətən,  çox  məzəli  oğlandır. 

Sən isə onun qəlbini qırdın. 

–  Amma  mən  səninlə  təklikdə  danıĢmaq  istəyirəm, 

Lidiya. 

– Sənin dostlarından çox xoĢum gəlir. Mən sənin kimi 

bu qədər müxtəlif insanlarla görüĢə bilmirəm. Mən insanları 

sevirəm! 




www.vivo-book.com 

 

28 



– Mən isə yox. 

–  Sənin  insanları  sevmədiyini  bilirəm,  amma  mən 

onları  çox  sevirəm.  Onlar  səninlə  görüĢmək  üçün  bura 

gəlirlər.  Bəlkə  də  onlar  səninlə  görüĢə  gəlməsəydilər,  sənin 

onlardan daha çox xoĢun gələrdi. 

–  Yox,  nə  qədər  az  görsəm,  onlardan  bir  o  qədər  çox 

xoĢum gələr. 

– Sən Semminin xətrinə dəydin. 

– Sən elə bil. Amma o, evə, öz anacığının yanına getdi. 

–  Sən  qısqanc,  həm  də  etibarsız  adamsan.  Sən  elə 

düĢünürsən  ki,  mən  söhbət  etdiyim  hər  kiĢi  ilə  yatağa 

girməyə hazıram.  

–  Yox,  elə  düĢünmürəm.  Bura  bax,  bir  qədəh  içkiyə 

necə baxırsan? 

Mən  yerimdən  qalxıb  ona  bir  içki  qarıĢdırdım.  Lidiya 

uzun bir siqaret alıĢdırdı və içkisindən bir udum aldı.  

–  Bu  Ģlyapa  sənə  çox  yaraĢır,  –  mən  dedim.  –  Hələ  o 

bənövĢəyi lələyi demirəm. 

– Bu mənim atamın Ģlyapasıdır. 

– Bəs atan öz Ģlyapasını axtarmayacaq? 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə