Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə9/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
1   ...   5   6   7   8   9   10   11   12   ...   136

www.vivo-book.com 

 

44 



Lidiya  otaqda  dövrələr  vura-vura  rəqs  etməyə  baĢladı 

və  qıvrım  telləri  alnına  yapıĢmıĢ  sarıĢın  bir  cavan  oğlan  da 

ona  qoĢuldu.  Onlar  birlikdə  rəqs  etməyə  baĢladırlar. 

BaĢqaları  da  yerlərindən  qalxıb  rəqsə  baĢladılar.  Mən  isə 

oturduğum yeri tərk etməmiĢdim. 

Rendi  Evans  mənim  yanımda  oturmuĢdu.  Onun  da 

Lidiyaya  tamaĢa  etdiyini  görə  bilirdim.  O  danıĢmağa 

baĢladı. Elə hey danıĢır, danıĢırdı. YaxĢı ki, styereonun səsi 

çox yüksək olduğundan mən onu eĢidə bilmirdim.  

Mən  Lidiyanın  o  qıvrımsaç  oğlanla  rəqs  etməsinə 

tamaĢa  edirdim.  Lidiya  hərəkət  etməyi  bacarırdı.  Onun 

bütün hərəkətlərində seksual məna gizlənirdi. Mən rəqs edən 

baĢqa  qızlara  baxdım.  Onların  rəqsi  belə  deyildi.  Lakin 

düĢündüm ki, bunun səbəbi Lidiyanı tanımağımda, onları isə 

tanımamağımdadır. 

Rendi  hələ  də  danıĢmağına  davam  edirdi,  baxmayaraq 

ki, mən ona cavab vermirdim. Rəqs baĢa çatdı və Lidiya geri 

qayıdaraq mənim yanımda oturdu. 

–  Uffff,  tamam  əldən  düĢdüm!  Yəqin  formamı 

itirmiĢəm. 




www.vivo-book.com 

 

45 



BaĢqa  bir  val  oxutma  yerinə  düĢdü.  Lidiya  yerindən 

qalxdı və sarıĢın telli oğlana qoĢuldu. Mən isə pivə ilə çaxır 

içməyə davam edirdim.  

Orada  çoxlu  vallar  vardı.  Lidiya  ilə  həmin  oğlan 

durmadan otağın mərkəzində rəqs edir baĢqaları isə onların 

ətrafında  dairəvi  hərəkət  edirdilər,  hər  növbəti  rəqs  isə  bir 

əvvəlkindən daha məhrəmanə, daha intim xarakter alırdı.  

Mən əvvəlki kimi pivə ilə çaxır içirdim.  

Qulaqbatıran  musiqi  sədaları  altında  rəqslər  davam 

edirdi...  SarıĢın  telli  oğlan  hər  iki  əlini  baĢının  üstünə 

qaldırmıĢdı.  Lidiya  isə  bütün  bədəni  ilə  ona  sıxılırdı.  Bu, 

dramatik, eyni zamanda erotik bir mənzərə idi. Onlar əllərini 

baĢlarının üzərində havada saxlayaraq bədənlərini bir-birinə 

sıxırdılar.  Bədən  bədənə.  O,  növbə  ilə  ayaqlarını  bir-bir 

arxaya  atırdı,  Lidiya  isə  onun  hərəkətlərini  təkrar  edirdi. 

Onlar  bir-birinin  düz  gözlərinin  içinə  baxırdılar.  Boynuma 

almalıyam  ki,  qəĢəng  görünürdülər.  Val  isə  durmadan  elə 

hey fırlanırdı. Nəhayət ki, o da bitdi. 

Lidiya geri qayıtdı və mənim yanımda əyləĢdi.  

– Həqiqətən, nəfəsim kəsildi, – o dedi. 




www.vivo-book.com 

 

46 



– Bura bax, – mən dedim, – deyəsən, mən bir qədər çox 

içmiĢəm.  Bəlkə  də  bizim  artıq  bu  məclisi  tərk  etmək 

vaxtımız çatıb.  

– Sənin necə içdiyini görürdüm. 

– Gəl gedək. Bundan sonra da belə qonaqlıqlar olacaq. 

Biz məclisi tərk etmək üçün yerimizdən qalxdıq. Lidiya 

Harri  ilə  Dianaya  nəsə  dedi.  O  geri  qayıdandan  sonra  biz 

qapıya  tərəf  addımladıq.  Mən  qapını  açanda,  sarıĢın  telli 

oğlan mənə yaxınlaĢaraq dedi: 

–  Hey,  adamım,  necədi  mən  və  sənin  qızın  xoĢuna 

gəldikmi? 

– Pis deyildiniz. 

Biz  küçəyə  çıxanda  mən  qusmağa  baĢladım,  içdiyim 

bütün pivə və çaxırın hamısı bədənimi tərk etdi. Mədəmdən 

bayıra  çıxan  maye  küçə səkisinin kənarında bitmiĢ  kolların 

üstünə  ay  iĢığında  fontan  kimi  tökülürdü.  Nəhayət  ki,  mən 

qəddimi düzəltdim və ağzımı əlimlə sildim.  

– O oğlan səni narahat edirdi, elə deyilmi? 

– Hə. 

– Niyə? 



www.vivo-book.com 

 

47 



– Adama elə gəlirdi, elə bil siz rəqs etmir, seviĢirsiniz, 

bəlkə də ondan da artıq. 

– Onun heç bir mənası yoxdur, sadəcə, rəqs idi. 

–  Küçədə  bir  qadını  o  cür  tutduğumu  təsəvvür 

edirsənmi? Musiqi bu mənzərəni günahsız hala sala bilərmi? 

–  Sən  heç  nə  baĢa  düĢmürsən.  Hər  dəfə  rəqs  bitəndə 

mən geri dönüb sənin yanında otururdum.  

– YaxĢı, yaxĢı, – mən dedim, – bir dəqiqə gözlə. 

Kiminsə  son  günlərini  yaĢayan  qazonunun  üstünə 

baĢqa  bir  qusuntu  fontanı  buraxdım.  Biz  yamacla  enərək 

Exo Parkdan Hollivud Bulvarına tərəf getdik. 

MaĢına  mindik.  Mühərriki  iĢə  saldım  və  maĢını 

Hollivud ilə qərbə, Vermont istiqamətində sürdüm.  

– Sənin kimi adamlara nə ad verdiyimizi bilirsənmi? – 

Lidiya soruĢdu. 

– Yox. 


–  Biz  sənin  kimiləri,  –  o  dedi,  –  oyun  pozan 

adlandırırıq. 



 




www.vivo-book.com 

 

48 



Kanzas  Siti  üzərində  eniĢə  baĢladıq.  Pilot  havanın 

temperaturunun  20  dərəcə  olduğunu  dedi.  Amma  mən  isə 

əynimə  özümün  nazik  Kaliforniya  idman  gödəkcəsini  və 

köynəyini,  nazik  Ģalvarlarımı,  yay  corablarımı,  dəlikli 

ayaqqabılarımı  geyinmiĢdim.  Biz  yerə  enib  dayanacaq 

yerinə  tərəf  hərəkət  edərkən,  hamı  öz  paltosuna,  əlcək  və 

Ģərflərinə  tərəf  uzanırdı.  Hamının  təyyarədən  düĢməsinə 

imkan verəndən sonra, mən də portativ trap ilə aĢağı endim. 

Orada  bir  fransızcığaz  binaya  söykənərək  məni  gözləyirdi. 

Bu  fransız  dram  sənətini  tədris  edir  və  kitablar  toplayırdı, 

əsasən də mənim kitablarımı. 

–  Kanzas  ġitiyə  xoĢ  gəlmisiniz,  Çinaski!  –  o  dedi  və 

mənə  bir  ĢüĢə tekila uzatdı. Mən  tekiladan  böyük  bir  udum 

aldım və sonra onun arxasınca avtoduracağına getdim.  

Yanımda heç bir baqaj yox idi. Bircə içi Ģeirlərlə dolu 

bir  portfeldən  baĢqa.  MaĢının  salonu  isti  və  rahat  idi.  Biz 

ĢüĢəni bir-birimizə ötürərək növbə ilə tekila içirdik.  

Yolları buz bağlamıĢdı. 

– Bu içinə zibil olmuĢ buzun üstü ilə hər adam  maĢın 

sürə bilməz, – fransız dedi. – Nə etdiyini bilməyin lazımdır. 




Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə