www.vivo-book.com
593
gəlmiĢdim. Təxminən 15 dəqiqə sonra MakintoĢ qapını
döydü. Biz Ayrisi onun iĢ yerinin yaxınlığındakı döngəyə
çatdırdıq. Belə məlum oldu ki, Ayris, əslində, ofisiant
iĢləyirmiĢ, oriental rəqs isə, sadəcə, Ģöhrətpərəstlikdən baĢqa
bir Ģey deyilmiĢ. SağollaĢarkən onu öpdüm. O, maĢından
düĢdü. Geri çevrilərək bizə əl yelləyəndən sonra getdi.
Getdikcə məndən uzaqlaĢan bu inanılmaz qamətə arxadan
tamaĢa edirdim.
– Çinaski yenə xal toplayır, – maĢını hava limanı
istiqamətinə döndərərkən MakintoĢ dedi.
– BoĢ ver getsin, – mən dedim.
– Mənim özümün də naxıĢım pis iĢləmədi, – o dedi.
– Hə?
– Hə. Sənin o sarıĢınını da mən aparmıĢdım.
– Nə?
– Bəli, – deyərək o güldü, – bəs nə bilmiĢdin.
– Məni hava limanına apar, vələdüzzina!
Artıq üç günü idi ki, Los-Ancelesdə veyillənirdim.
Həmin axĢam Debra ilə görüĢ təyin eləmiĢdim. Telefon zəng
çaldı.
www.vivo-book.com
594
– Henk, danıĢan Ayrisdir!
– O-o, Ayris, nə gözəl sürpriz oldu. ĠĢlərin necə gedir?
– Henk, mən Los-Ancelesə uçuram. Oraya səninlə
görüĢmək üçün gəlirəm!
– Əla! Bəs haçan?
– ÇərĢənbə günü uçuram, ġükran Günündən əvvəl.
–
ġükran Günü?
– Və növbəti bazar ertəsinə qədər orada qala bilərəm!
– YaxĢı.
– Qələmin varmı? Sənə reysin nömrəsini vermək
istəyirəm.
Həmin axĢam Debra ilə mən dəniz kənarında gözəl bir
restoranda Ģam edirdik. Masaları bir-birinə sıx . Bu
restoranın
özəlliklərindən
biri
də
onların
dəniz
məhsullarından əla yeməklər hazırlamaları idi. Biz bir ĢüĢə
ağ Ģərab sifariĢ etdik və yeməyimizin gəlməsini gözləməyə
baĢladıq. Debra son vaxtlarda olduğundan daha qəĢəng
görünürdü,
lakin
iĢinin
getdikcə
çoxalmasından
Ģikayətlənirdi. O, əlavə bir qızı da iĢə götürməyi
www.vivo-book.com
595
planlaĢdırırdı. Bacarıqlı bir iĢçi tapmağın çox çətin,
insanlarınsa çox qabiliyyətsiz olduğunu deyirdi.
– Düz deyirsən, –onunla razılaĢdım.
– Saradan bir xəbər varmı?
– Ona zəng vurmuĢdum. Aramızda balaca bir mübahisə
oldu. Amma birtəhər könlünü aldım.
– Kanadadan qayıdandan sonra onunla görüĢmüsənmi?
– Yox.
– ġükran Günü üçün 25 funtluq bir hind toyuğu sifariĢ
eləmiĢəm. Onu doğraya bilərsənmi?
– Əlbəttə.
– Lütfən, bu gün çox içmə. Çox içəndə nə hala
düĢdüyünü özün yaxĢı bilirsən. Lap islaq əriĢtəyə dönürsən.
– YaxĢı.
Debra əlini uzadıb mənim əlimə toxundu.
– Mənim sevimli qartımıĢ islaq əriĢtəm!
ġam yeməyindən sonra, özümlə yalnız bir ĢüĢə Ģərab
götürdüm. Biz Debranın divanında oturub onun böyük
ekranlı televizoruna baxa-baxa asta-asta Ģərab içirdik.
Birinci proqram heç nəyə yaramırdı. Ġkincisi isə babat idi.
www.vivo-book.com
596
Bu, seksual pozğun ilə inkiĢafdan geri qalmıĢ bir kəndli
oğlan haqqında proqram idi. Bir dəli həkim bu pozğunun
baĢını kəndli oğlanın bədəninə köçürmüĢdü. Oğlanın bədəni
isə iki baĢlı formada qaçıb aradan çıxmıĢdı. Ġndi o kəndin
ətrafında gəzərək müxtəlif qorxunc əməllər törədirdi. Bu
proqram mənim ovqatımı bir qədər yaxĢılaĢdırdı.
Bir ĢüĢə Ģərabdan və iki baĢlı kəndli oğlan haqqındakı
proqramdan sonra Debranı mindim və bu dəfə, baĢqa
vaxtlardan fərqli olaraq, bəxtim bir qədər gətirdi. Yükümü
onun içinə boĢaltmazdan əvvəl, onu uzun müddət yaxĢıca
dördnala çapdım. Çapmağım zamanısa çoxlu gözlənilməz
variasiyalardan və təxəyyülümün yaradıcılığından bolluca
istifadə etdim.
Ertəsi gün Debra məndən qalmağımı və onun iĢdən
qayıtmasını gözləməyimi xahiĢ etdi. Mənə söz verdi ki, əla
nahar hazırlayacaq.
– YaxĢı, – deyərək razılaĢdım.
O gedəndən sonra, bir az yuxulamağa çalıĢdım, amma
yata bilmədim. ġükran Günü haqqında düĢünürdüm –
düĢünürdüm ki, onunla ola bilməyəcəyimi ona necə deyim.
www.vivo-book.com
597
Bu məni çox narahat edirdi. Yerimdən qalxdım və otaqlarda
gəziĢdim. Vanna qəbul elədim. Heç nə kömək eləmirdi.
Bəlkə Ayris fikrini dəyiĢərdi, bəlkə onun təyyarəsi qəzaya
uğrayardı. Onda ġükran Günü səhər zəng vurub Debraya
gələcəyimi deyə bilərdim.
Mən evdə gəziĢirdim və getdikcə özümü daha da pis
hiss edirdim. Bəlkə də yalnız evimə getmədiyimə görə. Bu
elə bil mənim çəkdiyim iztirabları bir qədər də uzadırdı.
Mən nə poxidim? Nəyi də bacarmasan, murdar və qeyri-real
oyunlar oynamağı yaxĢı bacarırdım. Mənim məqsədim nə
idi? Bəlkə mən nəyinsə əvəzini çıxmağa çalıĢırdım? Mən
hələ də bunun sadəcə tədqiqat – qadınları öyrətmək üçün bir
üsul olduğuna özümü inandırmağa davam edə bilərdimmi?
Heç nə haqqında düĢünmədən, sadəcə onların baĢ verməsini
laqeydliklə kənardan müĢahidə edirdim. Öz xudbin və ucuz
zövqlərimdən baĢqa heç nə məni düĢündürmürdü. Mən
ərköyün böyüdülmüĢ yuxarı sinif Ģagirdinə bənzəyirdim.
Mən fahiĢədən də pis idim; fahiĢə səndən yalnız pullarını
alırdı, baĢqa heç nə. Mən isə həyatlar və ruhlar ilə təcrübələr
aparırdım. Elə bil onlar mənim oyuncaqlarımdılar. Mən
Dostları ilə paylaş: |