www.vivo-book.com
74
oynamaq iqtidarında deyildi. Bir ayağını o birinin üstünə
aĢırdı, ağ və azman budlarını mənə göstərdi.
– Mən yaĢadığın çoxmənzilli binanın zirzəmisində
pomidor toxumları əkmiĢəm, – o dedi.
– YetiĢəndə bir-iki dənəsini səndən alaram, –mən
cavab verdim.
– Mənim heç vaxt sürücülük vəsiqəm olmayıb, – Eypril
dedi. – Mənim anam Nyu Cersidə yaĢayır.
– Mənim anam isə vəfat edib, –cavab verdim.
Sonra divana yaxınlaĢıb onun yanında oturdum. Onu
qucaqlayıb öpdüm. Mən onu öpən zaman o düz mənim
gözlərimin içinə baxırdı. Mən ondan aralandım.
– Gəl sikiĢək, – mən ona təklif elədim.
– Məndə yoluxucu xəstəlik var, – deyə Eypril dilləndi.
– Nə?
– Bu bir növ göbələk xəstəliyidir. Ciddi bir Ģey deyil.
– Mənə də yoluxa bilərmi?
– Bu, bir növ südə bənzər ifrazatdır.
– Deyirəm, mənə də yoluxa bilərmi?
– Məncə, yox.
www.vivo-book.com
75
– Onda gəl sikiĢək.
– SikiĢmək istəyib-istəmədiyimi bilmirəm.
– Özünü lap yaxĢı hiss edəsəksən. Hə, gəl yataq otağına
keçək.
Eypril yataq otağına keçib paltarlarını soyunmağa
baĢladı. Mən də soyundum. Biz yatağa, mələfələrin altına
girdik. Mən onun bədəni ilə oynamağa və onu öpüĢlərə qərq
eləməyə baĢladım. Sonra onun üstünə çıxdım. Çox qəribə
idi. Onun vaginası elə bil ora-bura hərəkət edirdi. Mən içəri
daxil olduğumu bilirdim, hiss edirdim ki, onun içinə daxil
olmuĢam, lakin durmadan elə hey yana sürüĢürdüm, sol
tərəfə. Onun üstündə durmadan elə hey iĢləyirdim. Bu
proses məni daha da cuĢa gətirirdi. Sonra qurtardım və onun
üstündən yana yumalandım.
Bir müddət keçəndən sonra mən onu maĢınımla evinə
apardım və biz onun mənzilinə qalxdıq. Oturub uzun-uzadı
söhbət elədik. Mən yalnız onun ünvanını və mənzilinin
nömrəsini yazandan sonra mənzili tərk etdim. Vestibüldən
keçərkən mənzillərin poçt qutularını gördüm. Bir zamanlar
poçtalyon iĢləyərkən bura dəfələrlə poçt bağlamaları
www.vivo-book.com
76
gətirmiĢdim. Binadan çıxıb maĢınıma oturdum və sürüb
oradan uzaqlaĢdım.
11
Lidiyanın iki uĢağı vardı; Tonto adında 8 yaĢındakı
oğlu və bizim ilk seksimizə mane omuĢ 5 yaĢındakı kiçik
qızı Liza. Bir axĢam biz masa arxasında oturub Ģam edirdik.
Həmin vaxt Lidiya ilə aramızda hər Ģey yaxĢı gedirdi və
mən demək olar ki, hər axĢam onun evində Ģam yeməyinə
qalırdım, Lidiya ilə gecəni birlikdə keçirir və növbəti gün
poçtumu yoxlamaq və bir az da yazılarım ilə məĢğul olmaq
üçün səhər saat 11-də onun evinə tərk edib öz evimə
gəlirdim. UĢaqlar yan otaqda içi su ilə doldurulmuĢ
çarpayıda yatırdılar. Köhnə və balaca bir ev idi, Lidiya onu
bir zamanlar yapon güləĢçisi, indi isə daĢınmaz əmlak iĢi ilə
məĢğul olan bir adamdan kirayəyə götürmüĢdü. Onun,
deyəsən, Lidiyaya gözü düĢmüĢdü. Bu mənim vecimə
deyildi. Əsas olan bu gözəl və köhnə ev idi.
www.vivo-book.com
77
– Tonto, – biz yemək yeyəndə mən dedim, – sənin anan
gecələr qıĢqıranda onu döymədiyimi yəqin ki, bilirsən.
Əslində, kimin vəziyyətinin həqiqətən ağır olduğunu da
yəqin bilirsən.
– Hə, bilirəm.
– Bəs onda niyə içəri gəlib mənə kömək eləmirsən?
– Ah ha ha, mən ona yaxĢı bələdəm.
– Bura bax, Henk, – Lidiya müdaxilə etdi, – uĢaqlara
mənə qarĢı təbliğat aparma.
– O, dünyada ən idbar kiĢidir, – Liza dedi.
Lizadan xoĢum gəlir. Nə vaxtsa, bir gün o çox seksi bir
qadın olacaqdı, özü də elə-belə seksi deyil, Ģəxsiyyətli birisi.
ġam yeməyindən sonra, Lidiya ilə mən yataq otağına
keçib yatağa uzandıq. Lidiyanın sızanaq və çivzələri
sıxmaqdan dəlicəsinə xoĢu gəlirdi. Mənim üzümün dərisi isə
çox pis idi. O, lapasını mənim üzümə yaxınlaĢdırıb sevdiyi
iĢə baĢladı. Bu prosesdən mənim də xoĢum gəlirdi.
O mənim sızanaqlarımı sıxanda, bəzən bütün bədənim
giciĢir, bəzən də Ģeyim bərkiyirdi. Çox intim bir prosesdir.
Lidiya sızanaqlarımı sıxarkən arada məni öpməyi də
www.vivo-book.com
78
unutmurdu. HəmiĢə o, əvvəlcə, mənim üzümdəki sızanaqları
sıxır, sonra isə belimdəkilərə və sinəmdəkilərə keçirdi.
Məni sevirsənmi?
– Hə.
– Ufff, hələ bir buna bax!
Bu, ucunda uzun sarı quyruğu olan sızanaq idi.
– Lap əladır, – mən dedim.
O bütün bədəni ilə üstümə uzanmıĢdı. Lidiya bir anlıq
civzə sıxma iĢinə ara verib mənə baxdı.
– Səni hələ qəbrə də qoyacam, səni piyli dümbələk!
Mən onun bu sözlərinə güldüm. Sonra Lidiya məni
öpdü.
– Mən də səni yenə dəlixanaya salacam, – ona dedim.
– Çevril görüm. Ġmkan ver belinlə də məĢğul olum.
Mən çevrilərək qarnı üstə uzandım. O, boynumun
dalındakı civzələri sıxdı.
– Axxx, burda çox qəĢəng birisi var! Güllə kimi çıxdı!
Düz gözümə dəydi!
– Qoruyucu gözlük geyinməlisən.
Dostları ilə paylaş: |