Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə129/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   125   126   127   128   129   130   131   132   ...   136

www.vivo-book.com 

 

684 



Həmin  axĢam  Sara  söz  verdiyi  kimi  supu  biĢirdi.  Çox 

dadlı  alınmıĢdı.  Ertəsi  gün  səhər  çıxıb  gedəndə,  Sara  supu 

necə qızdıracağıma dair mənə göstəriĢlər də verdi.  

Həmin gün axĢam, saat təxminən 4 radələrində Temmi 

qapımı döydü. Qapını açıb onu içəri buraxdım, o isə birbaĢa 

mətbəxə yollandı. Soyuducunun qapısı açıldı. 

– Ey, indi də sup hə? 

– Hə. 


– Dadı yaxĢıdır? 

– Pis deyil.  

– Bir az dadına baxsam etiraz etməzsən ki? 

– Nə istəyirsən, elə. 

Əvvəlcə yeməyi sobaya qoyduğunu, sonra isə yeməyin 

içinə qaĢıq saldığını eĢitdim. 

–  Ġlahi!  Bu  yemək  necə  də  duzsuzdur!  Buna  ədviyyat 

tökmək lazımdır! 

Yeməyə qaĢıqla ədviyyat tökdü. Sonra dadına baxdı. 

– Hə indi yaxĢıdır! Amma bir az da tökmək lazımdır! 

Bilirsənmi,  mən  italiyalıyam  axı.  Ġndi...  bax  belə...  hə  indi 



www.vivo-book.com 

 

685 



daha  yaxĢı  oldu!  Ġndi  isə  qoyaq  bir  az  qızsın.  Pivə  də  içə 

bilərəmmi? 

– Hə. 

Temmi əlində bir ĢüĢə ilə yanıma gəlib oturdu. 



– Mənim üçün heç darıxırsanmı? – o soruĢdu. 

– Sən bunu heç vaxt bilməyəcəksən. 

– Deyəsən, “Oyun Maneji”ndəki iĢimə geri qayıdacam. 

– Lap yaxĢı. 

–  Orada  yaxĢı  çaypulu  verirlər.  Bir  oğlan  hər  axĢam 

mənə  5  dollar  çaypulu  verərdi.  O  mənə  aĢiq  olmuĢdu. 

Amma  bir  dəfə  belə  olsun  məni  görüĢə  dəvət  eləmədi. 

Sadəcə,  gözlərini  mənə  zilləməklə  kifayətlənirdi.  Qəribə 

oğlan  idi.  Düz  bağırsaq  cərrahı  idi  və  bəzən  mən  ətrafda 

gəzərkən  mənə  baxıb  masanın  altında  kəfləmə  vururdu. 

Bilirsənmi,  bunu  onun  üstündən  gələn  qoxudan  baĢa 

düĢürdüm. 

– Hə, deməli, sən onun hislərini oyadırmıĢsan... 

– Məncə sup artıq qızmıĢ olar. Sən də yeyirsən?  

– Yox, sağ ol. 



www.vivo-book.com 

 

686 



Temmi  mətbəxə  getdi.  Onun  qazanın  içindən  qaĢıqla 

yemək  çəkdiyini  eĢitdim.  O  uzun  müddət  mətbəxdən 

çıxmadı. Sonra isə yanıma gəldi. 

– Gələn cümə gününə qədər mənə beĢ dollar borc verə 

bilərsən? 

– Yox. 


– Onda heç olmasa, bir-iki dollar ver. 

– Yox. 


– Onda bir dollar ver. 

Cibimdəki bütün xırda pulları çıxarıb Temmiyə verdim. 

Məbləğ bir dollar otuz yeddi sent oldu. 

– Sağ ol, – o dedi. 

– Problem deyil. 

Sonra isə qapının arxasında gözdən itdi. 

Ertəsi gün axĢam Sara gəldi. O çox nadir hallarda belə 

tez-tez  mənə  baĢ  çəkərdi.  Məsələ  yəqin  bayramlardaydı: 

hamı  çaĢqın,  yarı-dəli  və  qorxmuĢ  idi.  Evimdə  ağ  Ģərabım 

hazır idi və mən hər ikimizə bir qədəh Ģərab süzdüm. 

– Meyxanada iĢlər necə gedir? – ondan soruĢdum. 



www.vivo-book.com 

 

687 



–  Poxlu  biznesdir.  Qazancım  meyxananı  saxlamağa 

güclə yetir. 

– Bəs müĢtərilərin hara yox olublar? 

– Hamısı Ģəhəri tərk edib; hamı harasa gedib. 

– Bizim bütün planlarımızda dəliklər olur. 

–  Hamısında  yox.  Bəzi  insanların  naxıĢı  tutur,  hər 

istədikləri alınır. 

– Hə, düzdür. 

– Sup necəydi? 

– Demək olar ki, qurtarıb. 

– XoĢuna gəldimi? 

– Mənə elə də çox pay düĢmədi. 

Sara mətbəxə getdi və soyuducunun qapısını açdı. 

– Bu supa nə olub belə? Qəribə görünür. 

Onun supun dadına baxdığını eĢitdim. Sonra o, çanağa 

tərəf qaçaraq ağzındakını tüpürdü. 

–  Aman  Tanrım,  buna  elə  bil  zəhər  qatılıb!  Burda  nə 

olub? Temmi ilə Arlina yenə gəlib bu supdan da yeyiblər?  

– Temmi tək gəlmiĢdi.  



www.vivo-book.com 

 

688 



Bu  dəfə  Sara  haray  salmadı.  O,  sadəcə, supun  qalığını 

çanağın  içinə  boĢaltdı  və  zibil  doğrayan  qurğunu  iĢ  saldı. 

Onun  səsini  boğmağa  çalıĢaraq  necə  hıçqırdığını  eĢidə 

bilirdim.  Zavallı  orqanik  hind  toyuğu  çox  çətin  bir  Milad 

bayramı keçirmiĢdi. 

 

100 

Yeni  il  gecəsi  yaĢamalı olduğum  daha  bir  axmaq  gecə 

oldu.  Yadımdadır,  valideynlərim  həmiĢə  bu  gecəni  böyük 

sevinclə  qarĢılayardılar:  radioya  qulaq  asaraq  yeni  ilin 

ĢəhərbəĢəhər  bizə  yaxınlaĢmasını,  ta  Los-Ancelesə 

çatanadək  izləyərdilər.  Havaya  fiĢənglər  atılardı,  fit  və 

Ģeypurlar  çalınardı.  Həvəskar  əyyaĢlar  içdiklərini  qaytarar, 

ərlər  baĢqa  kiĢilərin  arvadları  ilə  oynaĢar,  arvadlar  isə 

önlərinə gələn hər kəs ilə mazaqlaĢardılar. Tualetlərdə, ya da 

hamamxanalarda  hamı  bir-biri  ilə  öpüĢər  və  bir-birinin 

götünü  çimdikləyərdi,  bəzən  isə  bütün  bunları  açıq-aĢkar 

hamının  gözü  qarĢısında  edərdilər,  xüsusilə  də  gecə  yarısı 

yetiĢəndə.  Ertəsi  gün  isə  dəhĢətli  ailə  münaqiĢələri 



www.vivo-book.com 

 

689 



baĢlayardı. Mən hələ Qızıl Gül Paradını və Qızıl Gül Kasası 

oyununu demirəm. 

Yeni  il  axĢamı  Sara  çox  erkən  gəldi.  Sehrli  Dağ,  açıq 

kosmik fəza, “Ulduz Yolu” kimi filmlər, həmçinin müəyyən 

rok  qruplar,  xamalı  ispanaq  və  təmiz  qida  kimi  Ģeylər  onu 

çox  həyəcanlandırırdı.  Amma  bununla  belə,  həyatımda 

qarĢılaĢdığım bütün qadınlar ilə müqayisədə Sara daha güclü 

idi.    Əsasən  də  sağlam  düĢüncəyə  sahib  idi.  Bəlkə  də 

Saranın  sağlam  düĢüncəsi  və  rəhmdilliyi  ilə  yalnız  Coanna 

Dover  müqayisə  edilə  bilərdi.  Mənimlə  hal-hazırda 

münasibətdə  olan  bütün  qadınların  arasında  Sara  ən  gözəli 

və  ən  sədaqətlisiydi,  deməli,  bu  yeni  il  elə  də  bərbad 

olmayacaqdı. 

Elə  indicə  yerli  televiziyanın  xəbərlər  proqramının 

əbləh  aparıcısı  mənim  “Yeni  Ġl”  bayramımı  təbrik  etdi. 

Tanımadığım  insanların  mənim  yeni  ilimi  təbrik 

eləmələrindən  heç  xoĢlanmıram.  O  mənim  kim  olduğumu 

hardan bilir? Bəlkə də mən öz beĢ yaĢlı qızının ağzına tıxac 

basaraq  onu  topuqlarından  bağlayaraq  tavandan  asan 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə