Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə48/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   44   45   46   47   48   49   50   51   ...   136

www.vivo-book.com 

 

245 



–  Sabahın  xeyir,  Katrina,  –  mən  dedim,  –  mənə  ərə 

gələrsənmi? 

–  XahiĢ  edirəm,  lazım  deyil,  –  o  dedi,  –  bu  mənim 

xoĢuma gəlmir. 

– Mən ciddi deyirəm. 

– Ah, boĢ-boĢ danıĢma, Henk! 

– Nə? 

 

–  Dedim  ki,  boĢ-boĢ  danıĢma.  Əgər  belə  danıĢmağa 



davam eləsən, elə birinci təyyarə ilə evə gedərəm.  

– YaxĢı. 

– Henk? 

– Nədi? 


Mən  Katrinaya  baxdım.  O  öz  saçlarını  daramağa 

davam  edirdi.  Onun  iri  qonur  gözləri  mənə  baxırdı  və  o 

gülümsəyirdi.  

–  Bizim  aramızdakı,  sadəcə,  seksdir,  Henk,  sadəcə, 

seks! – o dedi və sonra o ucadan güldü. Bu, riĢxəndli gülüĢ 

deyildi,  əksinə  sevinc  dolu  bir  gülüĢ  idi.  O  öz  saçlarını 

darayırdı, mən isə qolumu onun belinə dolayıb baĢımı onun 



www.vivo-book.com 

 

246 



dizinin üstünə qoydum. Mən daha heç bir Ģeydən tam əmin 

deyildim. 



 

37 

Mən  öz  qadınlarımı,  adətən  ya  boks  matçlarına,  ya  da 

cıdır  yarıĢlarına  aparırdım.  Həmin  cümə  axĢamı  günü  mən 

Katrinanı  “Olimpik”  idman  zalında  keçirilən  boks 

matçlarına apardım. O həyatında heç vaxt bir boks matçına 

canlı-canlı  tamaĢa  etməmiĢdi.  Biz  birinci  döyüĢ 

baĢlamazdan  bir  xeyli  əvvəl  ora  çatdıq  və  düz  rinqin 

yaxınlığında  oturduq.  Mən  pivə  içə-içə,  siqaret  çəkə-çəkə 

oturub gözləyirdim. 

– Çox qəribədir, – mən ona dedim, – insanlar bura gəlir 

və  oturub  iki  nəfərin  rinqə  çıxmasını  və  sonra  da  eĢĢək 

sudan gəlincəyə qədər bir-birini kötəkləməsini gözləyirlər. 

– Bu dəhĢətli səslənir. 

–  Bu  arena  uzun  illər  bundan  əvvəl  inĢa  edilib,  –  o 

ərafa nəzər salıb bu qədim zala tamaĢa elədiyi vaxt, mən ona 

dedim. – Burada yalnız iki ayaqyolu var, biri kiĢilər, o birisi 

isə qadınlar üçün, onların ikisi də çox darısqaldır. Ona görə 



www.vivo-book.com 

 

247 



də, oralıq iĢin varsa, gərək ya fasiləyə qədər, ya da fasilədən 

sonra gedəsən. 

– YaxĢı.  

“Olimpik”  idman  zalına,  əsasən,  latın  amerikalılar, 

aĢağı təbəqələrdən olan zəhmətkeĢ ağdərililər, bir neçə kino 

ulduzu və məĢhur adamlar gəlirdilər. Burada çoxlu sayda əla 

meksikalı  boksçular  vardı  və  onlar  ürəklə  döyüĢürdülər. 

Yalnız  ağlar,  ya  da  qaradərililər  qarĢılaĢanda  pis  döyüĢlər 

olurdu, xüsusilə də ağır çəkili idmançıların döyüĢləri. 

Katrina  ilə  burada  oturmaq  mənə  qəribə  gəlirdi. 

Ümumiyyətlə,  insanların  arasındakı  münasibətlərin  özü 

qəribə  idi.  Demək  istədiyim  odur  ki,  siz  bir  müddət  bir 

insanla  münasibətdə  olursunuz,  onunla  birlikdə  yemək 

yeyirsiniz,  birlikdə  yatırsınız,  birlikdə  yaĢayırsınız,  onu 

sevirsiniz,  onunla  söhbət  edirsiniz,  onunla  gəzirsiniz  və 

birdən  hər  Ģey  bitir. Sonra  heç  kim  ilə  birlikdə  olmadığınız 

çox qısa bir müddət baĢlayır. Onda sonra isə baĢqa bir qadın 

peyda  olur  və  sən  artıq  onunla  birlikdə  yemək  yeməyə 

gedirsən,  onu  sikirsən  və  bütün  bunlar  adama  çox  normal 

gəlir, elə bil sən bütün həyatın boyu bu qadının, o isə sənin 




www.vivo-book.com 

 

248 



gəliĢini  gözləyirdi.  Mən  yalqız  qalanda  heç  vaxt  özümü 

rahat  hiss  etməmiĢəm;  bəzən  özümü  yaxĢı  hiss  etdiyim 

vaxtlar olub, amma rahat hiss etdiyim vaxtlar olmayıb.  

Ġlk  döyüĢ  əla  alındı,  çoxlu  qan  və  cəsarət.  Boks 

matçlarına və cıdır yarıĢlarına tamaĢa etməklə necə yazmaq 

haqqında  bəzi  Ģeyləri  öyrənmək  olar.  Bu  fikir  mənə  aydın 

olmasa da, köməyi dəyirdi. Əsas məqam da elə bu idi: fikir 

aydın deyildi. Burada söz yox idi, lap yanan ev kimi, ya da 

zəlzələ kimi, yaxud da maĢından düĢərkən öz ayaqlarını açıb 

göstərən  qadın  kimi.  BaĢqa  yazıçılara  nə  lazım  olduğunu 

bilmirdim;  bu  heç  mənim  vecimə  də  deyildi,  onsuz  da 

onların yazdıqlarını oxuya bilmirdim. Mən öz vərdiĢlərimin, 

öz  zehniyyətimin  əsiri  idim.  Səfeh  olmaq  elə  də  pis  Ģey 

deyil, əgər nadanlıq tamamilə sənə məxsusdursa. Mən dəqiq 

bilirdim  ki,  bir  gün  gələcək  və  mən  Katrina  haqqında  nəsə 

yazacağam.  Üstəlik  bunun  çətin  olacağını  da  bilirəm. 

FahiĢələr  haqqında  yazmaq  çox  asandır,  amma  yaxĢı  bir 

qadın haqqında nəsə yazmaq müqayisəyə gəlməyəcək qədər 

çətindir. 



www.vivo-book.com 

 

249 



Ġkinci  döyüĢ  də  pis  olmadı.  TamaĢaçı  kütləsi  gah 

qıĢqırır,  gah  bağırır,  gah  da  pivə  gillədirdi.  Onlar  öz 

fabriklərindən, 

anbarlarından, 

sallaqxanalarından, 

avtomobilyuma  stansiyalarından  müvəqqəti  olaraq  qaça 

bilmiĢdilər – ertəsi gün onlar yenə də öz əsirlik həyatlarına 

qayıdacaqdılar, amma indi nə qədər ki azadlıqda idilər – bu 

azadlıq  onları  vəhĢiləĢdirmiĢdi.  Onlar  yoxsulluğun  onlara 

bəxĢ  elədiyi  əsarət  və  köləlik  haqqında  düĢünmürdülər. 

Yaxud  rifah  və  ərzaq  talonlarının  yaratdığı  köləlik  barədə. 

Yoxsullar  öz  zirzəmilərində  oturub  atom  bombası 

düzəltməyi öyrənənə qədər, yerdə qalanlarımız rahat yaĢaya 

bilərlər. 

Bütün  döyüĢlər  çox  maraqlı  keçdi.  Mən  yerimdən 

qalxdım və ayaqyoluna getdim. Geri qayıdanda, Katrina çox 

sakit  oturmuĢdu.  O  elə  oturmuĢdu,  elə  bil  ona  baxanda 

buranı balet, ya da konsert zalı hesab etmək olardı. O necə 

də  incə  görünürdü,  amma  yenə  də  onunla  sikiĢmək  çox 

ləzzətli idi.  

Mən içməyə davam edirdim, Katrina isə döyüĢ həddən 

ziyadə  amansızlaĢanda  mənim  əlimdən  bərk-bərk  tuturdu. 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə