Cavab: Latınca Adventus-zühur etmək deməkdir



Yüklə 18,05 Kb.
tarix25.01.2022
ölçüsü18,05 Kb.
#83116
Adventizm,Baptizim


Adventizm

110. Adventizm nədir?

Cavab: Latınca Adventus-zühur etmək deməkdir.

111. Adventizmin qurucusu kimdir?

Cavab:Vilyam Miller 1831-də qurub.

112. Adventizm hansı hissələrə ayrılır?

Cavab:1)Yevangelist adventistlər,2)Allah kilsəsi,3)Üçüncü günün adventistləri,4)Yeddinci günün adventistləri

113. Yeddinci gün adventizminin qurucusu kimdir?

Cavab:Ellen Uayt

114. Yeddinci gün adventizmində nələr qadağandır?

Cavab:Alkoqollu,kofein tərkibli (çay,kofe,kola),tütün maddələrinin istifadəsi,”murdar” heyvanların əti (donuz,pulcuqsuz balıq,kərtənkələ və həşəratlar)

115. Adventizmin ilk jurnalının adı nə idi?

Cavab:1839-da iki qəzet çap olunu,1-The sign of the time (zamanın əlaməti),2-The midnight cry (Gecənin yarısında fəryad)

116. Ellen Uayt kimdir? Özünü necə təqdim edib?

Cavab: Millerin davamçısı Yelena Uayt Allah tərəfindən seçilmişdir. O, 1827-ci ildə Qorxamda kasıb ailədə dünyaya göz açmışdır. Uşaq vaxtında dini tərbiyə alan Yelena 1846-cı ildə dindar Ceyms Uayta ərə getmişdir. Ceymslə ailə quran Yelena birlikdə aktiv dini fəaliyyətə başlamışlar. Qısa müddətdən sonra Yelena Yeddinci günün adventisləri hərəkatının rəhbərinə çevrilmişdir. Ətrafındakı insanlar ona “peyğəmbər” kimi baxırdılar. Yelena öz kitablarını çap edərkən söyləyirdi ki, bütün yazılanlar ona Allah tərəfindən göndərilib. Lakin sonralar məlum oldu ki, həmin mətnlər başqa kitablardan götürülmüşdür.

117. “Sanitar islahatlar” nədir?

Cavab:Əhdi-ətiqə əsaslanaraq alkoqollu,kofein tərkibli (çay,kofe,kola),tütün maddələrinin istifadəsi,”murdar” heyvanların əti (donuz,pulcuqsuz balıq,kərtənkələ və həşəratlar) qadağandır.

118. Azərbaycanda ilk adventist icması harada qurulub?

Cavab:1902-də Şuşada.

Baptizm

130. Baptizmin qurucusu kimdir?

Cavab:Con Smit-Anqlikan kilsə keşişi olub.

131. Baptizm sözü hansı mənaya gəlir?

Cavab:”Suya çəkmək”,”Suda vəftiz etmək”

132. Baptizm hansı hissələrə ayrılır?

Cavab:Ümumi (Con Smit və Tomas Hevis) və Xüsusi-1638-də İngiltərədə yaranır.

133. Ümumi Baptizmin iddiası nədir?

Cavab: Ümumi baptistlərə görə, İsa Məsih insanlar arasında fərq qoymadan hər kəsin günahını təmizləmişdir.

134. Xüsusi Baptizmin iddiası nədir?

Cavab: Xüsusi baptistlər isə İsanın əvvəlcədən seçilmiş bir sıra insanın günahlarını təmizlədiyini qəbul edirlər.

135. Baptizmin inancı nədir?

Cavab: “Tanrı məhəbbətin özüdür”.İnsan Tanrı ilə birbaşa əlaqə qurur.Allah təkdir.O, bir ruhdur.Diridir.Hər şeyə qadir,əbədi,müqəddəs və ədalətlidir.Tanrının surəti olmaz.Tanrının məkanı olmaz.Ata,oğul,müqəddəs ruh inancını mənimsəyirlər.Müqəddəs ruh iman etmək üçün əhəmiyyət daşıyır.Tanrı ilə bəndə arasında yeganə bəndə İsadır.Müqəddəs ruh Ata və oğuldan çıxmışdır.İsa yenidən zühur edəcək.

136. Baptistlərdə mühüm olan nələrdir?

Cavab:1)Kilsə-mükəmməl insanların məkanıdır,2)Bibliya xilas olmaq və tanrı ilə barışmaq,3)Spirtli içkilər,narkotik maddələrin qəbulu,papiros çəkmək,əxlaqsızlıq və dələduzluqdan xilas olmaq,4)Vəftiz-insan özünü dərk etdiyi yaşda böyük ikən vəftiz edilməlidir.

137. Baptizmdə axirət anlayışı necədir?

Cavab:2 yerə bölünür:1)Dünya,2)İlahi.Dünya-müvəqqətidir,burada cənnəti qazanmalıyıq.Qazanmasaq cəhənnəmə-vicdanın əzab çəkdiyi yerə dönəcəyik.İlahi-daimidir.Cənnət-istirahət.

138. Azərbaycanda Baptizm hansı hissələrə ayrılır?

Cavab:Loyal Baptistlər,Ayrılmış,Raskolnik ya da Təşəbbüskar baptistlər.

139. Loyal Baptistlər kimlərdir?

Cavab:Hər şeyiylə o ölkəyə bağlanmış olurlar.Özlərinə “Aqape” dini cəmiyyəti deyirlər.Rus və Azərbaycan royal baptistlər olaraq ikiyə ayrılır.Hər biri öz dillərində mahnı oxuyub,ibadət edirlər.

140. Ayrılmış, təəssübkeş baptistlər kimlərdir?



Cavab:Dövlət qeydiyyatından keçməzlər.İstər düşüncə,istərsə də geyim cəhətdən mühafizəkarlardırlar,Qərbə əxlaqsız kimi baxırlar.
Yüklə 18,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə