Cavabdeh: H. B. Zərdabi adına Qax şəhər1 saylı məktəb-liseyi



Yüklə 20,3 Kb.
tarix26.03.2018
ölçüsü20,3 Kb.
#34749

Qax rayon Məhkəməsinə

İddiaçı: Sevdiyeva Gunay Rahibqızı

Ünvan: Qaxrayonu, Gəlməkəndi

Cavabdeh: H.B.Zərdabi adına Qax şəhər1 saylı məktəb-liseyi

Ünvan: Qax şəhəri, M.Ə. Rəsulzadə küçəsi 37

İddia ərizəsi.

(işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı dair)

Cavabdeh,H.B. Zərdabi adına Qax şəhər 1 saylı məktəb-liseyinin direktoru xanım Vüsalə Kərimovanın 14 iyun 2017-ci il tarixi1216-№-li əmri ilə H.B. Zərdabi adına Qax şəhər 1 saylı məktəb-liseyi fizika müəllimi vəzifəsindən azad edilmişəm.

İşdən azad edilməyimə dair əmri qanunsuz və əsssız sayıram. Belə ki, mən 2013-cü ilin sentyabr ayının 16-da H.B. Zərdabi adına Qax şəhər 1 saylı məktəb-liseyi fizika müəllimi vəzifəsinə müddətsiz olaraq təyin olunmuşam və mənimlə əmək müqaviləsi bağlanmışdır. İşdən azad edildikdən sonra sorğum əsasında əmək kitabçam mənə qaytarılarkən bəlli olmuşdur ki, əmək kitabçam mən pozulub mənə xəbərdarlıq edilmədən pozulub saxtalaşdırılmış, 2013-cü ilin sentyabr ayının 16-da verilmiş əmrdə sonradan düzəliş edilərək “müvəqqəti” sözü əlavə edilmiş, bundan başqa əmrinin nömrəsi, verildiyi tarix də saxtalaşdırılmışdır
Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bəroa edilməyimə, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməlidir.

Bundan başqa əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü)ilə işçinin işəgötürən tərəfindən azad edilməsi əsaslarını müəyyən edir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinin (tərəflərdən birinin təşəbbüsü) dəqiqləşdirilməsi, daha doğrusu hansı halları nəzərdə tutması həmin Məcləənin 70-ci maddəsi ilə dəqiqləşdirilmişdir. Həmin normaya görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;

c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;

ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda.

Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. İşçilərin attestasiyası bu

Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
Sadalanan normanın məzmunundan göründüyü kimi əslində mənimlə müddətsiz əmək müqaviləsi başlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur..

Cavabdehlə aramızda yaranmış mübahisəni yoluna qoymaq cəhdlərim nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edirəm. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi imperative qaydaa olmaqla işçini işəgötürənin özbaşnalığındn qorumaq məqsədi daşıyır. Göründüyü kimi, mülki qanunvericiliyin normalarının vicdanlı əldə edənlərin (vicdanli sahiblərin) hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, içtimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadliqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahislərin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi umumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli küquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəımə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır.Məhkəmələr nəinki konkret məhkəmə araşdırrmasında iştirak edən tərəflərin, eləcə bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Avropa İnsan Hüquları

Məhkəməsi özünün bir cox qərarlarında (Delcourt Belçikaya qarşı işi üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 okytabr 1982-ci il tarixli qərarı; De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydin görünməlidir.

Yuxarıda göstəriənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsini rəhbər tutub xahiş edirəm ki, cavabdeh, H.B. Zərdabi adına Qax şəhər 1 saylı məktəb-liseyinin direktoru xanım Vüsalə Kərimovanın 14 iyun 2017-ci il tarixi 1216-№-li əmrini ləğv edib H.B. Zərdabi adına Qax şəhər 1 saylı məktəb-liseyi fizika müəllimi vəzifəsinə bərpa olunmağıma, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qərar qəbul edəsiniz.

Qoşma: 1. Əmrin ksero-surəti.

2. İddia ərizəsinin surəti.

3. Əmək kitabşasının surəti.

4. Əmək haqqı barədə arayış.

.

İmza Sevdiyeva Gunay Rahib qızı


Yüklə 20,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə