Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
  1   2   3   4   5   6   7   8   9   ...   28


 

 
Cavad   Cavadlı 
 
 
 
 
Z
Z
İ
İ
R
R
V
V
Ə
Ə
L
L
Ə
Ə
R
R
D
D
Ə
Ə
N
N
 
 
 
 
U
U
C
C
A
A
D
D
A
A
 
 
(
(
m
m
ə
ə
n
n
z
z
u
u
m
m
 
 
r
r
o
o
m
m
a
a
n
n
)
)
 
 


 

MÜƏLLIFDƏN 
 
Ömrünü xalqına və yurduna həsr edən, məmləkətinin işıqlı sabahı naminə 
tikən, quran, yaradan insanların ədəbi əsərlərə baş qəhrəman seçilməsini bir 
qələm sahibi kimi hər zaman alqışlamışam. Və mən də belə insanlardan yazmaq 
qərarına gəlmişəm... Uzun axtarışlardan sonra qeyd etdiyim ədəbi şəxsiyyəti 
tapa bilmişəm. Bu, o kəsdir ki, həlli qeyri-mümkün zənn edilən problemləri öz 
dərin zəkası və yüksək təşkilatçılığı ilə həll edərək hələ sovet rejimi dövründə 
―Kəlbəcərin köçürülməsi‖ planını alt-üst etmiş, ermənipərəst qüvvələrin 
―İrəvanla Dağlıq Qarabağın birləşdirilməsi‖ məramını puça çıxartmışdır. Bu, o 
kəsdir ki, dağlar diyarında yeni Kəlbəcər şəhəri salmış, insan ayağı dəyməyən 
―Laçm qaya‖nı fəth edərək yamyaşıl biçənəkləri və münbit əkənəkləri 
insanlarm ixtiyarına vermişdir. Bu, həmin şəxsiyyətdir ki, Kəlbəcər və Laçının 
başı üstünü qara buludlar almağa başlayanda qısa zaman içində Dəlidağdan 
Laçına, Murovdağdan Xanlara əlli kilometrlərlə yol çəkdirərək yüz minə yaxın 
soydaşımızın erməni qətlindən xilasına şərait yaratmışdır. 
Bu həmin adamdır ki, Bakını ―möcüzəli‖ şəkildə ağuşuna almaqda davam 
edən və ―qarşısıalınmaz‖ zənn olunan Böyük Şor gölünün qurudulmasının ilk 
dəfə elmi əsaslarını verərək, bu ideyanın praktiki qaydada həyata keçirilməsinə 
nail olmuş, ilk növbədə şəhərimizi ekoloji fəlakətdən xilas etmişdir. Eyni 
zamanda, bu proseslə bağlı dövlətin on milyard manatlarla mənfəət əldə etməsi 
də onun adı ilə bağlıdır. 
... Həssas oxucu bilir ki, söhbət İnqilab Nadirlidən gedir. İnqilab müəllimin 
mənalı, şərəfli, həmçinin maneələrlə dolu, keşməkeşli həyat yolu bədii əsər 
üçün zəngin material verdiyindən ―Zirvələrdən ucada‖ mənzum romanım ərsəyə 
gətirdik. 
Vətən, xalq üçün taleyüklü, nəhəng işlər görmüş bu şəxsə ayrı-ayrı 
vaxtlarda bədxah münasibətlər göstərilməsi müəllifi hiddətləndirmiş, onu öz 
yaradıcı işinə daha inamla, həvəslə yanaşmağa ruhlandırmışdır. 30 il ərzində 
qəlbinə, ruhuna, mənəviyyatına tam bələd olduğum idealım bir insanın 
ünvanına müxtəlif informasiya vasitələrindən yağdırılan ―böhtan yağışları‖ 
səngimək bilməyəndə biz də həqiqəti aşkarlamaq məcburiyyətində qalmışıq. 
Məqsədimiz İnqilab Nadirlinin şəxsində haqqı, ədaləti müdafiə etmək 
olmuşdur. 
―Zirvələrdən ucada‖ mənzum romanı işıqla zülmətin, mərdlə namərdin, 
düzlə nadüzün mübarizəsindən yaranan əsərdir. ―Nazilən‖ haqqın 
―üzülmədiyinə‖ bir daha şahid olan oxucu İnqilab müəllimin acılı-şirinli ömür 
dastanını vərəqlədikcə həyatın əbədi və əzəli qanunlarına müasirlik 
mövqeyindən yanaşmaq imkanı qazanacaqdır. 
Oxucuların nəzərinə onu da çatdırırıq ki, İnqilab Nadirlinin ömür-gün 
tarixçəsini möhtərəm prezidentimiz Heydər Əliyevsiz təsəvvür etmək mümkün 
deyildir. Biz əsərin məzmununu danışmaq fıkrində deyilik. Təkcə bunu deyirik 
ki, İ.Nadirlinin fəal həyat səhnəsinə çıxması, məsul vəzifələrə irəli çəkilməsi, 


 

təhsilini davam etdirməsi Azərbaycanın həm o zamankı, həm də indiki rəhbəri 
H.Əliyevin həssaslığı, xeyirxahlığı və qayğıkeşliyi sayəsində mümkün 
olmuşdur. Romanda bu məsələyə xeyli yer verilmişdir. Əsər ömrünün 
altmışıncı baharına qədəm qoymuş İ.Nadirliyə müəllifin yubiley hədiyyəsidir. 
Bizə görə, ―Zirvələrdən ucada‖ mənzum romanı xeyirin şər üzərində 
qələbəsinin parlaq ifadəsidir. Bu qələbənin təntənəsini öz gözlərilə görmək üçün 
əsəri oxucularımızın ixtiyarına veririk. 


 

PROLOQ 
 
Bu həyatın pozulmaz qanunu, ahəngi var. 
Asayişi, sülhü var, müharibə cəngi var!.. 
 
Dünyamız yaranıbdır laxlamaz təməl üstdə
Dəyişilməz, pozulmaz müqəddəs əməl üstdə. 
 
Kainatın sirrinə insan baxa-baxadı, 
Xeyirlə şər barışmaz, hər gün əlbəyaxadı. 
 
Haqqa tərəfdar çıxan amalında mətindi, 
Kim nə deyir, qoy desin, son söz ədalətindi. 
 
Doğulduğu zamandan hərə bir yük daşıyır, 
Körpü salan, yol çəkən, evlər tikən yaşayır. 
 
Haqq həmişə sağ çıxar içindən buzun, qarın, 
Zamana güzgü tutmaq borcudur sənətkarın. 
 
Mənəvi haqqı olsun gərək söz yazanın da, 
Min yol bişib çıxmışam həyatın qazanında. 
 
Dünyanın istisini, soyuğunu görmüşəm, 
Mürgüləyən millətin ayığını görmüşəm. 
 
Min yol sinə gərmişəm qara böhtana, şərə. 
Mənsur Həllac yerinə çəkdiriblər məhşərə. 
 
Ağla, idraka sığmaz çətin yollar keçmişəm, 
Mən bu günən, sabaham, gələcəyəm, keçmişəm!.. 
 
İki dəfə qaçmışam sitəmli sürgünlərdən, 
Bu hünərə indi də inana bilmirəm mən. 
 
Vurub sındırsalar da, açmışam qanadımı, 
Ehtivac da döndərə bilməyib inadımı. 
 
O zamanlar on iki, on dörd yaşım olubdur, 
Haqqa yetişmək, çatmaq can sirdaşım olubdur. 
 
 
Qürur ilə çıxmışam tufanların içindən, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə