Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə1/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
  1   2   3   4   5   6   7   8   9   ...   48


Azərbaycan Respublikası
Mədəniyyət  və Turizm  Nazirliyi
CAVAD  HEYƏT
Bu  əsəri  türk  olmadığına  baxmayaraq
saatlarca yalnız lığa  dözən  və  mənim  rahatlıqla 
bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­
gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm.
TÜRK DİLLƏRİ
VƏ LƏHCƏLƏRİNİN
TARİXİ
II
KİTAB
B A K I-2 0 1 1


Tərcümə edən:  Dr. M.RIZA HEYƏT
Cavad Heyət
C13 
Türk dilləri və ləhcələrinin  tarixi.  II kitab.  Bakı,  “Təhsil”, 
2011,  176 səh.
Cavad Heyətin “Müasir türk dilləri  və  ləhcələri.  Onlann  sinifləndiril- 
məsi”  kitabında  XIX  əsrdən  etibarən  Vilhelm  Radlov,  N.A.Baskakov, 
F.Zeynalov,  Rəşid  Rəhməti  Arat  və  digər  tədqiqatçı  alimlər  tərəfindən 
işlənmiş  türk  dillərinin  sinifləndirmələri  təkmilləşdirilmiş,  etnik,  coğrafi, 
tarixi  xüsusiyyətlər  nəzərə  alınaraq  daha  mükəmməl  və  əhatəli  şəkildə 
oxucuya təqdim olunmuşdur.
Müəllifin  xahişini  nəzərə  alaraq,  əsərin  dil  və  üslubuna  toxunulma­
mış,  coğrafi  adlar  tarixilik  və  dünyəvilik  prinsipi  baxımından  orijinalda 
olduğu kimi saxlanılmışdır.
4602020400
053
2011
© “Təhsil”, 2011


DORDUNCU  BOLMƏ
MÜASİR TÜRK DİLLƏRİ 
VƏ LƏHCƏLƏRİ. 
ONLARIN
SİNİFLƏNDİRİLMƏSİ


Kaşğarlı Mahmud tarixdə ilk dəfə olaraq  1072-ci ildə türk ləh­
cələri və tayfaları  haqqında araşdırmalar aparmış və onlan “Divani- 
lüğat-it-türk”  kitabında  Şərqi  və  Qərbi  olmaqla 2  qrupa  ayırmışdır. 
Kaşğarlı  Mahmud  bu  sinifləndirmədə  Xaqani,  Kaşğar,  Yağma,  Ar- 
ğu,  Tuxsi  və  Uyğur  ləhcələrini  şərq  qrupunda;  Oğuz,  Qırğız,  Qıp­
çaq,  Peçenek və Bulğar ləhcələrini isə qərb qrupunda göstərmişdir.
XIX  əsrdən  etibarən avropalı  araşdırmaçılar bu sahədəki  tədqi­
qat  və  araşdırmaları  davam  etdirərək,  yeni  sinifləndirmələr irəli  sür­
müşlər.  Bu  sinifləndirmələrdə  etnik,  coğrafi,  tarixi  cəhətləri  və  çe­
şidli mərhələlərə aid dil xüsusiyyətlərini müxtəlif dərəcələrdə diqqətə 
almışlar.  Ən  önəmli  sinifləndirmələr  Vilhelm  Radiov,  Somoyloviç, 
N.A.Baskakov1 və  Rəşid  Rəhməti  Arata  aiddir.  Yuxarıdakı  siniflən- 
dirmələrin heç biri mükəmməl deyil.  Çünki hələ türk ləhcələrinin ha­
mısı  yetərincə  tədqiq  edilməmişdir.  Türk  ləhcələrinin  sinifləndiril- 
məsində hər şeydən daha çox dil özəllikləri göz önünə alınmışdır (fo- 
netik  sinifləndirmə).  Dil  özəlliklərindən,  əvvəlcə  məxrəclər (fonem) 
və ya hərflərin özəllikləri,  saitlər və sonra bir dərəcəyə qədər şəkilçi­
lər, üçüncü dərəcədə də kəlmələr diqqətə alınmışdır.
Yuxarıdakı  xüsusiyyətləri  diqqətə  alaraq,  öncə çuvaş və yakut 
dillərini  digər türk dilləri  və  ləhcələrindən ayırmaq  lazımdır.  Çünki 
bu iki dildən heç biri digər türk xalqları tərəfindən anlaşılmır.  Onla­
rın  hər  ikisində  sözlərin  əvvəlindəki  fy-f  səsi  yerinə  /s-/  səsi  möv­
cuddur.  Ayrıca  çuvaşcada  /z/  məxrəci  yerinə  /r/  mövcuddur.  Bun­
dan  əlavə,  çuvaş  dili  /ş/  və  /1/  məxrəci  baxımından  da  yakutcadan 
fərqlidir.  Yəni türkcədəki /ş/ məxrəcinin çuvaşcadakı qarşılığı /1/dir. 
Yakut  dilində  /z/  və  /ş/  məxrəcləri  yoxdur  və  onların  yerinə,  ümu­
miyyətlə,  /s/  işlənir.  Buna  görə  /y/ və  /s/ məxrəcləri  və  digər xüsu­
siyyətlər diqqətə alınaraq, türkcə “y” və çuvaşca-yakutca “s” qrupu­
na daxil edilir.

N.A.Baskakovun  sinifləndirmə  cədvəli  tarixi  mərhələlər və  fonetik  dəyişmələr 
göz önündə tutularaq  hazırlanmış və kitabın birinci bölməsində nəql edilmişdir.
5


Türk  dil  və  ləhcələrinin,  yəni  /y/  qrupunun  sinifləndirilməsin- 
də /d-/ səsinə görə bir neçə qrup ortaya çıxmışdır,  /d/ məxrəci birin­
ci  qrupda  saxlanmış,  ancaq  ikinci  qrupda /z/yə  çevrilmişdir.  Üçün­
cü  qrupda  isə  /d-/  səsi  /y/yə  çevrilmişdir.  Üçüncü  qrup,  böyük  bir 
qrupu  təşkil  edir və  /ğ/  (£)  məxrəcinin  vəziyyətinə  və  dəyişikliklə­
rinə görə, yeni qruplar əmələ gətirir:
Bəzi  ləhcə  qruplarında  “ğ”  (£)  təkhecalı  kəlmələrin  sonunda 
/v/yə  çevrilmiş,  başqa bir  qrupda  isə  çoxhecalı  kəlmələrin  sonunda 
/q/  məxrəcinə  dönüşmüşdür.  Beləliklə,  iki  türk  ləhcəsində  /ğ/  (£), 
təkhecalı  kəlmələrin  sonunda  qalmış  və  çoxhecalı  kəlmələrin  so­
nunda isə düşmüşdür.
Bu iki “ğ” (£) qrupunun birində çəkim şəkilçisi düşür.  Bundan 
əlavə,  söz  başındakı  /t-/lər  də  /d-/yə  çevrilir.  Yuxarıdakı  xüsusiy­
yətləri  göz  önünə  alınaraq  türk  dilləri  və  ləhcələri  aşağıdakı  əsas 
qruplara aynlır:
1) “s, 1, r” dil xüsusiyyətləri ilə çuvaş dili.
2) “s” və “t” dil xüsusiyyətləri ilə yakut dili.
3) “y” səsinin sabit qalması və “d, z,  ğ, t” səslərinin dəyişməsi 
xüsusiyyətlərinə malik olan türk dili və ləhcələri.
İy/ məxrəcli  qrupa daxil  olan türk ləhcələri  aşağıdakı  qruplara 
aynlır:
1.  /d/  ləhcələri  qrupu.  Xüsusiyyətləri:  “adaq”  (q),  “tağ”  (ğ), 
“tağlığ”, “kalqan” (sayan və ya tuva ləhcəsi kimi)2.
2.  /z/  ləhcələri  qrupu.  Xüsusiyyətləri:  “azaq”,  “tağ”,  “tağlığ”, 
“kalqan” (abakan və ya xakas ləhcələri kimi).
3.  “Tav”  ləhcələri  qrupu  (yəni  /ğ/  yerinə  /v/).  Xüsusiyyətləri: 
“ayaq”, “tav”, “tavlı”, “kalqan” (şimal-qərb qıpçaq ləhcələri kimi).
4.  “Tağlı” ləhcələri qrupu.  Xüsusiyyətləri:  “ayaq”,  “tağ”, “tağ­
lı”, “kalqan” (tom3 və çulim ləhcəsi kimi).
5.  “Tağlıq”  ləhcələri  qrupu.  Xüsusiyyətləri:  “ayaq”,  “tağ”, 
“tağlıq”, “kalqan” (şərq ləhcələri kimi).
kalan=
2 adaq=azaq=ayaq  (ayaq);  tağ=dağ  (dağ); 
qalan (qalan).
3 Tom, coğrafi ərazi adıdır.
tağlığ=tağlik=dağlı  (dağlıq);  kalqan=
6


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə