Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

q a ş q a y
 
t ü r k c ə s i
Qaşqay  türkcəsi  Azərbaycan  türkcəsi  ailəsindən  olub,  Qaşqay 
elinin  ana dilidir.  Qaşqay türkləri, Fars əyalətində yaşayır və təxmi­
nən  150-160  min  nəfər nüfiısu  vardır ki,  onların  33%-i  məskunlaş­
mış  və  qalanı  köçəridir  (indiki  nüfus  möhtəmələn  bunun  iki  qatı­
dır).  Qaşqaylara  görə,  ata-babalan  Orta  Asiyadan  Hülagü  və  Əmir 
Teymurun qoşunu ilə birlikdə Fars əyalətinə gəlmişlər. Ancaq nəzə­
rə  belə  gəlir  ki,  qaşqaylar  XI  əsrdə  Səlcuqlularla  birlikdə  gəlib  və 
bir  müddət  də  Azərbaycanda  qalmışlar.  Çünki  onların  arasında  Mu­
ğanlı,  Bəydili,  Şamlı,  Musullu,  Afşar,  Qacar,  Bayat,  Qaragözlü  və 
Iğdır tayfaları  var.  Bundan əlavə, qaşqaylar arasında yayğm olan bu 
mahnı,  onların atalannm Azərbaycandan gəldiklərini göstərir:
Dərbənd ki diyürlər,
Bir parça bağdır.
Alt yanı dərya,
Üst yanı dağdır.
*  *  *
Dəmir qapı Dərbənd,
Şəki və Şirvan.
Bən varmaram sənə,
Kəl Dağıstanə.
Qaşqay  eli  Əmələ,  Dərə  şuri,  Farsimədan,  Böyük  Kəşkullu, 
Şeş  Bluki  və  Kiçik Kəşkullu  adlı  altı  boydan  meydana gəlir.  Qara- 
çahlılar,  Kəşkullulann bir parçasıdır.  Səfi Xan, Nəmədi,  Cəfər Bəy- 
lu boylan  da  fəri  boylardırlar.  Hər tayfa bir neçə  “tirə”,  hər tirə  bir 
neçə  “bonkuh” və  hər bonkuh da bir neçə  “bilə”dən təşkil tapır.  Bi­
lə,  bir  neçə  ailədən  meydana  gələn  ortaq  bir  əkin  və  maldarlıq 
müəssisəsidir.  Hər  “bonkuh”  bir ağsaqqal  tərəfindən;  hər  “tirə”  bir 
kətxuda  və  hər  tayfa  bir  “kəlantər”  tərəfindən  idarə  olunur.  Kəlan- 
tər,  elxan  tərəfindən  seçilər  və  elxan  da  o  dövrün  şahının  əmri  ilə 
təyin  olunardı.  Qaşqaylar  arasında  Səfəvi  zamanından  bəri  elxan, 
Əmələ tayfasından və Şahiluy tirəsindən seçilmişdir.  Ümumiyyətlə,
35


elxanın  qardaşı  da  el  bəyi,  yəni  elxanın  köməkçisi  və  müavini  ola­
raq  təyin  olunardı.  Elxan  ailəsi,  özünü  Ağqoyunlu  Uzun  Həsənin 
nəslindən sayardı.  Qaşqaylar köçəri olaraq yaylaqda və qışlaqda ya­
şayarlar.  Onlann qışlaq mərkəzləri  Firuzabaddır və yayda  Semirom 
otlaqlarına köç edərlər.
Qaşqaylar şiə məzhəbinə inanırlar.  O nlann ilk xanı Əmir Qazi 
Şahilu,  İranda  şiəliyin yayılmasında  Şah  İsmayıla köməklik  göstər­
mişdir36.
Qaşqaylar  qorxmaz  və  vətənsevər  insanlardır.  Birinci  Dünya 
müharibəsində  ingilislərlə  savaşaraq  Təngistan37 qəhrəmanlıq  das­
tanını  yaratdılar.  50  illik  Pəhləvi  səltənəti  dövründə  rejimin  kin  və 
qəzəbinə məruz qaldılar, başçılan  ya həbs  olundular,  ya da  sürgünə 
göndərildilər.
Qaşqaylar  əski  adət-ənənələrini  qoruyub,  saxlamışlar.  M əsə­
lən:  hər boy  bir quşu  və  ya heyvanı  möhtərəm  və  müqəddəs  sayar. 
Onu  ovlamaqdan  və  ətini  yeməkdən  imtina  edərlər.  Qaşqaylar  ara­
sında  hələ  də  qurd  uğurlu  və  mübarəkdir.  Məsələn:  əgər  biri  şans 
gətirir,  ya  da  zənginliyə  çatarsa,  “onun  qurdu  ulamış”  deyərlər. 
Bundan əlavə,  Şeş Blok boyuna bağlı “Qurd” adlı bir tirə də vardır.
Qaşqay  kəlməsi  müxtəlif  mənaları  olan  “qaşqa”  sözündən 
əmələ  gəlmişdir:  Qaşqa  atlan,  yəni  alnında  ağ  ləkə  olan  atlardır. 
Məlik  Mənsur  Qaşqaiyə  görə  qaşqa,  özbəkcədə  qorxmaz,  qəhrə­
man,  tumarlamaq  və  qaşov  m ənalanna  da  gəlir.  Ayrıca  Özbəkis­
tanda bir  çay  adıdır.  “Qaş”,  at  və  qoyunun  saxlandığı  yerə  deyilir, 
“qay”  isə  fəth  olunmaz  və  möhkəm  anlamına  gəlir və  qaşqay,  fəthi 
mümkün olmayan dəməkdir.
Qaşqay  türk  ləhcəsi,  az-çox  Azərbaycanın  türkcəsi  ilə  fərqli­
dir.  Azərbaycan  türkcəsinin  xüsusiyyətləri  ilə  yanaşı,  bu  ləhcədə 
Anadolu türkcəsinin xüsusiyyətləri də görünür.
Farsimədan  tayfasının  şivəsi,  Anadolu  türkcəsinə  yaxındır. 
İnallu  və Türkmən  ləhcələri  kimi  uzun  səslilər mövcuddur.  Bundan
36 Pierre Oberling, 
T h e  Q a s c q a i  N o m a d s  o f  
F a r s
, Moulan the Hague, Paris  1977.
37  Nameye-Nur,  Qaşqay  xüsusi  buraxılışı  (Qaşqay  tayfasının  nəşr  olunmamış 
tarixi sənədləri), Fərhəng-səraye-Niyavəran, Tehran  1358 hş, VI, V və X nömrələr.
36


əlavə,  indiki zaman şəkilçisi (-yu və -yir) Türkiyə türkcəsinə bənzə­
yir:  “alıyur” (alır), “qaçayır” (qaçır) kimi.
Qaşqaylar arasında çox əski zamanlardan bəri  şifahi ədəbiyyat 
yayğın  olmuş,  qaşqaylı  şairlər,  ümumiyyətlə,  lirik  şeirlər  söyləmiş 
və  bəzən  onları  qələmə  almışlar.  Ən  tanınmış  qaşqaylı  şairlər bun­
lardan  ibarətdir:  İbrahim,  Hüseyn  Əli  Bəy  Bayat,  Əli  Şahlu  (Zən- 
diyyə  dövrü).  Qul  Oruc  (Fəthəli  Şah  dövrü),  Mirza  Məzun  (1246- 
1313/1867-1934), Y usif Əli Bəy (təxminən 70 il öncə vəfat etmiş).
İndi  Qaşqay türkcəsinə nümunə  olaraq Xüsrov məxləsli  Yusif 
Əli Bəydən bir qəzəl nəql edirik:
Xilqət olanda bizim cananın,
Toprağında şəhd ü şəkər var imuş.
Ya ağzuna əmcək qoyan ananun,
Məməsində abi-kövsər var imuş.
Nə Leyli ərəbdə, nə Züleyxa Misirdə,
Nə Əsli Erməndə, nə  Şirin qəsrdə.
Nə bizdən iləri, nə bizim əsrdə,
İnanmam ki,  səndən yeytər var imuş.
Çox ehtiyat etdim gəzdim aralı,
Qəmzəsi etmiyə bağrum yaralı.
Ey ağalar bizim çölün maralı,
Müjqanında tir ü xəncər var imuş.
Yusif, Xüsrov güzar eylədi,
Yatmadı gecələri səhər eylədi.
Yar dönüb halına nəzər eylədi,
Aşiqlər ahında əsər var imuş.
Qaşqay ləhcəsi Azərbaycan türkcəsinin bir qolu olmasına bax­
mayaraq,  həm xalis  oğuzca,  həm də Anadolu  ləhcəsinə  olduqca ya­
xındır.  Məsələn:  Anadolu  ləhcəsində  torpaq  yerinə  “topraq”;  irəli 
yerinə,  “iləri”  tələffüz  edilir  və  ya  qıpçaqca  bir  kəlmə  olan  yaxşı 
yerinə  “yey”  deyilir.  Qaşqay  və  İnallu  ləhcəsində  türkməncədə  ol­
duğu kimi uzun səslilər vardır.  Məsələn:  yı:l (qaşqay ləhcəsində),  i:l 
(İnallu  ləhcəsində).  Geniş  zamanın  inkar  formasında birinci  şəxsdə
37


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə