Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə11/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   7   8   9   10   11   12   13   14   ...   48

/-m am ,  -məm/  işlənir.  Məsələn:  “inanm am ”  (Anadolu  ləhcəsində 
olduğu  kimi).  Halbuki  Azərbaycan  türkcəsində  [323]  “inanm a­
ram ”  deyilir.  Səslərin  ahəngi  zəifdir.  M əsələn:  “varım ış”  yerinə 
“vanm uş” ;  “ağzına”  yerinə  “ağzuna” ;  “yatm adı”  yerinə  “yatm a- 
du” deyilir.
Qaşqay  şeiri  və  ədəbiyyatı  haqqında  bir  kitab  nəşr  olunma­
mışdır.  Ancaq qaşqay şairlərinin həyatı və  əsərlərinin bir qismi  M ə­
lik Mənsur Qaşqayi tərəfindən toplanmışdır.
Fars əyalətində qaşqaylardan əlavə üç аул türk eli də mövcud­
dur.  İnallu,  Baharlu və Nəfər iki  ərəb  eli  ilə birlikdə  Fars  əyalətinin 
xəmsəsini təşkil edirlər.
inallu tayfası  Fəsa bölgəsində yaşayır və  ləhcələri  qaşqay  ləh­
cəsinə yaxındır.
Baharlu elinin nüfiısu daha çoxdur və  16 tayfa və tirədən m ey­
dana gəlir.  XII və XIII əsrlərdə Farsda məskunlaşmışlar.  Yaylaqları 
Ramcird və Mərvdəşt nahiyəsində,  qışlaqları  isə  Sərvistan və Darab 
yaxınlığındadır.  Hazırda  onların  çoxu  Darab  çayı  sahilində  ya­
şayırlar.
38
Nəfər eli Giraş bölgəsində yaşamaqdadır. 3
8
38 
Henry  Field,  Mərdom  şenasiye-İran,  tərcümə:  Dr.  Abdullah  Fəryar,  İbni-Sina, 
Tehran.
38


ƏBİVERDİ TÜRKCƏSİ
Əbiverdi  türkcəsi  İranın  Fars  əyalətində  yaşayan  və  eyni  adı 
daşıyan  xalqın  ana  dilidir.  Yaşadıqları  məntəqə,  Şirazın  qərbində, 
Kazerunun  şərqində  və  Şiraz-İsfahan  yolu  yaxınlığındakı  Abade 
şəhərinin cənubunda bir üçgən şəklindədir.
Əbi verdi  türkləri,  ümumiyyətlə,  qışlaqları  olan  Çahardonge 
sərhədi boyunda yaşayırlar.  Bu məntəqədə, qaşqaylarla əbiverdililər 
qonşudurlar və  daha çox  Cədvəli-nov,  Lalequn,  Konas qəsəbələrin­
də  və  20  kənddə  yaşayırlar.  Onların  bir  hissəsi  də  Şirazın  şimal- 
şərqində  məskundur.  Nüfusları  təxminən  60  min  nəfərdir.  Nəzərə 
gəlir  ki,  atalan,  Nadir  şah  zamanında  Xorasamn  Dərəgəz  yaxınlı­
ğındakı Əbiverdi Kəlatından bu bölgəyə köçmüşlər.
Əbiverdi  ləhcəsi  ilə  Xorasan  türkcəsi  arasındakı  bənzərlik  bu 
tarixi rəvayətin düzlük dərəcəsini artmr.
Əbiverdi türkcəsinin xüsusiyyətləri:
Əbiverdi ləhcəsində aşağıdakı üç xüsusiyyət açıqca görünür: 
/ı/, /ü/ və /ö/ məxrəcləri atılmış və bu dəyişikliklər əmələ gəlmişdir: 
lı/  səsinin  /e/  ilə  əvəzlənməsi.  Məsələn:  “bıçaq”  yerinə  “be- 
çaq”;  “qıç”  yerinə  “qeç”;  “qışlaq”  yerinə  “qeşlaq”;  “qızıl”  yerinə 
“qezel”;  “siçan”  yerinə  “seçan”;  “dırnaq”  yerinə  “demaq”;  “sığır” 
yerinə “seyğer”.
Belə ehtimal edilir ki, bu dəyişikliklər fars dilinin təsiri altında 
əmələ gəlmişdir.
/ü/  səsinin  /i/  ilə  əvəzlənməsi.  Məsələn:  “gün”  yerinə  “gin”, 
“küsmək” yerinə “kimsək”, “süd” yerinə “sid”, “dügü” (düyü) yerinə 
“diyi”, “üç” yerinə “iç”, “yüz” yerinə “iz”, “üst” yerinə “isd” və s.
/ö/  səsinin  /e/  ilə  əvəzlənməsi.  Məsələn:  “çörək”  yerinə  “çe- 
rək”,  “göbək”  yerinə  “gebək”,  “köynək”  yerinə  “geynəg”,  “köpək” 
yerinə  “kepəg”,  “göz” yerinə “gez”,  “gözəl” yerinə “gezəl” (gözəl), 
“dörd” yerinə “dert”,  “öz” yerinə “ez”,  “söz” yerinə “sez”,  “ölmək”
yerinə “elmək”.
Belə  nəzərə  gəlir  ki,  bu  dəyişikliklər  də  farscanın  təsiri  ilə 
olmuşdur.  Ebiverdi  ləhcəsində bəhs etdiyimiz əsas xüsusiyyətlərdən 
əlavə aşağıdakı dəyişikliklər də gözə çarpır:
39


Uzun  səslilər  əski  türkcədə  olduğu  kimi  qorunmuşdur.  Bəzi 
hallarda  səslilərin  uzunluğu  və  qısalığı  mənaya  görə  dəyişir. 
Məsələn:  “iç” (iç)» “iiç” (üç);  “iz” (üz),  “iiz” (100);  “aç” (aç),  “aaç” 
(ac).  Başqa  hallarda:  “aaq”  (ağ),  “qaar”  (qar),  “qaaren”  (qarın), 
“daağ”  (dağ),  “daar”  (dar),  “daaş”  (daş),  “daad”  (dad,  ləzzət), 
“beeş” (beş),  “biir” (bir),  “suu” (su),  “duuz” (duz),  “gin” (gün).  Y u­
xarıdakı kəlmələrdə ilk hecanın səsliləri uzun tələffüz edilir.
Kökdən  sonra  gələn  hecalarda  uzun  səslilər  dar  məxrəclərdə 
ortadan qalxmış, ancaq /a/ və /e/ məxrəclərində qalmışdır.  Məsələn: 
“eyraan”  (ayran),  “soğaan”,  “uzaaq”,  “iyaaman”  (yaman,  pis), 
“ilaan” (ilan), “dəvəə” və s.
/u/ məxrəci,  kök hecalarda bəzən  səssizdən  sonra /o/  ilə  əvəz­
lənir.  Məsələn:  “burun”  yerinə  “boren”,  “qulaq”  yerinə  “qolaq  , 
“qulunc” yerinə “qolenc”, “quzu” yerinə “qoze”.
/a/ səsi /y/nin qarşısında /e/yə dönüşür:  “ayran” yerinə ‘ eyraan  , 
“qayın”  yerinə  “qeyiin”,  “ayaq”  yerinə  “eyaq”,  “qayırmaq  yerinə 
“qeyerməq”, “qaymaq” yerinə “qeymaq”. Bu dəyişiklik Təbriz dialek- 
tində də görünür.  Səslilər arasındakı ahəng zəifdir. Məsələn:  “batman 
yerinə  “batmən”,  “doqsan”  yerinə  “doqsən”,  “hara”  yerinə  “harə”, 
“sonra” yerinə “sorə” .  Eyni  şəkildə  “altı” yerinə “alte”,  “hanı ’  yerinə 
“hane”, “hankı” (hansı) yerinə “hange”, “qarşı” yerinə “qarşe”.
Dodaqlananlar arasında da ahəng yoxdur:  “burun” yerinə “bo­
ren”, “bulantı” yerinə “bulente”, “quzu” yerinə “quze”.
Sam itlər:  Samitlərdən  /m/,  ümumiyyətlə,  türkcə  kəlmələrin 
ortasında  və  sonunda  görünür.  Söz  əvvəlində  yalnız  “mən  və 
“min” (1000) kəlmələrində  gözə  çarpır,  /v/ səsi də  vaar  (var),  vaar- 
məq” (getmək), “vorməq” (vurmaq) kimi bir neçə kəlmədə görünür.
/j/  və  /fУ alınma  sözlərdə  vardır.  Sağır  /n/ bəzi  kəlmələrin  so­
nunda işlənir:  “hange” (hansı), “donguz” (donuz).
/q/,  /g/  və  /ğ/  səslərinin  hər  üçü  də  mövcuddur  (Azərbaycan 
türkcəsində olduğu kimi).
/k/ səsi qalın səslilər arasında iki dəfə oxunur və /kq/yə dönüşür. 
Məsələn: “səkkiz” yerinə “sakqez”, “saqqal” yerinə “sakqal”.
/q/  söz  ortasında və ya  sonunda  qalın  səslilərlə  gəldiyində  /x/ 
səsinə dönüşür:  “bax”, “qorx”, “iyaxçi” (yaxşı), “arxalux” .
40


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə