Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə13/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   9   10   11   12   13   14   15   16   ...   48

Bocnurd,  Şirvan,  Qoçan,  Dərgəz,  Kəlat,  İsfərayin,  Səbzivann 
şimalı və Nişabur,  Cüveyn və Coğatay,  Sərvilayət (Çəgənə) və ətra­
fındakı kəndlər və qəsəbələr.
Prof.  Doerfer  Xorasan  türklərini  Səlcuq  türklərinin  nəslin­
dən  sayır.  Səlcuqlulardan  öncə  də  qəznəli  Sultan  Mahmud  zama­
nında  oğuz  türklərinin  başqa  bir  qolu  Xorasana  köç  edib  orda 
m əskunlaşm alarına  baxmayaraq,  böyük  bir  oğuz  türkləri  kütləsi 
Səlcuq  oğulları  (Toğrul  və  Çağrı)  ilə  birlikdə  Xorasana  gəldi  və 
oradan  İranın  digər  bölgələrinə  (Azərbaycan,  Ərak)  və  Kiçik 
A siyaya  yol  taparaq  Səlcuqlu  imperatorluğunu  qurdular.  Toğrul 
bəy  1038-ci  (357)  ildə  Nişaburu  ələ  keçirərərk  oranı  hakimiyyə­
tinin mərkəzi  seçdi.
Prof.  Doerferə  görə,  Xorasan  türkləri,  Səlcuqluların  övlad­
ları  olub,  Səlcuqlu  dövlətinin  süqutundan  sonra  da  Xorasanda 
qalmışlar.  Xorasan türkləri,  sonrakı  dövrlərdə moğollarla birlikdə 
gələn  uyğur  türkləri  və  XVI  əsrdən  sonra  oranı  ələ  keçirən  türk­
m ənlərlə  qarışmışlar.  Bu  üzdən  dilləri,  şərq  türkcəsi  və  türkmən- 
cənin  az-çox  təsiri  altında  qalıb  oğuz  türkcəsi  qrupunun  ayrı  bir 
ləhcəsini  təşkil  edir.
Doerfer  oğuz  türkcəsini  dörd  müstəqil  ləhcəyə  və  ya  dilə  ayı­
rır:  1) Türkiyə (Osmanlı) türkcəsi,  2) Azərbaycan türkcəsi,  3) Xora­
san türkcəsi, 4) Türkmən türkcəsi.
Oğuz türkcəsi bu şəkildə də təsnif edilə bilər:
1)  Q ərbi  oğuz  türkcəsi:  Osmanlı-Türkiyə  türkcəsi  və  Azər­
baycan türkcəsi;
2) Şərqi oğuz türkcəsi:  Türkmən və Xorasan türkcələri.
Özbək  oğuzcası  olaraq  adlandırılan  Özbəkistan  oğuz  ləhcəsi
də buna əlavə edilə bilər.
Prof.  Doerfer  Xorasan  türkcəsini  Azərbaycan  və  Türkmən 
türkcələri  arasında  bir  körpü  kimi  səciyyələndirir.  Xorasan  türkcə­
sinin  söz  tərkibi  və  morfologiyası  Azərbaycan  türkcəsinə  türkmən- 
cədən daha yaxındır.
Xorasan  türkləri  arasında  bir  çox  insan  Azərbaycan  türkcəsi 
ilə  danışır.  Onlar  son  zamanlarda  Xorasana  mühacirət  edən  azər­
baycanlılardır.
45


Xorasan türkcəsi  Türkmənistan Respublikasının  sərhəd bölgə­
lərində  də  yayılıb.  Xivə-Ürkənc  və  Hezarəsb  ləhcəsi  Xorasan  türk­
cəsinə çox yaxındır (Doerfer).
Prof.  Doerferə  görə,  Mövlananın  türkcə  şeirləri  Xorasan 
türkcəsi  ilə  deyilmiş  və  XIII  əsrdəki  türkmənlərin  istilasından  öncə 
(XVI əsr) Bəlx xalqının dili Xorasan türkcəsi idi.
Xorasan  türkcəsi,  qonşuluq  və  coğrafi  yaxınlıq  səbəbi  ilə  az- 
çox  farscadan və bir az da kürdcədən təsir almışdır.  Farscanm təsiri 
cənubi  bölgələrdə  daha  çox  və  barizdir.  Klassik  Azərbaycan  ədə­
biyyatının  ilk  şairi  Pur  Həsən  İsfərayini  və  Anadolunun  ilk  şairi 
Xoca  Dehhani  xorasanlı  idilər.  Ancaq  bu  gün  Xorasan  türkcəsinin 
özünəməxsus yazılı bir ədəbiyyatı,  ədəbi bir dili yoxdur və m üxtəlif 
bölgələrdə  çeşidli  şivələri  vardır.  Bu  üzdən  Doerfer,  Xorasan  türk­
cəsini üç dialekt və ya şivə qrupuna ayırır:
O Ğ U Z TÜ R K C Ə Sİ
Səlcuqlu T ürkcəsi:
Q ərbi Səlcuqlu türkcəsi:  O sm anlı T. 
A zərbaycan T.
Şərqi Səlcuqlu türkcəsi:  T ü rk m ən  T. 
X orasan T.
D o e r f e r i n   t ə s n i f i
1) Qərb və ya şimali-qərb dialekti:  Bocnurd və ətrafı.
2)  Şimal  və  şərq  dialekti:  Şirvan,  Qoçan,  Dərgəz,  Kəlat 
(Cunk)  və  bu  yerlərin  ətrafı.  Ayrıca  Türkmənistan  Respublikasının 
sərhəd bölgəsi (Anau, Xasar, Noxur, Qıraç və Qaraqalpaq).
3) Cənub dialekti: Nişaburun ətrafi, Səbzivar, Cüveyn və Coğatay.
İsmayıl  Neməti  Paydann  təsnifində  Cüveyn  və  Coğatay  dia­
lekti birinci qrupa, yəni qərb dialektinə daxil edilmişdir ki, bizcə bu 
daha uyğundur.
Müştərək  xüsusiyyətlərlə  yanaşı,  Xorasan  türkcəsini  digər 
oğuz  ləhcələrindən  (Türkmən,  Azərbaycan  və  Türkiyə  türkcələri) 
ayıran özəlliklər də vardır ki, ən önəmliləri bunlardan ibarətdir:
46


Əski  türkcədə  və  türkməncədə  olduğu  kimi  uzun  səslilər  qal­
mış,  ancaq  farscanın  təsiri  altında  azalmağa  başlamışdır  (farscanın 
daha  az  təsirində  qalan  Dərgəz  dialektində  uzunsəslilər  daha  çox 
gözə  çarpır).  Məsələn:  “bu:t”  (bud),  “ya:ğ”  (yağ),  “ka:n”  (qan), 
“ba:ş”  (baş),  “yo:l”  (yol).  Xorasan  türkcəsi  bu  xüsusiyyətləri  ilə 
türkməncəyə bənzəyir.
Söz sonundakı /-k/ səsi /-y/ ilə əvəzlənir (Qoçan, Duğayi qəsə­
bəsi  və Coğatay xaric).  Məsələn:  “çörəy” / “çerəy” (çörək),  “ürəy” / 
“irəy” (ürək), “ələy” (ələk), “kürəy” / “kirəy” (kürək).
Çox vaxt /k/ səsi /g/ ilə və bəzən /d/ səsi /z/ ilə əvəzlənir.
Təkhecalı  sözlərin  sonunda  /q/  səsi  /x/  ilə  əvəzlənir:  “tox”, 
“çox”.  Çoxhecalı  sözlərin  sonunda şimalda /x/ və cənubda /q/ tələf­
füz edilir:  “ayax” və “ayaq”.
/-la/ və /-1 ə/ (ilə) yerinə /-nən/ işlənir.
Səslərin  ahəngi  qərb  və  cənub bölgələrində  farscanın təsiri  al­
tında daha çox pozulmuşdur (Doerfer).
Qərb  bölgəsi  və  cənub  bölgəsinin  bir  qismində  (Coğatay, 
Hökmabad, Xərvi-ülya və Çarəm) vəziyyət eynidir.
/ö/ səsi /e/ və /ü/ səsi /i/ ilə əvəzlənir.  “Çel” (çöl), “çerek” (çö­
rək),  “diz”  (düz).  Bu  xüsusiyyət  Fars  əyalətindəki  Əbiverdi  türklə­
rində və cənubi Xələc ləhcəsində də görünür.
Sağır n müxtəlif dərəcələrdə qalmışdır (qərbdə daha çox, cənubda 
daha az).  Şərqdə, demək olar ki, aradan getmişdir: “qarangı” (qaranlıq), 
“yüng” (yün), “onıng dili” (onun dili), “oturdıng” (oturdun).
Məsdər  şəkilçisi  həmişə  /-max/  və  cənubda  /-maq/dır:  “get- 
max” (getmək), “almax” (almaq).  Təbriz dialekti kimi.
Ümumiyyətlə, /u/ səsi ilk hecadan sonrakı hecalarda /ı/ səsi ilə 
əvəzlənir.  Məsələn:  “odın”  (odun).  Bəzən  ilk  hecada  da  /ı/  səsinə 
bənzər şəkildə tələffüz edilir:  “yımırta” (yumurta).
İkihecalı  sözlərin  çoxunda  ikinci  heca  düşür  və  kəlmə  təkhe- 
calı olur:  “boyn” (boyun), “ağz” (ağız), “qam” (qarın).
Bəzi  kəlmələrin  sonunda /i/ yerinə  əski  türkcədə  olduğu  kimi 
/e/ səsi vardır (qərb, Qoçan və Şirvan bölgəsində):  “dərre” (dəri).
Bəzi  kəlmələrin  əvvəlindəki  /b/  qorunmuşdur:  “ber-”  (ver-), 
“bar” və “ba” (var), “bol-” (olmaq, bitmək).
47


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə