Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə19/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   15   16   17   18   19   20   21   22   ...   48

SUNĞUR TÜ RK CƏ Sİ
Sunğur türkcəsi50, İrandakı türk ləhcələrindəndir və Kirmanşa- 
hın  83  km  şimal-şərqində yer alan kiçik  Sunğur şəhər və onun ətraf 
kəndlərində (Qəleyi-Fərhad Xan və Qurve) yaşayanların ana dilidir. 
Bu  bölgənin  ətrafda  kürdlər  və  Farslar,  daha  uzaqlarda  isə  türklər 
yaşayırlar.  Bu  türk  ləhcəsi  ilk  dəfə  Vindfuhr  və  daha  sonra  prof. 
G.Doerfer tərəfindən tədqiq edilib, məqalə şəklində nəşr olunmuşdur.
Biz prof.  Doerferin  məqaləsini  tədqiq  etdikdən  sonra  Sunğura 
gedib,  Sunğur ləhcəsini  şəxsən tədqiq etdik.  Bu yazımız  şəxsi  araş­
dırmalarımızın xülasəsi və Doerferin yazdıqları ilə müqayisəsidir.
İran-İraq  müharibəsi  boyunca  minlərlə  kürd bu  şəhərə köç  et­
dilər.  Hazırda xalqın çoxu üç dildə (türkcə, kürdcə, farsca) danışır.
Sunğur  türkcəsi  40-50  min  sunğurlunun  ana  dilidir.  Xüsusiy­
yətləri qısaca belədir:
Fonem lər:  Bu ləhcədə yeddi  səsli vardır.  Azərbaycan və Ana­
dolu  türkcəsinin  əksinə,  /ı/ və  /ö/  səsləri  yoxdur.  Aynca /o/  səsi  /u/ 
ilə;  /ö/  səsi  /ü/  ilə  və /e/  səsi  /i/  ilə  əvəzlənir.  Məsələn,  “qol” yerinə 
“qul”,  “göz”  yerinə  “güz”,  “göl”  yerinə  “gül”,  “gök”  (göy)  yerinə 
“gük”, “ər” yerinə “ir”, “ev” yerinə “iv” deyilir.
Xorasan  və  İnallu  türkcəsində,  xüsusilə  /g/dən  sonra  /ö/  səsi 
/ü/ və /o/ səsi /u/ ilə  əvəzlənir.  İnallu  ləhcəsindəki  kimi ikinci heca­
da /u/ səslisi hakimdir.  Məsələn,  “artux” (artıq),  “yeməlu” (yeməli), 
“arux” (anq), “tapdux” (tapdıq), “yağlu” (yağlı).
Şəxsi müşahidələrimə görə /o/ səsi ilk hecada və hətta ikinci hecada 
/v/, /u/ və /i/dən öncə qalır. Məsələn, “tovlamağ” (aldatmaq, döndürmək), 
“qovmağ” (qovmaq), “dünov” (dünən), “bizov” (bizov), “tovux” (toyuq), 
“qoun” və ya “qovun”, “soux” və ya “sovux” (soyuq), “əloi” (əlini).
Bəzi  sözlərdə  /i/  səsi  /i/ və /e/ arasında tələffüz  olunur.  Məsələn, 
“biz”,  “siz”,  /e/  səsi  çox  vaxt /i/  səslənir.  Ancaq /y/  səsindən  öncə  /e/ 
tələffüz edilir.  Məsələn,  “beyrağ” (bayraq),  “quzey” (şimal),  “qeynəm- 
ağ” (qaynamaq), “eyran” (ayran). Eyni şəkildə “beş”, “üzeg” (üzük).
/a/ səsi  bir çox kəlmədə /ə/ tələffüz  edilir:  “qərə”  (qara),  “qər­
qə” (qarğa),  “yəssi” (yastı),  “urtə” (orta),  “qisqə” (qısa),  “yarə” (ya­
50 
Bu  hissə,  daha  öncə  “Türk  Dünyası”  dərgisində  (c.  20,  s.  675-678)  nəşr 
olunmuşdur.
63


ra),  “arəm”  (adam),  “burdə”  (burada),  “urdə”  (orada), ^  səlxum 
(salxım), “numurtə” (yumurta), “səqqəl” (saqqal), “ərvad  (qadın).
/a/  səsi Təbriz dialektində olduğu kimi /y/dən öncə /e/ tələffüz 
olunur:  “eyran”  (ayran),  “qeynəmağ”  (qaynamaq),  “yeylağ  (yay­
laq). Nadir olaraq da /a/ deyilir:  “ayağ”  (ayaq).
Samitlər:
/k/  səsi  kəlmələrin  sonunda  incə  səslilərdən  sonra İy/  və  qalın 
səslilərdən sonra /ğ/ və ya /x/ tələffüz edilir:  “ürəy  (ürək),  çörəy 
(çörək),  “gərçəy”  (gerçək),  “ürdəy”  (ördək),  “inəy  (inək),  çux 
(çox),  “yux”  (yox),  “uzağ”  (uzaq),  “irağ”  (İraq,  uzaq),  biçağ  (bı­
çaq), “turpağ” (torpaq), “palçağ” (palçıq), “ağ” (ağ), “baluğ  (balıq). ^
/b/  və  /p/  səsləri  kəlmələrin  çoxunda  /v/  tələffüz  edilir,  div 
(dib), “davan” (taban), “qavağ” (qabaq), “güvəy” (göbək).
Çox  vaxt  sözlərin  sonundakı  /z/  səsi  /s/  deyilir:  dus  (duz), 
“tus” (toz), “namas” (namaz).
/d/ səsi ortada və son hecada çox vaxt /r/ tələffüz olunur:  ar  (ad), 
“darmağ” (dadmaq), “durağ” (dodaq), “urin” (odun),  ərvar  (arvad).
Əgər  /d/dən  öncə  /n/  gəlirsə,  /d/  səsi  də  /n/  deyilir.  Əgər  /1/ 
olsa,  /1/  və  əgər  /s/  olsa,  /s/  tələffüz  edilir:  günnüz  (gündüz),
“yannırmağ” (yandırmaq), “inni” (indi).
Morfologiya:
Məsdər  şəkilçisi  həmişə  /-mağ/dır  (Təbriz  dialektində  də  isə 
həmişə /-max/dır): “dadmağ”, “gitmağ” (getmək), “gəlmağ  (gəlmək).
Sıra saylan  şəkilçisi həmişə /-ci/dir:  “üçümci  (üçüncü),  dör- 
dümci” (dördüncü).
Cəm şəkilçisi: /-lər/ və /-lə/dir.
/-di/ (-dir), kar samitlərdən sonra /-ti/ olur:  pisti  (pisdir).  An­
caq cingiltili samitlərdən sonra dəyişməz:  “ışığdı” (işıqdır).
/-di/ şəkilçisi  ilə bitən sözlərdən sonra /-li/; /n/ ilə bitən sözlərdən 
sonra /-ni/; /r/ ilə bitənlərdən sonra /-ri/ deyilir: ‘4apıllı  (tapıldı),  ‘yüngülli 
(yüngüldür), ‘"yaxunni” (yaxındır), “qarın” (qocadır), “gəllim  (gəldim).
İsim və əvəzlik halları:
Təyini  söz birləşməsinin (genetiv)  şəkilçisi  işlənmir:  kişi  ivi 
(kişinin evi), “əlim bermaği” (əlimin barmağı).
64


Təsirlik  hal  şəkilçisi  m üxtəlif şəkillərdədir.  Yiyəlik  hal  şəkil­
çisindən  sonra  düşür:  “əlim  tut”  (əlimi  tut).  Ancaq  ikinci  hal  şəxs 
təkdə “əloyi” (əlini) deyilir.
Digər  hallarda  samitlərdən  sonra  /i/  və  səslilərdən  sonra  /-ni/ 
olur (İnallu ləhcəsində olduğu kimi).
Yönlük və yerlik hal  şəkilçiləri  həmişə  incədir:  “əloə” (əlinə), 
“ivdə” (evdə),  “burdə” (burada), “əlunnə” (əlində).
Çıxışlıq hal şəkilçisi /-də/ dir (n düşmüş): “evdən” yerinə “ivdə”.
Vasitə  hal  şəkilçisi  /-la,  -ilə/ yerinə  həmişə /-inə/dir:  “qələmi­
nə” (qələmi  ilə).
Mənsubiyyət  şəkilçiləri:  /-im/  (əlim),  /-u/,  “əlu”  (əlin),  /-i/  (əli), 
/-imiz/ (əlimiz), /-uz/ (o və u arası bir səs) “əluz” (əliniz), /-ləri/ (əlləri).
Şəxs əvəzlikləri: “mə” (mən), “sə” (sən), “u” (o), ‘biz”, “siz”, olar (onlar).
Yiyəlik  əvəzlikləri:  “mənim”,  “sənu”  (sənin),  “unu”  (onun), 
“bizim ”,  “sizu” (sizin), “ularu” (onların).
Üstünlük sifəti şəkilçiləri: /-rax/ və /-tər/dir.
Fellərin  hallanması:
Xəbər şəkli:  “mənem”,  “sənsə” (sənsən),  “uri” (odur),  “bizax” 
(bizik),  “sizsiz” (sizsiniz), “ulardilə” (onlardırlar).
“gəlinək” felinin hallanması
in d i k i z.
ş ü h u d i  k e ç m iş   z.
n ə q li  k e ç m iş  z.
g ə lo rə m ,  g ə lə m
g ə llim
g ə lm işə m
g ə lo v sə ,  g ə lis ə
g ə llu
g ə lm işo v
g ə lo v ri,  g əli
g əlli
g əlm i
g ə lo v ra x ,  g ə le ra x
g ə llu x
g ə lm iş a x
g ə lo v siz ,  g ə le siz
g ə llu z
g ə lm iş o v z
g ə lo v lə ,  g ə le lə
g ə llilə
g ə lm iş lə
d a v a m l ı   k e ç m iş   z.
u z a q   k e ç m iş   z.
ə m r
g ə lo v d im
g ə lm işd im
g ə lim
g ə lo v d u
g ə lm iş d u
g ə,  g ə g in ə
g ə lo v d i
g ə lm işd i
g ə ssi,  g ə lə
g ə lo v d u x
g ə lm iş d u x
g ə la x
65


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə