Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə21/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   17   18   19   20   21   22   23   24   ...   48

dəm  önəmli  tədqiqatlar  aparmış  və  bu  ləhcənin  xüsusiyyətlərini 
yazmılşar.
İranda M.Müqəddəm; Vəfs, Aştiyan və Təfriş şivələrini tədqiq 
edərkən,  xələc  və  Azərbaycan  türkcəsinə  də  rast  gəlmiş  və  onlann 
haqqında  da  material  toplayaraq  onlan  tədqiq  etmiş,  nəticələrini 
1939-cu  ildə  (1318  h.ş.)  Tehranda  çıxan  “İran  Kude”  dərgisində 
nəşr etdirmişdir.
Prof.  Minorski  tədqiqatının  nəticəsini  1940-cı  ildə  “Bultin  o f 
the  Society  Oriental  and  African  Studies”  dərgisində  “The  Turkish 
Dialect o f Khalaj” adı ilə Londonda nəşr etmişdir.
Eyni  zamanda  iranşünas  olan Almaniyanın  Göttingen Univer­
siteti  türkologiya professoru  G.Doerfer,  Müqəddəmin  və  Minorski- 
nin  tədqiqatlarını  oxuyub,  incələdikdən  sonra  1968-ci  ildə  xələclə- 
rin  yaşadığı  bölgəni  gəzmək  və  onlann  dilini  tədqiq  etmək  üçün 
İrana bir heyət göndərdi.  Sonrakı  ildə  özü  də  heyətlə  birlikdə  İrana 
gəldi  və  orda  apardığı  tədqiqatlann  nəticələrini  Müqəddəmin  yaz- 
dıqlan  ilə  müqayisə  edərək  1971-ci  ildə  “Khalaj  M aterials”  başlığı 
altında  kitab  halına  gətirdi.  İngiliscə  yazılan  bu  kitab,  Amerikada 
İndiana  Universiteti  Ural-Altaik  Tədqiqat  İnstitutu  tərəfindən  çap 
olundu.  Prof.  Doerfer bu  kitabda  Müqəddəmin  farsca  yazdığı  kita­
bından  bir  hissəsini  əlyazma  şəklində  nəşr  etdi.  Ondan  sonra  da 
Doerfer ekibi  (Dr.  Səmih  Tezcan  və  s.)  xələc  türkcəsi  ilə bağlı  təd­
qiqat  və  nəşriyyata  davam  etdi  və  bu  sahədə  almanca,  ingiliscə  və 
Türkiyə türkcəsi ilə çox sayda məqalə nəşr olundu.
Ən əski türk ləhcəsi  olan xələc türkcəsində  aşağıdakı  xüsusiy­
yətlər mövcuddur:
1) 
Söz  əvvəlindəki  /h-/  səsi,  proto-türkcə  dövründən  (VI-VII 
əsrdəki  qədim türkcədən öncə) bəri  sistemli bir  şəkildə  xələc  türk­
cəsində  qorunmuşdur.  Bu xüsusiyyətə  digər türk  dil  və  ləhcələrin­
də  (Azərbaycan,  Qumık,  Özbək,  Yeni  Uyğur  və  Qaraqalpaq  dil­
ləri)  nadir  hallarda  rastlanır.  M əsələn,  “haz”  (az),  “hağac”  (ağac), 
“hüzüm ”  (üzüm),  “həv”  (ev),  “hocaq”  (ocaq),  “hətək”  (ətək), 
“histi”  (isti).
Bu  səs  Azərbaycan  türkcəsində  “hörmək”  kimi  sözlərdə  qal­
mışdır.
70


Prof.  Doerferə  görə,  bu  səs  proto-türkcə  dövründən  qalmış  və 
ondan  öncə də /-p/ imiş.  Ona görə də xələc türkcəsi, əski türkcədən, 
yəni  Orxon kitabələrindəki Göytürklərin dilindən daha əskidir.
2)  Oğuz  türkcəsində  və  bir  çox  digər  ləhcədə  /y/yə  dönüşən 
əski türkcədəki /ny/, xələc türkcəsində əski Arqu türkcəsindəki kimi 
/n/  olmuşdur.  Məsələn,  “kon”  ki,  əski  türkcədə  “kony”,  bugünkü 
türkcədə “koyun” və Azərbaycan türkcəsində “qoyun”dur.
3) /d/ səsi,  əski türkcədə olduğu kimi xələc türkcəsində də qo­
runmuş və /y/ ilə əvəzlənməmişdir.  Məsələn,  “hadaq” (ayaq),  “qud- 
ruq”  (quyruq),  “boda”  (boya),  “bod”  (boy),  “odğan-”  (oyanmaq), 
“udu-”  (uyumaq,  yuxulamaq),  “hardı”  (аул),  “qadun”  (qayın), 
“yid” (iy),  “dumruk” (yumruq) və s.
Müasir türk dillərindən yalnız Tuva (cənubi  Sibirya) tükcəsin­
də əski /d/ qalmışdır.
4)  /y/,  söz  əvvəlində,  ümumiyyətlə,  qalmışdır.  Məsələn,  “yıl” 
(il),  “yiplik” (iplik), “yiti” (iti), “yıraq” (İraq, uzaq).
5)  Qərb  türkcəsi  ləhcələrinin  əksinə,  söz  əvvəlində  /d/  yerinə 
/t/  işlənir.  Məsələn,  “til”  (dil),  “tiş”  (diş),  “töş”  (döş),  “tımaq”  (dır­
naq),  “tiz” (diz),  “təre” (dəri),  “tar” (dar),  “tola” (dolu), “tört” və ya 
“dert” (dörd).  Əski türkcə və şərq türkcəsində də belədir.
6)  Əski  türkcədə  olduğu kimi  söz əvvəlində /g/ yerinə Dd var. 
Məsələn,  “kün”  və  ya  “kin”  (gün),  “keçə”  (gecə),  “ker-”  (görmək), 
“köz” və ya “kez” (göz).
7)  Əski  türkcədəki  /q/  və  /g/  bir  çox  sözdə  qorunmuşdur. 
Məsələn,  “sıçqan”  (siçan),  “tonquz”  (donuz),  “tavuşqan”  (dovşan), 
“yüng”  (yün),  “qazqan”  (qazan),  “yekgə”  (böyük),  “quruq”  (quru), 
“qısqa” (qısa), “kürgək” (kürək).
8)  Azərbaycan  türkcəsi  dialektlərində  /x/  ilə  bitən  kəlmələr, 
xələclərdə /q/  ilə bitər.  Məsələn,  “toq”  (tox),  “qulaq”  (qulax),  “bor- 
maq”  (barmax),  “topraq”  (torpax),  “uzaq”  (uzax).  Çox  vaxt /q/,  /k/ 
kimi tələffüz olunur.
9)  Söz  ortasında  da  /ğ/  səsi  /q/  şəklində  tələffüz  edilir.  Mə­
sələn,  “boqarşaq”  (bağırsaq),  “oqlan”  (oğlan),  “boquz”  (boğaz), 
“taq” (dağ), “yoqar” (yuxan).
71


10)  Söz  axırında çox vaxt /e/ və /ə/  səsləri  qalmış  və /i/yə  dö- 
nüşməmişdir.  Məsələn,  “tişe”  (dişi),  “təre”  (dəri),  “tola”  və  ya  “to- 
le” (dolu), “alta” (altı).
11) /c/ səsi yalnız alınma sözlərdə işlənir.
12) “deyil” yerinə arqu (əski) türkcəsindəki kimi “dağ” deyilir.
13)  Səslilərin  üçlü  (qısa,  uzun,  qoşa)  sistemi,  proto-türkcə 
dövründən  qalmışdır.  Halbuki  türk  dil  və  ləhcələrinin  çoxunda  səs­
lilər  qısa  və  ya  keçmişlə  müqayisədə  daha  qısa  olmuşlar:  “uon 
(on),  “höü”  ya  da  “hev”  (ev),  “kööz”  (göz),  “qool”,  “çoolaq”, 
“yoorqan” (yorğan).
14)  Çıxışlıq  hal  əski  türkcədəki  kimi  /-da/  və  /-də/,  bugünkü 
türkcədə /-dan/ və /-dən/dir.
15)  Yerlik  hal  /-çə/  və  /-ça/  ilə  düzəlir.  Bugünku  türkcədə 
/-da/ və /-də/dir.
16)  Gələcək zaman  şəkilçisi /-caq/,  /-cək/ yerinə /-ğa/ və /-qa/ 
işlənir:  “biliqam” (biləcəyəm), “biliqay” (biləcəksən).
Bəzi xələc ləhcələrində (Çahək və Mehrzəmin) gələcək zaman 
üçün /-gülük/ şəkilçisi işlənir.
Məsdər şəkilçisi /-mək/ və /-maq/dır.  Bəzən də /-gəli/ və /-qa­
lı/  ilə  deyilir.  Məsələn,  “kəlmək”  (gəlmək),  “varqalı”  və  ya  “var- 
maq” (getmək).
Prof.  Doerfer,  xələc  və  əski  argu  türkcəsinin  bəzi  bənzər  xü­
susiyyətlərini  (“ny”nin  “n”yə  dönüşməsi,  “deyil”  yerinə  “dag”  de- 
yilməsi;  “vardum”,  “gəldum”  kimi  kəlmələrdə  /ı/  və  /i/nin  /u/  ilə; 
bəzi  kəlmələrdə  /z/nin  /d/  ilə  əvəzlənməsi)  nəzərə  alaraq  belə  bir 
nəticəyə  gəlmişdir  ki,  orta  iranda  yaşayan  xələclər,  Kaşğarlı  M ah­
mud  zamanında,  yəni  900  il  öncə  Orta  Asiyada  İsficab  (Təraz)  və 
Balasağun  arasında  yaşayan  və  soğdilərin  türkləşməsindən  meyda­
na gələn arqulann övladlandırlar.
Bu nəzəriyyənin qəbulunu çətinləşdirən bəzi  məsələlər vardır. 
Çünki daha öncəki izahata görə, xələc türkcəsi proto-türkcənin davamı 
sayılmışdır.  Başqa  bir  tərəfdən  Mavəraünnəhr  soğdilərin,  VII  əsrdən 
sonra,  yəni  Göytürk  dövlətinin  o  bölgəyə  hakim  olmasından  sonra 
onlarla  yaxın  əlaqədə  olmuşlar.  Ona  görə  də  soğdilərin  türkcəsi 
proto-türkcənin, yəni VII əsrdən öncəki türkcənin kökü ola bilməz.
72


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə