Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə23/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   19   20   21   22   23   24   25   26   ...   48

Uzaq keçmiş zaman
Mən varmış ərtum (mən getmişdim)
Sən varmış ərti 
O varmış ərti 
Biz varmış ərtuq 
Siz varmış ərtiz 
Ollar varmış ərtilir
Gələcək zaman
Mən varqulukam (mən gedəcəyəm)
Sən varqulukay 
O varqulukar 
Biz varqulukak 
Siz varqulukayız 
Ollar varqulukalar
Gələcək zaman yerinə:  getmək istəyirəm
Mən şorum yovağam (getmək istəyirəm)
Sən şori yovağay 
O şor yovağa 
Biz şoruq yovağaq 
Siz şoriz yovağayz 
Ollar şollər yovağalər
Əmr
Yovaram (gedəm)
Yov (get)
Yovartə (getsin)
Biz yovarimiz və ya varimiz (gedək)
Siz yovi (siz gedin)
Ollar yovartələr (getsinlər)
Bəzi  yerlərdə  (Feyzabad  və  s.)  sual  soruşanda  “no”  işlənir. 
Məsələn, “o vardino?” (o getdimi?), “sən kəldino?” (gəldinmi?).
“-dir”  (köməkçi  fel)  yerinə  əski türkcə və  şərq türkcəsində  ol­
duğu kimi /-ər/, /-ərür/ və /-irlə/ işlənir.
77


İndi 20 il əvvəl Doerfer ekipinin Almaniyada xərrablı  Müsəy- 
yib  Ərəbqolun  dilindən  hazırladığı  xələc  türkcəsi  mətnindən  bir 
neçə sətiri nümunə olaraq nəql edirik:
Xələc və Xələcistan
1)  İrança bii  tayfə  xələc  ya  xələç  atıça  Qum,  Ərak,  Təfriş  və 
Savə haansıça tiriilik yətəyuollar ki,  təqribən uon  səkkiz  min  nəfər 
olılar və qırq bieş baluqça yuoriyolar (oturular).
2)  İlgərtər artuqatar imişlər,  amma  haziyaan  baluqlar  tili  çəv- 
rinmiş faars ya türki ki be-yün məmul ar olmış.
3)  Gərçi  havul  (xub)  bəlgülüg  daağ  ki  bu  tayfə  ti  yierdə  və 
qaçan kuç vierilmiş ya iezləri kuç şamış (etmək) allar bu məntəqəkə 
kəlmişəllər,  amma  ondıçaki  qırağ  kuoşaça  haayılmış,  iezxarlanya 
(ixtiyar) buora kəmlədükəllər və kuç vierilmiş ya təbid olmışallar.
4) Təqribən gərək hidik-tər olığa, munda saaruzki bii  şikest və 
iezə silik ruhiyyəsi ta bo axırlarqa tabullarça vaarmış.
Azərbaycan türkcəsi ilə:
1) İranda xələc və ya xələç adlı bir tayfa Qum,  Ərak,  Təfriş  və 
Savə  arasında yaşayır  və  təxminən  18  min  nəfər  olub,  45  kənddə 
məskundurlar.
2)  Əvvəllər daha çox idilər. Ancaq bəzi kəndlər dəyişmiş və  bu 
gün farsca ya da türkcə danışılır.
3)  Gərçi  bu  tayfanın  hardan  və  nə  zaman  bu  məntəqəyə  köç 
etdiyi  və ya  köç  etdirildiyi  haqqında  düzgün  məlumat yoxdur.  An. 
caq  qıraqda-bucaqda  deyilənlərə görə,  öz  istəkləri  ilə  bura gəlm ə­
mişlər.  Ya köç etdirilmişlər, ya da sürgünə məruz qalmışlar.
4)  (Bu  məsələ)  təxminən  düzdür.  Çünki son  zamanlara  qədər 
onlarda bir məğlubiyyət və qəriblik hissi vardır.
Ərəbqol,  iranda və Almaniyada prof.  Doerferin ekibi  ilə xələc 
dilinin  tədqiqində  əməkdaşlıq  etmiş  və  xələc  türkcəsi  ilə  dediyi  bu 
şeiri bizə göndərmişdi:
Ana və uşaqlarına xitabən
Balam düşmən yəssəl çəkmiş vətəngə 
Qərə donquz bizü almış kəmingə
78


Səidüm, Möhsinüm hərbə qapaldız 
Həmidüm, Hürmüzüm səngər tutaldız
İran turpaqi-düşmənlər yeri dəq 
Vətən sevməgle yurte həri-dəq
Bulet ta gürləməqə tole yaqmaz 
Xələc şire balamcan tülki toqmaz
Nəney siti əgər bi kün quş əmsə 
Tavuşqan hekməkidə parrə yesə
Beyün quş olmeşərte kökçə tarlan 
Tavuşqan olmeşərte yerçə aslan
Oğul becərmişəm bilüm əyilmiş 
Saç hər gentirmişəm tişüm tekelmiş
Balamcan, hay balamcan, hay balamcan,
Dəxiləm varməqa əldə Xuzistan.
Azərbaycan türkcəsi ilə:
Balam,  düşmən vətənə hücum etmiş.  Qara donuz bizə tələ qur­
muş.
Səidim!  Möhsinim! Müharibəyə gedin.  Həmidim! Hürmüzüm! 
Səngər tutun.
İran  torpağı  düşmənlərin yeri  deyil.  Vətəni  sevməyən  öz  evi­
nin kişisi deyil.
Bulud gurlamasa,  dolu yağmaz.  Əziz balam, xələc aslanı tülkü 
doğuzdurmaz.
Əgər ananın südünü bir gün sərçə  içsə,  dovşan da çörəyindən 
bir tikə yesə,
Bu gün sərçə göydə qartal olardı,  dovşan da yerdə aslan.
Oğul  böyütmüşəm  belim  bükülmüş,  saçlarım  ağarmış,  dişim 
tökülmüş.
79


Balamcan! Balamcan! Ey  balamcan!  Yalvarıram  ki,  Xuzistan 
əldən getməsin.
Övladın anaya cavabı:
Nənə can heqləmə kez yaşe tekmə 
Yüzüy cerməqləmə qəm toxme həkmə
Ta biz varəq o bezde varəlar var 
iran yalqı gərək düşmənləri zar
Sənüy sitüy əmə divdə alur bac 
Fil ağzidə tekər soqsurməsə ac
Mumay ta gərləməgəy hülkü olmaz 
Xələc şire nənəm can tülkü olmaz
Əgər düşmən yuvərqe kəhkeşanqa 
Fələk veregə arka nimə zanqa
Onu bi hoqçə yulduzqa tikəm mən 
Fələk çərxidə ta yerkə çəkem mən
Əgər hot oləqə seyləm başeçə 
Əgər yel oleqə taqəm eyiçə
Əgər suqə kereşdü vardı çeygə 
Çəkəm təşqər tekəm kam kineykə.
Azərbaycan türkcəsi ilə:
Əziz  anam! Ağlama,  göz yaşı  tökmə.  Üzünü  cırmaqlama,  kə­
dər toxumu əkmə.
Biz  və  bizim  kimilər  olduğu  müddətcə,  İran  azad və  düşmən­
ləri ağlar olmalıdır.
Sənin  südünü  əmən  divdən  bac  alar,  yumruğu  ilə filin   ağzın­
dakı acı  (dişi) tökər.
Fidanı budaqlamasan,  böyük və dolğun ağac olmaz.  Ey anam! 
xələc aslanı tülkü olmaz.
80


Əgər düşmən kosmosa getsə də, fələk o bədbəxti dəstəkləsə də, 
Mən  onu  bir  oxla  ulduza  tikərəm;  fələkdən  yerə  endirərəm 
onu mən.
Əgər od olsa,  başının  üstündə sel olaram.  Əgər ye l olsa,  qar­
şısında dağ olaram.
Əgər suya daxil olub çaya getsə, eşiyə çəkib, qanını günəşə tökərəm.
Oğulların silahlarına xitabı:
Tüfəngüm çatma bessər yek əlümə 
Qətarum yek tezelüp heykəlümə
Mən o sən varmez bi əhd u peyman 
Mən o sən İranuy dərdiyə dərman
Beyün İranemezkə ərsə təngər 
Siyə çatma, məyə tə yatma nəngər.
Azərbaycan türkcəsiylə:
Tüfəngim!  Çatma  durma!  Yetər artıq  əlimə gəl.  Qatarım gəl, 
bədənimə düzül.
Mənim  və  sənin  bir  əhdi  vardır.  Mən  və  sən  İranın  dərdinə 
dərmanıq.
Bu gün İrana meydan daralmışdır.  Sənin üçün tüfəngi çatmaq, 
mənim üçün də yatmaq ayıbdır.
Ərəbqoldan dördlük:
Üç zad xeyli xoşar qədri bilünməz 
Yemək, içmək dəğu pulka alunməz 
Bisi hay işiki, bisi kar ayaz 
Bisi cayılukar varur hulunmaz
Azərbaycan türkcəsi ilə:
Üç şey çox xoşdur,  ancaq qədri bilinməz.
Yemək,  içmək deyil.  Pulla da alınmaz.
Biri ay işığı,  digəri bahar.
Biri də gedib qayıtmayan cavanlıqdır.
81


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə