Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə24/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

Xələc türkcəsi ilə:
Hər kim iezi bəyənür gər təvə tizi
Bəyənür, tul kişi, qızı bəyənür
Orda burada sözüy olta.
Azərbaycan türkcəsi ilə:
Hamı özünü,  tüksüz dəvə dizini,  dul qadın qızını  bəyənər.
Ordan-burdan söz düşsə belə, gözün yükün üstündə olsun.
İbrahim Vaşqani Fərahanidən bir neçə xələc atalar sözü:
-   Eşkəkə  hinən  hartın  kerməz  (Eşşəyə  minən  arxasını 
görməz).
-  Yağ yağ üstünə tamayur, pətlə quruğ qeynayur (Yağ yağ üs­
tünə damlayır, bulğur quru-quru qaynayır).
-  Hatu hat yanıça vayqan, həm-rang  olmaqa həm-xu  olur (Atı 
at yanına bağlasan, həmrəng olmasa da həmxasiyyət olar).
-  Tülkiqa haydlar  şahedun keme,  haydı  qudruqum  (Tülküdən 
soruşdular: “Şahidin kimdir?” Dedi: “Quyruğum”.
-   Bu  yılqı  quş  kəlmiş  belerkinə  civ-civ  irtəsir  (Builki  sərçə 
bildirkinə cik-cik öyrədir).
-   Tülki  təpləkə  kirməz  ərti,  bəptə  sipergə  vamişartı  (Tülkü 
dəliyə girə bilmirdi, quyruğuna da bir süpürgə bağlamışdı).
-   Yılqın  sirisilən  yetermiş,  haladana  hartıça  kəzir  (Qoyun 
sürüsünü bir yerdə itirmiş, bir ala qoyun dalısıca gəzir).
-   Açu  işlətmə,  toğu  tərpətmə,  nim-sirin  atasın  qurda  hipərin 
(Acı işlətməyin, toxu tərpətməyin, yarıtoxun atasını yandırın).
Bəzi sözlərin mənası:
Yuor-: yaşamaq, məskunlaşmaq.
Şa-: Etmək.
Xaar: Meyil, ixtiyar.
Hidik:  düz, doğru.
Sarus: Bu səbəbdən.
Yetə-:  Etmək.
82


İraq  türkcəsi,  bir  milyona  yaxın  bir  nüfiısa  malik  olan  İraq 
türklərinin  ana dilidir.  Azərbaycan türkcəsi  ilə danışan İraq türkləri 
ölkənin  şimalında Teləfər şəhrindən Bədrə qəsəbəsinə qədər;  İraqın 
cənub-şərqindən  İran  sərhədinə  qədər,  16  şəhər,  qəsəbə  və yüzlərlə 
kənddə  yaşayırlar.  İraq  türklərinin  mərkəzi  Kərkük  şəhəri  olduğu 
üçün  onların  dilinə  Kərkük türkcəsi  və ya  ləhcəsi də  deyilir.  İraqda 
türklərin  yaşadıqları  şəhərlərin  ən  önəmliləri  şimaldan  cənuba 
Teləfər, Ərbil, Altın Köprü,  Kərkük, Daquq, Kiffi (45 min nüfuslu), 
Məndəli,  Qara Təpə (200 min nüfuslu) və Xaniqeyn (50 min nüfus­
lu) məntəqələridir.
İRAQ VƏ YA KƏRKÜK TÜRKCƏSİ
Türklərin  İraqa  köçləri,  IX  əsrin  əvvəllərindən  etibarən  Azər­
baycandan  (Təbriz-Zəncan)  başlamış,  XI  əsrdə  səlcuqlu  türklərinin
83


gəlişi  ilə  tamamlanmışdır.  İraq  türklərinin  türkcəsi,  Azərbaycan 
türkcəsinin bir qoludur.  Bunula belə  morfologiya  və  söz  baxımın­
dan bəzi kiçik fərqliliklər vardır ki, möhtəmələn etnik amillərin,  os­
manlı türkcəsi, mədəniyyəti və  ərəbcənin təsiri  ilə  əmələ  gəlmişdir. 
İraq  türkləri  özlərinə  türkmən  deyirlər.  Onların  danışıq  dilində  də 
dialekt və şivə baxımından  fərqliliklər gözə  çarpır ki,  ən  önəmliləri 
bunlardan ibarətdir:
-   Tək  və  cəm  ikinci  şəxs  mənsubiyyət  şəkilçiləri  arasındakı 
fərqlilik.  Kərkük,  Ərbil,  Daquq  və  Xaniqeyn  kimi  bəzi  bölgələrdə 
ikinci  şəxsin  təkində  mənsubiyyət  şəkilçisi  olaraq  /-ıv/;  ikinci 
şəxsin  cəmində  isə  /-uvuz,  -iviz/  işlənir:  “sənüv”  (sənin),  “əlüv” 
(əlin), “başıvuz” (başınız), “sizüv”(sizin).
Teləfər, Altın Köprü, Tisin, Kil Yincə,  Bəşir və digər yerlərdə 
ikinci  şəxsin  təkində  mənsubiyyət  şəkilçisi  /-y/  və  ikinci  şəxs 
cəmində  /-yiz,  -yüz/dür:  “səniy”  (sənin),  “başıy”  (başın),  “əliy” 
(əlin) və “başıy ız” (başınız) kimi.
/-v/ və /-vuz/ şəkilçisi Təbriz  dialekti kimi;  /-y,  -yuz,  -yiz/  şə­
kilçisi  isə,  Urfa  [333]  (Türkiyədə)  dialekti  kimidir.  Bu  baxımdan 
Kərkük türkcəsi, /v/ və /y/ dialektləri olmaq üzrə ikiyə aynlır.
Kərkük  dialektləri  arasındakı  bir  digər  fərqlilik  şəxs  əvəzlik­
ləridir.  Şəxs əvəzlikləri bunlardır: mən, sən, o, biz, siz, olar.
Altın Köprü şivəsində şəxs əvəzlikləri isə:
biləm,  biləy,  biləy,  biləmiz,  biləyiz,  bilələri.  (Bu  əvəzliklər 
Azərbaycanda qayıdış əvəzliyi olaraq işlədilir.)
Kərkük türkcəsində  /a,  e,  o,  ö/  səsləri,  ümumiyyətlə,  uzun  tə­
ləffüz edilir.
Söz əvvəlindəki /ı-/ səsi, /i-/ ilə əvəzlənir.
/q/  səsi  /ğ/  ilə  əvəzlənməz.  Yəni  səs  yumuşaması  hadisəsi 
yoxdur.
Kərkük türkcəsində  Anadolu  türkcəsində  olduğu kimi  “bəklə- 
mək” (gözləmək), “iyi”  (yaxşı), “gəbərmək”  (təhqirli bir şəkildə  öl­
mək) , “gövdə” (bədən) kimi sözlər işlənir.
İraq  türkləri  arasında  Füzuli,  Əhməd  Cəlayiri  (XV  əsr), 
Ruhi  Bağdadi  (XV-XVI  əsr),  Bədri  (XVII  əsr)  və N övrəsi-Q ədim
84


(XVIII  əsr)  kimi  şairlər  yazıb-yaratmışdır.  Onların  ən  önəmlisi 
Azərbaycan  şairləri  və  qərb  türklərinin  öndə  gələni  Füzulidir ki, 
Azərbaycan  türkcəsi  tarixi  bölməsində  onun  barəsində  bəhs 
etmişik.  Müasir əsrin məşhur şairlərindən Hicri  Dədə  ilə Məhəm­
məd  Sadiqin  adını  çəkə  bilərik.  Hicri  Dədə  1877-ci  ildə  Kərkük- 
də  anadan  oldu  və  1956-cı  ildə  öldü.  O  güclü  bir  şair  və  yazıçı, 
dindar  və  vətənsevər  bir  insan  idi.  Ömrünü  Kərkük  mədəniy­
yətinin  qulluğunda  keçirdi.  O,  əsərlərini  türk,  fars  və  ərəb  dillə­
rində  yazdı.  Burada nümunə  olaraq  onun  Kərkük  ləhcəsində yaz­
dığı  iki  “xoyrat”mı  (bayatı) nəql  edirik:
Dəryanın sağ alması, 
Aldı, al bağ alması,
Dost mənə bir daş vurdı. 
Çətindi sağalması.
*  *  
ie
Katibim yaxşı yazar, 
Kötülər yoldan azar,
Qorxma aqil düşməndən. 
Axmaq dost qəbrin qazar.
Kərkükdə  1908-ci ildən sonra bir neçə dəfə və hər dəfəsində qısa 
bir  müddət  üçün  “Həvadis”,  “Nəcmə”,  “Kərkük”,  “İttihad  Yolu”  və 
“Bəşir” kimi qəzetlər nəşr olundu. Ancaq təəssüf olsun ki, ömürləri qı­
sa oldu. “Kərkük” qəzeti  1918-dən  1972-ci ilə qədər yayımlandı.
Hazırda  “Qardaşlıq”  (Əl-əxa)  dərgisi  türk  və  ərəb  dillərində; 
“Yurd”  və  “Birlik  Səsi”  həftəlik  dərgiləri  nəşr  olunur.  İraq türkləri 
də  iranda  olduğu  kimi  ana  dillərində  təhsil  almaq  haqqından  məh­
rumdurlar.  Bu məhrumiyyət qanuni və rəsmi  deyil, ancaq İraq müs­
təqil olduqdan sonra (1933) həyata keçirilmişdir.
85


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə