Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə25/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

TÜRKMƏN TÜRKCƏSİ
Oğuz türkcəsinin  şərq ləhcəsi  olan türkmən türkcəsi,  Türkmə­
nistan Respublikasının milli  dili,  İran və Əfqanistan türkmənlərinin 
ana  dilidir.  Bu barədə  “Türkmən  türkcəsi  tarixi”  bölməsində  geniş 
məlumat verilmişdir.
QAQAUZ TÜRKCƏSİ
Qaqauz  türkcəsi  də  qərbi  oğuz  türkcəsi  qrupundandır.  Ancaq 
Anadolu  (Türkiyə)  türkcəsi  ilə  fərqlilikləri  vardır.  Qaqauz  türkləri, 
Ukraynada,  Moldovyada,  Romanyanın  şərqində  (Besarabi  və  ya 
Besarabiyada)  və  Bulğaristanın  şimal-şərqində  yaşayırlar.  Onların 
nüfusu keçmiş  Sovetlərdə  115  min və Besarabiyada  100  min nəfər­
dir.  Uz-oğuz  türklərindən  olan  qaqauzların  çoxu  ortodoks  xristian­
dır.  Qaqauzlar,  Xəzər  dənizinin  və  Qara  dənizin  şimalından  Tuna 
məntəqəsinə  gəlmişlər.  1224-cü ildə  tatarlar və  moğolların  hücumu 
qarşısında Tuna çayını keçərək Dobrucada məskunlaşdılar.  1253-cü 
ildə  Dobrucada  Balıqın  başçılığında  Qaqauz  dövlətini  qurdular. 
Balıqdan  sonra  Dobrotiç  dövlətin  başına  keçdi.  Onun  göstərdiyi 
xidmətlərdən ötrü bu məntəqə Dobruca adlandırıldı.
Qaqauzların  hakimiyyəti  1383-cü  ildə  I  Sultan  Bəyazid  tərə­
findən yıxıldı və torpaqları, osmanlı torpaqlarına əlavə edildi.  1734- 
1779-cu  illərdə,  yəni  osmanlı-rus  müharibələri  sırasında,  qıtlıq  və 
həyat  şərtlərinin  çətinləşməsi  nəticəsində,  qaqauzların  böyük  bir  qis­
mi, Moldovya, Besarabiya, Bucaq və Rusiyanm daxili bölgələrinə köç 
edib,  oralarda  məskunlaşdılar.  1812-ci  ildə  Besarabiya,  Rusiya  im- 
peratorluğunun bir parçası oldu və  1918-ci ildə Romanyaya verildi.
Mədəniyyət və ədəbiyyat:
Qaqauz  sözünün mənşəyi  haqqında müxtəlif görüşlər  irəli  sü­
rülmüşdür.  Bəzilərinə  görə,  qaqauz  kəlməsi  “qaqa”  (ağız)  və  “uz” 
(möhkəm,  ağıllı)  sözlərindən  əmələ  gəlib  və  sözündən  dönməyən 
mənasındadır.  Digər tədqiqatçıların  dediyinə  görə,  bu kəlmə,  əslin­
də,  “gök  oğuz”  olub,  tədriclə  qaqauza  çevrilmişdir.  Bu  görüş  daha 
doğru nəzərə gəlir.
86


Qaqauzlar XX əsrin əvvəllərinə qədər yalnız şifahi ədəbiyyata 
malik  idilər.  Yaşadıqları  hər ölkədə  (Bulğaristan,  Rusiya,  Yunanis- 
tan, Romanya) oranın rəsmi dilində təhsil alırdılar.  1904-cü ildə Be- 
sarabya qaqauzlarından prof. Mikail Çakır, Dua və İncil kitabını qa­
qauz  türkcəsinə  tərcümə  edərək kiril  əlifbası  ilə  nəşr etdirdi.  Sonra 
həmin  müəllif tərəfindən  Kişiniov  şəhərində  (Besarabiya  şəhərlə­
rindən) başqa dini kitablar da yayınlandı.
Besarabiya Romanyaya ilhaq edildikdən sonra qaqauz kitabla­
rı  latın-romən  əlifbası  ilə  nəşr  olundu  ki,  onların  arasından  1938-ci 
ildə  Çakır  tərəfindən  yazılan  qaqauzca-roməncə  lüğətin  adını  çək­
mək olar.  Qaqauzların dilində oğuz türkcəsi hakimdir.
Kəlmə  baxımından  slav  bölgələrindəki  qaqauzların  şivəsində 
slavca  kəlmələr,  digərlərində  isə,  roməncə  və  yunanca  kəlmələr 
daxil olmuşdur.
Bundan  əlavə  qədim  bulğar  və  qıpçaq  türkcəsinin  izlərini  də 
görmək  mümkündür.  Osmanlı  türkcəsi  də  sonradan  bu  dilə  nüfuz 
etmişdir.
Qaqauz türkcəsinin ən önəmli xüsusiyyətləri bunlardır  :
1)  Səsli  məxrəclərin  dəyişməsi:  Bulğar  və  qıpçaqcanm  təsiri 
ilə bəzi  incə  səslərin qalınlaşması.  Məsələn:  “mən” və ya “bən” ye­
rinə “ban”; “evə” yerinə “eva”;  “dermiş” yerinə “darmış” deyilir.
2)  /q/,  /ğ/  və  bəzən  /y/  səsinin  düşməsi  ilə  səslilərin  qoşalaş­
ması.  Məsələn:  “ağaç”  yerinə  “aaç”;  “eşəyə”  (eşşəyə)  yerinə 
“eşəə”; “buğday” yerinə “buuday”; “böyük” yerinə “böök”.
3)  /n\J  və  /nd/nin  /nn/yə  çevrilməsi.  Məsələn:  “onlar”  yerinə 
“onnar”; “candan” yerinə “carman”.
4)  Sözlərin başında bəzən /y-/ düşür.  Bəzən də  sözlərin  əvvə­
linə  bir /y-/  əlavə  olunur.  Məsələn:  “yün”  yerinə  “ün”;  “ev”  yerinə 
“yev”  .
5)  Slav  dillərinin  təsiri  ilə  qız  adlarının  sonuna  cins  şəkilçisi 
(ka,  yka)  əlavə  olunur.  Məsələn:  “baldız”  yerinə  “baldıska”,  “qon­
şu” (əgər qadınsa) yerinə “qomşuyka”. 5
3
53 Fərhad Zeynalov, “Türkologiyanın əsaslan”, “Maarif’ nəşriyyatı, Bakı,  1981.
87


6)  Məsdərin  sonundakı /-k/nin  düşməsi  və  yerinə  son  səslinin 
uzun tələffiiz edilməsi. Məsələn, “getmək” yerinə “gitmaa”.
7)  Yönlük  hal  üçün  /-ə/  və  /-a/  şəkilçisi  yerinə  /-i/nin  işlən­
məsi. Məsələn, “oraya” yerinə “orayı”.
8)  “və” və  “ilə” yerinə  “da”  zərfinin  işlənməsi.  Məsələn,  “qız 
da oğlan”  (qız və  oğlan),  “da”  əski  türkcədə  də  “ilə”  mənasında  iş­
lənirdi.
9)  “dil”  (deyil)  sözünün  zərf  yerinə  də  işlənməsi.  Məsələn, 
“dil çoqdan” (bir az qabaq).
10) /x/ səsi mövcuddur və /h/ yerinə də işlənir.
11) /c/ səsinin /j/ ilə əvəzlənməsi. Məsələn, “can” yerinə “jan”.
12) Əksər hallarda kəlmələrin sonunda, bəzən də ortasında /q/, 
/v/,  /h/,  /r/  səsləri  düşür.  Məsələn,  “çox”  yerinə  “çov”;  “Allah”  ye­
rinə  “Alla”;  “avuç” yerinə  “ouç”,  “verdilər”  yerinə  “verdilə”,  “has- 
ta” (xəstə) yerinə “asta”.
Cümlənin  quruluşu,  hind-avropa  dillərinə  bənzəyir.  Yəni  fail, 
fel, məful şəklindədir. Məsələn:  “Ona yem verdi” yerinə “Verdi ona 
yem”.
Kəlmə  baxımından  rusca,  bulğarca,  roməncə  və  yunancadan 
alınmış kəlmələr gözə çarpır.  Bundan əlavə əski türkcə kəlmələr də 
əski tələffüzləri ilə mövcuddur.
Sovet qaqauzlarının dilində iki dialekt vardır:
1) Çadurluq-Kumrat dialekti (mərkəzi dialekt).
2)  Volqaneşt  dialekti  (cənub).  Ədəbi  dil  bu  iki  dialekt  (ümu­
miyyətlə, mərkəzi dialekt) üzərində formalaşmışdır.
Ömək olaraq;  moldovyalı  qaqauz  şairi  Tanasoğlundan bir ne­
çə dördlük nəql edirik:
Nə da mavi bu göklər, 
Tumələr səssiz gələr,
Nə da tatlı duyğum var. 
Ərliyim onu bilsələr.
*  *  *
Sıra sıra şəfteli, 
İlk yaz gəldi çiçəkli,
Çiçəklər türlü-türlü. 
Sevdam bənim gərçəkli.
88


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə