Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə26/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   22   23   24   25   26   27   28   29   ...   48

Çamlar hiç bir kurumaz, 
Bal ajı hiç bir olmaz, 
Çok işlər unudulur. 
İlk öpüş unudulmaz54.
Azərbaycan türkcəsi ilə:
Necə  də  mavidir  bu  göylər.  Dumalar  səssiz  gələr.  Necə  də 
şirin  hissim  var.  Keşkə  yurdumun  insanları  onu  bilsələr.  Şəftəli- 
lər  sıra-sıra.  Bahar çiçəkli  gəldi.  Çiçəklər fəqli-fərqli.  Ancaq mə­
nim  sevdam  həqiqi.  Şam  ağacları  heç  vaxt  qurumazlar.  Bal  heç 
vaxt  acı  olmaz.  Bir  çox  iş  unudular.  Ancaq  ilk  öpüşmə  unu­
dulmaz.
54
“Çal Türküm” adlı şeir məcmuəsindən.


II
QIPÇAQ QRUPU
Qıpçaq türkcəsi haqqında öncəki hissələrdə izahat verilmişdir. 
Bu  qrupun  ən  önəmli  dilləri  qazaq,  qaraqalpaq,  qırğız,  noqay  və 
altay türkcələrindən ibarətdir.
Qıpçaq  sözü  sərt,  möhkəm  və  bədbəxt mənalarına  gəlir.  Q ıp­
çaqlar VI əsrə qədər hunların bayrağı  altında yaşadılar.  Ondan  son­
ra Göytürk dövlətinə tabe oldular.  XI  əsrdə  Qafqaz və  Qara dənizin 
şimal  hissəsinə  köç  etdilər  və  Altın  ordu  dövlətinin  əksəriyyətini 
təşkil  etdilər.  Altın  ordunun rəsmi  dili  qıpçaq türkcəsi  idi.  Onların 
böyük  bir  qismi  digər  türk  tayfalan  olan  oğuzlar,  bulğarlar,  peçe- 
neklər,  uzlar,  slavlar  və  macarlarla  qarışdılar.  Bir  qrup  da  Misirə 
gedərək  Məmlük  dövlətini  qurdular.  Günümüzdə  qazaq,  qaraqal­
paq,  qırğız,  noqay  və  altay  dilləri  qıpçaq  türkcəsi  əsasında  forma­
laşmışdır.  Qıpçaq  qrupunda  sözlərin  əvvəlində  /m,  n,  r/  səsləri  iş­
lənməz. Aynca /n, f, x/ səsləri də yad sözlərdə gözə çarpar.
A) QARAQALPAQ TÜRKCƏSİ
Qaraqalpaqlar,  Özbəkistan Respublikasında muxtar şəkildə  və 
aynca  Əfqanistanda  yaşayırlar  və  saylan  300  mindən  çoxdur.  Cə­
nubi  Azərbaycan  qarapapaqlannm  şivəsi  də  bu  ləhcəyə  bağlıdır. 
Qaraqalpaqlar oğuz,  peçenek və  qıpçaq tayfalannın birləşməsindən 
əmələ gəlib,  XV-XVI  əsrlərdə vahid bir xalq halına  gəldilər.  Qara­
qalpaq adı  slavlar tərəfindən  onlara verilmişdir.  Sovet rejimi  qurul­
duqdan sonra milli və ədəbi dilə malik oldular.
Qaraqalpaq türkcəsində 9 səsli və  12 diftonq mövcuddur:  /ua/, 
/uə/, /ui/ kimi,  /ç/ səsi türk mənşəli  sözlərdə  işlənməz,  /m,  n,  r/  səs­
ləri  də  sözlərin  əvvəlində  çox  az  görünür,  /ç/  səsi  /ş/  ilə  və  /ş/  səsi 
də /s/ ilə əvəzlənir.  Digər türk dil və ləhcələrindən fərqli  olaraq sö-
90


zün  əvvəlində /ğ/ işlənir.  Məsələn:  ğaz, ğarğa.  Qalın səslilər arasın­
da  ahəng  vardır.  Kəlmə  baxımından,  Qıpçaqdan  əlavə  oğıız,  qarluq 
və uyğur kəlmələri də görünür. Aynca monqolca ilə ortaq kəlmələr­
lə ərəbcə,  farsca və rusca sözlər də işlənir.
B) QIRĞIZ TÜRKCƏSİ
Qırğızistan  Respublikasının  rəsmi  dili,  qıpçaq  qrupu  və  mər­
kəzi  şimal  türkcəsinin bir qoludur.  Mərkəzi Bişkək olan Qırğızistan 
Respublikasının  3.5  milyon  nüfiısu  vardır.  Nüflısunun  yarısından 
çoxunu qırğız türkləri təşkil edir.
Qırğızlar  e.ə  201-ci  ilə  aid  Çin  qaynaqlarında zikr edilmişdir. 
Bu  tarixdə  Yenisey  çayının  yuxan  sahilində  yaşayırdılar.  Sonra 
hunlarla birlikdə yaşamağa başladılar.  Hun imperatorluğunun yıxıl­
masından  sonra  X  əsrdə  sərhədləri  Baykal  gölündən  Tibətə  qədər 
uzanan Xakas  dövlətini  qurdular.  Qədim türklərin  ilk yazılı əsərləri 
olan  Yenisey  çayının  ətrafındakı  məzar  kitabələri,  əski  qırğızlara 
aiddir.  Bugünkü  qırğızlann  dili  bir dərəcəyə  qədər Orxon kitabələ­
rinin dilinə bənzəyir.
Qırğızlar  Göytürk  dövlətinin  qurulmasından  sonra  onlara  tabe 
oldular.  VIII əsrdə uyğurların yardımı  ilə Göytürkləri yıxıb və bir əsr 
sonra  Moğolistanda uyğurların yerinə  keçdilər.  X  əsrdə  moğol qara 
xətailərinin  və  sonralar  da  qaraxanlılann  hakimiyyəti  altına  girərək 
müsəlman oldular.  XIII əsrdə də moğol qoşununun cərgəsinə qatıldı­
lar.  Bir müddət Türkistan xanlıqlarına tabe oldular. Ancaq XIX əsrdə 
(1860-1881)  Çar  Rusiyasınm  hakimiyyəti  altına  keçdilər.  1936-cı 
ildə Sovet Qırğızistan Respublikası quruldu. Qırğızlar qazaqlara bən­
zəyirlər.  Qırğız sözü, qırmızı adam, qırmızı oğuz (qırğu oğuz) və cə­
nub oğuzları mənasına gəlir.  Qırğızlann çoxu san saçlı və mavi göz­
lüdür.  V  əsrdən  etibarən  yazıya  malik  oldular  (Yenisey  kitabələri). 
Tufa,  soyut,  Kimak  və  Xakas  kimi  Sibirya türklərinin  çoxunun  dili, 
əski qırğız dilinin təməli üzərində meydana gəlmişdir.
Say lari  2  milyondan  çox  olan  qırğızlar,  Qırğızistandan  əlavə 
Özbəkistan, Tacikistan,  Qazağistan, Moğolistan, Çin, Əfqanistan və 
Pakistanda yaşayırlar.
91


Qırğız dili, üç tarixi inkişaf mərhələsi keçirmişdir:
1) Əski qırğızca (IX əsrə qədər).
2) Orta qırğızca (X-XV əsrlər).
3) Yeni qırğızca (XV əsrdən başlayaraq).
Ədəbi  dil  Sovet  rejiminin  qurulmasından  sonra  formalaşmış­
dır.  1927-ci  ildə  ərəb  əlifbası  yerini  latın  əlifbasına  verdi.  1940-cı 
ildən etibarən kiril əlifbası rəsmiyyət tapdı.  Kəlmə baxımından çox 
zəngin və  çeşidlidir.  Əski  qırğız türkcəsindən  əlavə  moğol,  tunqus, 
mancur, ərəb, fars və rus dillərinə aid sözlər də bu dilə daxil olmuş­
dur. Misal olaraq qırğız mənşəli bir neçə kəlməni burada göstəririk:
“kapkak” (qapaq),  “kuduk” (quyu),  “kiçi” (kiçik),  “boo”  (bağ)
,  “boola”  (bağla),  “uyku”  (yuxu),  “cük”  (yük),  “cak”  (yandırmaq), 
“muz” (buz), “ool” (oğul).
Qırğız  türkcəsinin  8  uzun  səslisi  (şimal  dialekti),  9  səslisi 
(cənub  dialekti)  və  20  samiti  vardır.  Uzun  səslilər  sözün  mənasını 
dəyişdirir.  Qərb  türkcəsi  ilə  (Türkiyə,  Azərbaycan)  müqayisə  edil­
diyində aşağıdakı xüsusiyyətlər gözə çarpır:
Fonetik xüsusiyyətlər
Səssizlərdən /y/  səsi /c/  ilə  əvəzlənir.  Məsələn,  “yaxşi”  yerinə 
“cakşi”, “yol” yerinə “col” kimi.  Sözün ortasındakı /c/ səsi  də /j/ ilə 
əvəzlənir: “ajal” (əcəl).
/ğ/ səsi /v/ ilə əvəzlənir. Məsələn, “dağ” yerinə “tav”.
/f, h, v/ səsləri yalnız yad sözlərdə görünür.
Söz əvvəlində /n/ düşür.
Söz  əvvəlindəki  /1/ və /r/  səslərindən  öncə  bir  səsli  əlavə  olu­
nur:  “ilampa” (lampa).
/x/ səsi /k/ (q) ilə əvəzlənir:  “xan” yerinə “kan”.
Yad sözlər xaricində səslilər arasında ahəng vardır.
Morfoloji xüsusiyyətlər
İsimdən  isim  düzəldən  şəkilçilər:  /-çi/,  /-lıq/,  /-çıq/,  /-day/, 
/-kə/, /-lu/ (taşlu= daşlıq).
Feldən  isim  düzəldən  şəkilçilər:  /-n/,  /-m/,  /-qaq/,  /-o/,  /-u/ 
(oqu= oxuma).
92


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə