Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə28/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

Dramaturgiya da  1930-cu  ildən  sonra başladı.  Qırğız  pyeslə­
rinin  ən  məşhurları  K.Can  Tuşevin  “Korman  Bəy”  əsəri;  Malikov 
və  Kutanbəyin  “Canil”  əsərindən  ibarətdir.  Hər  iki  pyes,  qəhrə­
manlıq  dastanlarından  ilham  alınaraq  II  Dünya  müharibəsi  illərin­
də yazılmışdır.
İkinci  Dünya  müharibəsindən  sonra  qırğız  nəsri  daha  çox  in­
kişaf etdi.  Sədiqbayın  “Əsrimizin  insanlan”  və  xüsusilə  də  Çingiz 
Aytmatovun əsərləri bu inkişafın ən gözəl nümunələridirlər.
Çingiz  Aytmatovun  ən  önəmli  əsərləri  bunlardır:  “Cəmilə ”, 
“Qırmızı yaylıqlı qovağım mənim ”,  “İlk müəllimim ”,  “Köşk gözü ”, 
“Əlvida Gülsarı ”,  “Ana Tarla ”.
Onun “Cəmilə ”,  “Əlvida  Gülsarı ” və  “Ağ Gəmi ” adlı  əsərləri 
farscaya da tərcümə edilmişdir.
İndi  örnək olaraq A.Tokombayın  qırğızlarla özbəklərin birliyi 
haqqında söylədiyi Əlişir Nəvai adlı şeirini nəql edirik:
Əlişir bu məngü olmas şeiri-həyat 
Hər bir sözi dilmizdə karkar kannət 
Dəvət kibi yangınp turgən küyləridən 
Yürək mədəd, ilham alur tapar nəcat 
Ulug şair səning tiling məning tilim 
Qardaşımsən məning tilim səning tiling 
Küyli bergin həm nəfəssən zamana məgar 
A şeiriyyət çırağandır səning yolmg.
“Əlişir! Bu şeir həyatı  əbədi  və  ölməzdir.  Onun  hər  bir sözü 
ürəyimizdə qanad çalar.
Onun  dəvətkaranə  həyəcanlı  nəğmələrindən  könül  m ədəd  və 
ilham alır və xilas olur.
Böyük şair! Sənin  dilin  mənim  dilimdir.  Mənim  qardaşımsan, 
mənim dilim sənin dilindir.
Nəğmə  oxu,  zamanımın  yoldaşı  ol.  Ey  şeir  dünyası!  Sənin 
yolun aydınlıqdır”.
96


QAZAQ TÜRKCƏSİ
Qazaq türkcəsi  Qazağistan Respublikasının rəsmi dilidir.  Bu res­
publika Qırğızistan və Özbəkistanın şimalında yer alıb, şərq və cənub- 
şərq hissələrində Tann dağlan (Tiyanşan) və Altay dağlan vardır.
1979-cu  ildə  Sovetlər Birliyində apanlan rəsmi  statistikaya gö­
rə,  Qazağistanın nüfusu  14.684.283  nəfərdir.  Hər il ona 600.000-dən 
artıq  insan  əlavə  olunur.  Qazağistan  nüfusunun  təxminən  yansına 
yaxınını ruslar və türk olmayan millətlər təşkil edir56.
Qazaq  sözü  Qumuq  türkcəsində  cəngavər,  əsəbi  və  əsgər mə- 
nalanna  gəlir  və  Rusiyanın  cənubundakı  rus  qazaqlan  ilə  heç  bir 
əlaqəsi  yoxdur.  Qazaq  adı  ilk dəfə  Firdovsinin  “Şahnamə”sində  bir 
etnik və xan adı olaraq keçmişdir.  Qazaqlar XVI əsrdə Qasım xanın 
başçılığında  birləşdilər  (1511-1523).  Sonra  onun  oğlu  zamanında 
Taşkəndi  aldılar.  XIX  əsrdə  ruslann  hakimiyyəti  altına  keçdilər 
(1869).  Qazaqlar  Qazağistandan  başqa  Özbəkistan  və  Türkmənis­
tanda  da yaşayırlar.  Qazaq türkcəsi,  qıpçaq-noqay türkcəsi  qrupun- 
dandır.  Qırğız  türkcəsi  ilə  ortaq  cəhətləri  çoxdur.  1928-ci  ilə  qədər 
ərəb  əlifbası  işlədilirdi.  Sonra  latın  əlifbasına  keçdilər  və  1940-cı 
ildən etibarən də kiril əlifbası işlədilməkdədir.
Dil  xüsusiyyətləri:  9  səsli  və  26  səssizə  malikdir.  Qərb 
türkcəsi  ilə müqayisədə aşağıdakı xüsusiyyətlər müşahidə olunur:
/y/  səsi  ilə  /j/nin  və  bəzi  şivələrdə  /c/nin  əvəzlənməsi.  Məsə­
lən, “yatırmaq” yerinə “jatırmaq”.
/ç/  səsi  ilə  /ş/nin  və  /ş/  səsi  ilə  /s/nin  əvəzlənməsi.  Məsələn, 
“aç” yerinə “aş”;  “qış” yerinə “qıs”.
/x, f, ç/ səsləri yad sözlərdə işlənir.
Assimilyasiya  hadisəsi,  xüsusilə  də  söz  kökünə  yaxın  samit­
lərdə görünür. Məsələn, “yazsa” yerinə “jassa”.
Türkcə  sözlərin  əvvəlində  /d/  yerinə  /t/  işlənir.  Məsələn,  “də­
niz” yerinə “təniz”.
Ayrıca /1/ səsi /d/ ilə əvəzlənir. Məsələn, “qızlar” yerinə “qızdar”.
56  Naselenie  SSSR,  Po  darınım  vsesoyuznoy  Perepisi  Naseleniya,  1979  qoda 
Moskva,  1980, S,  10-11  (Türk Dünyası Araştırmaları, Nisan,  1982).
97


Söz  düzəldici  şəkilçilərdə  oğuz  qrupunun  əksinə  dodaqlanan 
səslilər işlənməz. Yiyəlik şəkilçiləri də belədir.
Morfologiya
Mənsubiyyət  şəkilçisi  /-m/  (-im),  /-ing/  (-ıng,  -ıngız,  -ı)dir. 
Məsələn, qızım.
İsimin hal şəkilçiləri:
Yiyəlik hal: /-nin/ (-nın, -dm, -tin).
Təsirlik hal: /-ni/ (-m, -dı, -tı).
Yönlük hal: /-ka/, /-qa/.
Yerlik hal: /-da/ (-də, -ta, -tə).
Çıxışlıq hal: /-nan/ (-nən, -dan, -dən, -tan, -tən).
Vasitə şəkilçisi: /-man/ (-bən, -mənnən, -bənnən).
Bərabərlik şəkilçisi: /-şa/, /-şə/.
Keçmiş zaman şəkilçisi: /-di/, /-ti/.
Geniş zaman şəkilçisi: /-atın/, /-ətin/, /-itin/.
İndiki  zaman  şəkilçisi:  /-turmaq/,  /-qurmaq/,  /-otırmaq/, 
/-yatırmaq/ kimi köməkçi fellərlə düzəlir.
Nəqli  keçmiş  zaman  şəkilçisi  /-miş/;  qeyri-şühudi  keçmiş  za­
man  şəkilçisi /-imiş/ və  gələcək zaman  şəkilçisi  /-caq/ və  /-cək/  şə­
kilçiləri  işlənməz.  Qazaq  türkcəsində  bir-birindən  bir  az  fərqli 
4 dialekt və şivə vardır.
Ədəbiyyat
Qazaq  ədəbiyyatı  folklor,  xalq  şairlərinin  nəğmələri  olan 
“aqın”, “jıravu” və ya “ölənçi” ilə başlayır. Nəğməyə  qazaq türkcə­
sində “cır”, “jır” ya da “ölən” deyilir və müxtəlif növləri var.  M əsə­
lən,  toy  və  şənlik nəğmələri;  yas,  vida,  həsrət,  qürbət  və  s.  nəğm ə­
ləri.  Qazaqlann  nəğmələrində  xalqın  bütün  xüsusiyyətləri  əks 
olunmuşdur.
Qəhrəmanlıq  və  məhəbbət  dastanları  da  şeir  ilədir  və  aqınlar 
tərəfindən  məclislərdə  oxunur.  Ən  önəmli  qəhrəmanlıq  dastanları 
“Kublandı”, “Qənbər Batur” və “Ərtarqın” dastanlarıdır.
“Kublandı”  dastanının  şeirləri,  qazaqlann  qalmuqlar  qarşısın­
dakı  igidliklərinin  dastanıdır.  Dastanın  qəhrəmanı  Kublandı  qazaq 
xalqının fədakarlığının və savaşçılığının simvoludur.
98


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə