Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə29/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   25   26   27   28   29   30   31   32   ...   48

“Qənbər  Batur”  dastanında  hakim  və  zəngin  zümrə  ilə  xalqın 
mücadiləsi şərh olunur.
“Kozı Köriş” və “Bayan Sulu” (iki qız qardaş) dastanında sev­
diklərinə çatan iki bacının məhəbbət hekayəsi əks olunur.
Qazaq  aqınlarının  ən məşhurları  bunlardır:  Buqar,  Dövlət Ba- 
batay,  Şurtanbay,  Şalkuləkəoğlu,  Məhəmməd  Ötəmişoğlu,  Suyum- 
bay,  Biıjansal Xocaoğlu,  Cambul  Cabayev.  Buqar XVIII əsrdə Ab- 
lay xanın sarayında yaşamışdır.  Dövlət Babatayoğlu ilə Burtabay da 
saray  şairləri  idilər.  Şalkuləkəoğlu  ilə  Məhəmməd  Ötəmişoğlu 
(1804-1846)  şeirlərində hakim təbəqəni,  onların zülm və  ədalətsiz­
liyini  tənqid  etmişlər.  Məhəmməd Ötəmişoğlu,  1836—1838-ci  il  üs­
yanında iştirak etmiş və şeirlərində İsatay Taymanovun başçılığında 
xalq üsyanını əks etdirmişdir.
Yazılı ədəbiyyat XIX əsrin ikinci yarısında, yəni Qazağistanm 
Rusiyaya ilhaqından sonra başlamışdır.  Onun ilk təmsilçiləri  Şukan 
Vəlixanov,  İbray Altınsan,  Abay  Kunanbaydır (1840-1904).  Şukan 
Vəlixanov  “Manas”  dastanının  şeirlərini  yazıya  köçürən  ilk  adam­
dır.  Altınsan  (1841-1889)  rus  məktəbində  oxumuş,  mütərəqqi  və 
maarifpərvər bir ədib və şair idi. Uşaqlar üçün ilk dərslik və “Qıpçaq 
Seyid Qul”,  “Bay balası  ilə kasıb oğul” adlı hekayələr onun əsərləri­
dir.  Abay  Kunanbay  XIX  əsrdə  qazaq  realist  ədəbiyyatının  təmsil­
çisidir.  Şeirlərində xalqın yaşam və məişətini gerçəkçi bir şəkildə əks 
etdirmiş və insanlann oyanması üçün cəhd göstərmişdir.  Elm və mə­
dəniyyəti  təbliğ  etmiş,  rus  dili  və  mədəniyyətini  yeni  həyat  yolu  və 
tərzinin açan  saymışdır.  O da Vəlixanov və Altmsan kimi xalqı aba- 
danlığa, əkinçiliyə və çalışıb, işləməyə təşviq etdi.
isfəndiyar  Köbikov,  Sultan  Mahmud  Turayzirov,  Sabit  Dü- 
nəntayov qazaq mənzum və mənsur ədəbiyyatının qabaqcıllan sayı­
lırlar.  İsfəndiyann  “Kalım”  və  Sultan  Mahmudun  “Gözəl  qəmər” 
romanlan  Qazağistandakı  romançılığm  ilk  örnəkləridir.  Sabit  Dü- 
nəntayov  şeirlərində  kömür mədənlərində  işləyən  işçilərin  həyatını 
və acınacaqlı vəziyyətlərini təsvir etmişdir.
XX  əsrin  əvvəllərində  Qazağistanda  mətbuat  qazaq  türkcəsi 
ilə  nəşr olunurdu.  “Qazaq”  dərgisində  Qazağistan milliyyətçiləri və 
müstəqillik  tərəfdarlan  yazırdılar.  “Aykap”  dərgisi  də  demokratla­
rın yayın orqanı idi.
99


Qazaq  ədəbiyyatı  Sovetlər  dövründə  müxtəlif  mərhələlərdən 
keçdi.  Onun təşəkkül dövrü inqilabın ilk on ilində idi.  Bu müddətdə 
proletar  yazıçılar  cəmiyyəti  quruldu  və  bu  yolla  gənclər  Sovet 
inqilabı  haqqında  yazmağa  təşviq  edildilər.  Bu  illərdə  milliyyətçi 
yazıçılar  da  M.Cuma  bəyin  rəhbərliyində  fəaliyyətlərini  davam  et­
dirdilər.
İnqilabçı  şeirin ilk məcmuəsini  “Ram  edilməz  at”  adı  ilə  Sey- 
fəli  yazdı.  Ayrıca  “Səadətə  gedən  yol”  və  “Qızıl  şahinlər”  adlı 
pyeslər də kitab şəklində nəşr olundu.
Aqınlardan  (xalq  şairləri)  Canbul  Cabayev,  Bayqarlı,  Azərba- 
yev, Aynabegov və Begejanovu da yada salmaq lazımdır.
Cambul  Cabayev  (1846-1945):  Sovet  inqilabı  zamanında 
71  yaşmda  idi.  Daha  öncə  də  bir  çox  aqım  deyişmədə  (aytısma) 
məğlub  etmişdi.  O,  Süyünbayın  şagirdi  idi.  “Alpamış”,  “Koroğlu”, 
“Qənbər”,  “Manas”  dastanlarını  və  eyni  zamanda  “Şahnamə”, 
“Ötəgən”  və  Sevrik  Baturun  bəzi  bölümlərini  oxuyurdu.  Onun 
nəğmələri  Seyfəlinin  səyi  ilə  nəşr  olundu  və  sonra  başqa  dillərə 
tərcümə  edildi.  1926-cı  ildə  “Zamanın  Yürüşü”  poemasını  yazdı. 
Orada  həyatı  və  keçmiş  rejimi  tənqid  edib,  Sovet  rejimini  təbliğ 
elədi.  Sonra “Batur Ötəgən”  mənzuməsini  yazdı.  Batur  Ötəgən  qa- 
zaqlann milli  qəhrəmanı  idi.  Belə  ki,  xalqı  düşmən  hücumuna  m ə­
ruz qaldığmda digər qəhrəmanlarla birlikdə öz xalqı üçün uyğun bir 
yer  tapmağa  getdi.  Ancaq  çətinliklərlə  qarşılaşınca  yoldaşları  onu 
yan  yolda  buraxıb  qayıtdılar.  Batur  Ötəgən  təkbaşına  xəyalındakı 
yurdu  axtarmağa  davam  etdi.  Xalqı  üçün  ideal  bir  ölkə  olduğunu 
düşündüyü  bir  yerə  çatdı.  Ancaq  qısa  bir  müddət  sonra  başa  düşdü 
ki,  oranın  suyu  içilməz və  otlan  da zəhərlidir.  Daha  sonra  Ötəgənin 
atı  zəhərlənib  öldü.  Az  bir  zaman  sonra  da  qəhrəman  özü  həyatını 
itirdi.  Dastan  qəhrəmanın  ölümü  ilə  sona  çatır.  Cambul  “Ötəgən” 
dastanına burdan  davam  edir.  Qəhrəmanın  arzuladığı  xoşbəxtlik  di- 
yanndan danışır.  Sovet vətənini Ötəgənin xəyal  etdiyi  ölkə  sayır.  O, 
İkinci  Dünya  müharibəsində  xalqı,  Sovet  vətənini  müdafiə  etmək 
üçün  nəğmələr  söylədi  və  bu  nəğmələr  bütün  Sovetlər  birliyində 
müxtəlif dillərdə nəşr olundu.
100


Səken  Seyfəli  (1894-1939):  Seyfəli yeni  qazaq  ədəbiyyatının 
qurucusu  və  eyni  zamanda  ictimai  xadim  və  siyasət  adamı  idi.  O, 
şair, roman yazıçısı, dramaturq və eyni zamanda tədqiqatçı və ədəbi 
tənqidçidir.  Bu baxımdan  onu  özbəkistanlı Niyazi  ilə  eyni  səviyyə­
də  görmək  lazımdır.  Nəsrdə realist idi  ancaq romantizmdən də  fay­
dalanırdı.  “Göyçə  tay”  (Göycə  dağı),  “Ox  yetməz  daş”,  “Tapmaca 
qaya”  adlı  poemalarında  əski  dövrü  Sovet dövrü  ilə  müqayisə  edə­
rək  hazır  vəziyyəti  tərifləmişdir.  Seyfəli  digər  şair və  yazıçılara  da 
təsir göstərmişdir.
İlyas  C ansuqurov  (1894-1934)  şeirlərində  (Səhra,  Moskva, 
Qazağistan  və  s.  poemaları)  keçmişi  və  indini  təsvir edib,  milli  xü­
susiyyətlərdən danışarkən sadə yazmağı təşviq etmişdir.
Sabit  M uğanov:  Şair  və  romançıdır.  Xidmətçilikdən  akade­
miya  üzvlüyünə  qədər yüksəlmişdir.  Onun  əsərlərindən  “Sulu  saç” 
poeması  və  “Sirdərya”,  “Butagöz”  və  “Mənim  məktəbim”  roman­
larını saya bilərik.
K .M ustaqın və Q.M üsrep romançıdırlar.
M uxtar  Eyvəzov  (1897-1961):  Qazağistanın  şərqindəki  Se- 
mipalatinsk  əhalisindəndir.  Taşkənd  və  Leninqradda  təhsil  görmüş 
və  daha  sonra  Qazağistan  Akademiyası  üzvü  seçilmişdir.  O,  güclü 
bir  alim  və  yazıçı  idi.  Onun  xalq  hekayəsini  əsas  alaraq  yazdığı 
“Yenilik və  Kebek”  adlı pyesi  ilk qazaq dramı  olub və onun səhnəyə 
qoyulması  ilə  Qazağistan  milli  teatrı  başlayır.  Onun  iyirmidən  çox 
pyesi  və  bir neçə  hekayəsi  vardır.  Bundan  əlavə  “Otello”,  “Müfəttiş” 
(Qoqolun  əsəri)  və  başqa  əsərləri  tərcümə  etmişdir.  Onun  ən  önəmli 
əsəri  “Abay və Abaym yolu”  silsilə romanlarıdır ki,  XIX  əsrin  ikinci 
yarısında yaşayan qazaq şairi Abaym həyatı haqqmda olub və orada o 
dövrün  ictimai  vəziyyəti,  zülm və  ədalətsizliklər təsvir edilmişdir.  Bu 
romanlar müxtəlif dillərə tərcümə edilmişdir.
O ljas  Süleyman  (İlyas):  Müasir  qazaq  şairi  olub,  ölkə  xari­
cində  də  tanınmışdır.  “Asia”,  “Meymun  ili”,  “Saç”  və  “Gözəl  za­
101


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə