Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə30/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

man” kimi  əsərləri  yabançı  dillərə tərcümə  edilmişdir.  Oljas  Süley­
man,  eyni zamanda tarix və dillə də maraqlanır və türkcənin  etimo- 
loji lüğətini hazırlamaqdadır.
İndi  örnək olaraq müasir qazaq şairi  Dihkan Abilin özbəklərin 
dostluğu və qardaşlığı barədə dediyi  “Güldəstə ” şeirini nəql edirik:
Taşkəntdə dəstə gül tutışdı məngə 
Om alıb qayıtdım cana can elkə 
Stolım üstidə cilməyib turar 
Mizbanlar hörmətin islatıb dilgə 
Gülləming biri aq, biri naparmən 
Baksam kuvantırar közimni hər an 
Ailəm əzizlər o şa gül ilə 
Bütün Özbək eli bolqandəy mihman 
Künləming artıdən yangi kün kələr 
Nə teyki çərə yok axir gül solar 
Ama Özbək mehri bilən yoğnlqan 
Güldəstə kalbimdə şeir bolıb kalar.
Azərbaycan türkcəsi ilə:
Taşkəntdə mənə  bir dəstə gül verdilər.  Onu alıb xalqımın  (ca­
nımın) yanına qayıtdım.
O dəstə gül masamın  üstündən  ayrılmaz.  Ev sahiblərinin  hör­
mətini xatırladar.
Güllərin biri ağ,  digəri bənövşə rəngindədir.  Baxdığım zaman 
gözlərim qürurla dolar.
Ailəm ona elə dəyər verir ki,  sanki bütün özbək xalqı bizim qo­
nağımızdır.
Günlərdən  sonra  yeni  gün  gəlir.  Nə  edim,  çarə  yoxdur,  so­
nunda gül solar.
Ancaq dəstə gül elə bir şeirə bənzəyir ki,  özbək sevgisi ilə yoğ- 
rulub könlümdə qalır.
102


ALTAY TÜRKCƏSİ
Altay türkcəsi  Şərqi hun və qıpçaq qrupunun bir parçasıdır və 
qırğız  türkcəsi  ilə  müştərək  cəhətləri  vardır.  60  min  nəfər bu  dildə 
danışır.  Sovet  rejimindən  öncə  dini  propaqanda məqsədi  ilə  Teleut 
şivəsi  əsasında yazı  dili  meydana gəldi.  Sovet rejiminin quruluşun­
dan  sonra  Oyrot  şivəsi  əsası  üzərinə  qurulan  rəsmi  yazı  dili,  öncə 
latın və daha sonra kiril əlifbası ilə (1938) yazılmağa başladı. Bu dil 
1947-ci  ildən  bəri  Altay  muxtar  respublikasının  rəsmi  dilidir.  Bu 
dildə  əski  qırğız  dilinin  xüsusiyyətləri  qalmış,  ancaq  moğolca  və 
digər  dillərin  təsiri  nəticəsində  müasir  qırğızcadan  fərqlənir.  Eyni 
zamanda  Altay  dövrünün  bəzi  özəlliklərini  də  qorumuşdur.  Bu üz­
dən uyğur-oğuz qrupu ilə ortaq və bənzər cəhətlərə malikdir.
Altay  türkcəsində  8  normal  və  8  uzunsəsli  vardır.  Uzunsəs- 
lilərə  baxmayaraq,  altay  türkcəsi  digər  qıpçaq  qrupu  dillərindən 
fərqlidir.
Səs ahənginə tam riayət olunur.
Samitlərdən /t/ səsi /d/ və /s/ səsi də /z/ ilə əvəzlənir.
Sözlərin  çoxunu  əski  türk kəlmələri  təşkil  edir.  Göytürk  döv­
rünə  aid  kəlmələr  də  gözə  çarpır.  Məsələn,  “biçi”  (yazmaq),  “qut” 
(güc),  “öksüs” (yetim),  “oquş” (ağıl),  “meçin” (meymun),  “möngü” 
(əbədi), “çeriğ” (qoşun, ordu).
Bu  dildə  çox  sayda  moğolca  kəlmə  vardır.  Nəzərə  belə  gəlir 
ki,  bəziləri Altay dövründən qalmış və bəziləri də moğol istilası dö­
nəmində  daxil  olmuşdur.  Məsələn,  “orun”  (yer),  “saa”  (sağ,  sala­
mat),  “tala”  (talamaq)  “pol”  (ol),  “aqa”  (ağa),  “küç”  (güc),  “aru” 
(təmiz, saf), “tümən” (on min).
Ərəbcə və farsca kəlmələr çox az miqdarda olub, altay türkcə­
sinə qazaq dili vasitəsilə girmişdir.
Morfoloji baxımdan oğuz qrupundan çox fərqli deyil.
Bu dildə  cənub  və  şimal  şivələri  bir-birindən аул və  fərqlidir. 
Cənub  şivələri:  Altay (Altay Kiji),  Teleut,  Telenqut və Yaçuyu.  Şi­
mal şivələri:  Tuba, Kumandin və Çalkan.
Bu şivələr arasında kəlmə və fonetik baxımdan və bir az qram­
matik fərqliliklər mövcuddur.
103


Noqay türkcəsi  Stavropol  və  Qaraçay-Çərkəz  xalqının  dilidir. 
Bir qismi də Astaraxan, Krasnodar və Dağıstanda yaşayır və sayları 
60  min nəfərdən  çoxdur.  Bu  dil  qıpçaq  qrupundan  olub  qaraqalpaq 
dilinə  çox  yaxındır.  Noqaylar  da  qazaqlar  və  qaraqalpaqlar  kimi 
Noqaym (Çingizin böyük nəvəsi)  qoşunundan  ayrılmışlar.  Bunu  da 
deməliyik  ki,  Noqay  daha  öncə  Qara  dənizin  şimalındakı  Qıpçaq 
çölündə bir tayfanın adı idi.
Noqay  ədəbi  dili  Sovet  hakimiyyətinin  qurulmasından  sonra 
formalaşdı.  O zamana qədər onlann bir qismi  qumuq və tatar ədəbi 
dilindən faydalanırdılar.
Noqay dilinin böyük bir hissəsini  qıpçaq-noqay türkcəsinə  aid 
sözlər  təşkil  edir.  Məsələn,  “pışakı”  (bıçaq),  “tav”  (dağ),  “ayu” 
(ayı), “beyik” (böyük), “ast” (alt), “bas” (baş).
Noqay  dilində  ərəbcə,  farsca,  rusca,  moğolca,  tonguzca,  mən- 
çurca  və  qafqaz  dillərinə  aid  kəlmələr  də  mövcuddur.  Öncə  latın, 
sonra rus  əlifbası  olduğu kimi  qəbul  edildi.  Daha  sonra  altı  hərf də 
ona əlavə olundu.
Bu dildə 8 səsli və bəzi şivələrdə /ə/ də mövcuddur.
/y/  söz  əvvəlində  çoxdur.  Ancaq  bu  səs  Ağ  Noqay  şivəsində 
/j/ ilə əvəzlənir.
/ç/ yalnız yad sözlərdə görünür.  İç/ yerinə /ş/ işlənir.  Məsələn, 
“saç” yerinə “şaş”.
/ş/  səsi  çox  vaxt  /s/  ilə  əvəzlənir.  Məsələn,  “tas”  (daş),  “bas” 
(baş), “bos” (boş), “yoldaş” (yoldaş), “as” (aş).
/v/  və  /f/  səsləri  /p/  ilə  əvəzlənir,  “payda”  (fayda),  “paqon” 
(vaqon).
Səs  ahəngi  qanununa  riayət  olunur,  ancaq  dodaq  səslərində 
bəzən pozulur. Bu dildə vurğu son hecanın üstündə olur.
Hecalar oğuzcada olduğu kimi açıq və qapalı hecalara ayrılır.
Mənsubiyyət  və  ya  yiyəlik  şəkilçiləri  oğuz  qrupu  kimidir. 
Ancaq dodaqlanan şəkli yoxdur:
Birinci şəxs tək: /-m, -im/; cəm: /-miz, -imiz/;
İkinci  şəxs tək: /-n, -in/; cəm: /-niz, -iniz/;
NOQAY TÜRKCƏSİ
104


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə