Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə31/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   27   28   29   30   31   32   33   34   ...   48

Üçüncü şəxs tək: /-mi, -i/; cəm: /-si, -i/.
tsimlərdə  başqa  türk  dillərində  olduğu  kimi  Azərbaycan 
türkcəsinə bənzəyən 6 hal vardır.
Əvəzliklər də  oğuz  qrupu  kimidir.  Şəxs  əvəzlikləri:  mən,  sən, 
ol, biz-bizlər,  siz-sizlər, olar.
İşarə  əvəzlikləri:  bul,  susı,  sul,  minə,  munday,  bulay,  susılay, 
susınday, anə, anav.
Fel  hallanmasında  indiki  zaman  və  gələcək  zaman  şəkilçiləri 
bir-birinə bənzəyir.
Sintaksis  baxımından  oğuz  qrupu  kimidir.  Məsələn,  “Aldar 
atka minip kolmdaqı tayaqın buqa berip kamşısm da tiləyü aldı”.
Yəni:  “Aldar  ata  minib  əlindəki  əsanı  (çəliyi)  ona  verib 
qamçısını da istədi”.
Noqay  dilinin  3  şivəsi  var:  əsas  noqay  şivəsi,  qara  noqay 
şivəsi, ağ noqay şivəsi.
105


Ill
BULĞAR VƏ YA
BULĞAR-QIPÇAQ-OĞUZ QRUPU
Bulğarlar 630-cu ildən öncə Hun imperiyasının və  sonra avar­
ların  bir  parçası  idilər.  Daha  sonra  onlar  böyük  bulğar  dövlətini 
qurdular.  Onların  Qurd  adlı  xaqanları  655-ci  ildə  vəfat  etdi  və 
ondan qısa bir müddət sonra böyük bulğar dövləti parçalandı.
Bulğar dövləti xəzərlər tərəfindən ortadan qaldırıldıqdan sonra 
xalqın bir hissəsi  Tuna  sahillərində  məskunlaşdı  və  digər  qismi  isə 
xəzərlər tərəfinə gedib onlarla qarışdılar.  Daha sonra Volqa tərəfinə 
gedərək orada Volqa Bulğar dövlətini  qurdular.  Tuna (Danub)  tərə­
finə  gedən  bulğarlar  qısa  bir  müddət  sonra  xristian  olub  slavlarla 
qarışdılar və onların içində əridilər.
Volqa  bulğarlan  haqqında  məzar  daşlarında,  ərəbcə,  yunanca 
və ermənicə tarixlərdə məlumatlar verilmişdir.
Bulğar  sözü  çay  mənasına  gələn  “bulaq”dan  alınmışdır.  Yəni 
çay kənarında yaşayan  insan  mənasındadır.  Suvarlarda bulğar boy­
larından biridir.  “Suv” da su və çay anlamıdadır.
Bəzi  araşdırmalara  görə,  bulğar  sözü,  “bulğamaq”  və  ya  “bu­
lamaq”, yəni  qarışdırmaq mənasma gəlir.  Bulğarlar,  hunların və  Qara 
dənizin şimalındakı oğuzların qarışmasından meydana gəlmişdir57.
Volqa sahilindəki bulğarlann məzar daşlan göstərir ki,  onların 
dili tatar, başqırt və balxar şivələri ilə eynidir.
Bulğar qrupunun xüsusiyyətləri bunlardır:
Ümumiyyətlə, /ə/ və /e/ səsləri /i/ səsi ilə əvəzlənir.
Söz ortasındakı /o/ səsi /u/ və /ö/ səsi /ü/ ilə əvəzlənir.
Çox vaxt /ş/ ilə /ç/; /y/ ilə /j/; /k/ ilə /g/; /q/ ilə /ğ/ əvəzlənir.
57 İbrahim Kafesoğlu, Milli Türk Kültürü, İstanbul,  1982.
106


Səslilər arasındakı  səssizlər yumuşaq tələffüz  edilir.  Məsələn; 
/-k-> -ğ-/.
Bu  özəlliklər,  böyük  ölçüdə  tatar,  başqırd,  qaraçay-balkar,  qu­
muq və karaim dillərində də görünür.  Bu qrup qazan və ya tatar, baş- 
qırd, karaçay-balkar (balxar), qumuq və karaim dillərindən ibarətdir.
QAZAN TÜRKCƏSİ
Qazan  və  ya  Volqa-Ural  bölgəsi  türklərinin  (tatar,  başqırd, 
çuvaş)  dili  və  ədəbiyyatının  tarixini  tədqiq  edərkən  əsas  üç  dövr 
alınır:  qədim dövr (XIX əsrə qədər), yeni dövr (XIX əsrdən  1917-ci 
ilə qədər) və Sovet dövrü.
Qədim dövr
Tatar,  başqırd  və  çuvaş  türkləri  Volqa  çayı  ətrafında yaşayan 
bulğarlarm  nəslindən  olub,  qıpçaq,  peçenek,  oğuz  və  başqa  tayfa­
larla  qarışaraq  indiki  tayfaları  meydana  gətirmişlər.  Daha  öncə  də 
deyildiyi  kimi bulğarlarm dili türkcənin “r” qrupundandır ki, yalnız 
çuvaşcada qorunmuşdur.  Halbuki tatar və başqırd ləhcələri  “z” qru- 
pundandırlar.  Tədqiqatçıların  bir  çoxunun  fikrincə,  “r”nin  “z”  ilə 
əvəzlənməsi,  İslam dinini  qəbul etmək və digər müsəlman türk tay­
faları  ilə  qarışmaq  nəticəsində  olmuşdur.  Belə  ki,  çuvaşlar  xristian 
olduqlan  üçün  digərlərindən  ayrılmış  və  beləliklə,  bu  təsirlərdən 
uzaq qalaraq dilin qədim xüsusiyyətlərini qorumuşlar.
Əski  dövrdən qalan sənədlər aşağıda göstərilən müxtəlif dövr­
lərə aiddir:
1) 
Bulğarca  əsərlər:  Bulğar türkləri  VII  əsrdə  Volqa çayının 
orta bölgəsi  sahillərinə  gedərək orda məskunlaşıb,  Bulğar dövlətini 
qurdular və  moğol  istilasına  qədər müstəqilliklərini  qorudular.  An­
caq daha sonra Altın ordu imperatorluğuna tabe oldular.
Bulğarlar 922-ci ildə (H.  301) Xəlifə Əl-Müstəsəm zamanında 
xəlifənin  təmsilçilərini  (İbni-Fəzlan)  qəbul  edərək  müsəlman  oldu­
lar və  ərəb  əlifbasını  da rəsmi yazı  olaraq qəbul  etdilər.  İslamiyyəti 
qəbul  etdikdən  sonra  getdikcə  ləhcələri  dəyişdi  və  digər müsəlman 
türklər kimi “r” qrupundan “z” qrupuna çevrildilər.
107


Bu  dövrdən  yadigar  qalan  əsərlər  Bulğar  dövrü  türkcəsinin 
nümunələri  sayılır  və  məzar  daşlan  ilə  xalq  ədəbiyyatı  örnəklərin­
dən ibarətdir.  Məlum olduğu kimi  1112-ci  ildə Yəqub  Bulğari  tərə­
findən  yazılan  “Bulğar  tarixi”  adlı  əsər  hələ  tapılmamışdır.  Ancaq 
ərəb  müəllifləri  və  Şahabəddin  Mərcani  (Qazan  tarixçisi  -   1818- 
1889)  “Müstdfadül-əxbar”  adlı  kitabında  qaynaqları  verirkən  Yə­
qub  Bulğarinin  “Bulğar  tarixi”  əsərindən  və  ona  bənzər  başqa 
əsərlərdən bəhs etmişdir.
Məzar daşlan  VIII-XIV  əsrlərə  aid olub bəziləri  ərəbcə  və  bir 
qismi  də  türkcədir.  Kufi  və  ya  süls  xətti  ilə  yazılmışdır.  Dil  baxı­
mından  onlann  bir  hissəsi  qıpçaq  ləhcəsinə  (Codex  Cumanicus), 
bəzisi  qazan  ləhcəsinə  və  bəzisi  də  çağatay  ləhcəsinə  bənzəyir.  Bir 
hissəsində  isə çuvaşca sözlər gözə çarpır.
2)  Qıpçaqca  əsərlər:  Qıpçaqca  əsərlər  XII—XIV  əsrlərə  aid­
dir.  Ümumiyyətlə,  Misirdə,  Qara  dənizin  şimalında  (Codex  Cuma­
nicus  kimi)  və  bir  qismi  də  Macarıstanda  yazılmışdır.  Bu  barədə 
“Orta türkcə” bölməsində izahat verilmişdir.
3) Altın  ordu və Xarəzm əsərləri:  Bu əsərlərin ən önəmliləri 
bunlardır:
Mahmud  Bulğari  Kərdərinin  “Nəhcül-fəradis”  əsəri  (1342-ci 
ildə yazılmışdır).
Qutbun  “Xosrov və Şirin ” əsəri (1343-cü ildə yazılmışdır).
Xarəzminin  “Məhəbbətnamə”si  (1353-cü  ildə  (H.754)  yazıl­
mışdır).
Sultan Hüsam Katibin “Dastanı-cümcümə ” əsəri  1368-ci (H.770) 
ildə moğolca yazılmış  və  1548-ci  ildə türkcəyə  tərcümə  edilmişdir. 
Yuxandakı  əsərlər  haqqında  da  “Orta  türkcə”  bölməsində  lazım 
olan izahat verilmişdir.
4)  Fərmanlar və  məktublar:  Bu  fərmanlar və  məktublar Al­
tın  ordu  hakimiyyəti  (1241-1502)  və  qazan  xanlıqları  (1439-1552) 
dövrünə  aid  olub,  qazan  ləhcəsinin  ən  əski  yadigarlarıdır.  Orijinal 
nüsxələrdən  7  fərman  və  məktub  qalmışdır  ki,  onlar  da  aşağıdakı­
lardan ibarətdir:
108


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə