Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə32/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   28   29   30   31   32   33   34   35   ...   48

1) Toxtamış xanın tarxanlıq fərmanı (1391-ci ilə aid).
2)  Toxtamış  xanın  Yaqaylaya yazdığı  tarixi  fərmanı  (1393-cü 
ilə aid).
3)  Teymur-Qutluk  xanm  tarxanlıq fərmanı  (1397-ci  ildə  ya­
zılmışdır).
4) Uluğ Məhəmməd xanın II Sultan Murada məktubu (1428-ci 
ilə aid).
5)  Mahmud  xanın  Sultan  Məhəmməd  Fatehə  yazdığı  tarixi 
məktub (1466-cı ilə aid).
6)  Əhməd xanm  Sultan Məhəmməd Fatehə məktubu  (1477-ci 
ildə yazılmışdır).
7)  Sahib  Girey  Xan  Qazanın  tarxanlıq fərmanı  (1523-cü  ildə 
yazılmışdır).
İkinci  və  üçüncü  fərmanlar  uyğur  və  qalanı  ərəb  əlifbası  ilə 
yazılmışdır.
5) Qazan məzar daşlan: Bu məzar daşlarının ən əskisi XV əsrə 
aiddir.  O  dövrdə Türkistanda da işlənən ortaq ədəbi türk dilində yazı­
lan bu daşlar ərəb əlifbası və süls xətti ilə qələmə alınmışdır.
XVI-XVIII əsrlərdə qazan türklərinin yazı dili və mədəniyyəti 
Türkistan  və  Xarəzm  ilə  eyni  idi  və  müəlliflər  əsərlərini  yazarkən 
bu  dili  işlədirdilər.  Bu  əsərlərin  ən  önəmliləri  yerli  əsərlər,  Türkis­
tan əsərləri və osmanlı əsərlərindən ibarətdi.  Bundan əlavə, bu əsər­
lərin  çoxu  1711-ci  ildən  etibarən  Peterburq  (Leninqrad)  mətbəələ­
rində,  1800-cü  ildən  başlayaraq  da  Qazan  şəhərində  çap  olmuşdur. 
Yerli  əsərlərdən  “Quran  təfsiri”,  “Zəfəmameyi-vilayəti-Qazan” 
(1542-ci  ildə  Məhəmməd  Şərif  tərəfindən  yazılmışdır),  “Ərəbcə- 
türkcə  lüğət”  (1581-ci  ildə  Bayram  Bolatoğlu  tərəfindən  yazılmış­
dır), vəqayenamələr və dastan kitablarının adını çəkmək olar.
Qazan  ləhcəsinə  tərcümə  edilən  Türkistan  əsərlərindən  Əhməd 
Yasəvinin  “Divani-hikmət”i,  Əbülqazi  Bahadır  xanm  “Şəcəreyi-tüt- 
ki”sini  (1663),  “Şeybannamə”ni  (moğolların və  türklərin tarixi,  1849), 
Rabğuzinin “Qisasül-ənbiya”sını və “Qisseyi-Yusif’i qeyd edə bilərik.
Osmanlıca  əsərlərdən  din,  təsəw üf,  təlimat,  irfan  məzmunlu 
və hekayə tərzində bəzi  əsərlər qazan ləhcəsinə tərcümə edilib, nəşr 
olunmuşdur.  Onlardan ən önəmliləri bunlardır:
109


Yazıçıoğlu  Məhəmməd  Çələbinin  “Məhəmmədiyyə”si,  Seyid 
Battal Qazinin “Mənaqib”i, “Tutinamə”si, “Hatəmi-tayi” dastanı, “Əbu 
Əli Sina” hekayəsi və “Lətayifi-Xoca” (Molla Nəsrəddin lətifələri).
Rusiyada  ilk  türkcə  əsərlər  1711 -ci  ildən  sonra  Peterburqda 
nəşr  olunmağa  başladı.  1800-cü  ildən  başlayaraq  Qazan  şəhərində 
türkcə əsərlər üçün ərəb hərfli “Asiya mətbəəsi” adlı bir mətbəə  qu­
rularaq  işə  başladı.  1809-cu  ildə  Qazan  şəhərində  ikinci  türkcə 
mətbəə  “Universitet  mətbəəsi”  adı  ilə  fəaliyyətə  başladı.  Bu  mət­
bəələrdə əlifba kitabları, qrammatika (morfologiya və sintaksis), qi­
raət (oxuma) və digər türkcə əsərlər və dini kitablar nəşr olundu.
Yeni dövr
Yeni dövr XIX əsrin ortalarından başlayıb  Sovet rejiminin quru­
luşuna  qədər  davam  etmişdir.  Bu  dövrdə  dinin  və  cəmiyyətin  islahı 
düşüncəsi  ilk dəfə Abdünnasir Xüsrəvi tərəfindən (1765—1813)  təbliğ 
edilib,  Şahabəddin  Mərcani  tərəfindən  davam  etdirildi.  Mərcani  də 
Xüsrəvi kimi Türkistanda təhsil görmüş, din və tarix alimi idi. Bundan 
əlavə, Abdülqəyyum Nəsiri (1824-1902) 40 illik ədəbi  fəaliyyəti  döv­
ründə qazan xalqma dəyərli xidmətlər göstərmişdir.  “Sərf və nəhv” və 
“Tatar türkcəsi  lüğəti”  kitablarını  hazırladı  və  Qazan  xalqının  folk­
lorunu toplayıb nəşr etdi və dilin islahı üçün səy göstərdi.
Bu  dövrdə  Qırımda  İsmayıl  Bəy  Qaspıralı  “Tərcüman ”  qəze­
tini  yayınlayaraq,  türk  mədəniyyətinin  yayılması  və  bütün  türklər 
tərəfindən rahatlıqla başa düşülə bilən ortaq bir türk dilinin seçilmə­
si barədə məqalələr yazdı.
XIX  əsrin  ortalarında  Abdülqəyyüm  Nəsiri,  Mərcani  və  başqa 
Qazan yazıçılarının cəhdləri nəticəsində Qazan dialekti  əsasında müş­
tərək bir yazı  dili  meydana  gəldi.  Bu  dil  başqırd,  mişer,  noqay  kimi 
bölgə xalqları tərəfindən də anlaşılırdı. Ondan sonra şair və yazıçıların 
sayı çoxalmağa başladı və Avropa tərzində romanlar yazıldı.
Nəsiri  tatar  mədəniyyətinin  qurucusudur.  Tatar  türkcəsindən 
əlavə,  ərəbcə,  farsca,  osmanlıca,  çağatayca və  ruscanı  da çox  yaxşı 
bilirdi.  Onun  “Nəhv”  kitabı  rus  və  tatar  dillərində  yazılmışdır. 
“Təqvim”  adlı  əsər,  elmi-ədəbi  bir  məcmuə  olub  onun  tərəfindən 
24 il boyunca nəşr olundu.  Dil,  ədəbiyyat və elm haqqında m üxtəlif 
kitablar yazmışdı və eyni zamanda şair idi.
110


1905-ci  il  inqilabından  sonra  tatar  ədəbiyyatı  inkişaf etməyə 
başladı.  Şair və  yazıçılar,  əsərlərində  milli  və  ictimai  mövzuları  ələ 
aldılar.  Bundan  əlavə,  müxtəlif  siyasi  görüşlərlə  ədəbi  cərəyanlar 
ortaya  çıxdı.  O  cümlədən  tənqidi  realizmi,  demokratik,  inqilabçı, 
milli və islamçı cərəyanları saya bilərik.
Şair  Abdullah  Tuqay  tənqidi  realizm  cərəyanının  qabaqcıl 
nümayəndəsi  idi.  Məcid  Qəfuri  (başqırd  şair  və  yazıçısı),  Ələsgər 
Kamal,  Qəflır  Gül  Əhməd,  Qəfur Kamal  (dramaturq),  Fateh  Əmir- 
xanvəş,  Kamal  (teatr  oyunçusu)  kimi  yazıçılar  da  bu  ədəbi  axımın 
tərəfdarları  idilər.  Saqit  Fami  və  Nəcib  Dəmavi  romantik  şeirin 
təmsilçiləri idilər.
Abdullah  Tuqay  (1886-1913)  satirik  şeirin  təmsilçisi  idi  və 
orda  Şirvanlı  Mirzə  Ələkbər  Sabirin  rolunu  oynayırdı.  Həyatı  ağır 
şərtlərdə  keçirdi.  27  yaşında ikən vərəm xəstəliyindən öldü.  O,  şeir 
və məqalələrində xurafəçiliyi,  cəhaləti, mürtəceliyi və çar istibdadı­
nı  tənqid edirdi.  Onun “Yeni kəsik baş” adlı satirik poeması əski və 
dini bir hekayədən alınmışdır.
Romançılardan  Ayaz  İshaqi,  Sədri  Məqsudi  Arsalı  və  Rzaəd- 
din  bin  Fəxrəddinin  adlarını  saymaq olar.  Sədri  Məqsudi,  Sovet re­
jimi  qurulduqdan  sonra  Parisə  və  daha  sonra  İstanbula  gedib  İs­
tanbul Universitetinin müəllimi oldu.
Ələsgər  Kamal  dramatuıji  yaradıcılığına  ilk  əsəri  olan  “Baxt- 
sız  igid” (1900)  ilə başladı və ard-arda yazdığı  əsərlər və etdiyi tər­
cümələrlə Qazan ədəbiyyatının başma yerləşdi.  Digər tərəfdən Qazi 
Abdürrəşid  və  Zakir  Hadi  kimi  yazıçılar mətbuatda  yazdıqları  mə­
qalələrlə  xalqın  milli  duyğularını  oyandırırdılar.  1905-1917-ci  illər 
arasında  müxtəlif şəhərlərdə  qazan  türkcəsi  ilə,  təxminən  40  qəzet 
və 35  dərgi yayınlamrdı.  Onlardan ən önəmliləri bunlar idi:
Yusuf  Aqçora  tərəfindən  nəşr  olunan  “Qazan  müxbiri” 
(1905), “Fikir”, “Vaqt”, “Yulduz”, “Yeni Əsr”, “Oq” və s. dərgilər.
Yusuf Aqçora  daha  sonra  İstanbula  gedib  orada  türk  milliy­
yətçiliyi cərəyanına qatıldı.
Dərgilərdən  yalnız  Kamil  Mütiinin  “Əl  Əsrül-cədid”  (1906) 
dərgisini  qeyd etməklə kifayətlənirik.  Şairlərdən Məcid Qəfuri,  şair 
Qulu  Abdullah  Tuqay  (1886-1913)  və  Səid  Rəmini,  yazıçılardan
111


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə