Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə34/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   30   31   32   33   34   35   36   37   ...   48

Şəxs əvəzlikləri bunlardır:  min, sin, ul, bez, sez, alar.
Saylar isə belədir: ber, ike, üç, dürt, biş, altı, jide, sıqız, tuqız, un. 
İndiki zaman şəkilçisi: /-a, -ə, -ıi, -i/. Məsələn, “kaida” (qayıdır). 
Keçmiş  zaman  şəkilçisi:  /-di,  -ti,  -də,  -tə/.  Məsələn,  “kaıtdı” 
(qayıtdı).
Gələcək  zaman  şəkilçiləri  iki  növdür:  /-açaq,  -əçək/  və  /-ar, 
-ər, -ir,-ır/dir.
Tatar  türkcəsinin  mərkəzi,  qərbi  və  şərqi  olmaq  üzrə  üç  dia- 
lekti  vardır.  Bu  dialektlərin  hər birinin  fərqli  şivələri  vardır.  Ədəbi 
dil  daha  çox  Qazan  dialekti  (mərkəzi  dialekt)  üzərində  qurulmuş­
dur.  Ancaq  qərb  dialekti  (Mişar)  və  habelə  əski  tatar  türkcəsinin 
morfoloji xüsusiyyətlərinin də ona təsiri olmuşdur.
İndi  nümunə  olaraq  “Kərbəla  hadisəsi”  hekayəsindən60  bir 
neçə beyt nəql edirik:
Sol cirdə şəhid boldı iki pak zat 
Hiç kim coq ol arada qılatun dat 
Qan tökilkən qaynadı cir toffağı 
Xudayım ol zalımğa qılıb lənət 
Xəvaric colğa kirdi basın alıb 
Korsatmakka xanına alıb barub 
Alıb barub korsattı xanğa basın 
Sınılar zar cıladı qayğılanub 
Ubeydullahğa abkıldı iki basti 
Sımrlamıng korkanı zar cilastı 
Abkilkan bastı körüb Ubeydullah 
Munıng kimning bası dib cavab çaştı 
Ol xəvaric soyladı xanğa sözin 
Xanğa caqın qilmaqğa özi özin.
Azərbaycan türkcəsi ilə:
O  iki p a k  insan  orda  şəhid oldular.  Ancaq  onların  köməyinə 
gələn kimsə yox idi.
60 
Şeirlər Yusif Bəy Şeyxülislam oğlu Qul Qoydum tərəfindən  1897-ci ildə 
yazılmış və Qazanın Universitet mətbəəsində çap olmuşdur.
115


Qan  tökülüncə  yerdə  torpaq  qaynadı.  Allah  o  zalıma  lənət 
göndərdi.
Xaricilər girib başı aldılar. Xanlarına göstərməyə apardılar.
Başı  aparıb  xanlarına  göstərdilər.  Bacılar  uca  səslə  hönkür- 
hönkür ağladılar.
Başı alıb  Übeydullahın yanına apardılar.  Bacıların  ağlaması­
nı və inləməsini gördü.
Übeydullah  gətirdikləri  başı  görüncə:  “Bu  kimin  başı?”,  — 
deyib,  cavab istədi.
O xaricilər,  xana bir şey dedilər ki,  özlərini ona yaxın göstər­
sinlər.
Bu mətndə  göründüyü kimi /ş/ səsi /s/ ilə  (baş  yerinə bas);  /y/ 
səsi  /c/  ilə  (yoq  yerinə  coq);  /d/  səsi  /t/  ilə  (dad  yerinə  dat)  və  /p/ 
səsi  /f/  ilə  (topraq yerinə  tofraq)  əvəzlənir.  A ynca  söz  əvvəlindəki 
/b/ qorunmuşdur (bolmaq = olmaq, barmaq = varmaq).
116


Başqırdistan  Muxtar  Respublikasının  milli  dilidir.  Təxminən 
1.5  milyon  insan  bu  dildə  danışır.  Onların  bir  qismi  Tataristan,  Öz­
bəkistan,  Qazağistan, Tacikistan və Rusiyanın müxtəlif bölgələrində ya­
şayırlar. Bu dil Sovet rejiminin qurulmasından sonra rəsmi dil olmuşdur.
Başqırd sözü tarixdə İbn Fezlanm “Səfəmamə”sində,  Kaşğarlı 
Mahmud və Məsudinin əsərində və s.  nəql edilmişdir.  Başqırd sözü 
üçün  çox  mənalar irəli  sürülmüşdür.  Bu kəlmə  “birinci”  (qəbilələr) 
və ya “bozqurd”  (əski  türklər arasında müqəddəs heyvan) mənasın­
dadır.  Başqırdlar  Orta  Asiyadakı  İrtiş  çayı  ətrafından  köç  etmiş 
oğuz-qıpçaq  qəbilələrinin  qanşımından  meydana  gəlmişlər.  Dilləri 
oqur-fın və tatar türklərinin təsiri altında qalmışdır61.
1929-cu  ilə  qədər ərəb,  sonra  (1940-cı  ilə  qədər)  latın və  daha 
sonra da kiril əlifbalarını işlətmişlər. Bu dildə 12 səsli mövcuddur. Bunlar 
uzun, qısa, dodaqlanan, dodaqlanmayan, qalın və incə olaraq ayrılırlar.
/ç/ səsi  yalnız yad sözlərdə  işlənir,  /ç/ səsi /s/ və /s/ səsi də /x/ 
və /h/ ilə əvəzlənir:  “bıçaq” > “bısaq”, “sığır” > “xıyır”.
Söz əvvəlində, ümumiyyətlə, /p/ yerinə /b/ işlədilir.
Səslər arasında ahəng vardır.  İkinci hecada /o/ və /ö/ görünür.
Digər türk dillərində olduğu kimi vurğu son hecadadır.
Sual  şəkilçisi /-mi/ mövcuddur.
Bu  dildə  tatarca  kəlmələrin  təxminən  hamısına  rast  gəlinir. 
Çünki  bu  dil,  illərlə  onların  yazı  dili  olmuşdur.  Sovet  hakimiyyəti 
dövründə dilin söz tərkibində əsaslı dəyişikliklər olmuşdur. Ərəbcə- 
farsca kəlmələrin yerinə  rusca kəlmələr daxil  olmuş,  ayrıca bir çox 
kəlmə də dialekt və şivələrdən alınmışdır.
Fellər
İndiki zaman şəkilçisi /-a, -yı/; keçmiş zaman şəkilçisi /-dı, -ğan, -inə, 
-ay/; gələcək zaman şəkilçisi /-ır, -acaq/dır. Əmir kipi üçün ‘Ъагаунп”, icbar 
kipi üçün “baralumbar”; inkar kipi üçün /-ma,  -mə/ və “yoq” işlədilir.
Oğuzcada olduğu kimi bu dildə də 5 növ fel mövcuddur:  təsir­
li, təsirsiz, məchul, qayıdış və iltizam.
Bu dildə şərqi və cənubi olmaq üzrə iki şivə görünür.
61 
Bir çox müəllifə görə, başqırdlar mənşə etibari  ilə oqur-fın və ya Ural tayfala- 
nndandırlar.
BAŞQIRD TÜRKCƏSİ
117


Bu  dil,  oğuz-qıpçaq-bulğar tayfalarının  qanşımından  meyda­
na gələn bir xalqın dilidir.  Muxtar Qaraçay-Çərkəz bölgəsində,  Ka- 
barda-Balkar  Muxtar  Respublikasında  və  Orta  Asiyada  yaşayırlar. 
Toplam  nüfuslan  197  minə  yaxındır.  Qaraçaylılar  131  min  və  bal- 
karlar 66 min nəfərdirlər.
Bu  dil  Sovet  rejiminin  qurulmasından  sonra  rəsmiləşib,  yazı 
dili oldu. Bu üzdən də kiril əlifbasını  seçmişlər.  Böyük Balkar şairi, 
“Yaralı  daş”  adlı  şeir məcmuəsinin  müəllifi  Qaysın  Quliyev  dövlət 
mükafatı almışdır.
Qaraçay  və  ya  Balkar  türkcəsində  8  səsli  vardır  və  /dj/,  /kq/, 
/nq/ və /qq/ samitləri sonradan əlavə edilmişdir.
Səslilər arasında ahəng vardır. Dodaqlanan səslilər arasında da 
birinci  və  ikinci  hecalarda  ahəng  qorunmuşdur.  Ancaq  şəkilçilərdə 
ahəng pozulur.
Kəlmə  tərkibi  əsasən  türkcə  sözlərdən  əmələ  gəlir.  Məsələn, 
“baş”,  “manqılayı”  (alın),  “bet”  (üz),  “köz”  (göz),  “auz”  (ağız), 
“til” (dil), “meyik” (bıyıq), “çirçik” (böyrek), “kiştik” (pişik), “buz” 
(dolu).
Bu  dilə  moğol,  ərəb,  fars,  osset,  adik,  rus  və  latın  dillərindən 
də bol miqdarda kəlmə daxil olmuşdur.
Cəm  şəkilçiləri  /-la/  və  /-lə/dir.  Ancaq  yiyəlik  şəkilçisi  əlavə 
olunduqda  /-lar/  və  /-lər/  olur.  Məsələn:  “almalarım”.  Yiyəlik  şə­
kilçiləri  oğuz  türkcəsinə  bənzəyir.  Cəmdə  birinci  və  ikinci  şəxslər 
fərqlidir.  Əvəzliklər  və  saylar  baxımından  oğuz  qrupu  kimidir. 
Üçüncü şəxs tək əvəzliyi “ol” və üçüncü şəxs cəm “alar”dır.
İşarət  əvəzlikləri  fərqlidir  və  bunlardan  ibarətdir:  “bıyaqı”, 
“bərqi”, “arqı”, “bılayı”, “ancaşar” və “meyçançı”.
Sual əvəzliyi isə “nərək”dir.
Saylarda  20-lik  sistemi  hakimdir.  Yəni  40-a  “iki  djırma”  (iki 
igirmi), 60-a “üç djırma” və  100-ə “beş djırma” deyilir.
Fel  şəkilləri  əmir,  xəbər,  şərt  və  arzu-istəkdən  ibarətdir.  Yal­
nız arzu-istək şəkli oğuzcadan fərqlidir.  Birinci  şəxs  şəkilçisi  olaraq 
“-ayı” və “-eyi” işlənir: “açayı” (açım), “açanık” (açaq).
QARAÇAY-BALKAR TÜRKCƏSİ
118


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə