Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə35/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

İndiki zaman və gələcək zaman şəkilçiləri də qəti və qeyri-qəti 
olduğuna görə iki növdür:
Qeyri-qəti  üçün  /-ir,  -ar,  -ər/  şəkilçiləri  işlədilir:  “kəlirma” 
(gəlirəm), “kəlirbiz” (gəlirik).
Qəti növü üçün /-lik/ işlənir: “kəllikmə” (gələcəyəm).
Morfologiya baxımından da oğuzca ilə eynidir.
/-nin/  yiyəlik  şəkilçisinin  sonundakı  /n/  düşür.  Yəni  “Bakının 
metrosu” yerinə “Bakını metrosu” deyilir.
Cümlələrdəki  kəlmələrin  sırası  digər türk  dillərindəki  kimidir 
və bəzən də tərsi görünür. Yəni xəbər mübtədadan öncə gəlir.
Bu dilin bir-birinə yaxın iki dialekti vardır:
Qaraçay-Baksan-Çəqəm və ya /s/ yerinə /ç/ (saç yerinə çaç) və 
/y/ yerinə /dj/ (yer yerinə djer).
Balkar  və  ya  /ts/,  /z/  dialekti.  Bu  dialektdə  /ç/  səsi  /ts/  ilə  və 
/dj/ səsi /z/ ilə əvəzlənir, /k/ səsi IxJ; /Ы səsi /f7 ilə əvəzlənir. Ayrıca 
cəm şəkilçisində /r/ qorunmuşdur [363]  (lar).
Aynca Qulam Bəznəqi  dialekti  də yuxarıdakı hər iki dialektin 
xüsusiyyətlərinə  malikdir.  Digər  şivələrdən  fərqli  olan  Çerek  şivə­
sində  /ts/  səsi  /ç/  ilə;  /z/  səsi  /j/  ilə;  til  səsi  /p/  və  ya  /b/  ilə  əvəz­
lənmişdir.
119


Bu dil,  təxminən 228  min  nəfər nüfusu  olan  Dağıstan  Muxtar 
Respublikasında yaşayan qumuqlara aiddir.  Qumuqlar oğuz və  qıp­
çaq  tayfalarının  qarışmasından  meydana  gəlmişdir  (X I-X III  əsr­
lərdə).  Bu  dilin  formalaşmasında  bulğar,  xəzər,  oqur-fın  və  slav 
tayfalarının da təsiri olmuşdur.
Qumuq ədəbi  dili  Sovet hakimiyyəti  dövründə  form alaşm ış 
və  bu barədə  Bəkir  Çobanzadə  ilə N .K .D m itriyev  tədqiqat  apar­
mışdır.
XIX əsrin ortalarından etibarən qumuq xalq şeiri və  ədəbiyya­
tı, milli  şair Irçı Qazaq, Manay Əli  Bəyli  və Məhəmməd  Osmanza- 
dənin ortaya çıxması ilə böyük ölçüdə inkişaf etdi.
Qumuqlann  folkloru  zəngindir.  Milli  qəhrəmanları  Ay  Qazi­
nin epik mahnısı məşhurdur.
Qumuq  türkcəsində  sözlərin  çoxu  türkcədir.  Məsələn,  “baş”, 
“başqa”,  “sən”,  “biz”,  “at”,  “aç”,  “için”  (üçün),  “tur”  (dur),  “kal” 
(qal)  və  s.  Qıpçaq və  oğuz  kəlmələri  sinonim  olaraq  işlənir:  “yurt- 
kənt  (yurd),  “sığır-inək”,  “pilav-aş”,  “yel-kültik  (yel-külək),  “dağı- 
genə”,  “beriv-canavar-qurd”.  Bundan  əlavə  rus,  ərəb,  fars  və  Qaf­
qaz dillərindən də bir çox kəlmə bu dilə daxil olmuşdur.
Bu dildə 8 səsli və 23  səssiz vardır.
/ə/ danışıq dilində işlənir, ancaq ədəbi dildə yoxdur.
Qalın  səslər  arasında  ahəng  vardır:  “başlamak”,  “içindəqi”. 
Ancaq dodaqlananlar arasında üçüncü və daha sonrakı hecalarda və 
bir də şəkilçilərdə pozulur.
Bu dildə assimilasiya çoxdur:  “qetti” (getdi), “bitti” (bitdi).
Müxtəlif isim hal  şəkilçiləri,  digər türk  dillərindəki  kimidir. 
Ancaq  /-qa/  və  /-gə/  şəkilçiləri  əski  türkcədəki  kimi  qorunm uş­
dur.  Yiyəlik  və  təsirlik  hallarının  şəkilçisi  /-ni/dir.  Qalanı  oğuz 
qrupundakı  kimidir.  Cəm  şəkilçisi  /-lar/  və  /-lər/dir.  Ancaq  yi­
yəlik  və  təsirlik  hallarında  /-r/  düşür:  “aşlar”  (çörəklər),  “aşlanı” 
(çörəkləri),  “aşlaqa”  (çörəklərə).  Saylar  və  əvəzliklər  də  oğuzca- 
dakı kimidir.
QUMUQ TÜRKCƏSİ
120


Fel hallanmaları
İndiki  zaman  qıpçaqcada  olduğu  kimidir:  “ayıtaman”  (deyi­
rəm),  “qələmən”  (gəlirəm),  “qələsən”  (gəlirsən).  Keçmiş  zaman 
da  bəzən  qıpçaqcaya  bənzəyir:  “ayıtqanmən”  (dedim),  “qəlqən- 
m ən”,  “ayıta  idim”,  “qələr idim”,  /-imiş/ şəkilçisi  işlənmir.  Gələ­
cək  zaman  oğuz  qrupunda  olduğu  kimidir.  Yəni  həm  /-ar,  -ər/ 
şəkilçiləri,  həm  də  /-ajak,  -əjək/  şəkilçiləri  ilə  düzəlir:  “aytar- 
m an” və ya “aytajakman”.
Feli  bağlama  şəkilçisi  neçə  şəkildədir:  /-ip/, /-up/,  /-yup/,  /-p/, 
/-a/, /-e/, /-i/, /-maylı/, /-meyli/, /-qınça/, /-qinçə/ və s.
Söz  düzümü  (nahiv)  və  sözün  düzəni  baxımından  Oğuz 
qrupuna  bənzəyir:  ’’Kitabıni  sen  kiyadan  algan  bu  samk  men  də 
şundan alajakman” (Senin kitabı aldığın yerden ben də alacağım).
Qumuq  dilində  üç  və  ya  beş  şivə  mövcuddur:  Buynak,  Xay- 
tak,  Xasavyurt,  Kaydak və  Dağ Eteği.  Ədəbi  dil Boynak və Xasav- 
yurt şivələri üzərində qurulmuşdur.
121


KARAİM DİLİ
Karaim dili qıpçaq qrupuna bağlı olmuş və hun, xəzər, bulğar, 
oğuz dilləri ilə slav, ərəb və fars dillərindən təsir almışdır.
Karaimlər  Yəhudiliyin  Karay  təriqətinə  mənsub  olduqları 
üçün  bu  adı  seçmişlər.  Keçmiş  Sovetlərdə  və  Polşada  yaşayırlar. 
Sovetlərdə  Litvaniya  və  Ukrayna  respublikalarında,  Moskva,  Le­
ninqrad,  Rastov  və  Qırımda  məskundurlar.  Dilləri  rəsmi  olmadığı 
üçün yox olmaq təhlükəsi ilə qarşı-qarşıyadırlar.  Sovetlərdəki nüfu- 
su 6 mindir.  Böyük bir qismi də Varşava və Polşanın digər şəhərlə­
rində yaşayırlar.
Karaimlər X-XI əsrlərdə Qınma gedərək qınm  tatarları  ilə  qa­
rışdılar və daha sonra XIV-XV əsrlərdə Ukraynaya köçdülər.
Dilin  lüğət  tərkibinin  təməli  türkcə  sözlərdən  meydana  gəlir 
və  bu  dildə  əski  türkcə  kəlmələr  də  çoxdur,  “yav”  (yağ),  “turya” 
(doğmaq),  “tarlav”  (tarla),  “otru”  (əleyhinə),  “butar”  (qənimət), 
“öksiyüz” (yetim).
Günlərin və ayların adı digər türk dillərindən fərqlidir.
Karaim dilində iki ləhcə vardır:  Terakay və Kaliç.
Terakay  ləhcəsində  8  səsli  vardır.  Ancaq  Kaliç  ləhcəsində  /ö/ 
və /ü/ səsliləri yoxdur, /o/ saiti yalnız kəlmələrin başında işlənir.
Bu dildə bir neçə diftonq vardır. Ayrıca /dj/, /dz/, /ts/, /j/ və /h/ 
samitləri də mövcuddur.
Damaq  səsləri  arasında  ahəng  vardır.  Ancaq  dodaq  məxrəc­
lərində bəzən ahəng pozulur.  Slav dilinin təsiri ilə bu dilə ön şəkilçi 
daxil  olmuşdur:  “namunilurax”  (ən böyük),  “nikayda”  (heç  bir yer­
də), “nikisidə” (hiç kimsə), “nə bu yandı bu” (bu nə deməkdir?).
Eyni  şəkildə  slav  dilinin  təsiri  ilə  cins  kateqorisi  (ka,  qa,  ça, 
çiya) bu dildə mövcuddur.
İsmin  hal  şəkilçiləri,  xüsusilə  Kaliç  ləhcəsində  oğuz  türkcə­
sinə bənzəyir.
“ilə” yerinə “ba”  işlənir:  “atımba”  (atımla).  Aynca yönlük hal 
şəkilçiləri  /-qa,-qə,-ka,-kə/  qorunmuşdur:  Məsələn,  “ovul”  (oğul), 
“ovulnun”  (oğlun),  “ovulnu”  (oğlu),  “ovulba”  (oğulla),  “ovulqa” 
(oğula), “ovulda” (oğulda), “ovuldan” (oğuldan).
122


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə