Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə37/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

YENl UYĞUR TÜRKCƏSİ
Yeni  uyğur türkcəsi,  əski  uyğurcanm  davamı  olub  cənub-şərq 
qrupuna  aid  edilir.  Uyğur türkləri  Göytürklərdən  sonra yeni  yazıya 
keçdilər  və  VIII  əsrdən  başlayaraq  da  Mani  mətnləri  yazmaq  üçün 
yeni soğdi əlifbasını işlətdilər.
Uyğurlar  uyğur  dövlətinin  qırğızlar  tərəfindən  yıxılmasından 
sonra bölündülər.  Onların bir hissəsi  Şərqi Türkistana və bir hissəsi 
də  Qansu  əyalətinə  getdilər.  Bir  hissəsi  isə  Orta  Asiyaya  gedib 
qaraxanlılar dövlətinin quruluşunda iştirak etdilər.
Yeni  uyğurlar  şərqi  Türkistanda  (Sincan və ya Muxtar Uyğur 
Əyaləti)  və  300 mindən  çoxu da (əski)  Sovetlərdə yaşayırlar.  Sovet 
uyğurlan  Özbəkistan,  Qazağistan  və  Türkmənistanda  (Fərğana  və 
Yedi  irmaq)  məskundurlar.  Beləliklə,  bir-birindən  bir  az  fərqli  iki 
uyğur  ədəbi  dili  yaranmış  ki,  bu  fərq  daha  çox  alınma  sözlərdə 
(rusca, çincə) gözə çarpır.
ŞƏRQİ TÜRKİSTAN
Şərqi  Türkistan  Şərqi  Çinin  bir hissəsidir.  Bu  bölgəni  çinlilər 
“Sinkiyang”  adlandırır.  13  milyon  nüfiısu  olan  Şərqi  Türkistan, 
yerli  türklərdən  və  mühacir  çinlilərdən  meydana  gəlir.  Türk 
tayfaları bunlardan ibarətdir:
1.  Uyğurlar və ya Sardlar şəhərlərdə və ya köylərdə yaşayırlar 
(təxminən 6 milyon).
2.  Qırğız  və  qazaxlar  köçəri  olaraq  yaşayırlar  (təxminən 
1  milyon).
Uyğur  türkləri  əski  türklərin  arasında  ən  çox  inkişaf  etmiş 
mədəniyyətə  malik  idilər.  Şərq  türklərindən  minlərlə  əlyazma 
yadigar  qalmışdır  ki,  onlardan  təxminən  30  mini  Berlin  Akademi­
yasında,  4  mini  Leninqrad  kitabxanasında,  bir  hissəsi  də  Britanya 
muzeyində  və  Paris  Milli  Kitabxanasında  saxlanılır.  Sənədlərin  bir 
hissəsi  yaymlanmışdır  (əski  uyğur mətnləri,  hüquqi  sənədlər,  Mani 
mətnləri və dualar).
127


UYĞUR TÜRKLƏRİNİN QISA TARİXİ
Uyğur türkləri  Göytürk  dövləti  dövründə  onlara tabe  idilər  və 
Baykal  gölünün  cənubundakı  bozqırların  hakimiyyəti  onlara  veril­
mişdi.  745-ci  ildə uyğur xanı  İltəbər,  Basmil  xanı  ilə  Göytürk  döv­
lətini  yıxıb,  uyğur  dövlətini  qurdu.  Hakimiyyət  dairəsini  Turfan, 
Beş  Balıq,  Kuça  və  Karaşara  qədər  genişlətdi.  Buqu  xaqan  zam a­
nında  Çinin  şimalını  ələ  keçirdilər.  Mani  dinini  qəbul  edən  Xaqan 
xalqı bu dinə dəvət etdi.  Mani  dinini  qəbul  etdikdən  sonra uyğurla­
rın  müharibə  gücü  azalmağa  başladı.  Ancaq  elm,  sənət  və  ticarət 
inkişaf etdi.  840-cı  ildə qırğızlarla aparılan müharibədə xaqan  öldü. 
Qırğızlar,  uyğurların  paytaxtı  Ordu  Balıq  şəhərini  ələ  keçirib, 
əhalinin bir çoxunu öldürdülər.  Uyğurların çoxu ətrafa köç  etdi.  Bir 
hissəsi qərbdə  qarluqlara sığındı.  Bir hissəsi  isə  şərqdə  Turfan,  Ka- 
raşar və Qansuda məskunlaşdı.  Turfan bölgəsində yaşayan uyğurlar 
865-ci ildə xaqanlığı elan etdilər.  Çinin köməkliyi ilə moğol  istilasma 
qədər (1209)  müstəqilliklərini  qorudular.  Uyğurlar mütərəqqi  bir mə­
dəniyyətə malik idilər.  Əl  sənətlərində,  rəsmdə  və  xüsusilə  də  minia­
türdə qiymətli əsərlər yaratdılar.  Ondan sonra uyğurlar şərqi  Türkista- 
nın şimalında moğol himayəsi altında yanmüstəqil dövlətlər qurdular. 
1514-cü  ildə  Türkistan  dövləti  Doqlatlardan  olan  Səidilərin  əlinə 
keçdi.  Onların  hakimiyyət  mərkəzi  Yarkənd  idi.  1679-cu  ildə  səl­
tənəti xocalar ələ keçirərək paytaxtı Kaşğərə daşıdılar.
1757-59-cu  illərdə  çinlilər  Türkistanın  daxili  üsyanlarından 
faydalanaraq  öncə  Türkistanın  şimal  hissəsini  və  1760-cı  ildə  də 
cənubunu  işğal  etdilər.  Çinlilər rəsmi  dinlərini  türkistanlılara  qəbul 
etdirməyə çalışırdılar. Bu vəziyyət müsəlman türklərin müqaviməti­
nə  və  üsyanına  səbəb  oldu.  XVIII  əsrin  ikinci  yarısından  bu  günə 
qədər Türkistan beş  dəfə  çinlilər tərəfindən  işğal  edilmişdir.  Ancaq 
ölkə  xalqı  əlli  dəfədən  çox  silahlı  mübarizə  aparmış  və  müstəqillik 
yolunda  çinlilərlə  savaşmışdır.  Bu  müddət  ərzində  bəzən  müstəqil, 
bəzən  də yanmüstəqil  olmuşlar.  1911-ci  ildə  yenidən  Çinə  tabe  ol­
dular.  Ancaq  1933-cü  ildə  Şərqi  Türkistan  Müstəqil  Cümhuriyyəti 
Xoca Niyazinin rəhbərliyi  altında Kaşğərdə  elan  edildi.  Bir il  sonra 
Sovet Qızıl Ordusu Şərqi Türkistana hücum etdi və üçillik dayanışa
128


baxmayaraq,  oranı  təsərrüf etdi.  On  il  sonra,  yəni  1944-cü  ildə  So­
vet  ordusu,  almanlarla  apardığı  müharibə  səbəbi  ilə  Türkistandan 
çıxdı.  Türkistan Cümhuriyyəti yenidən Əlixan Tudənin rəhbərliyin­
də  İli  şəhərində  elan  edildi.  Ancaq  Çin  müdaxiləsi  nəticəsində  bir 
müddət  koalisiya  hökuməti  iş  başına  gəldi  və  1949-cu  ildə  də  Çin 
Qızıl ordusu Türkistanı işğal etdi.  Bəziləri müqavimət göstərib, par- 
tizanlıq  mübarizəsini  davam  etdirdilər.  Ancaq  bir  müddət  sonra 
məğlub  oldular.  Onlann  bir hissəsi  Hindistana  və  oradan  Türkiyə  və 
Ərəbistana getdilər. Bir hissəsi də Pakistan və Əfqanistanda qaldı.
*  *  *
Şərqi Türkistanda uyğur türkcəsi rəsmi dildir və bundan bir neçə 
il  əvvələ qədər ərəb əlifbası işlənirdi.  Ancaq sonra latın və daha sonra 
yenə  ərəb  əlifbası  işləndi.  Məktəblərdə  ilk  dörd  ildə  türk  dili  tədris 
edilir və daha sonra Çin dili və bu dilə olunmuş tərcümələr öyrədilir.
Şərqi Türkistan dili xaqaniyyə türkcəsinin davamıdır və yeni uy- 
ğurca  adlandırılır.  Qaraxanlılar  hakimiyyəti  dövründə  Kaşğər  şəhəri 
hakimiyyətin və  türk mədəniyyətinin mərkəzi  idi.  “Qutadqu bilik” və 
“Divani-lüğat-it-türk”  kimi  türkcənin  ən  gözəl  ədəbi-mədəni  əsərləri 
bu dövrdə yazıldı.  Şərqi Türkistanm mərkəzi Urumçudur.
Müasir uyğur dili, XVI əsrin sonlarından başlayaraq yeni döv­
rə daxil oldu və inkişaf edərək XX əsrin əvvəllərində milli ədəbi dil 
şəklini aldı.
XVI  əsr türk dilləri üçün bir dönüm nöqtəsidir.  Bu əsrdən eti­
barən  müxtəlif  bölgələrdə  müxtəlif mədəniyyət  mərkəzləri  qurul­
muş  və  xalq  bu  mərkəzlərdə  bir-birləri  ilə  daha  çox  münasibət  qu­
rub,  qaynaşmışdır.  Sonrakı  əsrlərdən  etibarən  də  ədəbi  dillər  mey­
dana gəldi.  Müasir uyğur ədəbi  dili  XVII  əsrdən başlayaraq  forma­
laşıb, tədricən xalqın dilinə yaxınlaşdı.
Kəlmə  baxımından  əski  uyğur  sözlərinin  çoxu  indiki  dildə 
mövcuddur:  “adak”  (ayaq),  “bol”  (ol),  “bu”  (bu),  “kişi”  (insan), 
“söz”  (söz),  “tənn”  (tanrı),  “tört”  (dörd),  “baş”  (baş),  “oğul”  (oğul) 
və  s.  Bununla  belə  əski  yazı  və  kitablarda  olan  sözlərin  bir hissəsi 
bu  gün  işlənmir.  Kəlmələrin  çoxu  oğuz  qrupu  ilə  eynidir:  “ata”, 
“ana”,  “bala”,  “köz”  (göz),  “arpa” və  s.  Bundan  əlavə,  bəzi  moğol-
129


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə