Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə38/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

ca,  ərəbcə,  farsca, rusca və çincə kəlmələr də yeni uyğurca şivələri­
nə  daxil  olmuşdur.  Əlbəttə,  rusca  sözlər  Sovet  türklərinin  və  çincə 
sözlər isə şərqi Türkistanlılann dilinə sirayət etmişdir.
Yeni uyğurcada 8 səsli və 26 səssiz vardır.
Bu dildə /ı/ səsi yoxdur və yalnız alınma sözlərdə işlənir.
İndiki  zaman  şəkilçisi:  /-a/,  /-ə/,  /i/,  /-makta/,  /-məktə/.  M əsə­
lən,  “turamən”  (dururam),  “köstərməktə”  (göstərməkdə),  “yürmək- 
tə” (yeriməkdə).
Gələcək zaman, /-makçı/, /-mikçi/, /-ar/, /-ər/ şəkilçiləri  ilə dü­
zəlir: “almakçı” (alacağam), “ötər” (keçəcək).
Məsdər şəkilçisi /-mak/ və /-mək/dir.
Feli  sifət  şəkilçisi  /-ğan/,  /-gən/,  /-kan/,  /-kən/,  /-ar/,  /-ər/,  /-r/, 
/-ğuçı/ və /-quçı/dır.
Cümlə  quruluşu  digər  türk  dillərinə  bənzəyir.  Yəni  mübtəda 
cümlənin əvvəlində, xəbər sonunda gəlir və bəzən də bunun tərsi olur.
Yeni  uyğurcanm  Kaşğər,  Yarkənd,  Aqsu,  Kuçar,  Karaşar,  İli, 
Turfan,  Xotən və  Labnur kimi  dialektləri  vardır və  Labnur  dialekti 
digərlərindən fərqlidir.
SALAR TÜRKCƏSİ
Çinin  Siyunxova,  Teinxay  və  Qansu  əyalətində  yaşayan 
40  min  insan  bu  dildə  danışır.  Bu  dili  uyğur  dilinin  bir  ləhcəsi 
sayırdılar.  Halbuki tarixi baxımdan oğuz-türkmən qrupuna bağlıdır. 
Çünki  salarlar  salur  (oğuz)  qəbiləsindən  olub,  XIV  əsrdə  (1370) 
Türkistandan Çinə mühacirət etmişlər.
Salarlar  Qaraman  və  Ağman  adlı  iki  qəbilədən  meydana  gəl­
mişlər.  Öz rəvayətlərinə görə,  Şeyx Əhməd Yasəvinin (Piri-Türkis- 
tan) oğlunu öldürdükləri üçün Şeyxin qəzəbinə məruz qalmış və öl­
kələrini  tərk  etməyə  məcbur  olmuşlar.  Qaraman  və  Ağman  türk­
mənlərin Təkə tayfasından olan iki qardaş idilər.
DU xüsusiyyətləri:  Salar türkcəsi  söz tərkibi baxımından oğuz 
və  qıpçaq  türkcəsinin  xüsusiyyətlərinə  malikdir.  Ayrıca  bu  dildə 
ərəb,  fars,  çin, tibet və moğol  dillərinə  aid kəlmələr də  görünür.  Bu 
dildə  qərb,  şərq  və  orta  olmaq  üzrə  3  dialekt  vardır.  Qərb  dia- 
lektində /a/ səsi /e/ ilə, /e/ səsi /i/ ilə əvəzlənir.
130


V
UYĞUR-OĞUZ QRUPU
Bu  dillər  Göytürk  və  ya  əski  oğuz  və  əski  uyğur  tayfalarının 
dillərinin  qarışmasından  meydana  gəlib,  tuva,  karaqas,  xakas  (aba- 
kan),  şor, barabin, çulım və ya küyerik dillərindən ibarətdir.
San uyğur və salar dillərini də bir həddə qədər bu qrupdan sa­
ya  bilərik.  Bu  dillərdə  əski  türk  dili  Göytürkcənin  və  uyğurcanm 
xüsusiyyətləri müşahidə olunur.
X  əsrə  qədər bu iki  dil bir-birinə çox yaxın idi.  Sonra (X-XIII 
əsrlərdə)  uyğur dili  dəyişdi.  Belə ki,  söz ortasında /y,  t,  d,  z/ səsləri 
və  söz  sonunda /y,  t,  s/ səsləri  bir-biri  ilə  əvəzləndi.  Aynca söz  so­
nunda /ğ/ və /q/ çox  işlənir.  Dodaqlanma böyük ölçüdə  aradan  get­
miş, ancaq sağır /n/ qorunmuşdur.
Uyğur  və  oğuz  dilindəki  fərqliliyi  aşağıdakı  kimi  sıralaya bi­
lərik:
Uyğurca /m/ ~ oğuzca /b/.
Uyğurca /t/ ~ oğuzca /d/.
/q/ və /ğ/ səsləri uyğurcada qorunmuş, oğuzcada düşmüşdür.
Müasir dillərdə yuxanda qeyd olunan qədim xüsusiyyətlərdən 
əlavə  yeni  xüsusiyyətlər  də  meydana  gəlmişdir.  Məsələn,  tuva  və 
karaqas  dillərində  /y/  səsi  /d/  ilə  əvəzlənmiş,  ancaq  xakas,  bur  və 
kamasin dillərində /y/ səsi /z/yə dönüşmüşdür.
Baskakov  xakas,  şor,  kamasin  və  çulım  dillərini  xakas  qru­
pundan  sayır.  Bu  qrupda  söz  əvvəlində  /y, j,  c,  s/  səsləri  /ç/ və /n/ 
yerinə işlənir və söz ortasında /m/  səsi /b/ ilə əvəzlənir.
131


TUVA TÜRKCƏSİ
Moğolistanın  şimal-qərbində  yerləşən  Tuva Muxtar Respubli­
kasının (paytaxtı Qızıl şəhəri) xalqı bu dildə danışır.
Dil  baxımından  oğuz-uyğur  qrupuna  daxildir.  Rəşid  Rəhməti 
Aratın təsnifındə  “adak”,  “tağ”,  “tağlığ”,  “qalğan”  xüsusiyyətlərinə 
görə “d” qrupundan sayılmışdır.
Tuva türkcəsi  1930-cu ildən  sonra təhsil  və  mətbuat dili  oldu. 
1921-ci  ilə (Milli Azadlıq İnqilabı)  qədər Tuva xalqı  moğol  dilində 
təhsil  alıb,  ehtiyaclarını  bu  dil  vasitəsilə  qarşılayırdılar.  Sovetlərə 
ilhaq edildikdən sonra (1944) Tuva türkcəsi ədəbi dil olaraq inkişaf 
etdi və milli dilə çevrildi.  1941-ci  ilə qədər latın əlifbasından  istifa­
də olunurdu və ondan sonra kiril əlifbası rəsmiləşdi.
Təxminən  166  min nəfər bu dildə  danışır.  Onların  əksəriyyəti 
Tuvada və  qalan  hissəsi  Krasnoyarsk  vilayəti  və  Moğolistanda  ya­
şayırlar.  Bu  xalqa  Soyun  və  ya  Sayan  və  Tivakiji  də  deyilirdi.  Bu 
dil, əski tukyu (əski oğuzca) və uyğur dilinin qarışmasından meyda­
na gəlmiş, moğolca və uqor-fın dillərinin də təsiri altında qalmışdır.
Son illərdə rus dilindən bir çox söz bu dilə daxil olmuşdur. Ayrıca 
bu dildə çincə, ərəbcə, farsca, hindcə və yunanca sözlər də görünür.
Tuva dilində kəlmənin mənasım dəyişdirən  8  qısa və  8  uzunsəsli 
vardır.  Məsələn,  “bar”  (var),  “baar”  (cigər),  “yer”  (ər),  “yeer”  və  ya 
“eer”  (qayıtmaq),  “ol”  (o),  “ool”  (oğul),  “ur-”  (səpmək),  “uur”  (ayağa 
qalxmaq), “dün” (gecə), “düün” (dünən), “suk” (vur), “suuk” (soyuq).
Tuva türkcəsi kəlmələrindən bir neçə nümunə:
“ada”  (ata),  “ay”  (ay),  “baş”  (baş),  “kara”  (qara),  “iyi”  (iki), 
“kiji”  (kişi),  “yədək”  (ətək),  “ol”  (o),  “tos”  (nə),  “çok”  (yox),  “ot” 
(od),  “böri”  (qurd),  “xöl”  (göl),  “kök”  (göy),  “kör”  (gör),  “dus” 
(düz), “kuyduk” (quyu).
Tuva türkcəsində səslər arasında ahəng yoxdur.
Bu  dildə  assimilyasiya,  metatez  hadisələri  və  bəzi  səslərin 
düşməsi müşahidə olunur.
Bu dildə 22 samit vardır.
/f/, /y/ və /ş/ səsləri yalnız alınma sözlərdə işlənir.
/b/  səsi  yalnız  söz  əvvəlində  görünür və başqa yerlərdə  /p/  və 
/v/ səsləri ilə əvəzlənir.
132


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə