Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə39/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

/у/  səsi  saitlər  arasında  /d/yə  dönüşür.  Bu  üzdən  bu  dili  “d” 
qrupuna  daxil  edirlər.  Məsələn,  “adak”  (ayaq,  qədəh),  “adır-”  (ayır-), 
“bedik” (böyük), “adık” (ayı).
Oğuz dili  ilə müqayisə etdiyimizdə /ş/ yerinə /j/ (kişi~kiji), /z/ 
yerinə  /s/,  /y/  yerinə  /ç/  (yaz-ças),  /g/  yerinə  /x/  (gün~xun),  /q/  ye­
rinə /x/ (qar~xar;  qol~xol), /g/ yerinə /k/ (gir~kir) və s.  işlənir.
Bu  dildə  sağır /n/ mövcuddur və  müstəqil  bir  səs  kimi  işlədi­
lir:  “on” (on), “ong” (sağ tərəf), “mən” (mən), “məng” (xal).
ismin hallan 6-7 növdür.
Yiyəlik hal şəkilçiləri: /-ning/, /-ding/, /-tin/.
Yönlük hal şəkilçiləri: /-qa/, /-qə/, /-ka/, /-kə/.
Təsirlik hal şəkilçiləri: /-ni/, /-di/, /-ti/.
Yerlik hal  şəkilçiləri: /-da/, /-də/, /-ta/, /-tə/.
Çıxışlıq hal şəkilçiləri: /-dan/, /-dən/, /-tan/, /-tən/.
Saylar  bir  az  fərqlidir.  Məsələn,  “üjen”  (30),  “dörten”  (40), 
“bejen”  (50),  “aldan”  (60),  “yeden”  (70),  “sezen”  (80),  “tozan” 
(90).  Milyona “milyon”dan əlavə “saya” (moğolca) da deyilir.
Sıra  saylan  şəkilçisi  /-ku/,  /-ki/,  /-gi/,  /-duqaar/  (moğolca): 
“uşku” və ya “uşduqaar” (üçüncü).
Şəxs əvəzlikləri:  “mən”, “sən”, “ol”, “bis”, “silər”, “olar”.
Fel növləri:  məlum, məchul, qayıdış, qarşılıqlı və vacib.
Fellərdə inkar şəkilçisi: /-ma/, /-mə/, /-ta/, /-tə/, /-ba/, /-bə/, /-va/, /-və/.
Qəti keçmiş zaman şəkilçisi: /-di/, /-du/, /-ti/, /-tu/ (kəldim, kəldi).
Nəqli  keçmiş  zaman  üçün  oğuz  türkcəsində  mövcud  olan 
/-miş/  işlənməz.  Bəlkə,  bu  dildə  və  şor,  xakas  və  altay  dillərində 
/-qan/ şəkilçisi işlənir:  “alqan mən” (almışım).
İndiki  zaman  şəkilçisi  iki  növdür:  1.  /-p  +  -tur/:  “körüp  tür- 
mən”  (görürəm).  2.  /-а,  у +  dır/:  “körədir mən”  (görürəm),  “baday- 
dır sən” (düşünürsən).
Gələcək  zaman  üçün  də  iki  növ  şəkilçi  mövcuddur:  1.  /-r/: 
“kəlir  mən”  (gələcəyəm),  inkar  forması  “kəlbəs  mən”  (gəlməyəcə­
yəm).  2. /-kalak/ (-qalak):  “barqalak bis” (indi gələcəyik).
Cümlə  quruluşu  və  kəlmələrin  tərtibi  digər  türk  dillərində 
olduğu kimidir. Yəni öncə mübtəda, sonra xəbər gəlir.
Tuva dilində bir-birindən çox fərqi olmayan 4 dialekt mövcuddur. 
Ədəbi dil əksəriyyətin dili olan mərkəz dialekti əsasında formalaşmışdır.
133


TOFA (KARAKAS) VƏ YA 
QARAQAŞ TÜRKCƏSİ
Bu  dil  əski  oğuz  və  uyğur  tayfalarının  dillərinin  qarışm asın­
dan meydana gəlmişdir.  Tofa kəlməsinin əsli,  qədim tayfaların biri­
nin adı olan “dubo”dur. Tuva dilinə çox yaxındır.  Bu üzdən onu tu­
va  dilinin bir  ləhcəsi  sayırlar.  Yazı  dili  yoxdur.  Bu  dildə  cəmi  600 
nəfər  danışır.  1930-cu  ildən  sonra yerləşik  həyata  keçdilər.  İrkutsk 
vilayətinin Nijneudin bölgəsində yaşayırlar.
Karakas  dili  moğol,  mancur  və  rus  dillərinin  təsirində  qalmış 
və  bu  dillərdən  ona  çox  sayda  kəlmə  daxil  olmuşdur.  Kəlmələrin 
əksəriyyəti  türkcədir:  “bulak”  (bulaq),  “suğ”  (su),  “toprak”  (tor­
paq),  “kar”  (qar),  “kiş”  (qış),  “böri”  (qurd),  “at”  (at),  “inək”  (inək), 
“it” (it), “təbə” (dəvə), “bağa” (qurbağa),  “balık” (balıq),  “a n ” (an), 
“qurd”  (soxulcan),  “aas”  (ağız),  “diş”  (diş),  “kan”  (qan),  “ada” 
(ata),  “au”  (dayı),  “pelin”  (gəlin),  “aş”  (yemək),  “ət”  (ət),  “süt” 
(süd), “orun” (torpaq, yer), “qatığ” (möhkəm) və s.
Ümumiyyətlə, bu kəlmələr oğuz,  uyğur və  qıpçaq türkcəsində 
işlənir.  Bunlardan əlavə, tofa türkcəsində  qədim türkcə  kəlmələr də 
görünür:  “erqək”  (barmaq),  “balığ”  (yara),  “uruk”  (yol),  “kaş”  (kü­
lək), “kişil” (mağara), “kun” (almaq).
Bu  dildə  moğolca  ilə  müştərək bir  çox  kəlmə  vardır:  “dalay” 
(dəniz,  dəmir),  “buduğ” (rəng),  “ang”  (vəhşi),  “ulus”  (ailə,  ər,  bəy), 
“angçı” (ovçu).
Bu dildə 9 normal, 9 uzun və 9 farənjeal (qırtlaq)  ünlü vardır.
/y/  səsi  söz  ortasında  /d/  ilə  əvəzlənir.  Məsələn,  “kudruk” 
(quyruq) yerinə “kurduk”.
/q/ və /ğ/ sözlərin axınnda qorunmuşdur:  “uluğ”, “sanğ”,  “bu­
daq”.
Sözün əvvəlində /y/ səsi /ç/ ilə; /k/ səsi /x/ ilə əvəzlənir.
Damaq  səsləri  arasında ahəng  vardır.  Ancaq  dodaq  səslərin­
də  üçüncü  hecadan  sonra,  xüsusilə  də  şəkilçilərdə  pozulur.  M or­
fologiya  baxımından  tuva  dilinə  bənzəyir.  Buna  baxm ayaraq, 
“ilişki”  şəkilçisi  cəm  olaraq  işlənir.  Yiyəlik  şəkilçiləri  oğuzcaya 
bənzəyir.
134


Bu  dildə  isimlərin  7  halı  vardır.  Şəkilçilər  6  halda  oğuz  türk- 
cəsindəkilərə  bənzəyir.  Ancaq  yönlük  hal  şəkilçiləri  olan  /-qa/, 
/-qə/, /-ka/, /-kə/ qorunmuşdur.
Say  sistemi  Sibirya  türklərininkinə  (tuva,  altay,  şor,  yakut) 
bənzəyir.
Fellər çox zəngindir və tuva türkcəsindəki kimidir.
Feli  sifət  /-qan/,  /-qən/,  /-kan/,  /-əsən/,  /-u/,  /-i/,  /-ar/,  /-ər/, 
/-bas/, /-bəs/ şəkilçiləri ilə düzəlir.
Bağlayıcı  fellər  /-ip/,  /-a/,  /-ə/,  /-pişangqa/,  /-kısa/,  /-kaş/, 
/-kəş/, /-qaş/, /-qəş/ və s.  ilə düzəlir.
Feli sifətlər və bağlayıcı fellər tuva, xakas, şor, Altay və yakut 
dilləri ilə uzlaşır.
Sintaksis baxımından da tofa türkcəsi tuva dilinə bənzəyir.
Bu dildə Alıqçer və Qutarin adlı iki dialekt vardır.
135


XAKAS TÜRKCƏSİ
Xakaslann dili qədim oğuz və uyğur tayfalarının dilinin qarış­
masından  meydana  gəlmişdir.  Ancaq  soy  ağacı  baxımından  əski 
qırğızla  bağlıdır.  Çünki  nəzərə  belə  gəlir  ki,  xakaslar  qırğızların 
övladlandırlar.  Onların  çoxu  Xakas  Muxtar  Bölgəsində  yaşayır  və 
nüfuslan təxminən 71  min nəfərdir. Ədəbi dilləri  Sovetlər dövründə 
formalaşmışdır.  Bu  dil  Saqay,  Kaçin,  Qızıl,  Şor,  Koybal  və  Beltir 
tayfalarının  şivələrinin  birləşməsindən  yaranmış,  Saqay  və  Kaçin 
şivələri əsasında qurulmuşdur.
Beltirlər və saqaylar birgə və yerləşik şəkildə yaşayırlar.
Abakan  türkləri,  XVII-XVIII  əsrlərdə  Abakan  vadisində  qır­
ğızların  yerinə  məskunlaşdılar.  Onların  dili  uyğur-oğuz  qrupundan 
olub  və  “azak”,  “tağ”,  “tağlığ”,  “kalğan”  xüsusiyyətlərinə  görə 
R.R.Aratın təsnifində  “z”  qrupuna daxil  edilmişdir.  Xristianlıq  pro- 
paqandasına  baxmayaraq,  dinləri  hələ  də  Şamanizmdir  və  əski 
adətə-ənənələrə bağlıdırlar.
Dini bahar bayramı  olan “Tiastoyi”  xakaslar  arasında  yayğın- 
dır.  Bu  bayram  qaçlar  tərəfindən  may  ayında  xüsusi  mərasimlərlə 
qeyd olunur.  Bayram  mərasimində  qonşu tayfalar bir  araya  gəlirlər 
və  qonaqlara  qımız  verib,  at  qurban  kəsirlər.  Ayrıca  gələcək  ilin 
qurbanı  da  seçilir  və  rəngli  iplərlə  bəzənir.  Sonra  yemək  verilir, 
mahnılar oxunur, qurşaq tutulur və bir növ çövkən oyunu oynanır.
Abakan  türklərinin  mənzum  epik  və  dastan  ədəbiyyatı  çox 
zəngindir.  Ozanlara xüsusi bir maraq göstərilir.
Xakas  dilində  kəlmələrin  əksəriyyəti  türkcədir:  “xızıl”  (qır­
mızı),  “tağ”  (dağ),  “ağas”  (ağac),  “palıx”  (balıq),  “imçi”  (həkim), 
“at”, “inək”, “tas” (daş),  “qus” (quş), “min” (mən),  “sin”  (sən),  “ol” 
(o),  “pis”  (biz),  “sirər”  (siz),  “pozım”  (özüm),  “xal”  (qal),  “pir” 
(bir),  iki,  “tört”  (dörd),  “altun”  (altmış),  “otıs”  (otuz),  “çiyirgi” 
(igirmi).
Bu  dildə  çox  sayda  moğolca  və  rusca  kəlmə  vardır.  Ancaq 
farsca və  ərəbcə  kəlmə  yoxdur.  Xakas  dilində  türkməncədə  olduğu 
kimi  kəlmənin mənasını  dəyişdirən  9  qısa və  8  uzunsəsli  var:  “xar”
136


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə