Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə4/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   2   3   4   5   6   7   8   9   ...   48

bu  bölgələrin  XIV  əsrdə  osmanlılar  tərəfindən  fəth  edilməsindən 
sonra  onlarla  da  qarışmışlar.  Balkan  türkləri  təxminən  2,5  milyon­
luq  bir  nüfusa  malik  olub  müsəlman  və  xristian  olmaqla  iki  qrupa 
ayrılırlar.  Ləhcələri  də  az-çox  dəyişmişdir.  Xristian  türklər -   qara- 
manlılar,  makedoniya  qaqauzları  və  sürgüclərdən;  müsəlman  türk­
lər  isə  osmanlılar,  qacallar,  tuzluqlar,  gerlovlar,  qızılbaşlar,  yörük- 
lər və qonyarlardan ibarətdirlər.
Qaramanlı  və  tuzluq  şivəsi  osmanlıcaya  bənzəyir.  Ancaq  yö- 
rük  şivəsi  Azərbaycan  türkcəsinə  yaxındır.  Qaramanlı  türkcəsinin 
yunan əlifbası  ilə yazılan ədəbiyyatı var.
Boşnaklar  və  ya  bosnaklar  Balkan  türklərinin  qərb  sərhədlə­
rində  (Yuqoslaviyada)  yaşayırlar və  ləhcələri  sırb  və  ya  xırvat  dili­
nin təsiri altında dəyişmişdir.
Boşnak  şairləri  qədim  zamanlarda  bəzən  türkcə-slavca  qarışıq 
dillə  şeir  deyərdilər  (Abdül  Mustafa  Əl-Bosnəvi).  Adakalə  türk  dia- 
lekti  Azərbaycan türkcəsinə bənzəyir.  Ancaq orada /r/ və /z/ samitləri 
/y/yə çevrilir. Məsələn: aşağıdakı mahnıda bu fərqlilik gözə çarpır:
Ərəblər gəliy, geçiy iz oliy
Qalduy xanım şalvarını, toz olliy
Sıq-sıq giçmə, annən duyay,  söz olliy
Azərbaycan türkcəsi ilə:
Ərəblər gəlir,  keçir və izləri qalır,
Qaldır xanım şalvarını,  söz olur,
Tez-tez keçmə,  anan eşitsə,  söz olur.
Yuqoslaviya türkləri türkcəsi
Yuqoslaviya  V  əsrdən  başlayaraq  hunların  gəlişi  və  Atilla 
imperatorluğunun  qurulması  ilə  türk  tayfalarının  mühacirət  mərkə­
zinə  çevrildi.  Hunlardan  sonra avarlar, peçeneklər və  1364-cü ildən 
etibarən  də  osmanlılar  oraya  köç  etdilər.  Bu  bölgə  təxminən  500  il 
osmanlı  türklərinin  hakimiyyəti  altında qaldı.  Bu üzdən yüz  illərdir 
ki, orada türk əqəlliyyəti mövcuddur.
Türk  tayfalarının  bir qismi  cənubi  slavlann  təsiri  altında  xris­
tianlığı  qəbul  etdikdən sonra slav tayfalarının içində əridilər.  Ancaq
15


müsəlman  qalanlar  dillərini  qoruyub,  saxladılar.  Onların  nüfusu 
təxminən  129  mindir  (1971-ci  il)  və  əksəriyyəti  Belqrad,  Üsküp, 
Bosna və dağınıq olaraq ölkənin digər yerlərində yaşayırlar.
Yuqoslaviya türklərinin ləhcəsi, az bir fərqlə osmanlı türkcəsi­
nin bir parçası  sayılır.  Bu ləhcədə yad  sözlərin  sayı  çoxdur.  Yuqos­
laviya  türkləri  mədəni  haqlara  malik  olub,  məktəblərində  türkcə 
təhsil alırlar. Üsküpdə türk dilində bir neçə dərgi və qəzet,  o  cüm lə­
dən  “B irlik” qəzeti nəşr olunur.
Yunanistan türkləri türkcəsi
Yunanistanda  türklər  qərbi  Trakya  ilə  İstanköy  adasında 
(12  adadan  biri)  yaşayırlar.  Qərbi  Trakya  Balkan  müharibəsinə 
(1911-1912)  qədər osmanlı  imperatorluğunun bir parçası  idi.  Bu böl­
gənin  türkləri  Gümülcinə,  İskeçə,  Dərədağ,  Dimetoka  və  Sunlu  kimi 
şəhər və qəsəbələrdə və onlara bağlı kəndlərdə yaşayırlar.  Yunanistan 
türklərinin  nüfusu  təxminən  140-150  mindir.  Yunanistan  türkləri 
mədəni baxımdan nisbətən yüksək bir səviyyəyə malikdirlər.
Qərbi  Trakyada  259  məscid,  279  ilk  məktəb  və  lisə  mövcud­
dur.  Türk məktəblərinin bəzisində  əski  əlifba ilə,  bəzisində  isə  latın 
qrafikası  ilə  dərs  verilir.  Qəzetlərin  də  bir qismi  latın,  bir  qismi  isə 
ərəb əlifbası ilə nəşr olunur.
Romanya türkləri türkcəsi
Romanyada  qaqauz  və  müsəlman  türklər  yaşayırlar.  Qaqauz 
türkləri  xristian  olub,  nüfuslan  təxminən  200  min  nəfərdir.  M üsəl­
man türklər Dobruca (Tuna çayı  ilə Qaradəniz arası) bölgəsində ya­
şayırlar.  Miladdan  öncə  və  sonra  iskitlər,  alanlar,  hunlar,  avarlar, 
xəzərlər, peçeneklər, uzlar və daha sonra da osmanlılar kimi müxtə­
lif tayfalar bu bölgəyə  köç  etdilər.  Dobruca  əhalisi  XIII  əsrdən  eti­
barən  İslam  dinini  qəbul  etdi  və  1417-ci  ildən  etibarən  də  osmanlı 
hakimiyyətinə  daxil  oldular.  XVIII  əsrdən  etibarən  osmanlı-rus 
müharibələri məntəqənin dağılmasına və nəhayət,  xalqın Türkiyəyə 
mühacirət  etməsinə  səbəb  oldu.  Hazırda  Dobrucanın  1.600.000 
nüfusundan  təxminən  350.000-i  türkdür  və  ləhcələri  osmanlı  türk­
cəsinin bir parçasıdır.
16


Bulğaristan türkləri türkcəsi
Təxminən  850  min  nəfərlik  nüfiısa  malik  olan  Bulğaristan 
türkləri  əski  Tuna,  Edime  və  Dobruca  vilayətlərində  yaşayırlar. 
Bundan  əlavə,  pomaklar,  tatarlar  və  qaraçılardan  meydana  gələn 
150-200  min nəfərlik müsəlman bir cəmiyyət də bu ölkədə yaşayır. 
Bulğaristan türklərinin dili  osmanlı  ləhcəsidir.  Bulğarlann təsiri nə­
ticəsində bu dilə bulğarca kəlmələr daxil olmuşdur.
1944-cü  ilə  qədər Bulğaristan  türkləri,  müsəlman-türk  əqəliy- 
yəti  olaraq  bir  həddə  qədər mədəni  haqlara  malik  oldular.  Məktəb­
lərində  türkcə  təhsil  görüb,  türkcə  müxtəlif qəzet  və  dərgilər  nəşr 
etdilər.  Kommunist  rejiminin  qurulmasından  sonra  türk  dilində 
təhsil  və  bu  dildə  mətbuat  nəşri  qadağan  olundu.  Son  zamanlarda 
m üxtəlif qaynaqlardan  gələn  xəbərlər göstərir ki,  bütün  müsəlman­
ları bulğarca adlar almağa məcbur etmişlər.
Kipr türkcəsi
Kipr  türkcəsi  Kipr  adasında  yaşayan  türklərin  dilidir və  Ana­
dolu türkcəsinin davamı  sayılır.  Kipr adası  1570-1571-ci  illərdə os­
manlı  türkləri  tərəfindən  fəth  edildi  və ondan  sonra 20 min osmanlı 
türkü o bölgəyə yerləşdirildi.  Ada  1878-ci  ildə ingilislərə kirayə ve­
rildi.  Sonralan  ingilislər  oranı  özlərinə  baza  edib,  Birinci  Dünya 
müharibəsində  osmanlılarla  alman  qarşıdurmasından  sonra  Kipri 
İngiltərəyə  ilhaq  etdilər.  1960-cı  ildə  Kiprə  müstəqillik  verildi  və 
Kipr  Respublikası  adada  yaşayan  yunanlardan  və  Kipr türklərindən 
ibarət  oldu.  Kipr türklərinin  nüfiısu 200  mindən  artıq  olub8 təxminən 
yunanların dörddə biri qədərdir.  Kipr türklərinin böyük bir qismi Tür­
kiyə və İngiltərəyə köçmüşdür. Kiprdə yunan və türk dillərinin ikisi də 
rəsmi  dildir.  Kipr türkləri bərabər şəkildə mədəni haqlara malikdirlər. 
Türkiyədəki kimi latın əlifbası işlədirlər və ədəbi dilləri Türkiyə ədəbi 
dilindən fərqli deyil.
Suriyə və Livan türkləri türkcəsi
Suriyə  türkləri  Hələb,  Laziqiyyə  və  xüsusilə  də  Laziqiyyəyə 
bağlı Bəsit (Bucaq) Bayır məntəqəsi və Hələbə bağlı Crablus bölgə­
8 2007 sayımına görə Şimali Kiprin nüfusu 265.100 nəfərdir.
17


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə