Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə40/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

(qar),  “xaar-”  (qızartmaq),  “pala”  (bala),  “paala”  (qiymət  vermək), 
“al-” (al-), “aal” (on), “ir” (ər), “iir” (ikindi).
Burada da başqırd və tatar dilləri  kimi  /ə/ və /e/ səsləri /i/ səsi 
ilə əvəzlənir (min,  sin).
Sam itlər:  /ğ/,  /c/  və  /ng/  samitləri  işlənir,  /v/,  /f7,  /ş/,  /tş/,  /ts/ 
və  /j/  samitləri  alınma  sözlərdə  mövcuddur,  /z/  səsi  çoxdur  və  söz 
ortasında /y/, /d/ və /t/nin yerini alır:  azak~ayak~ adak~atak kimi.
/p/  və  /t/  səsləri  iki  sait  arasında /b/ və  /d/yə  dönüşür:  “toop” 
(dəri)  >  “toobım”  (dərim).  Ümumiyyətlə,  səslilər  arasında  kar  sa­
mitlər cingiltili olur.
Morfologiya  baxımından  oğuz,  uyğur-qarluq  qrupuna  bənzə­
yir.  Ancaq dodaq şəkilçiləri işlənmir.
Müasir xakas  türkcəsində  ismin  8  halı var.  6 halı oğuz türkcə­
sində  olduğu  kimidir.  Yalnız  yerlik  hal  həm  /-a,-e/,  həm  də  /-ğa, 
-ğə/  şəkilçiləri  ilə  düzəlir.  Yönlük  hal  /-zar,-zər,  -sar,-sər/  ilə  dü­
zəlir.  “çar”  (sahil),  “çarzar”  (sahilə  doğru).  Vasitə halında “ilə” ye­
rinə  /-nan,  -nən/  işlənir:  “sinnən”  (səninlə),  “arqızınan  (dostu  ilə). 
Azərbaycan danışıq dilində olduğu kimi.
Say  sistemi  oğuzcaya  bənzəyir:  “pir”  (bir),  “iki”,  “üç”,  “tört” 
(dörd),  “pis”  (beş),  “altı”,  “çiti”  (yeddi),  “sigiz”  (səkkiz),  “togız” 
(doqquz),  “on”,  “çibirqi”  (igirmi),  “otıs”  (otuz),  “xınx”  (qırx), 
“ilig”  (əlli),  “alton”  (altmış),  “çiton”  (yetmiş),  “sigizon”  (səksən), 
“toqızon” (doxsan), “çüs” (yüz).
Sıra say lari da /-ıncı/ ilə düzəlir.
Məsdər formasında şərqi hunca kimi /-arğa/, /-ərqə/ ilə işlənir: 
“toğnnarğa”  (işləmək),  “oynırğa”  (oynamaq),  “ögrənərqə”  (öyrən­
mək), “uzurğa” (yuxlamaq).
Fellər  baxımından  da  oğuzca  və  uyğurcaya  bənzəyir.  Zaman 
baxımından  fərqliliklər  vardır,  indiki  zaman  /-ça/,  /-çə/,  /-çadır/, 
/-çədir/,  /-dir/,  /-ir/  şəkilçiləri  və  “edir”  (otur,  tur,  çur,  get)  felinin 
yardımı  ilə  düzəlir.  Məsələn,  “ırlapça”  (oxuyur),  “uçuxça”  (uçur), 
“çoqurçə” (qaçır), “sanıdır (sayır) və s.
Keçmiş  zaman  üçün  /-ti,  -di,  -ğan,  -çan,  -çatxan,  -tir,  -ğalax, 
-çıx/ şəkilçiləri işlənir.
137


Geniş  zaman  şəkilçisi  /-ar,  -ər/dir:  “sumar”  (çimər),  “pilər” 
(bilər).
Cümlə quruluşu baxımından digər türk dillərinə bənzəyir. 
Xakas  dilində  iki  dialekt  var:  1)  Saqay-Beltir  dialekti, 
2) Kaçin, Koybal, Qızıl və ya Kızıl dialekti.
Birinci  qrupda  /ş/  və  /j/  işlənməz.  Onların  yerinə  /s/  və  /z/ 
işlənər. Türkcə kəlmələrdə /ş/ və /ç/ görünməz.
İkinci qrupdakı şivələrdə /ş/, /j/ və /ç/ məxrəcləri çoxdur.
Bu şivələr arasındakı fərqlər ədəbi dildə itmək üzrədir.
138


Şorlar  Kemerov  əyalətinin  Dəmirçilər  Aladağı  nahiyəsində 
yaşayırlar.  İdari  mərkəzləri  Təmirtav  (Dəmirdağ)  şəhəridir.  Şorlar 
çox əskidən bəri dəmirçiliklə tanınmışlar (Abdulqadir İnan).
Şor  türkcəsi,  şərqi  Sibirya  türk  dillərinə  aid  olub,  xakas  və 
altay  dillərinə  yaxındır.  Mənşə  baxımından  qıpçaq  ləhcəsinə 
bağlıdır.  Ancaq Baskakov onu uyğur-oğuz qrupundan sayır.
Təxminən  20  min  nəfər bu  dildə  danışır.  Sovetlər  zamanında 
ədəbi  və yazılı  dilə malik oldular.  1927-ci ildə Kiril əlifbası, 1929-cu 
ildə  latın  əlifbası  və  1939-cu  ildə  də  yenidən  Kiril  əlifbasına  keç­
dilər. Əskidən onlara tatar, abar və abin deyilirdi.
Şor  dilinin  təməlini  türkcə  kəlmələr  təşkil  edir.  Ancaq  onda 
rusca, moğolca kəlmələr də çoxdur.
16 səsliyə (8-i uzun, 8-i qısa) malikdir. Uzunsəslilər qoşa yazılır.
25  samiti vardır,  /g/, /ng/, /ğ/ və /c/ səsləri də mövcuddur.
/v/,  /f/,  /h/,  /ts/,  /tş/  məxrəcləri  yalnız  alınma  sözlərdə  müşa­
hidə olunur.
Damaq səsləri arasında daha çox ahəng var.
Bu  dildə  bəzi  məxrəclər  bir-biri  ilə  əvəzlənir:  /z/  >  /s/  (söz 
yerinə  sös);  /d/ > /t/  (diş  yerinə  tiş);  /ç/ > /ş/ (çıx yerinə  şık);  /m/ > 
/b/ (dəmir yerinə təbir); /b/ > /p/ (balıq yerinə palık); /y/ > /n/ (yağ­
mur  yerinə  nanmır)  /b/  >  /m/  (balta  yerinə  malta);  /ç/  >  /ş/  (ağaç 
yerinə ağaş); /y/ > /ç/ (yaxşı yerinə çakşı) və s.
Cəm şəkilçiləri:  -lər, -lar,-tar,-tər, -nar, -nər.
Mənsubiyyət şəkilçiləri xakasca və altaycadakı kimidir.
ismin 7 halı vardır.  Birlikdəlik /-ba, -bə/  ilə düzəlir.
İsmin  müxtəlif hallan  üçün  dodaq  şəkilçiləri  yoxdur.  Yönlük 
hal üçün /-qa/ işlənir.  Qalanı oğuz qrupundakı kimidir.
Bu  dildə  2  dialekt və bir neçə  şivə vardır:  1.  Mrassa (“z”  dia- 
lekti),  2.  Kondom  (“y”  dialekti).  Mrassa  dialektində  /s/  səsi  /z/  ilə 
əvəzlənir. Bu dialekt ədəbi dilin əsasını təşkil edir.
ŞOR TÜRKCƏSİ
139


BARABİN TÜRKCƏSİ
Barabin tatarlan  Irtiş və  Om  çayları  arasındakı  Barabin  çöllə­
rində yaşayırlar.  Saylan 8 min nəfərdir.  Özlərinə Paraba (getmə,  qal 
mənasındakı  “barma”  kəlməsindən)  deyirlər.  Barabin  ləhcəsi  tatar, 
başqırd, qazax və altay ləhcələrinə çox yaxındır.
Barabin ləhcəsində 8 səsli və 25  səssiz vardır.
Söz əvvəlində /ç, p, t,  к/ kimi kar samitlər vardır.  Kar samitlər 
iki sait arasında dəyişməz.
Əvəzliklər  başqırd,  tatar  və  sibirya  türkcələri  kimidir:  “m in” 
(mən), “sin” (sən), “ol” (o), “pis” (biz), “sis” (siz), “alar” (onlar).
Fel  şəkilçiləri  qazaq  türkcəsinə  bənzəyir:  “alamin”,  “alabis”, 
“alasis”,  “alırbis”,  “aladım”,  “alqanbis” və  s.  Ancaq əmr kipi  oğuz- 
caya bənzəyir (ğıl, kil).
ÇULIM VƏ YA KUERİK TÜRKCƏSİ
Çulım  çayı  ətrafında  yaşayan  (Tomsk  vilayəti)  türklərin  dili­
dir. Yazı  dilinə malik olmadığı üçün az tədqiq edilmişdir.  Xakas  və 
şor türkcələrinin bir dialekti sayılır. Aşağı Çulım və Orta Çulım adlı 
iki  şivəyə  malikdir.  Tatar  Çulım  ləhcəsində  /ua,  uo,  uö,  i e/  dif- 
tonqlan vardır.
İsimin hal şəkilçiləri:
Yiyəlik hal:  -ning, -ting, -tung, -nung.
Yönlük hal:  -ğa, -qa ,-ka, -kə.
Təsirlik hal:  -ni, -nu, -ti, -tu.
Yerlik hal:  -da, -də, -ta, -tə.
Çıxışlıq hal:  -din, -tin (dən, tən).
Fel  hallandırma  şəkilçiləri  müxtəlif  formadadır:  “pilədim” 
(bilirəm), “turturum” (dururam) “pulu bulut” (bilirəm).
Keçmiş zaman üçün: “kəldi” (gəldi), “ol poluvan” (o oldu) kimi.
140


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə