Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə42/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

Y akutistanın  nüfusu  327  min  nəfərdir  və  Rusiyaya  bağ­
lıdır.
Yakut dili  Sibirya türkləri, moğollar, tunquslar və mancurlarla 
qonşu  və  əlaqədə  olduğu  üçün  bu  dillərin  təsiri  altında  qalmış  və 
onlardan kəlmələr almışdır.
Sovet  rejiminin  qurulmasından  və  yakut  dilinin  rəsmiləşmə- 
sindən  sonra  çox  sayda  rusca  və  beynəlxalq  dillərə  aid  kəlmə  də 
yakutcaya  daxil  olmuşdur.  Öncə  latın  (1924)  və  daha  sonra  kiril 
əlifbası  rəsmiləşdi  (1939).  Hazırda  mətbuat  və  məktəblərdə  bu  dil 
işlədilir.
Yakutcanm  söz varlığının əsas hissəsini türkcə kəlmələr təşkil 
edir.  Məsələn:  “kün”  (gün),  “iy”  (ay),  “timir”  (dəmir),  “atax” 
(ayaq),  “qıyeys”  (qız),  “kihi”  (kişi),  “tütün”  (gecə),  “bar”  (get), 
“kəl”  (gəl),  “it”  (it),  “min”  (mən),  “ürüng”  (işıqlı),  “sil”  (il),  “iki” 
(iki),  “üç” (üç),  “tüört” (dörd),  “xara” (qara),  “ütüü” (yaxşı),  “max” 
(inək) və s.
Radiov yakutca kəlmələrin 30%-ini moğolca sayır.
Yakut dilində  8 normal,  8 uzun və 4 diftonq vardır.  Diftonqlar 
bunlardır: /ıa/, /uo/, /ie/ və /üö/.
Səslər  arasında  ahəng  vardır.  Xüsusilə  də  dodaq  səslərində. 
Məsələn, “ohox” (soba),  “ohoxtor” (sobalar),  “ohoxçut” (sobaçı).
/y,  ş, j,  ç, z/ samitləri yerinə /s/ işlənir.
Söz əvvəlində /y/, /n/, /r/, /k/ və /1/ samitləri işlənmir.
/r/ və /1/ ilə başlayan alınma sözlərin əvvəlinə /ü, u,  il səsliləri 
əlavə olunur.  Söz sonunda /b/, /q/, /k/, /d/, /1/, /ç/ işlənmir.
/y/  söz  başında /s/yə,  söz  ortasında,  ümumiyyətlə,  /t/yə  çevri­
lir:  “suol” (yol), “atax” (ayaq).
Cəm şəkilçiləri bunlardır: /-tar/, /-tər/, /-tor/, /-dar/, /-dər/.
Yiyəlik  şəkilçiləri  oğuzcaya  bənzəyir:  “diyəm”  (evim),  “di- 
yəng” (evin).
Yönlük hal  şəkilçisi /-a/, təsirlik hal  şəkilçisi /-ı/, /-nı/;  çıxışlıq 
hal şəkilçisi /-tan/ da oğuz türkcəsində olduğu kimidir.
Sıra  sayı  şəkilçiləri  /-ıs/  və  /-us/dur:  “ikis”  (ikinci),  “ühüs” 
(üçüncü).
145


Yakut  dilində  üç  dialekt  qrupu  vardır:  1)  Tamask-Aldan  qru­
pu. 2) Kanqalas-Vilyuvisk qrupu.  3) Megin-Tatın qrupu.
Birinci  qrupda  dodaqlarıma  hadisəsi  müşahidə  edilmir.  A n­
caq  digər  iki  qrupda  mövcuddur.  Yenə  birinci  qrupda  assim il­
yasiya  güclüdür,  ikinci  qrupda  yoxdur  və  üçüncü  qrupda  arabir 
nəzərə  çarpır.  Kəlmə  baxımından  da  bu  qruplar  arasında  fərq­
liliklər var.
146


TAM AM LAM A
Keçmiş  bölmələrdə  türk  dili  və  ləhcələri  tədqiq  edilərkən, 
müxtəlif bölgələrdə  yaşayan  türklər  haqqında  da  məlumat  verildi. 
İndi  isə Əfqanistan türkləri haqqında:
Əfqanistan türkləri (mərkəz və şərq türkləri)
Əfqanistan  türkləri  Əfqanistanm  şimalında  yaşayırlar.  Əfqa- 
nistanın  şimal  sərhəddindən  cənubdakı  Hindukuş  dağlanna  qədər 
davam edən bu bölgəyə Əfqanistan Türkistanı deyilir.
Əfqanistan  türklərinin  çoxunu  özbəklər  və  türkmənlər  təşkil 
edir.  Daha  az  nüfiısa  malik  olan  qırğızlar,  qaraqalpaqlar,  qazaqlar, 
qarluqlar və afşarlar da bu bölgədə məskunlaşıblar.
Türklər  Əfqanistan  tarixində  önəmli  rol  oynayıblar.  XDC  əsrin 
ortalarına  qədər  bu  bölgənin  hakimiyyəti  türklərin  əlində  idi.  Qəz- 
nəlilər,  səlcuqlular,  xarəzmşahlılar,  moğollar,  teymurilər,  Babürilər, 
Səfəvilər,  Nadir  Şah  və  Əhməd  Xan  sülaləsi.  Qəznəlilər  zamanında 
Qəznə və Teymurilər zamanında Hərat mədəniyyət mərkəzi idi.
Təxminən  16  milyonluq Əfqanistan nüfusunun üçdə biri,  yəni 
6 milyonu türklərdən meydana gəlir.
1) Özbəklər
Əfqanistan  türklərinin  böyük  hissəsini  özbəklər  təşkil  edir. 
Onlar Şibirğan,  Meymənə,  Bala Murğab, Bəlx, Məzari-Şərif və Hə­
rat  şəhərləri  ilə  onların  ətrafındakı  kəndlərdə  yaşayırlar.  Nüfuslan 
1.6-2  milyon  civanndadır.  Çoxu  əkinçilik,  maldarlıq,  ticarət  və  sə­
naye işləri ilə məşğuldurlar.  Sünni məzhəbinə bağlıdırlar.
2) Türkmənlər
Əfqanistan  türkmənlərinin  bir  hissəsi  Əndxuy  ilə  Bala  Mur­
ğab  və  Mərvçək  arasındakı  bölgədə,  bir hissəsi  də  Həratda,  Bəlxdə 
və  Məzari-Şərifdə  yaşayır.  Salur,  Sarıq,  Ərsan,  Təkə,  Əlieli  və 
Çavdar  adlı  altı  tayfadan  ibarətdirlər.  Əksəriyyəti  yarıköçəri  həyat 
sürür,  bir hissəsi  şəhərlərdə və kəndlərdə  məskunlaşıb,  qoyun,  keçi, 
at  və  dəvə  yetişdirirlər.  Məşhur  qarakəl  qoyunu  onlar  tərəfindən 
yetişdirilir.  Məskunlaşmış  türkmənlərin  bir hissəsi  xalça toxumaqla
147


məşğuldur.  Buxara  xalçası  adı  ilə  məşhur  olan  xalçaları  onlar 
toxuyurlar. Türkmənlərin nüfusu bir milyona yaxındır.
3) Qırğızlar
Əfqanistanm Pamir və  ya Vaqhan bölgəsində yaşayırlar.  M ər­
kəzləri  Bozay  Günbəd,  məzhəbləri  sünnidir.  Təxminən  41  m in  nə­
fərlik nüfusa sahibdirlər. Bir çoxu yurt adlı çadırlarda yaşayırlar.
4) Qazaqlar
Daha  çox  Xanabad  məntəqəsində  yaşayırlar.  O nlann  bir 
hissəsi Sovetlər dövründən gedib Həratda yerləşmişlər.
5) Qaraqalpaqlar
Cəlalabadda və Məzari-Şərifm cənubunda yaşayırlar.
6) Qıpçaqlar və Qarluqlar
Qıpçaqlar  Bəlx,  Çaharşənbə,  Keysər  və  ya  Qeysərdə;  qarluq­
lar  da  Qataqan  və  Bədəxşanda  yaşayırlar.  O nlann  qaraqalpaqlarla 
birlikdə toplam nüfuslan təxminən 450 mindir.
7) Afşarlar
Nadir  Şah  qoşunundan  qalanlardan  doğulanlardır.  N üfuslan 
təxminən 400 min nəfərdir.  Məzhəbləri  Şiə və Qızılbaşlıqdır.  Ə ksə­
riyyəti Kabil və Həratda yaşayır.
Əfqanistanda türk olduqlanna baxmayaraq, Qalzay, Həzarə və 
Çaharaymaq kimi  tayfalar türkcəni  unutmuşlar.  Məsələn,  qalzaylar 
xələclərin övladıdırlar, ancaq bugünkü dilləri pəştucadır.
Əfqanistan  türkləri  istər  şahlıq  dövründə  (1921-ci  ildən  son­
ra),  istərsə  də  cümhuriyyət  dövründə  mədəni  haqlardan  m əhrum  
olub, əfqanlılaşdırma siyasətinə məruz qalmışlar.
148


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə