Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə7/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   2   3   4   5   6   7   8   9   10   ...   48

D ialektlər
Azərbaycanda  şimal  və  cənub  olaraq  iki  dialekt  qrupu  m öv­
cuddur.
Şimali  Azərbaycana  məxsus  olan  şimal  dialekt  qrupu  şərq, 
qərb, şimal və cənub dialektlərinə ayrılır12.
а)  Şərq  q ru p u   dialekt  və  şivələri:  Bu  qrupa  Quba,  Bakı,  Şa­
maxı,  Muğan  və  Lənkəran  şivələri  daxildir  və  xüsusiyyətləri  bun­
lardan ibarətdir:
1)  Çox  vaxt  sözün  birinci  hecasında  /a/  səsi  /e/  səsi  ilə  əvəz­
lənir:  “qaymaq” > “qeymağ”, “qayçı” > “qeyçi” kimi.
2) /a/ səsi /o/ ilə əvəzlənir:  “baba” > “boba”,  “barm aq” > “bor- 
mağ” kimi.
3) /o/ səsi /u/ ilə əvəzlənir:  “qonşu” > “qumşu” kimi.
4) /ö/ səsi /ü/ ilə əvəzlənir:  “çörək” > “çürek”.
5)  Alıəng  qanununa  tərs  olaraq  damaq  saitlərindən  sonra  do­
daq  saitləri  gəlir  və  ya  əksinə:  “bacın”  >  “bacun”,  “atan”  >  “atun/ 
aton”, “gəlsin” > “gəlsün”.
б)  Sözlərin ortasında /g/ səsi inkişaf edir və /y/ səsi /g/ tələffüz 
olunur:  “dügmə” (düymə);  [311]  “ignə” (iynə);  “dügü” (düyü).
7)  Sözlərin əvvəlində  və  axınndakı  /v/  səsi  düşür:  “oxlo”  (ox­
lov), “pilo” (pilov).
8) Söz sonunda cingiltili səslər işlənir:  “boşqab”, “yarpaq”.
9)  Bir  çox  hallarda  səslilərin  ahəngi  pozulur:  “başi”  (başı), 
“oxudi” (oxudu).
10) Şəkilçilər çox vaxt iki variantlıdır (dodaq variantlı):  “gəlibdü” 
(gəlmiş); “alıbdu” (almış); “yoxdux” (yox idik); “əkdüz” (əkdiniz).
11)  İndiki  zamanda  qıpçaq  dillərinin  xüsusiyyətləri  işlənir: 
“yazadu” (yazır), “gedədü” (gedir).
12) Feli bağlama şəkilçiləri bunlardan ibarətdir:  /-übən,  -ubən, 
-übəni,  -ıbannan,  -ibənnəri,  -ubannan,  -übənnəri/  və  eyni  şəkildə 
/-gedübən/.
12 
Şimali  Azərbaycan  dialektləri  prof.  M.Şirəliyev  və  digərləri  tərəfindən  tədqiq 
olunmuş  və  adı  qeyd  edilən  müəllif tərəfindən  “Azərbaycan  dialektologiyasının  əsasla­
rı” adı ilə  1962-ci ildə Bakıda nəşr olunmuşdur.
24


b)  Q ərb  q ru p u   dialekt  və  şivələri:  Bu  qrupa  Qazax,  Qara­
bağ,  Gəncə  və  Ayrım  dialekt  və  şivələri  daxildir  və  xüsusiyyətləri 
bunlardan ibarətdir:
1)  Çox  vaxt  yad  sözlərin  birinci  hecasında  /ə/  səsi  /a/  səsi  ilə 
əvəzlənir:  “zayıf” (zəyif); “tasdıx” (təsdiq) kimi.
2) /i/ səsi lil səsi ilə əvəzlənir:  “ılıx” (ilıq); qıymat (qiymət).
3)  Sağır İn/ mövcuddur:  “manga” (mənə).
4)  Sözlərin ortasında və təkhecalı  sözlərin sonunda  səsi /v/ 
səsi  ilə əvəzlənir:  “çovan” (çoban);  “qavax” (qabaq).
5)  Söz  ortasında  və  təkhecalı  kəlmələrin  sonunda  /c/  səsi  /j/ 
səsi  ilə əvəzlənir:  “bajı” (bacı).
6)  Sözlərin  sonundakı  samitlər  karlaşır:  “papax”  (papaq), 
“boşqap” (boşqab), “ağaş” (ağac).
7)  Sözlərin  sonunda    səsi  /f/  səsi  ilə  əvəzlənir:  “k ita f’ 
(kitab), “a lıf ’ (alıb).
8)  Sözlərin  ortasında və  sonunda /v/ səsi /y/ səsi  ilə əvəzlənir: 
“buzoy” (buzov), “toylamax” (tovlamaq).
9)  Dodaq səslilərinin ahəngi möhkəmdir:  “görməyüf ’ (görmə­
yib),  “görsüydü” (görsəydi).
10)  Sözlərin  əvvəlindəki  /y/  və    düşür:  “umrux”  (yumruq); 
“uxan” (yuxan);  “ışqırmax” (hıçqırmaq).
11)  Səsli  ilə  bitən  sözlər,  təsirlik  halda  l-yıl  şəkilçisini  (-nı 
yerinə) qəbul edir:  “qapıyı” (qapını).
12) İndiki zaman şəkilçiləri /-er/, /-or/ və /-ör/dür:  “aler” (alır), 
[312]  “görör” (görür).
13)  Sual  cüm lələrində  /-mi,  -mı,  -mü,  -mu/  işlənir:  “Oxun­
dum u?”
c)  Şim al  q ru p u   d ialek t  və  şivələri:  Bu  qrupa Nuxa,  Zaqa- 
tala-Q ax  dialekt  və  şivələri  daxildir  və  xüsusiyyətləri  bunlardan 
ibarətdir:
1) /ə/ səsi /e/ səsi ilə əvəzlənir:  “eyləş” (əyləş).
2)  Sağır Inl aradan çıxmaqdadır.
3)  Bəzi  şəkilçilər  ahəng  qanununa  tabe  olmur:  “beşlıx”  (beş­
lik);  “getmax” (getmək).
25


4)  Yad  sözlərin  çoxunda /f/  səsi  /p/  səsi  ilə  əvəzlənir:  “pəhlə” 
(fəhlə), “pənər” (fənər).
5)  Xüsusi  əvəzliklər mövcuddur:  “habu”  (bu);  “hunda”,  “hon- 
nar”, həblə (onlar); “maa”, “mağa” (mənə);  “saa” ,”sağa” (sənə).
6)  İndiki  zaman  şəkilçisi:  “gələ  durur”  (gəlir),  “baxa  durur” 
(baxır).
7)  Təyini  söz  birləşmələrinin  şəkilçisi  bəzi  hallarda  işlənmir: 
“göz ağn” (göz ağrısı).
d)  Cənub  qrupu  dialekt  və  şivələri:  Bu  qrupa  N axçıvan, 
Ordubad  və  İrəvan  daxildir  və  xüsusiyyətləri  bunlardan  iba­
rətdir:
1) /ə/ səsi daha açıq tələffüz olunur:  “əv”.
2) /a/ səsi /ə/ səsi ilə əvəzlənir:  “əyax” (ayaq);  “qərə” (qara).
3) /e/ səsi /ə/ səsi ilə əvəzlənir: “səvgi” (sevgi); “dəyil” (deyil).
4) /i/ səsi /ü/ səsi ilə əvəzlənir, “büldür” (bildir).
5)  /o/  səsi  /a/  səsi  ilə  əvəzlənir:  “alav”  (alov);  “navruz”  (nov­
ruz); “av” (ov).
6) /ö/ səsi /ə/ səsi ilə əvəzlənir:  “təvlə” (tövlə).
7) /к/ səsi /g/ səsi ilə əvəzlənir:  “geşdi” (keçdi);  “geçi” (keçi).
8)  Sözün  əvvəlindəki  /x/  səsi  /h/  səsi  ilə  əvəzlənir:  “horuz” 
(xoruz), “hurcun” (xurcun).
9)  İndiki zaman  şəkilçiləri /-ır ,  -ir,  -ur,  -ür/ ilə yanaşı /-iy,  -uy 
və -iri/dir:  “gəliy” (gəlir); “gediy” (gedir).
10)  Qəti  gələcək  zaman  şəkilçisi  /-as/  və  /-əs/dir:  “alassan” 
(alacaqsan); “gələssən” (gələcəksən).
[313]  Hər  dialekt  qrupunda  o  qrupa  məxsus  kəlmələr  var. 
Şimali  və  Cənubi  Azərbaycan  dialekt  və  şivələri  arasında  səs  və 
şəkilçilərlə  yanaşı,  alınma  kəlmələrdə  də  fərqliliklər  vardır.  Şimali 
Azərbaycanda  işlənən  yad  sözlər,  əsasən,  rus  və  latın  mənşəli,  Cə­
nubi  Azərbaycanda  isə  fars  və  ərəb  mənşəlidir.  Bundan  əlavə,  Cə­
nubi  Azərbaycan və İranın digər bölgələrinin  dialekt və  şivələri  hə­
lə elmi şəkildə tədqiq edilməmişdir.
Güney  Azərbaycan  türkcəsinin  dialekt  və  şivələri  aşağıdakı­
lardan ibarətdir:
26


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə