Cavad heyət bu əsəri türk olmadığına baxmayaraq, saatlarca yalnız lığa dözən və mənim rahatlıqla bu kitabı ərsəyə gətirməyimə imkan yaradan sev­ gili həyat yoldaşım Fəridə xanıma ithaf edirəm. TÜRk diLLƏRİ



Yüklə 38,18 Kb.
Pdf görüntüsü
səhifə8/48
tarix09.03.2018
ölçüsü38,18 Kb.
#31036
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

1) Mərkəzi qrup:  Təbriz, Marağa;
2)  Şimal qrupu:  Mərənd, Əhər;
3)  Şimali-qərb qrupu:  Xoy, Maku;
4)  Şimali-şərq qrupu:  Bikrabad, Bacrəvan;
5)  Şərq qrupu:  Ərdəbil (Savalan), Xalxal;
6) Qərb qrupu:  Urmiyə,  Salmas;
7) Cənubi-şərq qrupu:  Zəncan;
8) Cənub qrupu:  Sayınqalə;
9)  Cənubi-qərb qrupu:  Savucbulaq.
Hər  məntəqənin  dialekt  və  şivələrində  də  az-çox  fərqliliklər 
gözə çarpır.  Təbriz və Marağa dialektləri kimi.
Cənubi Azərbaycan türkcəsinin xüsusiyyətləri
Cənubi  Azərbaycan  türkcəsi  həddindən  artıq  farscanm  təsiri 
altında qalmış və səslərin ahəngi bir çox halda pozulmuşdur.
Fellərdə  /-mək/  və  /-maq/  məsdər  şəkilçiləri  yerinə  çox  vaxt 
/-max/  şəkilçisi  işlənir:  “vermax”,  “almax”  kimi;  “yiyəcək”  yerinə 
“yiyəcax”,  “verəcək” yerinə  “verəcax” işlənir.
Söz əvvəlindəki /y/ düşür:  “yücə” yerinə “uca”.
Söz ortasındakı samit qoşalaşır:  “səkkiz”, “doqquz” kimi.
Fellərin çəkimində birinci şəxs cəm şəkilçisində çox vaxt /-ux/ 
işlənir:  “verirux” (veririk).
Şərq türkcəsində olduğu kimi  üstünlük sifəti üçün /-rax/ şəkil­
çisi  işlənir:  “kiçikrax” (daha kiçik).
27


ZƏNCAN D lA L E K T İ
Xəmsə  əyaləti  və  onun  mərkəzi  olan  Zəncanın  dili  Azərbay­
can  türkcəsinin  bir  dialektidir.  Bu  əyalətdəki  türklərin  nüfusu  bir 
milyon civanndadır.  Zəncandan böyük şairlər çıxmış və onlar gözəl 
şeirlər  söyləmişlər.  Bəzi  şairlərin  əsərləri  çap  olunmuşdur  (“Şuəra
yi-Zəncan ” və  “Dan  Ulduzu ”).
Zəncan  şairlərindən  Məhəmməd  Kazim  Cazib  (1185-1260/ 
1771-1844),  Baqir  Xalxali-yi  Zəncani  (Miskin,  1228-1298  /  1829- 
1891),  Məhəmməd  Əli  Həkim  Hidəci  (1270-1342  /  1853-1928), 
Şeyx  İsmail  Zəbihi  (1236-1316  /  1857-1937),  M olla  Cəmal 
Hezariyi-Tari  (1246-1347  /  1867-1968),  Xüsrov  M irza  Darayi  və 
müasir  şairlərdən  prof.  Qulam hüseyn  Bigdili,  Hökümə  Billuri, 
mühəndis  Rza  Cəmali  (Şahin),  M əhəmməd  Rza  Ruhani,  Cahan- 
şah  Xədivi,  Hüseyn  M ünzəvi,  dr.  Əbülfəth  H əkim iyan  kim ilərin 
adını çəkə bilərik.
Məhəmməd  Hidəci:  Şair  və  müctəhid  olan  Hidəci  əsərlərini 
türk,  ərəb və fars dillərində yazıb. Nəcəfdən qayıdandan  sonra Teh­
rana yerləşib dərs verməklə məşğul  olub.  Lirik,  fəlsəfi  şeirlər,  mən­
sur fəlsəfi  əsərlər (ərəbcə mənzum  şərhi  ilə) və Risaleyi-Düxaniyyə 
kimi  ictimai-siyasi  mövzularda  əsərlər  yazıb.  Şeir  divanı  bir  neçə 
dəfə Təbriz və Zəncanda nəşr olunub. Nümunə olaraq şeir-nəsr şək­
lində dediyi bir mühavirəsini nəql edirik:
Saqi gətir, nedən? O meyi-xoş güvardən13.
Mey? Hansı mey? O mey ki yoxu fərqi nardən.
Gəldi, nəm ə14? Bahar.  Gedibdir, nəmə? Qərar.
Candır, necə? N ezar15. Nədən? Hicri-yardən.
Eylərdim arzu.  Haranı? Tərfı-gülşəni16.
Könlüm edərdi yad.  Haçaqdan? Bahardən.
Çox-çox xoşum gəlir. Nəməyə? Bülbül ü gülə.
Çox-çox bədim gəlir. Nəmədən? Qış u qardən.
13 Ləzzətli mey.
14 Nə.
15 İncimiş.
16 Gül baxçası.
28


M ütrib17? Bəli, buyur.  Mən ölüm, bir ayağa dur.
Neydim? Apar qəmi. Nəyinən? Çəng ü tardən 
Quşlar yenə oxur.  Harada? Mərğzarda18.
Kəklik səsi gəlir.  Haradan? Kuhsardən19 2
0
 2
1
.
Şahid!  Bəli!  Dönüm başına. Xub sözün buyur.
Fikr et, nə var? Düşüb əmin xab  u xar  dən.
Neylim? Ayağa dur. Nola? Görsün əmin boyun.
Onda götür niqab. Nədən? Ol üzar22dən.
Xüsrov  Mirza  Darayi:  Keçən  əsrin  şairlərindəndir.  Özündən 
yadigar bir çox qiymətli  əsər qoymuşdur. Nümunə olaraq onun aşa­
ğıdakı qəzəlini nəql edirik:
Naz ü qəmzə öyrənir səndən əgər cananələr,
Məndən öyrənsin gərək divanəlik divanələr.
Gər düşəm divanə tək bazarə haqqım var mənim,
Mən sənin rüsvayi-eşgin, kam alan biganələr.
Mən cəhənnəm,  sən gözəllik şənini çox hifz elə,
Hər sədəfdə məskən etməz sən kimi dürdanələr.
Şəm tək nuri-camalın rövşən eylər məclisi,
Var necə taqət o şəmə yanmasın pərvanələr.
İndi bildim gah-gahi gər mənə lütf eylədin,
Salmağa könlüm quşunu damə səpdin danələr.
Sən gözəllik şöhrətində mən bəlayi-eşqdə,
Qoy yazılsın qan ilə aləmdə bu əfsanələr.
Məst olmaz badədən Xüsrov içə deryanı gər,
Etməsə ger çeşmi-məstin qəmzeyi-məstanələr.
[316]  Müasir şairlərdən prof.  Qulamhüseyn  Bigdili həm şair, 
həm  də  Azərbaycan  və  fars  ədəbiyyatları  tədqiqatçısıdır.  Zəncan
17 Çalğıçı.
18 Çəmənlik.
19 Dağ.
20 Yuxu.
21  Yemək.
22 Üz.
29


şairlərinin  çoxu  kimi  onun  da  iki  dildə  şeirləri  var.  Qətrani-Təbri- 
zinin  divanı  ilə  Ohədi  Marağeyinin  “Cami-Cəm ”  əsərini  türkcəyə 
tərcümə  etmiş,  “Sihahül-Əcəm ”  lüğətini  elm  və  ədəbiyyat  aləminə 
tanıtmışdır.
H öküm ə  Billuri:  1946-cı  (1325)  ildən  sonra Bakıya mühaci­
rət edən məşhur Azərbaycan şairlərindəndir.
Müasir Azərbaycan şeirinə nümunə olaraq C ahanşah  Xədivi- 
nin şeirlərindən bir parça nəql edirik:
A yrılıq havası
Bu ney çalan bu gecə aynlıq havası çalır,
Neyin yanıqlı səsi od salır, ürək çabalır.
Sən istəsən gedəsən get, gözüm dalunca qalır,
Ürəkdə qəm quşusan, getsən aşiyanə salır.
Mənə ölüm bu gecə ayrılıqdan asandır,
Amandı, getmə, dayan!  Getmə qal, canım yandı.
Bir neçə beyt də d r.  H əkim iyanın “Məhəbbət və Möhnət ” ad­
lı qəzəlindən örnək göstəririk:
Bahari-gülşənə rəhm etmədi xəzan nəfəsi,
Dağıldı sinəyə qəmdən quşun səfalı səsi.
O gün məhəbbətə möhnət yazıldı aləmdə,
Ki güllərin ləxəsi oldu bülbülün qəfəsi. 
^
Fəğan ki, sinədə ney tək yığıldı şikvələrim  ,
Ki dəymədi bu neyistanə bir çoban nəfəsi.
Məzar laləsi tək açmamış dağıldı canım,  ^
Fələk gülün butasından yaratdı xar2
3
 24 2
5
 ü xəs  i.
23  Şikayətlərim.
24 Tikan.
25 Çör-çöp.
30


Yüklə 38,18 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə