Cavanlığında nüfuz qazanmış alim-pedaqoq və istedadlı jurnalist Telman Cəfərov



Yüklə 18,02 Kb.
Pdf görüntüsü
tarix08.12.2017
ölçüsü18,02 Kb.
#14656


 

Cavanlığında nüfuz qazanmış alim-pedaqoq və istedadlı jurnalist 

 

Telman Cəfərov, 

Bakı Slavyan Universiteti   Humanitar liseyinin direktoru

filologiya elmləri namizədi, dosent 

 

Akif Məmmədovun 50 illik yubileyini qeyd etmək ərəfəsindəyik. Təvazökarlığı ilə seçilən 



bu istedadlı qələm sahibi, alim-pedaqoq, sözün əsl mənasında ziyalı və intellekt sahibi haqqında 

ürək  sözlərimi  və  fikirlərimi  oxuculara,  şagird  və  tələbələrə,  onu  yaxından  tanıyan,  sevən,  əziz 

bilən adamlara bildirmək ehtiyacı  təkcə  yubiley  əhvali-ruhiyyəsindən doğan istək deyil.  Bu, öz 

zəhmətinə,  elmi-metodik  səviyyəsinə,  müəllim  əməyinə,  jurnalist  bacarığına  görə  layiq  olduğu 

qiyməti  bu  günə  qədər  almamış  bir  insan,  əqidə  dostumuz,  gözəl  və  əvəzolunmaz  həmkarımız 

barə-sində mətbuatda xoş sözlər ifadə etmək üçün yaranmış bir imkandır. 

Doğrudan da, cəmiyyətimiz müəllim əməyinə layiqli qiymət vermək istəyi və bacarığından 

hələ ki,  uzaqdır. Bu gün milli mentalitetimizə  yad olan çox şeylərdən biri  də  məhz müəllim və 

tərbiyəçiyə  münasibətin  qənaətbəxş  olmamasıdır.  İctimai  fikir  elə  formalaşıb  ki,  "Azərbaycan 

müəllimi" qəzetinin hər sayında birinci səhifədən sətir boyu gözümüzə sataşan "Müəllimi yaxşı 

olan xalqa zaval  yoxdur" sözlərinin  ifadə  etdiyi  gerçəkliyi  hələ də  anlaya bilmirik. Üç artist və 

müğənnidən birinin xalq, birininsə əməkdar artisti olduğu ölkədə iki yüz mindən çox müəllimin 

də  rəğbətləndirilməsinə  və  mükafatlandırılmasına,  müğənnini,  polis  işçisini,  hakimi,  daha  kimi 

dolandıran  millətin  müəllimə,  balalarımızın  təlim-tərbiyəsinə,  şəxsiyyət,  vətəndaş  və 

vətənpərvərlər  kimi  böyüməsinə  çalışan  insanların  layiqincə  dəyərləndirilməsinə  ehtiyac  var... 

Qoy heç kəs bunu bir giley kimi qəbul etməsin. Hələ ki, reallıq budur. Reallıqdan çıxış edib hərə 

öz bacardığını etməlidir. Əli əl üstə qoyub cəmiyyətin nə zaman düzələcəyini,

                  

layiqli 

qiymətimizi və yerimizi alacağımızı gözləmək quzunu qurda vermək təhlükəsi qədər qorxuludur. 

Gələcəyimiz  olan  uşaq  və  gənclər,  hər  birimizin  övladı  elə  təlim-tərbiyə  almalıdır  ki,  sabahkı 

günümüz üçün narahatçılıq keçirməyək. Bu gün bu istiqamətdə çalışan, can qoyan, sağlamlığını 

əsirgəməyən Akif müəllim həmkarlarından bir baş uca dayanan, sabaha ümidlə baxmağı bacaran 

insanlar-dandır.  Müəllim  yoldaşları,  şagird  və  tələbələri  arasında,  yazı  masası  arxasında  həyat 

romantikasını yaşayan, peşə sahibi kimi iş başında özünü sərbəst və xoşbəxt hiss edənlərdəndir. 

Akif müəllim ağa ağ, qaraya qara deməyi, ekstremal şəraitdə belə, öz sifətini itirməməyi, 

yaxşılığı dəyərləndirməyi, yamanlıq və kin-küdurəti ürəyə salmamağı bacaran adamdır. Sadə və 

təbiidir.  Bəlkə  də  təbiətə  yaxınlığındandır  ondakı  bu  sadəlik  və  təbiilik,  çılğınlıq,  məğrurluq, 

halallıq, düzlük və sadiqlik, ailə və övlada, ata-anaya, qardaş-bacıya, el-obaya məhəbbət. Doğma 

kəndi,  Lerik  lövhələri,  arx  və  bulaq  sularının  şırıltısı,  dağların  səhər-axşam  sərilib  yığılan  ağ 

örpəyi,  daha  nələrdir  bu  qara  çöhrəli  insanın  işıqlı  sifətinin  cizgilərinin  ifa  etdiyi  simfoniyanın 

motivləri.  Burada  ağrılı-acılı  günlərin,  xoşbəxt  anların,  ömür-gün  yoldaşı,  həmkarı  və  həkimi 

Sədaqət xanımın, Fuad və Nihadın, Ruhəngizin də bəstələdikləri notlar sezilməkdədir. 

Pedaqoji elmlər namizədi Akif Məmmədovla yaxından tanış-lığımızın onillik tarixçəsi var. 

On ildir ki, bir yerdə çalışırıq. Bir ali məktəbdə və bir liseydə. Bu müddət ərzində Akif müəllim 

"Mütərcim" Tərcümə Mərkəzində baş redaktor, liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini 

kimi çalışıb. Liseyin ilk Nizamnaməsini bir yerdə yazmışıq. Təmayül üzrə ilk tədris proqramının 

müəllifi olub. "Mütərcim" ədəbiyyat jurnalının nəşrinə böyük köməklik göstərib, ilk məsul katibi 

olub. Hal-hazırda Bakı Slavyan Universiteti humanitar liseyinin aparıcı dil-ədəbiyyat müəllimidir, 

metodbirləşmə sədri kimi  çox işlər görür, 7 illik ömrü olan məktəbimizin inkişafı və  tanınması 

üçün əlindən gələni əsirgəmir. Ana dilimizin inkişafına dövlət qayğısı göstərən bir vaxtda Təhsil 

Nazirliyinin  təsisçiliyi  ilə  nəşr  olunan  nüfuzlu  "Azərbaycan  dili  və  ədəbiyyat"  elmi-metodik 

jurnalının şöbə redaktoru kimi də böyük müəllim ordusuna köməyini əsirgəmir. Dilimizin geniş 

tətbiqi,  dərin-dən  öyrənilib  sevilməsi,  təbliği  istiqamətində  keçirilən  respublika  və  şəhər 

tədbirlərinin  fəal  iştirakçısıdır. Dili-mizin  təmizliyi, dolğun, səlis və ifadəli işlənməsi  keşiyində 

duran alim-pedaqoqlardan və jurnalistlərdəndir. Neçə-neçə kitabların redaktoru kimi onun müəllif 

fikrinə yanaşma tərzinin, yazı məhsulunun məsuliyyətini

 

anlama qabiliyyətinin şahidi olmuşam, 




 

kitablarına  ön  söz  yazmı-şam.  İnsan  taleyinə  laqeydlik,  təkəbbürlük  və  mənəm-mənəmliklə 



barışmaz bir insan – Akif Məmmədov "Bu işi mən gördüm", "Bu mənəm", "Mən olmasam, dünya 

batar"  fikirlərindən  uzaq  olmağı,  dostları,  qohumları  və  həmkarlarında  gör  düyü  qüsurları 

qabartmamağı,  yeri  gəldikcə  ehmalcasına  anlatmağı  bacarmağı  və  neçə-neçə  müsbət 

xüsusiyyətlərinə görə bizə əzizdir. 

50  illik  yubiley  zəhmətkeş,  yaradıcı,  qayğıkeş,  saf  qəlbli  insanların  ikinci  cavanlığının 

doğum günüdür. İrəlidə neçə-neçə yubileylər durur. Bu yubileylərin nazını çəkmək, yaşadığın hər 

günün, hər ilin,  hər on ilin  –  70, 80, 90, 100 ilin qayğısı ilə  yaşamaq gözləyir dostumuz Akifi. 

Allah ömür versin! Ömür versin işləməyə, yazıb, yaratmağa, doyunca nəvə-nəticə, millətimizin və 



Vətənimizin xoş günlərini görməyə! 

 

Yüklə 18,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə