41
bir cəmiyyət qurarkən, demokratikləşməni, fikir plüraliz-
mini qəbul edərkən, həyat tərzlərinin də plüralizmini qəbul
etmək məcburiyyətindəyik. Lakin başqa bir əxlaqın bizimlə
paralel mövcudluğuna dözmək, heç də bizim özümüzü
həmin yabancı əxlaqı qəbul etmək məcburiyyətində qoy-
mur. Biz, sadəcə olaraq, müxtəliflik və mədəni-mənəvi plü-
ralizm şəraitində özəlliyimizi qorumağı və inkişaf etdirmə-
yi öyrətməliyik.
Bax, həyatın bu yeni dialektikasını, qloballaşma
artdıqca milliləşmənin də onunla həmahəng olaraq artmalı
olduğunu anlasaq və cəmiyyətdəki milli iradədən məhrum
tör-töküntü ilə milli elitanın yerini dəyişik salmasaq təşviş
üçün elə bir ciddi əsəas yoxdur.
Sadəcə olaraq, anlamalıyıq ki, milli mənəviyyatın öz
ətaləti ilə yaşayacağına əminlik dövrü rxada qalmışdır. İndi
biz öz vətənimizdə də milli məni qorumaq, yaşatmaq, inki-
şaf etdirmək üçün hər an mübarizəyə hazır olmaq, yaxşı
düşünülmüş vasitələrlə mücadilə aparmaq məcburiyyətin-
dəyik. Bu mücadiləni uduzmamaq üçün klassik ədəbi-fəlsə-
fi irsimizi yaşatmağı və müasir düşüncə ilə birləşdirməyi
öyrənməliyik.
Müasir həyatın dialektikası ədəbiyyata münasibətdə
də müxtəlifliyin vəhdətini tələb edir. Bizə bu gün ayrılıqda
Cavid və ya Cabbarlı deyil, həm Cavid, həm də Cabbarlının
ideyalarından bəhrələnən vahid mədəni-mənəvi özünümü-
42
dafiə və inkişaf konsepsiyası lazımdır.
Bu gün çox vaxt «milli birlik»dən danışılır, «biz
nəyə birləşə bilmirik?» sualı qoyulur. Lakin unudulur ki,
milli birlik zaan kəsiyində mümkün deyil. Bunun üçün
zaman oxunda birlik axtarmaq, öz böyük mənəvi
sələflərimizlə birləşmək lazımdır.
43
«İblis» və dünya ədəbi-fəlsəfi fikri
Hüseyn Cavidin «İblis»i heç
də Götenin «Faust»undan geri
qalmır. Ancaq biz belə inciləri la-
zımi qədər qiymətləndirə bilmirik.
Heydər ƏLİYEV
H.Cavidin "İblis" pyesi dünya ədəbiyyatında
əsrlərdən bəri davam edən İnsan-İblis dialoqunun,
mübarizəsinin yeni, parlaq, yüksək bir səhfəsidir.
Faciə qarşılaşdırılan başlıca ideyalar bir tərəfdən
"ədalət, mərhəmət, vicdan" ideyası (Arif), digər tərəfdən al-
tun və silah gücünə arxalanaraq miskin nəfsə xidmət etmək
(İblis) ideyasıdır. Müəllifin məqsədi bu ideyalardan birinin
qələbəsini, digərinin məğlubiyyətini göstərmək deyil; əsəri
bu cür birtərəfli mənalandırmağa çalışanlar düzgün nəticə
hasil edə bilmirlər. Birinci ideyanın qələbəsini təsdiq etmək
faciənin ümumən nikbin olan ruhuna uyğun gəlsə də,
44
İnsanın bütün əsər boyu keçdiyi inkişaf yolunun sonrakı
məqamlarını, Hegel terminalogiyası ilə desək, antitezis və
sintez mərhələlərini nəzərə almadığı üçün tam uğurlu sayıla
bilməz. İkinci ideyanın qələbəsini təsdiq etmək isə əsərin
mütərəqqi və humanist ruhuna heç cür uyğun gəlmir.
Faciədə bu iki ideyanın gərgin mübarizəsi onların
hər ikisinin dialektik inkarı və eyni zamanda sintezi yolu ilə
həll olunur. Əsərin əvvəlində mücərrəd şəkildə səslənən
ümumi mərhəmət və vicdan fəlsəfəsi əsərin sonunda qüvvət
və fəaliyyəti də ehtiva edərək sosial mübarizə konsepsiyası
səviyyəsinə yüksəlir.
Müəllif hər iki ideyaya eyni tənqidi münasibətlə ya-
naşmır. Müəllifin məqsədi İblisin kinayəli qəhqəhələri ilə
Arifin mövqeyini ifşa etmək deyil. Əksinə, əsərdən hasil
olan nəticələrdən biri budur ki, birinci ideya - "sülh, mə-
həbbət və ədalət ideyası güclü rəqibi ilə mübarizədə qalib
gəlmək üçün özlüyündə kifayət olmasa da, gözəl ideyadır,
səmimidir, təmizdir. Lakin o nə qədər gözəl olsa da, fəaliy-
yətsizdir, zəifdir, hadisələrin gedişinə heç bir təsir göstərə
bilmir.
İkinci ideya isə fəaliyyətdədir. O, meydan oxuyur.
Çünki arzulardan deyil, gerçəklikdən çıxış edir. Hadisələr
onun hökmü ilə baş verir. Hamı onunla hesablaşır. Çünki
eybəcər də olsa, realdır, hakimdir. Lakin bu hakimiyyət
ehtirası o dərəcədə güclüdür ki, birinci ideyanın hətta
45
fəaliyyətsiz, yalnız arzu şəklində mövcudluğuna da
dözmür, onu məhv etməyə çalışır, öz "üstünlüklərini,
gücünü, qüdrətini" ona göstərmək istəyir, onu məsxərəyə
qoyur... Lakin onu məhv etməyə çalışarkən özünə qəbir
qazdığını duymur. Bilmir ki, həqiqət zahirən nə qədər zəif
görünsə də, onu məhv etmək mümkün deyil. "Gücsüzsən
və deməli, haqsızsan", - deyir və öz "haqq yolunu" zorla
təlqin etmək istəyərkən əslində onu fəaliyyətə gətirmiş
olur. Burada Götenin "Faust" əsərindən Allahın Mefistofelə
tapşırığı yada düşür:
Dinclik axtarmaqdır insanın meyli,
Səni yol yoldaşı etdim, coşasan
Cırnadıb, narahat eləyib xeyli,
Onu yaradıcı işə qoşasan!
Elə bil ki, Mefistofel Faustu kabinədən çıxarıb
bilavasitə maddi fəaliyyətə qoşmaq üçün göndəriribmiş.
Baxmayaraq ki, Mefistofelin öz şəxsi niyyəti də var, amma
son nəticədə Allahın iradəsi həyata keçir.
H.Cavidin "İblis"ində isə insanı fəaliyyətə cəlb
eləyən səma qüvvələri deyil. Bu məsələdə kontur-rol
oynayan İblis də səma qüvvəsi olmayıb, hakim ictimai
mühiti təmsil edir. Nə zaman ki, Arif daha mövcud ictimai
mühitin passiv müşahidəçisi kimi qala bilmir, mühitin
eybəcərlikləri onun istəyindən asılı olmayaraq şəxsi
həyatına daxil olur, onda Arif istər-istəməz fəallaşır,
hadisələrin real iştirakçısına çevrilir və bir müddət İblisin
Dostları ilə paylaş: |