46
(hakim həyat tərzinin) təsiri altına düşsə də, nəticədə
əlindəki silahı hakim mühitin özünə qarşı çevirəcəyinə
şübhə yeri qalmır.
Əlbəttə, şər - İblis öz aləmində müəyyən qələbələrə
nail olur (necə ki, Mefistofel artıq Faustu özününkü hesab
edirdi), insanı müəyyən konkret cinayətlərə sürükləyə bilir,
lakin onun daxilindəki həqiqət hissini öldürə bilmir və
əksinə, bu hiss - onun daşıyıcısı, nəhayət, həyata açıq gözlə
baxmağı öyrənir, passiv şikayətçilik mövqeyi tutmaq və ya
zora təslim olmaq əvəzinə, ona bir vasitə kimi yiyələnmək
zərurətini dərk edir,
Beləliklə, ideyalar arasındakı gərgin mübarizə tərəf-
lərdən hər hansı birinin qələbəsi ilə deyil, onların hər iki-
sinin dialektik inkarından doğan yeni bir ideyanın qələbəsi
ilə bitir. Bu, həqiqət və gücün vəhdəti ideyasıdır. Bu həmin
ideyadır ki, H.Cavidin sonrakı əsərlərində kitab və qılıncın
vəhdəti şəklində davam etdirilir. Ayrılıqda hikmət, həqiqət
və ayrılıqda küc, qüvvət deyil, hikmətə xidmət edən
qüvvət, qüvvətə arxalanan hikmət tərənnüm edilir.
Gücə belə konkret münasibət "İblis" əsəri üçün də
tamamilə səciyyəvidir. Burada Cavid heç də hər cür gücü
deyil, yalnız "hikmətlə cilovlanmamış" (Horatsi), həqiqət
cövhəri ilə pardaqlanmamış, ədalətə, haqq uğrunda
mübarizəyə qarşı yönəldilmiş qaba, nadan gücü, zülm və
bədbəxtlik səpən gücü inkar və ifşa edir. Yer üzərində
47
ədaləti bərqərar etməyə yönəldilmiş gücü, həqiqət
yolçularının gücünü isə, əksinə, təqdir və tərənnüm edir.
İblis obrazına münasibət məsələsində, bir tərəfdən,
bu obrazın mifoloji İblis və demonizm problemi ilə
əlaqələrinin axtarılmasında, digər tərəfdən də, klassik
ədəbiyyatdan məlum olan bir sıra İblis obrazları ilə
müqayisələr zamanı yol verilən sərbəstlik və aludəçilik çox
vaxt tədqiqatçıları konkret məntiqi təhlildən yayındırır,
əsərin öz məzmun və ideyasından uzaqlaşdırır, faciənin
özünəməxsus, orijinal cəhətlərinin və spesifik ideya
çalarlarının kölgədə qalmasına səbəb olur.
Bizcə, əsərin düzgün şərhi üçün İblis anlayışının tari-
xən necə meydana gəldiyini, min illərdən bəri ona münasi-
bətin necə dəyişdiyini, müxtəlif dövrlərdə və konkret icti-
mai şəraitlərdə ədəbi əsərlərdə İblis obrazına müraciətin
özünəməxsus cəhətlərini izləməkdən daha çox, məhz Cavid
dövründə Azərbaycanda İblis anlayışının hansı mənada
işlənildiyini müəyyənləşdirmək
və əgər bu mümkündürsə,
müəllifin özünün "İblis" faciəsinə və İblis obrazına şəxsi
münasibətini nəzərə almaq və nəhayət, əsərin öz məntiqi
Azərbayjanda İblis anlayışına ənənəvi münasibət onun şər
timsalı kimi qiymətləndirilməsidir. Xalq arasında İblisə inqilabçı
kimi baxmaq meyli ağlabatmaz haldır. Bu meyl yalnız Qərb
ədəbiyyatının bir qisim nümayəndələri üçün xarakterik olub
Azərbayjan gerçəkliyinə yaddır.
48
təhlilindən çıxış etmək daha məqsədəuyğundur.
H.Cavid irsinin fəlsəfi, ədəbi və mifoloji zəmin və
ənənələr fonunda, müqayisəli şəkildə öyrənilməsi, əlbəttə,
təqdirəlayiq hadisədir. Lakin əvvəlcə əsərin fəlsəfi-məntiqi
təhlilini vermədən, onun əsas ideya istiqamətini və müəllif
mövqeyini müəyyənləşdirmədən müqayisəli təhlilə keçmək
uğurlu nəticə verə bilməz. Bizcə, İblis obrazının ədəbi
tənqiddə taleyi məhz belə uğursuzluq nümunələrindən
sayıla bilər.
İblis obrazına ədəbi tənqiddəki müxtəlif münasibət-
ləri ümumiləşdirsək və təsnif etsək, iki bir-birinə tamamilə
əks olan mövqe ilə rastlaşmış olarıq: bir mevqeyə görə,
İblis şər qüvvələri ifadə edir və təbii ki, mənfi obrazdır. Di-
gər mövqeyə görə, İblis şər qüvvələrin ittihamçısı və demə-
li, müsbət qəhrəman kimi çıxış edir. H.Cavidin "şər qüvvə-
lərin" təbiəti və mənşəyi məsələsini necə həll etdiyinə dair
də ədəbi tənqiddə fikir ayrılıqları olduğundan bu mövqelər
hər biri öz növbəsində üç yerə bölünür. Birinci mövqeyə
görə, ya şərin mənbəyi Allahdır və İblis Allahın törətdiyi
cinayətlərin timsalıdır, ya şərin mənbəyi insandır və İblis
insanın özündədir, ya da şərin mənbəyi naqis ictimai mühit-
dir və İblis bu mühitin timsalıdır. İkinci mövqeyə görə, İb-
lis özü şərdən kənardadır və hadisələrə qiymət verərkən ya
Allahı şərin yeganə mənbəyi və baisi saymaqla onu ifşa
edir, ya şəri insanın təbiəti ilə bağlayır və insanı ifşa edir,
49
ya da ictimai mühiti şərin törədicisi kimi ittiham edir. Hər
iki halda prinsipial fəlsəfi əhəmiyyəti olan məsələ şərin
mənbəyinin Allahda, İnsanda, yoxsa ictimai mühitdə
axtarılması məsələsidir. İblis obrazının şərin timsalı, yox-
sa ittihamçısı olması isə daha çox dərəcədə bir ifadə, təsvir
metodu olmaqla bədii sənətkarlıq məsələsidir. Lakin aşağı-
da görəcəyimiz kimi, bu ikinci cəhət də müəllifin fəlsəfi
mövqeyinin düzgün açılması üçün ciddi əhəmiyyətə malik-
dir. Allahı şərin baisi hesab etmək üçün əvvəlcə onun möv-
cudluğunu qəbul etmək lazımdır. Şərin əsil ictimai mənbə-
yini qoyub, göylərdə ona mənbə axtarmaq (hətta bu mənbə-
yi Allahda görmək belə) XIX əsrin əvvəlləri üçün (mə-
sələn, Bayron) bir orijinallıq və cəsarət idisə, XX əsrin
əvvəlləri üçün ya deyilənlərin təkrarı, ya da dövrün
mütərəqqi fikir axınından geri qalmaq kimi qiymətləndiril-
məlidir. Əgər H.Cavid Qərb ədəbiyyatında dərin kök salmış
və artıq ənənəviləşmiş bir ideyanı sadəcə olaraq təkrar et-
səydi və ya hətta müəyyən dəyişikliklərlə və ən gözəl bədii
formada təkrar etsəydi, bu, şairin nə böyüklüyündən, nə də
filosofluğundan danışmağa əsas verərdi. Zira, mütəfəkkir
ədibin böyüklüyü birinci növbədə onun təsdiq və təbliğ et-
diyi ideyanın orijinallığı və böyüklüyü ilə müəyyən olunur.
Əsərin əsas ideyasını kənarda qoyub İblisin, İxtiyar
şeyxin və s. sözlərini heç bir əsas olmadan müəllifin adına
yazdıqda faciənin ideya orijinallığı şübhə altına alınmış
Dostları ilə paylaş: |