50
olur.
Ədəbi tənqiddə zülmün, şərin səbəbini Allahda
axtarmaq müəllif mövqeyi kimi qiymətləndirilir. Digər
tərəfdən də, guya İblis müsbət bir rol oynayır və Allahın
zülmünü ifşa edir.
H.Cavidin "İblisində" belə mövqedən çıxış edən
obrazlar (İxtiyar şeyx) doğrudan da vardır, lakin bu mövqe
bütövlükdə "İblis" əsəri üçün də, onun müəllifi üçün də
səciyyəvidirmi? - Xeyr. Bu cür mövqe nə H.Cavidin
"İblisinə", nə də Götenin, Marlonun, Klinkerin, Lermonto-
vun və s. müvafiq əsərlərinə aid edilə bilməz. Bu mövqe
olsa-olsa, Bayronun "Qabil" əsəri üçün səciyyəvidir. Lakin
bir əsər üçün üstünlük sayılan müəyyən cəhətin kafi əsas
olmadan başqa əsərə şamil edilməsi nəinki onun qiymətini
artırmaz, əksinə, onun haqqında səhv təsəvvür yaratmaqla
yanaşı, qiymətini da aşağı salmış olar.
Əgər Qabilin Allaha qarşı üsyanı Bayronun asərinin
leytmotivini təşkil edirsə və müəllif mövqeyinin ifadəsi
kimi səslənirsə
, İxtiyar şeyxin dedikləri epizodik bir
obrazın mövqeyini ifadə edir və əsərdəki çox müxtəlif
ideya çalarlarından yalnız biridir. Bundan başqa, bu mövqe
Əslində Qabil əsərdə nə qədər mərkəzi sima olsa da, onun
mövqeyini də müəllif mövqeyi kimi başa düşmək sonunjunu
məhdudlaşdırmaq olardı. Əsərdən alınan ümumi təəssürat Qabilin
və ya Lüsiferin dediklərindən daha çox şey ifadə edir.
51
əsərin əsas ideya istiqaməti ilə ziddiyyət təşkil edir və
əslində müəllifin tənqid obyektlərindən və ya daha yüksək
bir ideyanın formalaşmasına aparan yoldakı məntəqələrdən,
diskret keçid məqamlarından biridir. Zira, ruhdan düşmüş
İxtiyar şeyxin:
Ah, göpurdukcə şu xain bəşər,
Yer üzü daim qusacaq zülmü şər
Məzhəbə dönmüş də bütün kainat,
Qeyri çəkilməz şu müləvvəs həyat.
- deyən bədbin, nihilist, inkarçı mövqeyi ümumən
mübarizəyə, həqiqət və gücün vəhdətinə səsləyən müəllif
tərəfindən yalnız tənqid oluna bilər. İxtiyar şeyxin
nəzərində dünya - allahdır və buna görədir ki, naqis ictimai
mühitdə rastlaşdığı haqsızlıqlar onda Allaha qarşı kin
yaradır və bu, bütövlükdə dünyaya nifrətlə, tam bədbinlik
mövqeyi ilə eyniləşir.
Arifin, Elxanın və hətta İblisin mövqeyinə gəldikdə
isə onların Allaha və dünyaya münasibəti Qabil və
Lüsiferin münasibətindən tamamilə fərqlidir. Buna görə də,
Bayronla hər cür müqayisə heç də həmişə "İblisi" layiq
olduğu səviyyəyə qaldırmır. Elxan və onun çıxışı, üsyanı,
fəaliyyəti Qabil və onun çıxışına, mövqeyinə nəzərən qat-
qat yüksəkdədir. Başqa sözlə, Elxan ictimai etirazın daha
yüksək formasını - ictimai mübarizəni təmsil edir. Elxan
haqsızlıqların səbəbini göydə deyil, yerdə axtarır, xilas
52
yolunu insanın özündə görür və İnsanın dünyanı necə idarə
etməli olduğu haqqında düşünür.
İblisin məqsədi Allahın timsalında dini, ilahiyyatı
tənqid etmək deyil. İblisin Allahla mübarizəsi ənənəvi
mübarizədir və bundan bədii əsərlərdə çox vaxt rəmz kimi
istifadə olunur.
İblisin rəmzi mənası dərk edildikdə, onun Allaha
qarşı çıxışının da rəmzi mənası aydın olur. Bu rəmzilik
xüsusən "Faust"un proloq hissəsində (asimanda) Allah və
Mefistofelin söhbətində, habelə əsərin finalında aşkar
şəkildə təzahür edir. Allah və Mefistofel insanda "xeyir və
şər başlanğıclarının" rəmzləri kimi təqdim edilir. Və
təbiidir ki, proloqdakı söhbətdə Allah insandakı yaxşı
cəhətləri, Mefistofel isə pis cəhətləri görür və hər biri bu
cəhətlərin mütləqləşəcəyinə inanır və cəhd edir.
Bəli, başdan-başa, tanrım, qan, qada...
İnsanlar qəm, möhnət içindədir lap.
deyən Mefistofel onların tam miskin gələcəyinə
şübhə etmir:
O da, mənim əziz, istəkli xalam
İlan tək torpaqda sürünəcəkdir,
Bəli, acgözlüklə o, ümidvaram,
Yerlərdə toz-torpaq sümürəcəkdir.
Allah isə, əksinə, insan haqqında yüksək fikirdədir:
o, -
53
Şübhələr, zülmətlər dolu həyatda,
Cəhd edir haqq yola çıxsın inadla,-
- deyir və insanın nurlu gələcəyinə inanır:
Axtarır, zülmətdə hələ yol gedir,
Nuru hümmətimlə kəşf edəcəkdir.
Lakin Götenin "Faust"unda Allah və Mefistofel
rəmzlərinin arxasında hansı real qüvvələrin dayandığı
aydın olmur. Ümumiyyətlə, müəllifin belə bir məqsədi
yoxdur.
Əsər ardıcıl romantizm mövqeyindən
yazıldığından müəllifin məqsədi ümumiyyətlə Xeyir və
Şərin mübarizəsini tərənnüm etməkdən, insan təbiətində
xeyrinmi, yoxsa şərinmi üstünlük təşkil etdiyini
göstərməkdən (Habelə xeyrin ümumi və müCərrəd
me'yarını - əməli fəaliyyəti tərənnüm etməkdən) ibarətdir.
Burada Xeyir və Şər insanın mənəvi aləminin iki əzəli və
əbədi qütbü kimi göstərilir; onların gerçək həyati mənbələri
isə axtarılmır və ya tapılmır.
Realist romantizm üslubunda yazılan "İblis" əsərində
isə məqsəd məhz bu mənbəyi müəyyənləşdirmək və onu
nişan verməkdən ibarətdir. Burada H.Cavidin qarşısında
çox çətin bir məsələ durur: bir tərəfdən ənənəvi rəmziliyin
şərtlərinə sadiq qalmaq, yeri gəldikcə Allah ilə İblis
arasındakı əksliyə müraciət etmək, digər tərəfdən də Allahı
ancaq xeyir rəmzi kimi verməkdən imtina etmək, onu həm
də gücün, zorun rəmzi kimi təqdim etmək.
Dostları ilə paylaş: |