62
Buna bənzər fikirlər ayrı-ayrı konkret situasiyalarda,
xüsusi emosional-psixoloji vəziyyətlərdə - bədbinlik
məqamlarında digər iştirakçılar tərəfindən də söylənilir.
İxtiyar deyir:
Yüz, min deyil iblisə uyan...həp bəşəriyyət
Etmiş bu gün ev yıxmağa, qan içməyə adət.
yaxud:
Yox kimsədə mərhəmətlə vicdan,
İnsanlığı həp unutdu insan.
Xavər deyir:
İblisə uyub da əhli-aləm,
Həp yer üzüqanlı, cümlə sərsəm...
Hətta Arif belə xüsusi həyəcan və sarsıntı keçirərkən
bu hissə qapılır:
Yalnız deyil insanlara; vəhşilərə sorsan,
Onlar belə insandakı vəhşiliyə heyran.
"Şər insanın təbiətindədir" fikrinin Cavidə şamil
edilməsinin üçüncü "əsası" - subyektiv səbəbi isə, yuxarıda
artıq qeyd etdiyimiz kimi, dramaturqu "şərin mənbəyi
İblisdir" fikrindən "xilas etmək" təşəbbüsüdür.
Lakin, bizcə, Cavid yaradıcılığının tədqiqində
məqsəd və əsas motiv ona haqq qazandırmaq, onu "xilas
etmək" və s. bu kimi subyektiv meyllər ola bilməz -
Cavidin buna ehtiyacı yoxdur.
Məqsəd - əsl həqiqəti üzə çıxarmaq, əsərin həqiqi
63
məntiqi təhlilini vermək, müəllif ideyasını olduğu kimi
müəyyənləşdirməkdir.
Əvvəlcə müqayisə üçün dünya ədəbi tənqidinin
"Faust"a və "Qabil"ə münasibətinə nəzər salaq.
Faust adam öldürür, lakin qatil olmur; çünki bu
təsadüfidir və ya Mefistofelin felidir. Sevgilisini atır,
övladının taleyini unudur, lakin ləyaqətsiz sayılmır; çünki
daha böyük məqsədlər naminə onları tərk etməyə məcbur
idi. Mefistofellə (iblislə) əl-ələ verib hər cür eybəcər eyş-
işrətdə iştirak edir, amma yenə də hər cür eybəcərlikdən
uzaq hesab olunur; çünki Faust bunları dünyanı öyrənmək
naminə edir və s.
Qabil ata-anasının üzünə ağ olur, onu sevən
qardaşını öldürür, dünyada ilk ölüm hadisəsinin səbəbkarı
olur, lakin tənqid onu ölməzlik uğrunda mübariz kimi
təqdim edir, ona əməlinə görə yox, istəyinə görə, hadisəyə
görə yox, mahiyyətə görə, təsadüfən (?!) əlindən çıxan
xətaya görə yox, böyük ideallarına görə, üsyankarlıq,
inqilabçılıq xislətinə görə qiymət verir, qatil kimi deyil,
müsbət obraz kimi səciyyələndirir.
Bəs Arifin tənqid taleyi bu baxımdan necədir?
Arif çılğın vəziyyətdə, aşkar stress halında, adam
öldürərkən,
qeyd-şərtsiz,
peşəkar
qatil
kimi
səciyyələndirilir, özünü itirdiyindən (keçid-istihalə dövrü!)
mənəviyyatı ilə heç cür uyuşmayan hərəkətlər edərkən
64
onun "caniyə", "ən eybəcər məxluqa" çevrilməsindən,
"iblisləşməsindən" danışılır.
Niyə? Nəyə görə "Faust"a, "Qabil"ə mahiyyət
baxımından, "İblis"ə isə hadisəçilik baxımından qiymət
verilməlidir?
Bəlkə Cavid bu hadisələrin Arifin deyil, mühitin
mahiyyətindən irəli gəldiyini qabarıq şəkildə çatdıra
bilməmişdir? Bəlkə burada sənətkarlıq nöqsanı vardır?
Xeyr. Əksinə, Cavid elə bil bunu bilmiş kimi əsərin
düzgün başa düşülməsinə nail olmaq üçün Arifin mənfi
hərəkətlərini "çılğın", "sinirli", "son dərəcə həyəcanlı və
müztərib", "şaşqın". "sərxoşca qəhqəhə ilə" və s. bu kimi
sözlərlə müşayiətdə verir, həmin məqamlarda Arifin öz
təbii halından çıxmış olduğunu göstərir. ("Faust"-da isə
belə izahlar yoxdur. Bu da təbiidir. Çılğınlıq güclü ehtiras
Şərq adamı üçün daha səciyyəvidir. Bu baxımdan son
dərəcə ağıllı və soyuqqanlı Fausta buraxdığı səhvlərə görə
bəraət qazandırmaq çətindir). Bu məqamda Arif elə bil ki,
köhnə yatağından çıxmış, yeni yatağını isə tapmamış
daşqın çay kimidir.
"İblis"in
təhlili zamanı buna xüsusi diqqət
yetirilməlidir ki, Arif amalı, mövqeyi qabaqcadan bəlli olan
və axıradək bu amala "sadiq qalan" stabil obraz kimi
səciyyələndirilə bilməz. Onun hər hansı bir halını
mütləqləşdirməyə çalışanlar qabaqcadan məhkumdurlar.
65
Çünki Arif - prosesdir. Onun keçdiyi yolun əvvəli, ortası və
axırı var. Arifi yalnız bu məqamların hamısını nəzərə
almaqda səciyyələndirmək olar. Ən başlıcası isə prosesin
istiqamətinin düzgün müəyyənləşdirilməsidir. Yol öz
hissələrinin sadəcə cəmi deyil, öz yolçusunu hara aparıb
çıxarması ilə, istiqaməti ilə müəyyən olunur.
"İblis" əsərində Arifin inkişaf yolunun son
(üçüncü) həddi göstərilirmi?
Doğrudan da, "Faust"dakından fərqli olaraq "İblis"də
qəhrəmanın gəldiyi son qənaət və onun fəaliyyəti bilavasitə
konkret hadisələrlə göstəril-məmişdir. "Faust" əsəri insanın
qələbəsi ilə bitir. Əgər "Faust" və "İblis"in təhkiyələri
müqayisə olunarsa, onda ilk baxışda "İblis"in sonluğunun
"Faust"un birinci hissəsinə uyğun gəldiyi zənn olunar. Belə
ki, birinci hissə müəyyən mənada Mefistofelin qələbəsi ilə
bitir. Faust bədbəxt və şaşqındır, vicdan əzabı çəkir,
tərəddüd keçirir. İkinci hissə xeyli fantastik və
mürrəkəbdir, lakin sonluqda Faust haqq yolunu tapır -
bəşəri fəaliyyəti, insanlıq üçün çalışmağı hər şeydən üstün
tutur. Ən nəhayət, əsərin epiloqunda Faustun qələbəsi
simvolik şəkildə - cənnətə köçmə səhnəsi ilə göstərilir. Bu
aş-kar sonluq tənqidçilərin işini xeyli asanlaşdırır.
Belə bir sonluq "İblis"də də vardır. Deməli, "İblis"i
"Faust"un yalnız birinci hissəsi ilə müqayisə etmək düzgün
olmazdı. Lakin "İblis"dəki sonluq Arifi cənnətə köçürmür.
Dostları ilə paylaş: |